Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9978/2022 01.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xudadadov Qurbanəli Canəli oğlunun 06 may 1956-cı ildən 14 iyun 1974-cü ilə qədər “P.Montin” adına zavodda alət sexində çilingər, 19 noyabr 1974-cü ildən 30 iyun 1999-cu ilə kimi isə "xxxx" ASC-də “motorist” kimi işlədiyi dövrlərin əmək (sığorta) stajı hesab edilməklə, ona qanunla pensiya almaq hüququ qazandığı gündən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri Xudadadov Qurbanəli Canəli oğlu öləndən sonra ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının № **********7 saylı, 15 iyul 2021-ci il tarixli məktubu ilə ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi olaraq mərhum əri Xudadadov Qurbanəli Canəli oğlunun əmək stajının müəyyən edilməsi üçün əmək kitabçasının təqdim edilməməsi olmuşdur. İzah edilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasınin Qanununa əsasən “pensiyaların təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq 01 yanvar 2006-cı ilədək sığortaolunanların qazanmış olduqları əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası və ya əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən tədim edilə bilmədikdə və ya həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirki, mərhum əri Xudadadov Qurbanəli Canəli oğlu 06 may 1965-ci ildən 14 iyun 1974-cii ilə qədər “P.Montin” adına zavodda Alət sexində çilingər, 19 noyabr 1974-cü ildən 30 iyun 1999-cu ilə kimi isə "xxxx" ASC-də “motorist” işləmişdir. Azərbaycan Respulikası “Əmək Pensiyaları haqqında“ Qanunun 17.1-ci maddəsinə əsasən, həmin qanunun 12.1-ci maddəsi ilə tələb edilən sığorta stajı olduqda təyin olunur. Göründüyü kimi, mərhum əri Xudadadov Qurbanəli Canəli oğlunun ümumilikdə 34 il iş stajı vardır. Lakin mərhumun əmək kitabçası naməlum şəraitdə itirildiyi üçün həmin iş stajı arxiv arayışları ilə təsdiq olunur. Odur ki, inzibati orqanın bu imtinasını qanunauyğun hesab etmir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 14.1 -ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 1.1. 18 yaşına çatmamış, 1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 2. Ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və va ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Sözügedən Qanunun 17.1 -ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sözügedən Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə müvafiq olaraq 62 yaşda, yəni xx.xx.2021-ci ii tarixdə yaranmışdır. Lakin sözügedən Qanunun 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı mərhum əri Xudadadov Qurbanəli Canəli oğlu qanunla tələb edilən sosial sığorta stajına malik deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yasına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı mərhum əri Xudadadov Qurbanəli Canəli oğluna münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1. 52 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 37 il (əmək qabiliyyətli yaş dövrü). 2. 37 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 148 ay. 3. 148 ay: 12 ay = 12 il 04 ay. Qeyd edilən hesablamadan da, göründüyü kimi, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq mərhum əri Xudadadov Qurbanəli Canəli oğluna münasibətdə tələb olunan sosial sığorta stajı 12 il 04 aydır. İş materiallarına əlavə edilən xx.xx.1980-ci il tarixli, 337456 №li “nikah haqqında şəhadətnamə”nin surətinə müvafiq olaraq Xudadadov Qurbanəli Canəli oqlu ilə İddiaçı xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilən xx.xx.2000-ci il tarixli, 058883 №li “ölüm haqqında şəhadətnamə"nin surətinə müvafiq olaraq Xudadadov Qurbanəli Canəli oğlu xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İşin mübahisələndirilən halları aşağıdakılardır: İddiaçınm mərhum əri Xudadadov Qurbanəli Canəli oğlunun xx.xx.1965 - xx.xx.1974-cu illər ərzində “P.Montin adına zavod”da işlədiyi dövr; İddiaçınm mərhum əri Xudadadov Qurbanəli Canəli oğlunun xx.xx.1974 - xx.xx.1999-cu illər ərzində Bakı Körpü - Tunel” ASC-də işlədiyi dövr. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildirirlər ki, İddiaçınmın məhkəməyə təqdim etdiyi arxiv arayışı məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməməlidir. Çünki, İddiaçınm mərhum əri Xudadadov Qurbanəli Canəli oğlunun qeyd etdiyi yerlərdə işlədiyini təsdiq edən əmək kitabçası olmadığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edildiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün is stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi. İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və va təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İş materiallarına əlavə edilən AR Milli Arxiv İdarəsi Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışına müvafiq olaraq Xudadadov Qurbanəli Canəli oğlunun xx.xx.1965-xx.xx.1974-cu illər ərzində “P.Montin adına zavod”-da işlədiyi qeyd edilmişdir. İşin mübahisələndirilən ilk halı ilə bağlı qeyd edilməlidir ki, İddiaçı mərhum əri Xudadadov Qurbanəli Canəli oğlunun “P.Montin adına zavod”da işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Belə olan halda sözügedən illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. İş materiallarına əlavə edilən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa müvafiq olaraq Xudadadov Qurbanəli Canəli oğlunun xx.xx.1974 - xx.xx.1999-cu illər ərzində sözügedən müəssisədə “motorist” vəzifəsində işlədiyi qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən müəssisə ilə əlaqədar tərəflərindən Milli Arxiv İdarəsinə, Arxivin Bakı Filialına, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə. Dövlət Vergi Xidmətinə, Fondun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialına, eyni zamanda "xxxx" ASC-yə sorğu ilə müraciət edilmişdir. Belə ki: Milli Arxiv İdarəsindən daxil olmuş 4/1787 nömrəli cavab məktubunda "xxxx" ASC-nin arxiv sənədlərinin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təqdim olunmadığı; Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubunda "xxxx" ASC-nin xx.xx.1999-cu il tarixdə D-3020 nömrə ilə dövlət qeydiyyatından keçdiyi; İqtisadiyyat Nazirliyi vanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Bas İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, **********702200 nömrəli məktubda "xxxx" ASC-nin xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına, xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-iə vergi orqanında uçota alındığı və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verildiyi və hal - hazırda müəssisənin fəaliyyətinin aktiv vəziyyətdə olduğu; Fondun Arxiv və sosial ödəniş islərinin inventarlaşdırılması üzrə mərkəzi filialından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda "xxxx" ASC-nin iş qovluğunda 1974-1999-cu illərə aid hesabat məlumatlarının aşkar olunmadığı qeyd olunmuşdur. Fəaliyyətinin aktiv vəziyyətdə olduğunu nəzərə alaraq tərəflərin "xxxx" ASCyə xx.xx.2021-ci il tarixli **********2 nömrəli və xx.xx.2022-ci il tarixli **********9 nömrəli təkrar sorğu göndərilməsinə baxmayaraq cavab daxil olmamışdır. İddiaçı mərhum əri Xudadadov Qurbanəli Canəli oğlunun sözügedən müəssisədə xx.xx.1974- xx.xx.1999-cu illər ərzində işlədiyini iddia etsə də, həmin müəssisə xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki halları nəzərə alaraq qeyd edilməlidir ki, "xxxx" ASC xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alındığından və İddiaçı mərhum əri Xudadadov Qurbanəli Canəli oğlunun sözügedən müəssisədə xx.xx.1974-xx.xx.1999-cu illər ərzində işlədiyindən müvafiq illərin Xudadadov Qurbanəli Canəli oğlunun sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunun tələblərinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(112)-9978/2022 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtian olunması haqqında” 15 iyul 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə cavabdehin nümayəndəsinin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli, DA-00422-2021 nömrəli arxiv arayışından görünür ki, “P.Montin adına zavod”un arxiv fondunda mühafizə edilən əmr kitablarında X2 (əmr № 289, 06 may 1965ci il) həmin sexə 2-ci dərəcəli çilingər vəzifəsinə keçirildiyi, (əmr № 593, 01 sentyabr 1967ci il) həmin sexə 3-cü dərəcəli çilingər-instrumentçi vəzifəsinə keçirildiyi, (əmr № 65, 18 fevral 1971-ci il) həmin sexə 4-cü dərəcəli çilingər-instrumentçi vəzifəsinə keçirildiyi, (əmr № 113, 14 iyun 1974-cü il) öz xahişi ilə işdən azad olunduğu qeyd olunur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş BKT-46 nömrəli, xx.xx.2021 –ci il tarixli arayışın surətindən görünür ki, X6 həqiqətən də, "xxxx" ASC-də xx.xx.1974-cü il tarixdən xx.xx.1999-cu il tarixə kimi “motorist” kimi işləmişdir. İşdə olan X3 əmək kitabçasından və 27 noyabr 1989-cu il tarixli X7 tərəfindən verilmiş arayışdan görünür ki, Q.Xudadatovun P.Montin adına zavod”un həmin sexə 2-ci dərəcəli çilingər vəzifəsinə keçirilməsi, (əmr № 593, 01 sentyabr 1967-ci il) həmin sexə 3cü dərəcəli çilingər-instrumentçi vəzifəsinə keçirilməsi, (əmr № 65, 18 fevral 1971-ci il) həmin sexə 4-cü dərəcəli çilingər-instrumentçi vəzifəsinə keçirilməsi (əmr № 113, 14 iyun 1974-cü il) xx.xx.1985-ci il tarixdən hal-hazıradək işləməsi barədə məlumatlar mövcuddur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 15 iyul 2021-ci il tarixli, **********7 nömrəli “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1 -ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövriərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası və ya əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət,qəza,dağıntı,yanğın,hərbi əməliyyatlar,milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında X1 X15 Sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Müraciəti ilə əlaqədar olaraq bildirirlər ki, qeyd olunanlara əsasən ona mərhum əri X4 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək Densiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququna mərhum əri X4 əmək kitabçasını və ya əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzinə təqdim etdikdən sonra baxıla bilər. İşdə olan İİ-ЖГ seriyalı, 337456 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, Xudadadov Qurbanəli Canəli oğlu ilə X9 xx.xx.1980-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan AZ seriyalı, 058883 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Xudadadov Qurbanəli Canəli oğlu xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********702200 nömrəli “Məlumatın verilməsi” barədə məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" ASC xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına, xx.xx.1999-cu il tarixdə, ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Cəmiyyətin hal-hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Eyni zamanda hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən "xxxx" X17 Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış cəmiyyət ümumi yığıncağın xx.xx.2012-ci il tarixli qərarı ilə "xxxx" ASC kimi adlandırılmışdır. Qeydiyyat qovluğunda cəmiyyətin hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. İşdə olan məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, **********18 nömrəli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 110 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Körpü Tunel Dəmir X7nun (dövlət qeydiyyat nömrəsi və tarixi: D-462, xx.xx.1995) bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2007-ci il tarixində tam başa çatdırılmışdır. Məhkəmə aşağıdakı qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan ə ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısı, mərhum əri Q.Xudadatovun 12 il 04 ay ((52 yaş – 15 yaş = 37 yaş) × 4 ay = 148 ay : 12 = 12 il 04 ay) sığorta stajının olması zəruridir. İddiaçının mərhum ərinin sığorta stajının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri xx.xx.1965-ci il tarixdən xx.xx.1974-cü il tarixədək “P.Montin adına zavod”da, xx.xx.1974-cü il tarixdən xx.xx.1999-cu ilə kimi "xxxx" ASC-də “motorist” kimi işləmişdir (iş materiallarında olan arayışlara əsasən). Cavabdeh tərəfindən iddiaçının mərhum ərinin xx.xx.1965-ci il tarixdən xx.xx.1974cü il tarixədək “P.Montin adına zavod”da, xx.xx.1974-cü il tarixdən xx.xx.1999-cu ilə kimi "xxxx" ASC-də işlədiyi illər onun əmək kitabçasında qeyd edilmədiyinə, eyni zamanda "xxxx" ASC xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına, xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmasına və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilməsinə və hal-hazırda müəssisənin fəaliyyətinin aktiv vəziyyətdə olmasına, Fondun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda "xxxx" ASC-nin iş qovluğunda 1974-1999-cu illərə aid hesabat məlumatlarının aşkar edilməməsinə istinad edilməklə iş stajına daxil edilməmişdir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk öncə məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinin xx.xx.1965-ci il tarixdən xx.xx.1974-cü il tarixədək “P.Montin adına zavod”da işləməsi barədə müvafiq qeydlər əmək kitabçasında və Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli, DA-00422-2021 nömrəli arxiv arayışında Xudadadov Qurbanəli Canəli oğlunun 06 may 1965-ci il tarixdən alət sexinə çilingər vəzifəsinə təyin edilməsi, 17 avqust 1965-ci il tarixdən həmin sexə 2-ci dərəcəli çilingər vəzifəsinə keçirilməsi, 01 sentyabr 1967-ci il tarixdən həmin sexə 3-cü dərəcəli çilingər-instrumentçi vəzifəsinə keçirilməsi, 18 fevral 1971-ci il tarixdən həmin sexə 4-cü dərəcəli çilingər-instrumentçi vəzifəsinə keçirilməsi, 14 iyun 1974-cü il tarixdən öz xahişi ilə işdən azad olunması məlumatlar öz təsdiqini tapmışdır. Sözügedən arxiv arayışının məhkəmə tərəfindən mötəbər qiymətləndirilməməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə Q.Xudadadovun xx.xx.1974-cü il tarixdən xx.xx.1999-cu il tarixə kimi "xxxx" ASC-də “motorist” kimi işlədiyi dövrlərlə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında "xxxx" ASC tərəfindən verilmiş Q.Xudadadovun həmin dövrlərdə Cəmiyyətdə işləməsini təsdiq edən arayış mövcuddur ki, sözügedən arayışın da, məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının həmin dövrlərdə əmək fəaliyyətinin araşdırılması məqsədilə aidiyyəti qurumlara müvafiq sorğular göndərilmiş və daxil olmuş sorğuya cavab məktublarına, eləcə də, iddiaçının məhkəməyə təqdim etdiyi, əmək stajı barədə digər müvafiq təsdiqedici sənədlərə, həmçinin cavabdeh tərəfindən təqdim edilmiş digər sənədlərə əsasən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqamı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 110 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Körpü Tunel Dəmir X7nun (dövlət qediyyatı nömrəsi və tarixi: D-462, xx.xx.1995) bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2007-ci il tarixində tam başa çatdırılmışdır. Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqamı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 110 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına, xx.xx.1999-cu il tarixdə, ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Cəmiyyətin hal-hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Körpü Tunel Dəmir X7nun bazasında yaradılmışdır. Bu səbəbdən Cəmiyyət xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına, xx.xx.1999-cu il tarixdə, ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Beləliklə, Q.Xudadadovun "xxxx" Açıq Səhmdar Cəmiyyətində, əvvəllər X5 əmək fəaliyyətinin olması, iş materiallarında olan arayışlarla birlikdə öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də, hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxoz da iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Bu mənada, iddiaçının mərhum ərin Xudadadov Qurbanəli Canəli oğlunun 06 may 1965-ci ildən 14 iyun 1974-cü ilə qədər “P.Montin” adına zavodda alət sexində çilingər, 19 noyabr 1974-cü ildən 30 iyun 1999-cu ilə kimi isə "xxxx" ASC-də “motorist” kimi işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı arxiv arayışları ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, iddiaçının mərhum ərinin yuxarıda qeyd edilən dövrlərdə işlədiyi müddət onun sığorta stajına daxil edilərək, müəyyən edilmişdir ki, iddiaçının mərhum ərinin işlədiyi müddət ümumilikdə 33 ildən artıqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının mərhum ərinin iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il 04 aydan çox iş stajının olması öz təsdiqini tapdığından və iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X13 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın əticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Canəli qızının mərhum əri Xudadadov Qurbanəli Canəli oğlunun 06 may 1965-ci ildən 14 iyun 1974-cü ilə qədər “P.Montin” adına zavodda alət sexində çilingər, 19 noyabr 1974-cü ildən 30 iyun 1999-cu ilə kimi isə "xxxx" ASC-də “motorist” kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9978/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9978/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver