Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9995/2025 30.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X5 Mallar Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gömrük rəsmiləşdirilməsinin aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1975-ci ildən Azərbaycan Respublikasından çıxmışlar, 1990-cı ilin yanvar ayına qədər X1 şəhərində yaşamışlar. Məlum Bakı hadisəsindən sonra onları işdən maddə ilə çıxartmışlar və məcbur olub evlərini dəyişib Türkmənistan Respublikasına gəlmişlər və o vaxtdan Türkmənistanın Türkmənbaşı şəhərində yaşayırlar. Orada yaşasalar da, vətənindən ayrı düşmüşdür. 1990cı ildə məlum hadisələrdə əlindən gələn köməkliyi ölkəsinə etmişdir. İndiyə qədər qalan sənədlərin bir neçəsini məhkəmə təqdim edirlər. Zaman keçdikcə yaş dolmuş və 29 may 2024-cü ildə Türmənistan vətəndaşlığından çıxıb, vətənə gəlmişlər. Hal-hazırda 11 noyabr 2024-cü ildən Gömrük Komitəsi tərəfindən ev əşyaları girov götürülüb. 14 oktyabr 2013-cü il 305 nömrəli qərara əsaslanmışlar. Bu qərarda isə göstərilib ki, Azərbaycandan gedən və gələnlər, miqrant, işçi və diplomatik işçilərdir. Bir kəlmə belə köçüb gələn haqqında qərar yoxdur. Gömrükdə onsuzda Azərbaycan ərazisinə əşyalar girən kimi yoxlanılmışdır. Rentgen aparatından keçmiş və orada qanunauyğun olmayan bir şey görülməmişdir. Qanunvericiliklə müəyyən edilmiş haqqı da, Dəniz limanında banka ödənilmişdir. Dəfələrlə Gömrük Komitəsinə yazmışlar, amma bir cavab almışlar ki, pulu gətirin, əşyalarınızı alın. Dövlət 44 il iş stajı olmasına baxmayaraq sosial yardım adı ilə ayda 220 manat pul verir. Onun cavabdehə ödəməyə minlərlə manat pulu yoxdur.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Baş Gömrük İdarəsi ilə əvəz edilməsi, “Kia-Bongo” markalı nəqliyyat vasitəsinin rüsumlar ödənilmədən rəsmiləşdirilməsi və sərbəst dövriyyəyə buraxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia ərizəsində 29 may 2024-cü il tarixdə Türkmənistan Respublikasının vətəndaşlığından çıxdığını, ölkəyə gələrkən ev əşyalarını özüylə gətirdiyini, həmin əşyaların istehsal və ya kommersiya məqsədi üçün nəzərdə tutulmadığını qeyd etmişdir. Bildirirlər ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi nüanslar və əsaslandırmaların heç bir hüquqi və qanuni əsası yoxdur. İlk öncə onu qeyd edirlər ki, iddiaçının məhkəməyə ünvanladığı ərizəsində qeyd edilən xüsusiyyətlər “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı Qərarı ilə tənzimlənir. Həmin Qərarın 1.5-ci bəndində göstərilir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilir ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər: 2.1.1. səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar; 2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; 2.1.3. bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, gömrük ərazisindən aparılan mallar; 2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; 2.1.5. bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar; 2.1.6. avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq; 2.1.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələri, həmçinin “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində qeyd olunan dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri; 2.1.8. müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar; 2.1.9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə); 2.1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz; 2.1.11. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları; 2.1.12. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü; 2.1.13. əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər. 2.1-1. Bu qaydaların 2.1.2-ci və 2.1.10 - 2.1.12-ci yarımbəndlərində nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir. 2.1-2. Bu qaydaların 2.1.2-ci, 2.1.10-cu və 2.1.11-ci yarımbəndlərində nəzərdə tutulan malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilməsi üçün həmin malların ümumi gömrük dəyəri bu qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Əks halda, bu qaydaların 2.2-ci bəndi tətbiq edilir. Bundan əlavə iddiaçı öz ərizəsində Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı Qərarında qeyd olunan güzəştlərin əcnəbi əməkçi miqrantlara və ya Azərbaycan Respublikasının vətəndaşı olub əməkçi miqrant kimi xarici ölkədə əmək fəaliyyətinə başlamış və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçən şəxslərə şamil olunduğunu etiraf edir. O, təxminən otuz il Türkmənistan Respublikasında yaşadıqdan sonra 12 iyun 2021-ci ildən Azərbaycan Respublikasının vətəndaşlığını aldığını qeyd edir. Belə olan halda iddiaçının göstərdiyi işin hallarına əsasən onun əməkçi miqrant olmaması səbəbindən NK-nın 305 saylı qərarında göstərilən güzəştlərin ona tətbiq edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasinin Miqrasiya Məcəlləsinin 3.0.10-cu maddəsində əməkçi miqrantın anlayışı verilir. Belə ki, əməkçi miqrant haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxsdir. İddiaçı isə əməkçi miqrant olmadığına görə həmin güzəştlər ona aid edilmir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-33/2-Ə-000674/1-10/2025 nömrəli məktubla imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı malların rəsmiləşdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçnın müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
17. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
18. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: Maddə 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Maddə 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Maddə 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Maddə 148.3. Malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. M a d d ə 319. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası 319.1. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.2. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir. 319.3. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X3 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X6 Edilmiş Sisteminə və X4 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 319.5. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. M a d d ə 321. Malların təsnifatı 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər.
19. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.2. gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü; ... Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. ...
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 299.1-ci maddəsinə əsasən hazırlanmışdır və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir. 1.2. Bu Qaydalar fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilməsi qadağan olunmuş və ya gömrük sərhədindən keçirilməsinə görə lisenziya tələb olunan mallara şamil edilmir. 1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.3.9. avtonəqliyyat vasitəsi - dövlət qeydiyyatına alınmış və ya alınmalı olan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (bundan sonra - XİFMN) 8701-8704, 8711 və ya 8716 mal mövqelərinə aid nəqliyyat vasitəsi. 1.4. Bu Qaydaların 1.3.9-cu yarımbəndində və XİFMN-in 8709 və 8710 mal mövqelərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, XİFMN-in 87-ci mal qrupuna aid digər nəqliyyat vasitələri, onların hissələri və ləvazimatları bu Qaydaların 2-ci və 3-cü hissələrində müəyyən edilmiş qaydada gömrük sərhədindən keçirilir. 1.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir.
2. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən, gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası 2.1. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər: 2.1.1. səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar; 2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; 2.1.3. bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, gömrük ərazisindən aparılan mallar; 2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; 2.1.5. bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar; 2.1.6. avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq; 2.1.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələri, həmçinin “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində qeyd olunan dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri; 2.1.8. müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar; 2.1.9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə); 2.1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz; 2.1.11. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları; 2.1.12. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü; 2.1.13. əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər. 2.1-1. Bu qaydaların 2.1.2-ci və 2.1.10 - 2.1.12-ci yarımbəndlərində nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir. 2.1-2. Bu qaydaların 2.1.2-ci, 2.1.10-cu və 2.1.11-ci yarımbəndlərində nəzərdə tutulan malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilməsi üçün həmin malların ümumi gömrük dəyəri bu qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Əks halda, bu qaydaların 2.2-ci bəndi tətbiq edilir. 2.2. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir. 4.1. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə avtonəqliyyat vasitələri gətirilərkən, gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə, qanunla müəyyən edilmiş digər tələblərə və təsdiqedici sənədlərə uyğun olaraq gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada həyata keçirilir. 4.3. Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir. 4.5. Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır.
21. Beləliklə, işin hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası ərazisinə daxil olarkən o, özü ilə ölkəyə ev əşyalarını və xarici dövlətdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitəsini gətirmişdir. O, hazırki tələbində avtonəqliyyat vasitəsinin istehsal və kommersiya məqsədi ilə ölkəyə gətirilmədiyinə istinad etməklə heç bir gömrük ödənişi həyata keçirilmədən, gömrük rəsməşdirilməsinin həyata keçirilməklə sərbəst dövriyyəyə buraxılmasını xahiş edir. O, bununla bağlı ilk öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edildiyindən hazırki tələblə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
23. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən minik avtomobilləri Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunarkən, mənşə ölkəsindən, gömrük dəyərindən, eləcə də, istismar vəziyyətindən asılı olaraq gömrük ödənişlərinə cəlb edilirlər. Respublika ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin gömrük dəyəri “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununa, “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarına, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 500 nömrəli qərarına əsasən mühərrikin hər kubsantimetrinə görə idxal gömrük rüsumu, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən nəqliyyat vasitələrinin gömrük dəyəri və ödənilməli olan gömrük ödənişlərinin cəminin 18 % həcmində əlavə dəyər vergisi və nəqliyyat vasitəsinin buraxılış ilindən asılı olaraq nəqliyyat vasitələrinin utilizasiya fonduna ödənilən ödənişlər tətbiq edilir. İddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”-nın müvafiq müddəalarında isə avtonəqliyyat vasitələrinə güzəştlərin tətbiq olunması (gömrük rüsumunun tutulmaması) yalnız bir halda, həmin Qaydalarda göstərilən şərtlər daxilində iki ildən az olmayaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşlar üçün nəzərdə tutulmuşdur. İddiaçıya münasibətdə isə belə bir güzəştin tətbiq edilməsi üçün qanunvericilikdə hər hansı bir hal müəyyən edilməmişdir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
27. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
28. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva