Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1/2020 19.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndələri X1 və X3 (vəkili) iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 (üçüncü şəxs Zeynalov Sahib Zeynal oğlu) qarşı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4rşı xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-2129/2017 nömrəli qərarı ilə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindənçıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 üzərinə qoyulması qərara alınmışdır. Sözügedən qərardan Zeynalov Sahib Zeynal oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(104)-625/2017 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış, inzibati iş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə əməl olunması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-317/2018 nömrəli qərardadı ilə Zeynalov Sahib Zeynal oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(104)-223/2018 nömrəli qərardadı ilə Zeynalov Sahib Zeynal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə əməl olunması üçün geri qaytarılmışdır. Sözügedən qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(102)-1178/2018 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(104)-223/2018 nömrəli qərardadı ləğv edilmiş, iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdirş. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(104)-496/2018 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-2129/2017 nömrəli qərarından üçüncü şəxs Zeynalov Sahib Zeynal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab olunmamış və onun qəbulundan imtina olunmuşdur. Həmin qərardaddan üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-13/2019 nömrəli qərarı ilə üçüncü şəxs Zeynalov Sahib Zeynal oğlunun kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(104)-496/2018 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-5/2019 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-2129/2017 nömrəli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, Zeynalov Sahib Zeynal oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-5/2019 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-285/2019 nömrəli qətnaməsi qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-5/2019 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda ünvan 2 mənzil 8 ünvanında qeydiyyatda olmaqla yaşayır. “xxxx” QSCnin Texniki Xidmət və X8 şəhəri Dəmir yolu 1 saylı evlərİdarəsinin balansında olan Gəncə şəhəri, Kəpəz rayonu, M.Avşarov küçəsi, ev 60/17, mənzil 8-i soyadını və adını xatrılamadığı milliyyətcə erməni olan bir şəxsdən almış, lakin həmin mənzili sənədləşdirə bilməmişdir. 1991ci ildən fasiləsiz olaraq qızı ilə həmin mənzildə yaşayır. O, ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini xahiş etmiş, lakin inzibati orqan imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyindən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs Zeynalov Sahib Zeynal oğlunun nümayəndələri X2 və X6 (vəkili) iddia tələbinə etiraz edərək bildirmişlər ki, Zeynalov Sahib Zeynal oğlu ilə İddiaçı yaxın qohum olmaqla yeznə-qayındırlar. Muxtar Avşarov küçəsi 60a ünvanında yerləşən mənzil 1992-ci il tarixdə Zeynalov Sahib Zeynal oğlunun adına özəlləşdirilmişdir, mənzil dörd tərəfi bağlı olan 435 kv.m torpaq sahəsi üzərində yerləşməklə 2 otağı, hamamı, aynabəndi olan tikilidir, həm tikili, həm də torpaq sahəsi özəlləşdirilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-2129/2017 nömrəli qərarının icrası zamanı DƏDRX-nin 3 saylı X7 əməkdaşları Zeynalov Sahib Zeynal oğluna məxsus M.Avşarov küçəsi 60a ünvanında yerləşən mənzilə gələrək müayinə aparıblar, məhkəmənin qərarına etiraz etməsələr də, həmin qərarın icrası başqa ünvanda deyil, məhz Sahib Zeynalovun mülkiyyətində olan M.Avşarov küçəsi 60a ünvanında yerləşən mənzildə aparmaqla S.Zeynalovun mülkiyyət hüququnu pozmuşlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10 isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbinə dair cavabdeh inzibati orqanın xx.xx.2017-ci il tarixli, **********62 nömrəli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı, 16762668 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Gəncə 1saylı Evlər İdarəsinin xx.xx.2017-ci il tarixli, 01 nömrəli məktubunun surəti; - Mənzilə dair şəxsi hesab vərəqəsinin surəti; - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2017-ci il tarixli, 773584 nömrəli arayışının surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli, **********08 nömrəli və xx.xx.2017-ci il tarixli, **********96 nömrəli məktublarının surəti; - İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizənin surəti; - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-726/2017 nömrəli qətnaməsinin surəti; - 09.09.2018-ci il tarixli, 12 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsinin surəti; - Gəncə 1saylı Evlər İdarəsinin xx.xx.2018-ci il tarixli, 103 nömrəli arayışı; - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçıünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı ərizə ilə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 müraciət etsə də, inzibati orqan imtina etmişdir. Məhkəmə inzibati orqanın imtina ilə bağlı hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» xx xxxxxx 1993-cü il tarixli 463 saylı qanunu (bundan sonra- Mənzilin özəlləşdirilməsi haqqında qanun) ilə, eləcə də x xxxxxxx 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi ilə tənzimlənir. Yeni Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra Mənzilin özəlləşdirilməsi haqqında qanunun normaları yalnız Mənzil Məcəlləsinə zidd olmadığı hissədə tətbiq edilir. Özəlləşdirmə hüququ Azərbaycan Respublikasının vətəndaşlarına, eləcə də dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağlamış vətəndaşlığı olmayan şəxslərə məxsusdur (əcnəbilərə bu hüquq verilmir). 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi – Mənzil Məcəlləsinin qüvvəyə minməsinə qədər Mənzilin özəlləşdirilməsi haqqında xx xxxxxx 1993-cü il tarixli qanuna əsasən, dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququna malik olan şəxslərin hüquqlarını saxlayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Nəzərə almaq lazımdır ki, mənzilin özəlləşdirilməsi haqqında qanun yeni Mənzil Məcəlləsinin qanuni qüvvəyə minməsindən sonra onun normalarına əsasən vətəndaşlara verilmiş dövlət mənzil fondunun sosial və xüsusi təyinatlı yaşayış sahələrinə şamil edilmir. İddiaçının, üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etdiyi mənzil də xüsusi təyinatlı mənzil fonduna (sosial mənzil) aid olduğundan, həmin mənzilin iddiaçının mülkiyyətinə verilməsi halı istisna edilir. Həmçinin, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra "hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11. maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. x xxxx 1982—ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən “Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Buna baxmayaraq, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatı üçün həmin əsaslar təqdim edilməmişdir. Bu da Mülki Məcəllənin 139-1 -ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9 və 10-cu maddələrinin tələblərinə ziddir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 7 60/17 saylı evin 8-ci mənzili və ünvan 7 60a saylı ev eyni ünvandır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, üçüncü şəxsin nümayəndələrinin izahatlarına, cavabdehin etirazına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 hazırki iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi etirazda qeyd edilənləri əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4rşı (üçüncü şəxs Zeynalov Sahib Zeynal oğlu) ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4rşı (üçüncü şəxs Zeynalov Sahib Zeynal oğlu) ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver