Məhkəmə qərarları › İş №2-1(112)-9991/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9991/2024

26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9991/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cu il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin edilmiş birinci dərəcli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cu il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 26 avqust 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2018-ci ildə ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən 1-ci dərəcəli, müddətsiz əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – cavabdeh) tərəfindən iddiaçıya təyin edilmiş əlillik xx.xx.2018-ci il tarixdə Əlillik Altsistemində etibarsız hesab edilmişdir. İddiaçının əlillik vəziyyəti yenidən X1 4086003AACAV nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmişləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli **********5 saylı qərarı ilə iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixli, **********2 nömrəli xidməti məruzəyə əsasən dayandırılmışdır. Qərarın 10-cu bəndində göstərilmişdir ki, sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: xx.xx.2019xx.xx.2020. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6237/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli **********5 saylı Qərarı ləğv edilmiş və İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı əlillik altsistemində əlillliyinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət ünvanlasa da, müraciəti təmin edilməmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Bakı Dəmiryol Xəstəxanasının 4083003AACYG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cü il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxaırda qeyd edilən hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 1-ci dərəcəli əlillik ləyin edilmişdir. İddiaçı bir müddət ona ləyin edilmiş əlilliyə görə pensiyanı almışdır. Sonradan ona təyin edilmiş pensiva dayandırılmış və o, müayinəyə dəvət edilmişdir. Aparılmış müayinələrdən sonra X4 təyin edilmiş əlillik bərpa edilmişdir. Əlillik bərpa edilən zaman xx.xx.2018-ci ildən yox, xx.xx.2019-cu il tarixdən qeyd edilmişdir. Yenə bir müddət pensiya aldıqdan sonra İddiaçı pensiyası yenidən dayandırılmışdır. Bununla bağlı İddiaçı müraciət edərək dayandırılmış pensivasınn bərpa edilməsini xahiş elmişdir. Agentlik tərəfindən ona təyin edilmiş əlilliyə görə pensiyanın qüvvədə olması bildirilmişdir. Daha sonra Vahid Baxşalıvev DSMF-yə müraciət edərək dayandırılmış pensiyanın ödənişinin bərpa dilməsini xahiş etsə də, DSMF orqanı bundan imtina etmişdir. Daha sonra Vahid Baxşalıvev ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməvə müraciət edərək Filialın "əmək pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli, **********5 saylı qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensivasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(1 12)-6237/2022 saylı, xx.xx.2022-ci il, tarixli Qərarı ilə iddia tələbi təmin edilmişdir. Daha sonra həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiva Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardan verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2023-cü il larixli. 2-1(102)- 556/2023 saylı qərardadı qeyri-mümkün sayılmışdır. Hazırda icra mərhələsində müəyyən olunmuşdur ki, İddiaçı 1006 manat məbləğində pensiya təyin edilmiş və həmin pensiyasının ödənişinə bu ilin may ayından başlanılacaqdır. X7 pensiyası dayandırılmamışdan öncə, yəni xx.xx.2018-xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək pensiyası; 2018-ci il aprel üçün 2057.06 manat, may ayı üçün 2057.06 manat, iyun üçün 2057.06 manat, iyul üçün 2447.93 manat, avqust üçün 2447.93 manat, sentyabr ayı üçün 2447.93 manat 2019-cu i! üzrə 2861.10 manal. 2020-ci il yanvar ayı üzrə 5483.76 manat, fevral ayı üzrə 5483.76 manat, mart ayı üzrə 2861.10 manat, aprel ayı üzrə 2861.10 manat, may ayı üzrə 2861.10 manat, iyun ayı üzrə 2861.10 manat, iyul ayı üzrə 2861.10 manat. avqust ayı üzrə 2861.10 manat. sentyabr ayı üzrə 2861.10 manat, oktyabr ayı üzrə 0.00 noyabr ayı üzrə 1127.36 manat, dekabr ayı üzrə 563.68 manat pensiya ödənilmişdir. Göründüyü kimi şəxsə yüksək məbləğdə pensiya ödənişləri edilmişdir. İddiaçı DSMF orqanına müraciət edərək ona hansı səbəbdən ona 1006 manat pensiya təyin edildiyinə dair məlumatın verilməsini tələb edən zaman DSMF orqanı ona cavab olaraq əlillik təyinatında əvvəllər xx.xx.2018-ci il tarixi yazıldığı halda indi isə həmin tarix xx.xx.2019-cu il qeyd edildiyini və 2019-cu ildə qüvvədə olan qaydalara əsasən ona təyin edilmiş pensiya məbləğinin daha az olmalı olduğu cavabı verilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ilk dəfə əlillik vəziyyətinə Bakı Dəmiryol Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və müddətsiz Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs səbəbi ilə birinci dərəcə əlillik əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra həmin ilin avqust ayında göndərişi rəsmiləşdirən tibb müəssisəsi tərəfindən göndərişin əsassız olması ilə bağlı daxil olan məktub əsasında xx.xx.2018-ci ildə vətəndaşa aid əlillik Əlillik AS-də etibarsız edilmişdir. İddiaçı 1 il 7 ay sonra xx.xx.2019-cu ildə X5 vasitəsilə yeni göndərişlə müraciət etmişdir. Həmin göndərişə göndərişin natamam doldurulması - Səbəb: Diaqnozu təstiqliyən müayinələr tam aparılmayıb. Xəstəliyin başlanma tarixindən az müddət keçib, ixtisalaşdırılmış müalicə olunmalı, dinamikası qeyd olunmalıdır məzmununda imtina verilmişdir. Növbəti dəfə X2 xx.xx.2019-cu il tarixli göndərişi əsasında vətəndaşın əlillik vəziyyətinə baxılmış və Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz birinci dərəcə əlillik əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2018-ci ildə inzibati orqanın mövqeyi ilə razılaşmış və dayandırmanı həmin vaxtdan indiyə qədər mübahisələndirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya xx.xx.2018-ci ildə ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən 1-ci dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. Cavabdeh iddiaçıya təyin edilmiş əliliyi xx.xx.2018-ci il tarixdə əlillik altsistemində etibarsız hesab etmişdir. Buna əsas kimi isə əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə "xxxx" QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma həyata keçirilmiş və rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı yoxlanılaraq aparılmış əlillik təyinatlarının ləğv edilməsinin məqsədəuyğun hesab edildiyi göstərilmişdir. İddiaçı hazırkı tələbində xx.xx.2018-ci il tarixində təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cü il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil etməsi tələbini irəli sürmüşdür. Cavabdeh isə iddiaya etiraz edərək əliliyin komissiya tərəfindəın tibb müəssisəsinin göndərişi əsasında müəyyən edildiyini, göndərişin isə xx.xx.2019-cu il tarixə daxil olduğunu, iddiaçının xx.xx.2018-ci ildə inzibati orqanın mövqeyi ilə razılaşdığını və dayandırmanı həmin vaxtdan indiyə qədər mübahisələndirmədiyini göstərərək iddia tələbinin əsassız olduğunu bildirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. İşdən müəyyən edilir ki, cavabdeh orqan həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız öz mülahizələrinə əsaslanaraq iddiaçının müttəsiz əlilliyini altsistemdə etibarsız hesab etmişdir. Beləliklə, istinad edilən normativ aktların formal (məcburi) tələbləri təmin olunmamışdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir) Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Bənd 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Bənd 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 Sosial Ekspertiza və X8 (bundan sonra - TSERAS) ötürülür. Bənd 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Bənd 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Bənd 4.17. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bənd 5.3 Əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.1. şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Cavabdeh inzibati orqan iddiaçının iştirakı ilə aparılmış ilkin inzibati araşdırma nəticəsində ona birinci dərəcə əlillik təyin etdiyi halda, sonradan onun əlilliyini ona heç bir məlumat vermədən, iştirakını təmin etmədən, ondan xəbərsiz, qərar qəbul etmədən Altsistem vasitəsilə etibarsız hesab etmişdir. Məhkəmə cavabdehin iddianın mümkün sayılmaması barədə vəsatətinə münasibət bildirirərək qeyd edir ki, iddiaçının hüquqi marağı ona ilkin olaraq xx.xx.2018-ci il tarixdə təyin edilmiş müdətsiz əlilliyin cavabdehin qanunsuz hərəkəti nəticəsində altsistemdə etibarsız hesab edilməsinin qanunsuz sayılması və altsistemdə həmin əlilliyin bərpası ilə bağlı müvafiq dəyişikliklər edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə yönəlmişdir. Yuxarıda qeyd edildiyi kimi, bu növ iddia öhdəliyin icrası haqqında iddiadır və bu növ iddialar müddət tələbinə tabe tutulmur. Belə olan halda, iddianın müddətin buraxılması əsası ilə mümkünsüz sayılması barədə cavabdehin etirazının dəlillərini məhkəmə əsassız hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçıya sonradan, yəni xx.xx.2019-cu il tarixdən əlilliyin təyin olunması hazırkı iddianın təmininə mane deyildir. Qeyd edildiyi kimi, iddiaçının hüquqi marağı ona təkrar əlillik təyin edilməsi kimi başa düşülməməlidir. İş materiallarında göründüyü kimi, iddiaçı ilk dəfə xx.xx.2018-ci ildə təyin edilmiş əliliyin səbəb əlaqəsi, müddəti və dərəcəsi, sonradan təyin edilmiş əlilliyin səbəb əlaqəsi, müddəti və dərəcəsi eyni olmuşdur. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkəti nəticəsində, iddiaçının mövcud olan və sonradan davam edən əliliyi təsdiq olunduğu halda, cavabdeh iddiaçınn müddətsiz əlilliyini bərpa edərkən əlilliyin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən deyil, xx.xx.2019-cu il tarixdən bərpa etmiş, nəticədə Qanunvericilik normalarının dəyişməsi nəticəsində iddiaçının aldığı pensiya məbləğində əhəmiyyətli dərəcədə azalma baş vermişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd edir ki, iddia əsaslı olmaqla təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı Dəmiryol Xəstəxanasının 4083003AACYG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cü il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil etməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar