Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9990/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 2/2-N333 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, ərizəyə və təqdim olunan sənədlərə xx.xx.2024-cü il tarixli iclasda baxılmış və müraciəti müsbət nəticələnməmişdir. Məktubda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2286 nömrəli arayışına əsasən N3-cü il tarixdən sonrakı hərbi xidməti təsdiqlənmədiyindən və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtina məktubu tamamilə əsassız və qanunsuzdur. Belə ki, o, N988-NN-ci il tarixlərdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. Azərbayacana qayıdanda artıq Birinci Qarabağ müharibəsi başlamışdı. Hərbi xidməti başa vurub N-2 ay mülkidə qaldıqdan sonra könüllü döyüşə getmişdir. NN-ci ildən Qarabağ uğrunda gedən döyüşlərdə aktiv iştirak etmişdir. İlk olaraq N nömrəli hərbi hissənin tərkibində Ağdamda hərbi əməliyyatlarında, daha sonra Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N3-cü ilin əvvəlindən başlayaraq Zəngilanın Vejnəli, Şayıflı, Qazançı, Canbar və Ağkənd kəndlərində döyüşlərdə iştirak etmişdir. Canbar kəndində gedən döyüşlər zamanı yaralanıb, bir müddət xəstəxanada qaldıqdan sonra döyüşə davam etmişdir. Zəngilan rayon xəstəxanasında müalicə almağına dair sənəd var – epikriz. Həmçinin Zəngilan Rayon X2 Nazirliyinin Maliyyə Büdcə İdarəsinə ünvanlanan xx.xx.20N6-cı il tarixli məktubda qeyd olunmuşdur ki, N97N-ci il təvəllüdlü N saylı hərbi hissənin əsgəri İddiaçı aid xəstəlik tarixi işğal zonasında qalmışdır. Ona görə də onun N3cü il tarixdə Zəngilan RMX-da müayinə və müalicə olunması barədə məlumatın verilməsi mümkün deyildir. İş üzrə əhəmiyyətli sübut isə ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 2286 nömrəli məktubunda qeyd edilmişdir: N () №li hərbi hissənin komandirinin xx.xx.N2-ci il tarixli N76 №li əmrilə ehtiyatda olan hərbi qulluqçu İddiaçı müqavilə əsasında xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N82 №li əmri ilə Şayıflı postuna ezam olunmuşdur. Hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 4 №li əmrində İddiaçı əməkhaqqının xx.xx.N2-ci il tarixdən hesablanması qeyd olunmuşdur. xx.xx.N3-cü il tarixli 26 №li əmrlə xidməti işi və ailə vəziyyəti ilə əlaqədar olaraq İİİ taborun sıravisi İddiaçı Bakı şəhərinə ezam olunmuşdur. xx.xx.N3-cü il tarixli əmrlə ezamiyyətdən qayıtmış sıravi İddiaçı hətbi qulluğu davam etdirmişdir. xx.xx.N3-cü il tarixli əmrlə İddiaçı İİ taborun tərkibinə əvvəlki vəzifəsinə qaytarılmışdır. İş üzrə digər əhəmiyyətli sübut isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N5-ci il tarixli xxxxxxxQ0000N nömrəli qərarıdır. Həmin qərarda qeyd olunmuşdur: Zəngilan RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.20N5-ci il tarixli məktubunda barəsində cinayət işinin və ya təqsirləndirici materialın olmadığı qeyd edilmiş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N3-cü ilin yanvar ayında aldığı və xx.xx.20N5-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sağ alın qabarı proyeksiyasında, sol ahn-gicgah nahiyyəsində, başımn orta təpə nahiyyəsində, sifətin sol yarısında çapıq toxumaları” Həmin Qərarda qeyd olunmuşdur: Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Eyni hal barəsində eyni orqan tərəfindən ayrı-ayrı qərarların verilməsi qanunvericiliyə ziddir. Hazırkı mübahisələndirilən icraatın nəticəsi müsbət nəticələnməsə də, faktiki sənədlərdən məlum olur ki, icraatı aparmış orqan - Müdafiə Nazirliyi xx.xx.20N5-ci il tarixdə qəbul etdiyi qərarla iddiaçının hərbi xidmət zamanı yaralandığını və hərbi travma aldığını təsdiq edir. Yəni demək olar ki, qərarlar bir-birini təkzib edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2023cü il tarixli 2286 nömrəli arxiv arayışına əsasən iddiaçının N3-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə aldıqda, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon blməsi tərəfindən verilmiş xx.xx.20N5-ci il tarixli, 444 nömrəli arayışa əsasən İddiaçı xx.xx.N2-ci ildən xx.xx.N3-cü ilədək N () saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Füzuli Hərbi prokurorluğunun xx.xx.20N5-ci il tarixli N7/4445 məktubuna əsasən barəsində təqsirləndirici material və cinayət işi olmamışdır. Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N5-ci il tarixli, NN70 nömrəli qərarı ilə Zəngilan RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokorluğunun xx.xx.20N5-ci il tarixli mətubunda barəsində cinayət işinin və ya təqsirləndirici materialın olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N3-cü ilin yanvar ayında aldığı və xx.xx.20N5-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sağ alın qabarı proyeksiyasında, sol alın-gicgah nahiyyəsində, başın orta təpə nahiyyəsində, sifətin sol yarısında çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon bölməsinin xx.xx.20N5-ci il tarixli 725 nömrəli göndərişi, xx.xx.20N5-ci il tarixli 444 nömrəli araryışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.20N5- ci il tarixli 9 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.20N6-cı il tarixdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, ehtiyatda olan hərbi qulluqçu İddiaçı oğli müqavilə əsasında xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N () №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N82 №-li əmrində (əsas: §-N, sıra-N8, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Şayıflı postuna ezam olunaraq ərzaqla təmin olunması barədə məlumat yardır. N () №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N93 №-li əmrində (əsas: §-N, sıra-N8, əmrdə atasının adı yazılmamışdır) İddiaçı hazırlanmış əməliyyatları yerinə yetirmək üçün hazırlanıb kəşfiyyata göndərilməsi barədə məlumat vardır. Hərbi hissənin ərazisini qanunsuz olaraq tərk etdiyi üçün İddiaçı N () №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N №-li əmrilə (əsas: §-N3, sıra-2) xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək həbs olunmuşdur. N () №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 2N9 №-li əmrilə (əsas: §-8, sıra-72) İV bölüyün hərbi qullquçusu İddiaçı əmək haqqı xx.xx.N2-ci il tarixdən hesablanmışdır. N () №-li hərbi hissə komandirinin N2 avqust N2-ci il tarixli 249 №-li əmrində (əsas: §-6, sıra-3, əmrdə atasının adı yazılmamış, soyadı və adının üzərindən xətt çəkilmişdir, qeyd: əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) İddiaçı xx.xx.N2-ci il tarixdən müqaviləsi pozularaq hərbi qulluqdan azad edilməsi barədə məlumat vardır. Hərbi komissarlığın göndərişi ilə məcburi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin NN oktyabr N2-ci il tarixli 308 №-li əmrilə (əsas: səh-49, §-3, sıra-3) təminat təchizat bölüyünün şəxsi heyətinin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N dekabr N2-ci il tarixli 4 №-li əmrində (əsas: səh-2N, §-N5, sıra-N30, qeyd: xx.xx.N2 № 23, §-9-a əlavə) İİİ bölmə komandiri İddiaçı əmək haqqı xx.xx.N2-ci il tarixdən hesablanması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin 0N fevral N3-cü il tarixli 26 №-li əmrilə (əsas: səh-3N, §-2, sıra-5) xidməti işi və ailə vəziyyəti ilə əlaqədar olaraq İİİ taborun sıravisi İddiaçı Bakı şəhərinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin N0 fevral N3-cü il tarixli 35 №-li əmrilə (əsas: səh-38, §-2, sıra-N) ezamiyyətdən qayıtmış sıravi İddiaçı hərbi qulluğunu davam etdirmişdir. N №-li hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 52 №-li əmrilə (əsas: səh-57, §-NN, sıra-3, əmrdə vəzifəsi qeyd olunmamışdır) İddiaçı İİ taborun tərkibinə əvvəlki vəzifəsinə qaytarılmışdır. N №-li hərbi hissə komandirinin N.8: İyull N3-cü il tarixli J78 №-li əmrilə (əsas: §-3, sıra-N9) İddiaçı hərbi təhsil almaq üçün Bakı Zabitlik kursuna göndərilərək müvəqqəti olaraq ərzaq və paltar təminatından çıxarılmışdır. Qeyd olunur ki, N №-li hərbi hissə komandirinin avqust N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2286 nömrəli arayışına əsasən N3-cü il tarixdən sonrakı hərbi xidməti təsdiqlənmədiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 28 iyun 2024-cü il tarixli sorğuya cavab məktubuna əlavə olunmuş sənədlərdən görünür ki: -806(865) nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, N76 №-li əmrinə əsasən iddiaçı xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. -N () №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N82 №-li əmrində (əsas: §-N, sıra-N8, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Şayıflı postuna ezam olunaraq ərzaqla təmin olunması barədə məlumat vardır. -N () №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N93 №-li əmrində (əsas: §-N, sıra-N8, əmrdə atasının adı yazılmamışdır) İddiaçı hazırlanmış əməliyyatları yerinə yetirmək üçün hazırlanıb kəşfiyyata göndərilməsi barədə məlumat vardır. -N () №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N №-li əmrilə iddiaçı hərbi hissənin ərazisini qanunsuz olaraq tərk etdiyi üçün xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək həbs olunmuşdur. -N () №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 2N9 №-li əmrilə (əsas: §-8, sıra-72) İV bölüyün hərbi qullquçusu İddiaçı əmək haqqı xx.xx.N2-ci il tarixdən hesablanmışdır. -N () №-li hərbi hissə komandirinin N2 avqust N2-ci il tarixli 249 №-li əmrində (əsas: §-6, sıra-3, əmrdə atasının adı yazılmamış, soyadı və adının üzərindən xətt çəkilmişdir, qeyd: əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) İddiaçı xx.xx.N2-ci il tarixdən müqaviləsi pozularaq hərbi qulluqdan azad edilməsi barədə məlumat vardır. -N №-li hərbi hissə komandirinin NN oktyabr N2-ci il tarixli 308 №-li əmrilə (əsas: səh-49, §-3, sıra-3) Hərbi komissarlığın göndərişi ilə məcburi hərbi xidmətə çağırılmış İddiaçı təminat təchizat bölüyünün şəxsi heyətinin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. -N №-li hərbi hissə komandirinin N dekabr N2-ci il tarixli 4 №-li əmrində (əsas: səh- 2N, §-N5, sıra-N30, qeyd: xx.xx.N2 № 23, §-9-a əlavə) İİİ bölmə komandiri İddiaçı əmək haqqı xx.xx.N2-ci il tarixdən hesablanması qeyd olunmuşdur. -N №-li hərbi hissə komandirinin 0N fevral N3-cü il tarixli 26 №-li əmrilə (əsas: səh- 3N, §-2, sıra-5) xidməti işi və ailə vəziyyəti ilə əlaqədar olaraq İİİ taborun sıravisi İddiaçı Bakı şəhərinə ezam olunmuşdur. -N №-li hərbi hissə komandirinin N0 fevral N3-cü il tarixli 35 №-li əmrilə (əsas: səh- 38, §-2, sıra-N) ezamiyyətdən qayıtmış sıravi İddiaçı hərbi qulluğunu davam etdirmişdir. -N №-li hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 52 №-li əmrilə (əsas: səh-57, §-NN, sıra-3, əmrdə vəzifəsi qeyd olunmamışdır) İddiaçı İİ taborun tərkibinə əvvəlki vəzifəsinə qaytarılmışdır. -N №-li hərbi hissə komandirinin N8 iyul N3-cü il tarixli J78 №-li əmrilə (əsas: §-3, sıra-N9) İddiaçı hərbi təhsil almaq üçün Bakı Zabitlik kursuna göndərilərək müvəqqəti olaraq ərzaq və paltar təminatından çıxarılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, N944-cü il yanvarın N-dən N95N-ci il dekabrın 3N-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, N94N — N945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər başa düşülür. İddia tələbindən də göründüyü kimi iddiaçı Qanunun adıçəkilən maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kateqoriyasına aid olduğunu qeyd edərək onun müharibə veteranı hesab edilməli olmasını bildirmişdir. Adıçəkilən Qanunun 7-ci maddəsi ilə müəyyən edilir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPM-nin 33.N-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir. AR İPM-nin N4.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işin hallarından görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun N3-cü il tarixdən sonraki hərbi xidməti və qanuni əsaslarla ehtiyata və istefaya buraxılması barədə məlumatın aşkar edilmədiyinə istinad etmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr N4-cü il tarixli N54 nömrəli qərar ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamədə qeyd edilmişdir ki, hərbi həkim komissiyasının rəyində yaralanmalar və xəstəliklərin səbəb əlaqəsi haqqında rəydə müxtəlif ifadələr işlədilir. Həmin ifadələrdən biri də məhz «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» ifadəsidir. Əsasnaməyə görə «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» anlayışı özündə aşağıdakıları ehtiva edir. əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N4-cü il may ayının N2-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Beləliklə, “Hərbi həkim ekspertizası haqqında” Əsasnamədən də göründüyü kimi «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» anlayışı xəsarətin bilavasitə Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən alındığını təsdiq edən dəlillərdən biridir. Qeyd olunan hüquq mövqeyə istinadən, Məhkəmə belə qənaətə gəlir ki, müvafiq qaydada həyata keçirilmiş şəhadətləndirmə prosesi cavabdeh tərəfin irəli sürdüyü etirazın əsassızlığını ortaya qoyan mötəbər hüquqi əsaslar kimi qiymətləndirilməlidir. Bundan başqa Məhkəmə qeyd edir ki, hazırki qərarda istinad olunan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Eyni zamanda həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.20N6-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Qərarı ilə ilkin olaraq İİ dərəcə əlillik təyin edilmiş, əlilliyin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin olunduğu göstərilmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbləri baxımından müharibə veteranı hesab edilməlidir. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-N-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-N(N02)-787/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan, hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Ali Məhkəmənin 2-N(N02)-NN23/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, veteran ad və statusunun verilməsinə dair iddianın təmini barədə gəlinən nəticə təsdiq olunarkən imtina dəlillərinin əsassız sayılması əsaslarından biri kimi qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirmək, vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək üçün yaradılmış səlahiyyətli orqanın qərarına əsaslanmışdır. İddiaçının aldığı xəsarətin səbəb əlaqəsini müəyyən edən xx.xx.2020-ci il tarixli N787 saylı şəhadətnamə qüvvədədir və ləğv edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.Nci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9990/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9990/2024
20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver