Məhkəmə qərarları › İş №2-1(114)-1/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1/2023 11.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh1, X5, X7, X4) Dövlət aktının və daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdehlər Cavabdeh1nə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Tovuz rayon AİK-nın xx.xx.1999-cu il tarixli 30 saylı qərarının X5, X7 və X4 barəsində ləğv edilməsi və həmin qərar əsasında həmin şəxslərin adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-373 saylı Dövlət aktının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 başçısının xx.xx.1996-cı il tarixli 580 nömrəli sərəncamı ilə "xxxx" Kiçik Müəssisəsinə 1 ha torpaq sahəsi verilmiş, həmin sahəyə dair “Torpağa mülkiyyət, sahiblik, istifadə hüququna dair” A00478 saylı Dövlət aktı verilmişdir. Həmin vaxtdan torpaq sahəsi müəssisənin istifadəsində olmuşdur. Məhkəmə çəkişmələri zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0,38 ha hissəsi Tovuz rayon AİK-nın xx.xx.1999-cu il tarixli 30 saylı qərarı ilə X2, X6 və X1 verilmiş və onların adına Torpağa mülkiyyət hüququna dair JN-373 saylı Dövlət aktı işlənmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ilkin iddia “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Torpağa mülkiyyət hüququna dair JN-373 saylı Dövlət aktının və xx.xx.2015-ci il tarixli, ******* nömrəli çıxarışın və onun əsasında aparılmış qeydin ləğv edilməsi” barədə iddiaya dəyişdirilmişdir. İddiaçıya və vəkilinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. İddiaçının vəkili X8 xx.xx.2023-ci il tarixdə məhkəməyə teleqram göndərərək digər məhkəmə işləri ilə bağlı xx.xx.2023-cü il tarixli məhkəmə iclasının təxirə salınması xahiş etmiş, eyni zamanda iddiaçı da həmin tarixli teleqramla ailə vəziyyəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, iddiaçı xx.xx.2023-cü il tarixli teleqramla əlavə sübutlar təqdim edəcəyini bildirməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, hər iki halda məhkəmə iclaslarının təxirə salınmasına əsas verən tutarlı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə bu halı iddiaçı tərəfin icraatı yubatmaq niyyəti ilə əlaqələndirir. Cavabdehin nümayəndəsi X10 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasında iddianı qəbul etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, surəti işə əlavə edilmiş “Torpağa mülkiyyət, sahiblik, istifadə hüququna dair” A00478 saylı Dövlət aktından görünür ki, Cavabdeh1 başçısının xx.xx.1996-cı il tarixli 580 nömrəli sərəncamı ilə "xxxx" Kiçik Müəssisəsinə 1.0 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-373 saylı Dövlət aktından görünür ki, Tovuz rayon AİK-nın xx.xx.1999-cu il tarixli 30 saylı qərarı əsasında X2, X6 və X1 0.38 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1275/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 və qeyrilərinin Cavabdeh1nə qarşı iddia təmin edilərək, Cavabdeh1 başçısının "xxxx" Kiçik Müəssisəsinə 1.0 ha torpaq sahəsi verilməsi barədə xx.xx.1996-cı il tarixli 580 nömrəli sərəncamının iddiaçılara məxsus torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi qərara alınmışdır. Beləliklə sadalanan sübutlarla müəyyən olunur ki, hazırki iş üzrə iddiaçıya torpaq sahəsinin verilməsi barədə inzibati akt üçüncü şəxslərə məxsus torpaq sahəsinə aid hissədə etibarsız sayıldığından iddiaçının üçüncü şəxslərə torpaq sahəsi verilməsi barədə inzibati aktı və yaxud digər hər-hansı hüquqverici sənədi mübahisələndirmək hüququnu istisna edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Dövlət aktının və daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar