Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-999/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi” tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında açıq, şihafi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən artıq ödənilmiş 23.910.155,92 (iyirmi üç milyon doqquz yüz on min bir yüz əlli beş manat doxsan iki qəpik) manat vəsaitin geri qaytarılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərini nəzərə alaraq iddiaçı tərəfindən artıq ödənilmiş ********.92 manat artıq ödənilmiş vəsaitin qaytarılması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İlqa LTD” şirkəti 1998-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Şirkət ƏDV ödəyicisidir. Şirkət fəaliyyəti müddətində üzərinə düşən vergi öhdəlklərini vaxtlı-vaxtında yerinə yetirmişdir. Şirkətin əsas fəaliyyətlərindən biri ixracla bağlıdır. Şirkətin dövlət büdcəsinə vergi borcu yoxdur. İddiaçı tərəfindən 01.01.2018-ci il tarixə dövlət büdcəsinə 23.910.155,92 manat vəsait artıq ödəmələri yaranmışdır. 11 iyul 2011-ci il tarixdə 38 saylı artıq ödəmənin geri qaytarılmasına dair məktublarına cavab olaraq 15.07.2011-ci il tarixli **********452283 saylı qərarla, 06 mart 2012-ci il tarixdə 15 saylı artıq ödəmənin geri qaytarılmasına dair məktublarına cavab olaraq onlara 05.04.2012-ci il tarixli **********562478 saylı qərarla, 07.04.2014-cü il tarixli 010 saylı artıq ödəmənin geri qaytarılmasına dair məktublarına cavab olaraq onlara 10.04.2014-cü il tarixli **********745669 saylı qərarla, 14.10.2014-cü il tarixli 20 saylı artıq ödəmənin geri qaytarılmasına dair məktublarına cavab olaraq 16.10.2014-cü il tarixli **********816406 saylı qərarla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamaların nəticəsində şirkətə verilən müsbət aktlarda ödəmələr təsdiqlənsə də, geri qaytarılması təmin edilməmişdir. Artıq ödəmənin geri qaytarılmasına dair müraciətləri ilə əlaqədar olaraq şirkətlərində dəfələrlə növbədənkənar vergi yoxlamaları həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə icraat 24.09.2020-ci il tarixə təyin edilmiş və 22.10.2020-ci il, 02.12.2020-ci il, 10.02.2021-ci il, 18.03.2021-ci il, 12.05.2021ci il, 10.06.2021-ci il və 15.07.2021-ci il tarixlərə təxirə salınmış, iddiaçıya sonuncunun iddia ərizəsində qeyd olunmuş ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilmişdir. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, nə hazırlıq icraatı üzrə məhkəmə iclasına, nə də ki, şifahi məhkəmə baxış iclaslarına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-999/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-999/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver