Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9978/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyinin ləğv olunması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/2-S-12089/2024 nömrəli qərarının ləğv edilməsi və onun əlilliyi olan şəxs hesab olunmağı ilə bağlı qərarın qəbul edilməsi haqqında qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı il tarixdə 5 illik müddətinə, yəni 2021-ci il tarixinə qədər ikinci dərəcə əlillik verilmişdir. Lakin mənim ünvanıma xx.xx.2024-cü il tarixli, 3-17-4/2-S-12089/2024 nömrəli məktub daxil olmuş və həmin məktubda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində təyin edilmiş 5 il müddətinə ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır. Habelə, bu məktubda qeyd edilmişdir ki, qərarın mətni ilə e-sosial.az portalında olan şəxsi kabinetimə daxil olmaqla tanış ola bilərəm. Lakin e-sosial.az portalında onun şəxsi kabineti mövcud deyil. Bununla belə cavabdeh olan inzibati orqan tərəfindən ona bu qərarın surəti ümumiyyətlə tanış olmaq üçün təqdim edilməmişdir. Belə ki, sadəcə ona təqdim edilən məktubdan aydın olmuşdur ki, hələ də bu xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq ona verilən ikinci dərəcə əlillik ləğv edilmişdir. Lakin heç bir məlumat vermədən məlum olmayan səbəblərdən adıçəkilən inzibati orqan tərəfindən onun əlillik dərəcəsinin ləğv olunması barədə qərar qəbul edilmişdir. Hər hansısa bir müayinədən keçməli olmağı ilə bağlı məlumat verilməmişdir. Həmçinin əlilliyinin qüvvədə olduğu dövr ərzində hər hansı müayinəyə göndərilməmişdir. Bu müddət ərzində heç bir müayinədən keçməməyinə baxmayaraq Agentlik heç bir əsası olmadan əlilliyinin ləğvi barədə xx.xx.2022-ci tarixli qərarı qəbul etmiş və bu qərarında haqlı olduğunu əsaslandırmaq məqsədilə xx.xx.2024cü il tarixində əyani müayinədə iştirak etməyini haqsız olaraq əsas gətirmişdir. Hal-hazırda cəmiyyət həyatında digər şəxslərlə bərabər səviyyədə tam və səmərəli iştirak edə bilməməyi vəziyyətinin əvvəlki kimi qalması, sağlamlığında hər hansı müsbət istiqamətdə irəliləyişin olmamasının göstəricisidir. Xəstəliyinin davam etməsi digər insanlarla bərabər səviyyədə olmağına maneə olan haldır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən şəxsin müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması həmin şəxsin əlilliyinin olduğunu müəyyən edir. Sadalanan halların hər birini onun hal-hazırkı vəziyyətində müşayiət etmək mümkündür. Bu səbəbdən ikinci dərəcə əlilliyinin ləğv edilməsi və bu barədə qərarın qəbul edilməsi hüquqlarının pozulmasıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş 2-ci dərəcəli əlilliyin ləğv edilməsinə dair xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsi və əlilliyin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən bərpa edilməsi” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-S-12089/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə Agentlikdə (Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi 134) əyani müayinədə iştirak etmişdir. Ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş 5 il müddətinə ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barəsində qəbul edilən qərardan 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə şikayət vermək hüququna malikdir. Qeyd: Qərarın mətni ilə e-sosial.az portalından öz şəxsi kabineti vasitəsi ilə tanış ola bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-20590/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0001 saylı göndərişə əsasən xx.xx.2005-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: V sinif Psixi pozğunluqlar və davranış pozgunluqlan => F70-F79 - Əqli gerilik => F72 - Agır dərəcəli əqli gerilik) nitq pozğunluğu, debillik dərəcəsində ağıl zəifliyi” diaqnozu ilə qiymətləndirilmiş və ona “sağlamlıq imkanları məhdud uşaqlar” səbəbindən 2 il müddətinə ilkin əlillik təyin edilmişdir (Meyar – 2. İki il müddətinə: => 2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar: => DİGƏR: Nitq pozğunluğu ilə.debillik dərəcəsində ağıl zəifliyi). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0002 saylı göndərişə əsasən xx.xx.2014-cü il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaiarı => S06 - Kəllədaxili travma S06.0 - Bas beynin silkələnməsi) Keçirilmiş kəllə-beyin travmasınıdan (baş beyin əzilməsindən sonrakı ensefalopatiya, teztez baş vərən epileptik tutmalarla. İki tərəfli xroniki koxlear nevrit. Sol tərəfli İİ dər. Sağ tərəfli İV dər neyrosensor ağır eşitmə.NSD kardial tip.” diaqnozu ilə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 1 il müddətinə əlillik təyin edilmişdir (Meyar – 2.2. İkinci dərəcə əlillik=> 22.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli, kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0003 saylı göndərişə əsasən xx.xx.2015-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, Təsnifatı: zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...) Keçirilmiş kəllə-beyin travmasınıdan (baş beyin əzilməsində)sonraki ensefalopatiya.tez tez baş vərən epileptik tutmalarla.İki tərəfli xroniki koxlear nevrit.İV dər neyrosensor ağır eşitmə.” diaqnozu ilə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 1 il müddətinə əlillik təyin edilmişdir (Meyar – 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0004 saylı göndərişə əsasən xx.xx.2016-cı il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = > T90- T98 - Travmalarin, Təsnifatı: zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...) Keçirilmiş kəllə-beyin travmasınıdan (baş beyin əzilməsindən sonrakı ensefalopatiya,tez tez baş vərən epileptik tutmalarla.İki tərəfli xroniki koxlear nevrit, İV dər neyrosensor ağır eşitmə” diaqnozu ilə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə əlillik təyin edilmişdir (Meyar – 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0004 saylı göndərişə əsasən xx.xx.2021-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T96 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...) Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-dan sonrakı (beyin əzilməsi) vəziyyət Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Parsial epilepsiya.Nitq pozuntusu.Eşitmə sinirinin xəstəlikləri, iki tərəfli xroniki koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfdə İİ dərəcə,sağ tərəfdə İV dərəcəli agır eşitmə.Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə qiymətləndirilmiş və ona “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır.” səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0009 saylı göndərişə əsasən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmalann, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...) Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından davamlı qalıq əlamətləri. Postravmatik ensefalopayiya.Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Parsial epilepsiya tez-tez (ayda 10-12dəfə) baş verən qıcolma tutmalan ilə.Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli jn mətni: xroniki koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfdə İİ dərəcə, sağ tərəfdə İV dərəcəli agır eşitmə. Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Üzvi mənşəli şəxsiyyət pozuntusu (travma mənşəli) Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və Koqnitiv funksiyanın pozulması” diaqnozu ilə qiymətləndirilmiş və “Tam reabilitasiya olması – Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Heyətinin 3-17-4/3-3-2395/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 4 nəfər barəsində qüvvədə olan qərarları ləğv edilmiş və “tam reabilitasiya olması”na dair qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində “xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-943/2024 nömrəli qərarın ləğv edilərək, xx.xx.2024-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 11 nəfər şəxsin əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılmışdır. xx.xx.2024-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində “xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 19053/2023 nömrəli qərarı ləğv edilərək, xx.xx.2022-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərarın qüvvədə saxlanılması”na dair qərar qəbul edilmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 12 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilsin və “diaqnozun təsdiqini tapmaması”na dair qərar qəbul edilmişdir. Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinə (İ.Yusifov; G.Əliverdiyeva) “Əlillik” altsistemində əlilliyi barədə qərarı ləğv edilmiş şəxslərin əlillik vəziyyətində müvafiq dəyişikliyin edilməsi tapşırılmışdır. Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti (R.Hüseynov) qərar barədə məlumatın yazılı şəkildə Dövlət Sosial Müdafiə Fonduna 1 iş günü ərzində verilməsini təmin etməsi qərara alınmışdır. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi (S.Məmmədli) bu qərarın aidiyyəti struktur bölmələrə və surətinin barəsində inzibati icraat aparılmış şəxslərə göndərilməsini təmin etməsi qərara alınmışdır. Bu qərarın icrasına nəzarət X6 sədr müavini R.Məhərrəmova həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyasının 3-17-4/3-3-2395/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1994-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2750003AAF92 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfdən qiymətləndirilmiş və ona Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş məktub əsasında əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmiş, barəsində xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-943/2024 nömrəli qərar qəbul edilmişdir. Vətəndaşa yenidən məktub göndərilmiş və vətəndaş xx.xx.2024-cü il tarixdə komissiyada iştirak etmişdir. Təqdim edilmiş AR SN X8 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz '‘Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Teztez təkrarlanan epileptiform tutmalarla (ayda 10-12). Üzvi şəxsiyyət pozuntusu. Mezial temporal skeleroz” kimi, Ege Hospital Baş beyin MRT müayinəsin nəticəsi "Hər iki beyin yarımkürəsində subkortikal dərin aq maddədə tək-tək qeyri-spesifik qliotik ocaqlar, sol hipokampal qyriusda hipokampal skeleroz lehinə görünüm. Paranazal sinuslarda mukozal qalınlaşmalar” kimi, X10 Dispanseri xx.xx.2010-cu il tarixli Rəydə diaqnoz "İkitərəfli sensonevral karlıq, İİİ-İV dərəcə Postravmatik” qiymətləndirilmişdir. Obyektiv baxış zamanı xəstə sağ qulağının eşitmədiyini ifadə etmiş, anamnestik məlumatlarda epitutmaların xarakterini izah edə bilməmiş, medikamentoz preparatlardan finnefsal, depakin qəbul bildirmiş, təsvir etdiyi əlamətlər epitutmanı xarakterizə etməmişdir. Ekpertiza üçün əhəmiyyətli EEQ dalğaları təqdim etmədindən rəsmi göndərişlə xx.xx.2024-cü il tarixdə RKX-da müayinə olunmuş, təqdim edilmiş EEQ dalğalarında epitutmalar öz təsdiqini tapmamışdır. Yanaşı olaraq qulağında eşitmə zəifliyinin olduğunu ifadə etdiyi üçün xx.xx.2024-cü il tarixdə DTSERA-da Audiometriya müayinəsi aparılmış, nəticə “Sağ qulaqda İV dərəcə (85 dB), sol qulaqda İİ dərəcə (50 dB) eşitmə azlığı” kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticəclərinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-943/2024 nömrəli İHQ qərarı ləğv edilsin, xx.xx.2024-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması” na dair qərar qəbul edilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli şəhər poliklinikası Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş 2750003AAF92 saylı xx.xx.2022-ci il tarixli göndərişdən (Forma 88) görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən Bakı M.Hüseynov adına 3 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2008-ci ildir. Xəstəliyin gedişi xronikidir. Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından davamlı qalıq əlamətləri.Postravmatik ensefalopayiya. Ağırlaşmalar: G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Parsial epilepsiya tez-tez (ayda 10-12dəfə) baş verən qıcolma tutmaları ilə H93.3 Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli xroniki koxlear nevrit H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfdə İİ dərəcə,sağ tərəfdə İV dərəcəli agır eşitmə F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Üzvi mənşəli şəxsiyyət pozuntusu(travma mənşəli) R41.8 Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və, Koqnitiv funksiyanın pozulması Yanaşı xəstəliklər: G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, NSD kardial tip Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X5-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Odur ki, hazırki iddia mübahisələndirmə haqqında iddiadır. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X9 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. -X9 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən: Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququn qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayı verilmişdir. -13-cü maddə etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Məhkəmə müəyyən edir ki, iddiaçıya ilkin əlillik xx.xx.2005-ci il tarixdə təyin edilmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarından görünür ki, təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas cavabdeh qurum tərəfindən təqdim edilən inzibati icraat materallarında hər hansı bir məlumat yoxdur. Ümumi əsas kimi, əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması qeyd edilmişdir. Cavabdeh qurum tərəfindən inzibati icraatın başlanılmasına səbəb kimi əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının (xx.xx.2022) düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı tam reabilitasiya olunması barədə xx.xx.2024-cü il tarixli qərarıləğv edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı tam reabilitasiya olunması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-9978/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9978/2024
30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver