Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9976/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X8, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X9) “çıxarış və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də X10 xx.xx.2019 tarixli **********22-05101-093002 reyestr nömrəli texniki sənədə düzəliş edilməklə 14a mənzilin natura hissəsindən 10 metr kənar məsafədə yerləşən 5,5 kv.m (7,5) sahəli 8 saylı otaq-anbar göstəricisinin çıxarılması; Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də yerləşən 5,5 kv.m (7,5) sahəli qeyri-yaşayış sahəsinə dair yeni qeydiyyat aparılmaqla İddiaçı adına çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də X10 xx.xx.2019 tarixli **********22- 05101-093002 reyestr nömrəli texniki sənədə düzəliş edilməklə 14a mənzilin natura hissəsindən 10 metr kənar məsafədə yerləşən 5,5 kv/m (7,5) sahəli 8 saylı otaq-anbar göstəricisinin çıxarılması; Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də yerləşən 5,5 kv.m (7,5) sahəli qeyri-yaşayış sahəsinə dair yeni qeydiyyat aparılmaqla İddiaçı adına çıxarış və texpasportun verilməsinin cavabdehə həvalə edilməsi; naturada kompensasiya olaraq Bakı şəhəri, Səbail Rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də yerləşən Səbail Rayol İcra Hakimiyyətinin 1997-ci il sərəncamı əsasında təsərrüfat məqsədli istifadəsinə verilmiş 5,5 m2 (faktiki 4 m2) sahəli otağa dair qeyri-yaşayış təyinatlı ilkin qeydiyyatın aparılması, İddiaçı adına çıxarış və texpasport verilməsinin cavabdehə həvalə olunmasının təmin edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmiş və 5 mart 1997-ci il 325 saylı sərəncamı ilə 5,5 kv/m (faktiki 7,5 kv/m) qeyri yaşayış sahəsi üzərində hüquq əldə etmişdir. 2019-cu ilə qədər bu sahəni təyinatı üzrə istifadə etmişdir. Bundan başqa qonşuluqda yerləşən 14a mənzilinə qonşu olan Pyaçiqorskyaya aid olan 20,5 kv/m sahəli mənzili də 2 iyun 1994-cü il 1771 saylı oxşar sərəncam ilə mənzilinə birləşdirmişdir.1988-ci ildə 14a mənzilinə dair cəmi 51 kv/m sahə üzrə Dövlət Reysterindən qeydiyyat vəsiqəsi almışdır. 2004-cü ildə cəmi bu 51 kv/m sahəni banka girov qoyub, bu bankın əməkdaşı 3-cü şəxs Yəhyayev Rəşadın qanunsuz müdaxiləsi ilə batırmışdır. Əşyaları da 2007-ci ildən 3-cü şəxsə təhvil verilmişdır. Məhkəmə gedişatları bitdikdən sonra 3-cü şəxs ilə sözdə razılaşması olmuş, o, sülh yolu ilə məsələni maddi-mənəvi ziyanı ödəməkdə söz vermiş, ödənişdən sonra növbəti gedişatlarda razılaşma qərarlaşdırmışdır. Bütün bu olanlara şahid 94 həyətində qonşu X9 olmuşdur. Lakin 3-cü şəxs razılaşmamış, 2019-cu ildə 14a mənzilinn mübahisəli sahələri də daxil olmaqla özgələşdirmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2004-cü il 82 №-li qiymətləndirmə aktı sübutdur. Daşınmaz Əmlakın Yəhyayev Rəşada mülkiyyət sənədləri verərəkən 2018-ci il ekspert hesabatı və müvafiq İnzibati Apellasiya qərarı ilə 14a mənzili sahəsinin faktiki 129 kv/m olduğu halda, 1 saylı Ərazi İdarəsi 5,5 kv/m 14a mənzilin naturasından 10 metr məsafəyədək kənar yerləşən qeyri-yaşayış sahəsini də qanunsuz olaraq 3-cü şəxsə 133 kv/m sahədə mülkiyyət hüququ tanımaqla hüququnu pozmuşdur. Bununla da 129 kv/m sahəli kifayət qədər geniş 1 mənzilin guya anbar sahəsinə ehtiyacı olduğu kimi göstərməklə otaq göstəricilərinə onuda daxil etmişdir. Bunu yeni müəyyən edən kimi 3-cü şəxsə etirazını bildirmiş, o isə cavabında mənzilini satacağı ilə hədəmişdir. Əşyalarını belə 2019-cu ildən yoxa çıxarmışdır. Daha sonra bu səbəbdən Daşınmaz Əmlakın 1 saylı Ərazi İdarəsinə 50 gündür ki, problemi həll etmək üçün müraciət etsə də rəsmi cavab yalnız poçt zərfi olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94- də 3-cü şəxs X10 xx.xx.2019-cu il tarixli, **********22-05101-093002 reyestr nömrəli texniki sənədə düzəliş edilməklə 14a mənzilin natura hissəsindən 10metr kənar məsafədə yerləşən 5.5 kv.m (7.5) sahəli 8 saylı otaq-anbar göstəricisinin çıxarılmasını, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94-də yerləşən 5.5kv.m (7.5) sahəli qeyri-yaşayış sahəsinə dair yeni qeydiyyat aparılmaqla iddiaçının adına çıxarış və texniki pasportun verilməsi cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 1 ünvanında yerləşən təsərrüfat otağına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların ləğv edilərək sizin adınıza qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********07 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki idarənin arxiv məlumatlarına əsasən ərizədə qeyd edilən ümumi sahəsi 5,5 kv.m (faktiki 7.5 kv.m) olan təsərrüfat otağı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94 ünvanında yerləşən 14a saylı mənzilin tərkib hissəsi olmaqla vahid daşınmaz əmlak kimi "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq alqı-satqı müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmişdir. Bundan başqa əlavə araşdırma aparılması üçün iddiaçı tərəfindən İdarənin mütəxxəsisləri tərəfindən ünvana yerli baxış keçirilməsinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də 3-cü şəxs X10 xx.xx.2019-cu il tarixli, **********22-05101-093002 reyestr nömrəli texniki sənədə düzəliş edilməklə 14a mənzilin natura hissəsindən 10metr kənar məsafədə yerləşən 5.5 kv.m (7.5) sahəli 8 saylı otaq-anbar göstəricisinin çıxarılmasını, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94-də yerləşən 5.5kv.m (7.5) sahəli qeyri-yaşayış sahəsinə dair yeni qeydiyyat aparılmaqla iddiaçının adına çıxarış və texniki pasportun verilməsi cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 1 ünvanında yerləşən təsərrüfat otağına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların ləğv edilərək sizin adınıza qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********07 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki idarənin arxiv məlumatlarına əsasən ərizədə qeyd edilən ümumi sahəsi 5,5 kv.m (faktiki 7.5 kv.m) olan təsərrüfat otağı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94 ünvanında yerləşən 14a saylı mənzilin tərkib hissəsi olmaqla vahid daşınmaz əmlak kimi "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq alqı-satqı müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmişdir. Bundan başqa əlavə araşdırma aparılması üçün iddiaçı tərəfindən İdarənin mütəxxəsisləri tərəfindən ünvana yerli baxış keçirilməsinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Üçüncü şəxs iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı 2003-cü ildə tək payla ona məxsus 14a saylı 51.3 kv.metr yaşayış sahəli, ümumi sahəsi göstərilməyən və tex.pasportu olmayan 3 otaqlı mənzili, banka girov qoymaqla pul götürmüşdür. Hüquqi şəxs olan bank, sözügedən mənzili borc əvəzində özününküləşdirmiş və 2006-cı iln noyabrında, iddiaçı olan Züleymanova Ziba və ailə üzvlərini məhkəmə Qərar ilə, 14a saylı mənzildən çıxarmışlar. 2007-ci ilin fevral ayında isə hüquqi şəxs, sözügedən mənzili, üçüncü şəxs olan X10 alqı-satqı yolu ilə satmışdır və hüquqları DƏDRX-də tək payla qeydiyyata alınmışdır. 14a saylı mənzildə təmir işləri aparıldıqdan sonra, DƏDRX-nə, texniki pasport çəkilməsi və ümumi sahənin göstərilməsilə bağlı müraciət edilmiş, bu gün cavabdeh olan qurumdan isə, o dövr üçün bildirilmişdir ki, “İçərişəhər”də invertarizasiya getdiyi üçün bu mümkün deyil və gözləməyi tövsiyə edilmişdir. 2017-ci ildə isə tərəfindən yenidən, DƏDRX-nə eyni əsaslarla müraciəti olmuş və cavab onu qane etmədiyinə görə, cavabdehi İnzibati Məhkəməyə vermiş və 2- 1(81)-1232/2018 nömrəli, xx.xx.2018-ci il tarixli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərarı qəbul edilmişdir. Qərardan hər iki tərəf şikayət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-2270/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarı ilə cavabdehin şikayəti qismən təmin edilmişdir. Hər iki tərəf kassasiya şikayəti vermiş və xx.xx.2019-cu il tarixli, 2-1(102)-646/2019 nömrəli Ali Məhkəmənin Qərarı ilə şikayətlər təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. 14a, eləcə də, 9 və 12 saylı mənzillərə, cavabdeh qurum tərəfindən ümumi sahələr göstərilməklə, yenilənmiş tex.pasportlar çəkilmiş və verilmişdir. 2023-cü ildə İddiaçı və digər subyekt (Ağazadə Q.S.), Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (2018-ci ildə işə baxan tərkibə), həmin iş üzrə “üçüncü şəxs qismində cəlbetmə” barədə vəsatətlə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-2270/2018 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə “üçüncü şəxs qismində cəlbetmə” barədə vəsatətlər təmin edilməmiş və Kollegiya, İddiaçı münasibəttə, sonuncunun, bu kimi subyektiv hüququnun olmamasını bildirmişdir. Qərardaddan tərəflər, kassasiya şikayəti vermiş və Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının yazdığı bütün məqamlar, bilərəkdən və qəsdən olmaqla, şər-böhtan və yalandır. İddiaçı 14a saylı mənzilə öz hüquqlarını hələ 2006-cı iln əvvələrində tam olmaqla itirmiş və bu faktlar çoxsaylı məhkəmə Qətnamələri və Qərarları ilə sübut olunur. Deməli iddiaçının 14a saylı mənzilə və ya mənzilin hər hansı köməkçi sahəsinə heç bir subyektiv hüququ qalmamışdır və bu halda sözügedən iddia tələbi nəticədə mümkün sayılmamalıdır. 5.5 kv.metr köməkçi sahə üzərinə verilmiş məlum Sərəncam, sahənin, 14a saylı mənzilinin o vaxtki kirayəçisi İddiaçı istifadəsinə vermiş və gələcək hüquq müəyyən edən sənət olmaqla, 14a saylı mənzilin mülkiyyət hüququ əldə etmiş digər mülkiyyətçilərə münasibətdə qüvvədədir və 2018-ci il tarixli Qərarda da bu hüquqi vəziyyət öz təsdiqini tapmışdır. Belə ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə sözügedən sahənin istifadə hüquqları üzərində, mülkiyyət hüquqları tanınmışdır. Ümumiyyətcə 94 saylı binanın ayrılmaz sahəsi olan və ya o zaman üçün binanın ümumi sahəsinə aid olan və üzərində hüquq müəyyən edən orqanın məlum sərəncamı ilə 14a saylı mənzilə təkim edilmiş sahə, heç cür ayrılıqda bu və ya başqa şəkildə mübahisələnə bilməz. Mənzil Məcəlləsinin 35.1-ci maddəsində göstərilmişdir ki, “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmçinin həmin Məcəllənin 35.2-ci maddəsində qeyd edilmişdir ki, “Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir”. Eləcə də, 35.3-cü maddədə yazıldığı kimi, “Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir”. MM-nin 35.4-maddəsində isə bildirilir ki, “Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın”. MM-nin 36.1-maddəsində yazıldığı kimi “Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir”. Eləcə də, MM-nin 36.2-ci maddəsində qeyd edilir ki, “Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır”. Nəhayət, MM-nin 36.3 maddəsində göstərilir ki, “Çoxmənzilli binada olan sahəyə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, sahənin yeni mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı sahənin əvvəlki mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payına bərabər olur”. MH seriyalı 074578 saylı qeydiyyatdan vəsiqəsindən görünür ki, Bakı şəhəri Səbail rayonu M.Mənsur küçəsində 94 №-li yaşayış evinin 14a mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabının 781-ci səhifəsində xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1771 saylı xx.xx.1994-cü il tarixli sərəncamına əsasən boşalmış M.Mənsur küçəsi ev 94 sahəsi 20,5 kv.m olan birotaqlı mənzil İddiaçı mənzilinə birləşdirilmişdir və o, sahəsi 51,3 kv.m olan 3 otaqlı mənzilin kirayəşini sayılmışdır. “İçərişəhər” MİS-nə İddiaçı ilə yeni kirayə müqaviləsi bağlanması tapşırılmışdır. Keçmiş kirayəşin Pyaçiqorqkayanın adına olan şəxsi hesab etibarsız sayılmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 325 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının mənzil məsələlərinə dair komissiyasının 05 mart 1997-ci il tarixli 066 saylı rəyi təsdiq edilmiş və M.Mənsur küçəsi 94 №-li binanın həyətində yerləşən 5.5 kv.m-lik birotaq təsərrüfat məqsədləri üçün 14 №-li mənzilin kirayəçisi İddiaçı istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019-cu il) Bakı şəhəri Səbail rayonu Mirzə Mənsur küçəsi ev 94 mənzil 14a X6 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-19/2-983/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1771 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-1528/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli 1771 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir və sərəncama heç bir sənəd əlavə edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-360/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Memarlıq Qoruğu İdarəsinin X10 qarşı Bakı şəhəri Mirzə Mansur küçəsi 94 nömrəli evdə X11 tərəfindən zəbt olunmuş sahənin boşaldılması və abidənin tərkib hissəsi olan sahələrin ilkin vəziyyətə gətirilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1413/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri M.Mənsur küçəsi 94 saylı evin 14a saylı mənzilinə yaşayış hüquqları itirilmiş hesab edimiş və onlar həmin mənzildən çıxarılmışlar. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1mk-764/2006 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASKB-nin İddiaçı qarşı “yaşayış sahəsinə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6k-1144/06 saylı xx.xx.2006-cı il tarixli qərarına əsasən Cavabdeh Z.Z.Sülemanovanm kassasiya şikayəti təmin olunmasın. Apellyasiya Məhkəməsinin iş üzrə 28 fevral 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-409/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X10, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, “Daşmar və daşınmaz əmlakların satışı üzrə hərrac mərkəzi”nə, Səbail rayon Məhkəmə İcraçıları şöbəsinə və Bakı şəhəri, 32 saylı Dövlət Notariat Kontoruna qarşı “hərracın keçirilməməsi barədə qərarın ləğv edilərək mənzilin "xxxx" ASC-nin mülkiyyətinə verilməsi qərarının, bankın adma reyester qeydiyyatının ləğv edilməsi, "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və sonuncunun adma verilmiş reyester qeydiyyatının ləğv edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılmaları” barədə iddia tələbləri rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)-3144/09 saylı xx.xx.2009-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nm 09 iyul 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1232/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən ünvan 2, 9 saylı mənzilə dair ümumi sahəsi 31.4 kv.m kimi göstərilməklə, ünvan 2, 12 saylı mənzilə dair ümumi sahəsi 36.4 kv.m göstərilməklə ünvan 2, 14 a saylı mənzilə dair ümumi sahəsi 133.2 kv.m kimi göstərilməklə X6 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənillərə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur. İddia maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2270/18 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1232/18 saylı iş üzrə qəbul etdiyi 11 may 2018-ci il tarixli qərarı dəyişdirilmişdir. ünvan 2 ünvanında yerləşən 14 a saylı mənzilə dair ümumi sahəsi 129,39 kv.m kimi göstərilməklə X6 adına dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilmişdir. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 646/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2270/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2270/2018 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən X2 və İddiaçı tərəfindən verilmiş “3-cü şəxs qismində cəlbetmə” barədə vəsatətlər (ərizələr) təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 717/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2270/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-196/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İlkin iddia üzrə İddiaçı cavabdeh X10 qarşı iddia ərizəsində sadalanmış 135 adda əmlakların naturada və ya onların dəyəri olan 39.881 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, ümumi dəyəri 2.400 ABŞ dolları olan 5 ədəd pəncərənin ona qaytarılması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir. İddiaçı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci - 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulmuşdur. Qarşılıqlı iddia qismən təmin edilmişdir. İddiaçı X6 xeyrinə hüquqi xidmət üçün ödədiyi 300 manat, etibarnaməyə üçün ödənilən 17,25 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 347,25 (üç yüz qırx yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul tutulmuşdur. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. "xxxx" ASC və X11 arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Mirzə Mənsur küçəsi ev 94 mənzil 14a X1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-19/2-1378/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 325 saylı, xx.xx.1997-ci il tarixli sərəncamının hazırda qüvvədə olub-olmaması barədə məlumat verilməklə sərəncamın və onun qəbul edilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-2122/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 325 saylı sərəncamının təsdiq edilmiş ksero surəti təqdim edilmişdir. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-44274/2024 **********74 saylı xx.xx.2024-cü il tarixli məktub ilə arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin və müayinə aktının təsdiq edilmiş surətləri təqdim edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxs X9 məhkəmə iclasında iştirak etmiş, digər üçüncü şəxs X11 iştirak etməmişdir. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 sahənin onun istifadəsində olduğunu bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs X11 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddiaçı hazırki iddianı qaldıraraq Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 325 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən ona 14 №-li mənzilin kirayəçisi kimi M.Mənsur küçəsi 94 №-li binanın həyətində təsərrüfat məqsədləri üçün ayrılmış 5,5 kv.m-lik (faktiki olara 7,5 kv.m olan) bir otağına dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni predmet barəsində eyni tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2270/18 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən ünvan 2 ünvanında yerləşən 14 a saylı mənzilə dair ümumi sahəsi 129,39 kv.m kimi göstərilməklə X6 adına dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilmişdir. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-646/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2270/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2270/18 saylı xx.xx.2018-ci il tarixli qərarında qeyd edilir: “ ..Kollegiya ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, sözügedən mənzillərdən 14 a saylı mənzilin faktiki ümumi sahəsini 129,39 kv.m (121,89+7,5 kv.m) qəbul olunmalı və həmin göstəriciyə uyğun dövlət reyestrində qeydiyyat aparılmalıdır.” .. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-9976/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9976/2024
09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver