Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9993/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ında yerləşən fərdi yaşayış evi tikilisi üzərində mülkiyyət hüquqlarının mərhum atası X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X7 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Atasından iddiaçıya ünvan 1ında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. Həmin ev üzrə iddiaçı adına vərəsəlik şəhadətnaməsi verilməsi məqsədilə Bakı şəhəri 17 saylı Notariat Ofisinə ərizə ilə müraciət etdikdə müvafiq ev üzərində mülkiyyət hüquqlarının atasının adına dövlət qeydiyyatına alınmamış olması təsbit edilmiş və həmin evin və torpaq sahəsinin atasının mülkiyyətində olmasına dair arayışın verilməsinə dair notarius tərəfindən cavabdehə müraciət edilmişdir. Müvafiq fərdi yaşayış evi üzrə 1977-ci ildə X4 adına “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” verilmişdir. Bu əsasla cavabdeh orqana İddiaçı tərəfindən ünvanlanmış, ünvan 1ında yerləşən torpaq sahəsi üzərində yalnız tikiliyə dair mülkiyyət hüquqlarının İddiaçı məxsus olmasına dair arayışın verilməsi haqqında xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ərizələrinə cavabdeh orqan tərəfindən heç bir geridönüş edilməmiş və münasibət bildirilməmişdir. Müvafiq pasport da keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, **********448 nömrəli məktubu ilə ona təqdim edilmişdir. Müvafiq fərdi yaşayı evinə dair tikili üzərində mülkiyyət hüquqlarının mərhum atasına məxsus olmasına dair arayışın verilməsi ilə bağlı müraciətində tərəfindən zəruri sənədlər təqdim edilmiş olsa da, cavabdeh orqan həmin sənədlərə hüquqi qiymət verməmiş və müraciəti cavablandırmaqdan və icra etməkdən boyun qaçıraraq, məhkəmə müstəvisində mübahisələndirmənin qarşısının alınması məqsədilə, 2 dəfə edilmiş analoji məzmunlu qanuni müraciəti cavabsız saxlamış və kobud hüquq pozuntusuna yol vermişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı texniki pasportda qeyd edilən fərdi yaşayış evi ilə faktiki vəziyyət arasında perimetrik ölçülərdə fərqlər olduğu, elektron kadastr məlumatlarına əsasən isə baş planda göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi olduğu müəyyən edilmiş, bu səbəbdən pasportun göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də, faktiki sahə texniki pasportda qeyd ediləndən az, 0,1245 ha təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan İİ-JQ 253477 nömrəli ölum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1980-ci ildə ölmüşdür. ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 524 nömrəli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1980-ci il tarixdə vəfat etmiş nənəsi XX.XX.1908 ci il təvəllüdlü X2 qalmış miras ( ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X4 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata Alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş forma 37 arayışını, forma 1 arayışının və ya yeni çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsi xahiş olunmuşdur. Bakı şəhəri İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007ci il tarixli, 2533 nömrəli arayışından görünür ki, iddiaçının atası mərhum X1 rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, ev 28-də vəfatına qədər ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.1980-ci ildən vəfat etmiş kimi yaşadığı ünvanın daimi pasport qeydiyyatından silinmişdir. Həmçinin anası mərhum X8 ünvan ünvan 4rlikdə yaşamışdır. xx.xx.1990-ci ildən vəfat etmiş kimi yaşadığı ünvanın daimi pasport qeydiyyatından silinmişdir. Hal-hazırda bu ünvanda olan mülkə mərhumun oğlu İddiaçı daimi qeydiyyatda olaraq faktiki sahiblik edir. Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş fevral 1977-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Xanlar küçəsi, döngə 6, ev 1A ünvanında 1306,3 kv.metr torpaq sahəsində yerləşən 1939-cu ildə tikilmiş fərdi yaşayış evi X6 məxsus olmuşdur. İddiaçı hazırda Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş fevral 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid pasporta istinad edərək, 1a saylı evə mülkiyyət hüququnun mərhum Əzməmməd Məmmədova məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında təsbit edilmişdir. Hazırda qüvvədə olan Siyahıya əsasən texniki pasport daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün iki halda hüquqmüəyyənedici sənəd qismində çıxış edir:
1. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar;
2. 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Qeyd olunan normaların tələbindən görünür ki:
1. şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verildikdə, yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi çıxış edir.
2. texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin yerləşdiyi və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi çıxış edir. İşdən görünür ki, iddiaçının təqdim etdiyi fevral 1977-ci il tarixli texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən deyil, Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Deməli, həmin sənəd fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulmuş sənədə aid deyildir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara (məsələn, qanunvericilikdə edilmiş dəyişikliyə) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova