Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1/2024 30.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) qeyri-yaşayış binasına dair dövlət reyestrində hüquqların qabaqcadan qeydiyyatı hərəkətlərinin qanunsuz hesab edilməsi və 19 sentyabr 2017-ci il tarixdə, ********** nömrə ilə aparılmış hüquqların qabaqcadan qeydiyyatı hərəkətlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə X4 Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən “ünvan 1 ünvanında inşa edildiyi qeyd olunan qeyri-yaşayış binasına dair dövlət reyestrində hüquqların qabaqcadan qeydiyyatı hərəkətlərinin qanunsuz hesab edilməsi və 19 sentyabr 2017-ci il tarixdə, ********** nömrə ilə aparılmış hüquqların qabaqcadan qeydiyyatı hərəkətlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, MA ******* seriyalı, qeydiyyat nömrəsi ********* olan və xx.xx.2010-cu il tarixli, MA ******* seriyalı, qeydiyyat nömrəsi ********** olan çıxarışlara əsasən Gəncə şəhəri Cavadxan küçəsi 34 saylı binanın birinci mərtəbəsində yerləşən, sahələri 29,4 kv.m və 16,6 kv.m olan iki qeyri yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin bina 2011-ci ildə, Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin qanunsuz göstərişi əsasında uçurulub. Bununla əlaqədar olaraq, İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinə qarşı uçurulmuş binanın yerində inşa edilməklə müvafiq qeyri-yaşayış sahələri ilə təmin olunma və sair barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia irəli sürüb. Hazırda “həmin iddia tələbi üzrə məhkəmə baxışı Gəncə Apellyasiya Məhkəməsində davam edir. Lakin sonradan əldə edilən məlumata əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" X3 arasında bağlanılmış 02 oktyabr 2017-ci il tarixli, 307 nömrəli alqı-satqı müqaviləsi əsasında Gəncə şəhəri, Cavadxan küçəsi 34 saylı binanın yerləşdiyi 753.8 kv.m torpaq sahəsi "xxxx" X2 satılmış və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində həmin torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ qeydə alınaraq, buna dair 03 may 2018-ci il tarixli, Seriya RX, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" X3 arasında bağlanılmış 02 oktyabr 2017-ci il tarixli, 307 nömrəli həmin alqı-satqı müqaviləsinin 1.1-ci bəndində qeyd olunub ki, müqavilənin predmelini 19 sentyabr 2017-ci il tarixli ********** saylı Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışına əsasən “Alıcı”nın adına qeydiyyata alınmış ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən 733,8 kv.m torpaq sahəsi təşkil edir. Alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən göründüyü kimi, həmin müqavilənin bağlanmasına əsas olan sənəd hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19 sentyabr 2017-ci il tarixli ********** saylı Arayış olmuşdur. Həmin arayışda qabaqcadan qeydiyyata alınan qeyri yaşayış binasının yerləşdiyi 733,8 kv.m torpaq sahəsinin "xxxx" X1 istifadəsində olduğu göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC-nin adına 19 sentyabr 2017-ci il tarixdə, ********** nömrə ilə aparılmış hüquqların qabaqcadan qeydiyyatı ilə bağlı hərəkətlər qanunsuz hesab edilməli və həmin qeydiyyat ləğv edilməlidir. DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən vəkil sorğusuna verilən 13 may 2019-cu il tarixli cavab məktubundan görünür ki, qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC-nin adına 19 sentyabr 2017-ci il tarixdə, ********** nömrə ilə aparılmış hüquqların qabaqcadan qeydiyyatı barədə arayış FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi DBLİ “Azərdövlətlayihə” Gəncə Filialının 2017-ci il tarixli layihəsinə əsasən verilib. Yəni, "xxxx" MMC qabaqcadan qeydiyyatın aparılması üçün DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə yalnız tikintinin layihəsini təqdim edib və Ərazi İdarəsi də həmin layihənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan qeydiyyat hərəkətlərini yerinə yetirib. Halbuki, qanunun tələbinə əsasən qabaqcadan qeydiyyatın aparılması üçün tikintinin layihəsi ilə birlikdə tikintiyə icazə sənədi də təqdim olunmalı imiş. Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvanında inşa olunan binanın tikintisinə icazə sənədi ümumiyyətlə olmadığından "xxxx" MMC qabaqcadan qeydiyyat üçün həmin sənədi təqdim edə bilməmişdir. Gəncə şəhəri, Cavadxan küçəsi 34 saylı binanın birinci mərtəbəsində yerləşən sahələri 29,4 kv.m və 16,6 kv.m olan iki qeyri yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına qeydiyyata alınıb və həmin qeydiyyat bu gün də saxlanılmaqdadır. Qanunun tələbinə əsasən eyni ünvanda və eyni koordinatda yalnız bir daşınmaz əmlaka dair hüquqlar qeydiyyata alına bilər. Daşınmaz Əmlakın Dövlət Reyestrində eyni ünvanda və eyni koordinatda hüquqların təkrar olaraq başqa şəxsin - “Gəncə Bazar Store MMC-nin adına qeydiyyata alınması tamamilə qanuna ziddir. Göründüyü kimi DƏDRX-nin 3 saylı Ərazi İdarəsində "xxxx" MMC-nin adına DƏDR-də qeyri yaşayış sahəsinin qabaqcadan qeydiyyatı ciddi qanun pozuntuları ilə həyata keçirilib. Qabaqcadan qeydiyyat üçün tələb olunan tikintiyə icazə sənədi təqdim olunmadan, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına qeydiyyatda olan daşınmaz əmlak üzərində qanunsuz olaraq yenidən "xxxx" MMC-nin adına qeydiyyat aparılmışdır. Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvanındakı uçurulmuş bina ikimərtəbəli çoxmənzilli yaşayış binası olub. Binanın ikinci mərtəbəsində yaşayış evləri, birinci mərtəbəsində isə qeyriyaşayış sahələri yerləşib. Binanın yerləşdiyi torpaq sahəsi 422.0 kv.m olub. Qanunun tələbinə əsasən çoxmənzilli binaların ümumi əmlakının birpə idarə edilməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binanın ümumi əmlakının, o cümlədən binanın yerləşdiyi torpaq sahəsinin istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin edir. Torpaq Məcəlləsinin nə 33-cü, nə də 46.1-ci maddələrində çoxmənzilli yaşayış binalarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətində saxlanılan torpaq sahələrinə aid edilməmişdir. Deməli, Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvanındakı uçurulmuş binanın yerləşdiyi torpaq sahəsi qüvvədə olan qanunvericiliyə əsasən ümumi paylı mülkiyyət hüququ ilə həmin binanın mülkiyyətçilərinə məxsus olduğu üçün, qeyd olunan torpaq sahəsi digər şəxslərin istifadəsinə və ya mülkiyyətinə verilə bilməz. Bundan başqa, ünvan 4 ünvanda inşa edilən “Biznes Mərkəzi” binasının tikintisinə icazə sərəncamı verilməyib. Qeyd olunan torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verildiyini təsdiq edən heç bir rəsmi sənəd də mövcud deyildir. Həmin tikintiyə icazə icraatı şəhərsalma və tikinti normalarının tələblərini kobud şəkildə pozmaqla aparılıb. Yəni, sifarişçi 840 kv.m torpaq sahəsi üzərində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədi və Gəncə Şəhər İcra Hakimiyyətindən tikintiyə icazə sərəncamını almadan tikintiyə başlamış və tikinitini başa çatdırmışdır. Buna baxmayaraq, DƏDRX-nin 3 saylı Ərazi İdarəsi həmin tikiliyə dair xx.xx.2017-ci il tarixdə, tamamilə qanunsuz və əsassız olaraq, qabaqcadan qeydiyyat aparmış və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin "xxxx" MMC-nin qanuni istifadəsində olduğuna dair dövlət reyestrinə həqiqətə uyğun olmayan məlumatlar daxil etmişdir. Bundan təqribən 20 gün sonra, yəni 02 oktyabr 2017-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsi qeyd olunan torpaq sahəsinin "xxxx" MMC-yə satılması barədə alqı-satqı muqaviləsi bağlamış və həmin müqavilənin hüquqi əsası kimi məhz hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19 sentyabr 2017-ci il tarixli ********** saylı həmin Arayışa istinad olunmuşdur. Cavabdeh təşkilat öz qanunsuz hərəkətlərini pərdələmək məqsədi ilə, qabaqcadan qeydiyyata aldığı qeyri-yaşayış binasının ünvanında da saxtakarlığı yol vermişdir. Yəni, həmin bina Cavadxan küçəsi 34 ünvanda yerləşən torpaq sahəsi üzərində inşa edildiyi halda, dövlət reyestrində həmin tikilinin ünvanı, məqsədli şəkildə Cavadxan küçəsi 34 “A” kimi qeyd olunmuşdur. Halbuki, Cavadxan küçəsi 34 “A” saylı ünvan faktiki olaraq mövcud deyildir. Qeyd olunan qanun pozuntuları Cavadxan küçəsi 34 ünvandakı uçurulmiş binanın mülkiyyətçilərinin, o cümlədən iddiaçının mülkiyyət hüquqlarını kobud qaydada pozur. Buna görə də, qeyd olunan qeyri-yaşayış binasına və həmin binanın inşa edildiyi torpaq sahəsinə "xxxx" MMC-nin hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan aparılmış qeydiyyat hərəkətləri qanunsuz hesab edilməli və qabaqcadan qeydiyyat ləğv edilməlidir. İş üzrə şifahi məhkəmə baxışı iclası 30 aprel 2024-cü il tarixə təyin edilmiş, tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və iddiaçının vəkili məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçının nümayəndəsi (vəkili) Vəkil3 əvvəlki məhkəmə iclaslarında vəsatət təqdim edərək iş materialları ilə tanış olması məqsədi ilə, məhkəmə prosesinin növbəti tarixə təyin edilməsini xahiş etmiş, növbəti məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər və üçüncü şəxsin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxs onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil edir: -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 34A ünvanında yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ ilə "xxxx" MMC-nə məxsusdur. -iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 307 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin , fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 34A ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən 733.8 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 50000 (əlli min) manata satılmış, "xxxx" MMC tərəfindən isə həmin torpaq sahəsinin tam dəyəri ödənilməklə satın alınmışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 34A ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-nə məxsusdur. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın ləğvinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə göstərilənlər ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki: -iş materiallarına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-63/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) cavabdeh tərəfindən üçüncü şəxsin adına Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 32A ünvanında inşa edildiyi qeyd olunan qeyri-yaşayış binasına dair dövlət reyestrində hüquqların qabaqcadan qeydiyyatı hərəkətlərinin qanunsuz hesab edilməsi və 19 sentyabr 2017-ci il tarixdə, ********** nömrə ilə aparılmış hüquqların qabaqcadan qeydiyyatı hərəkətlərinin ləğv edilməsi tələbinə dair məhkəmənin icraatında olan iş, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-173/2020 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. -iş materiallarına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-13/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) qeydin ləğv edilməsi tələbinə dair iş üzrə icraat təzələnmişdir. -iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinn xx.xx.2020-ci il tarixli, 2(011)-173/2020 nömrəli qərarı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia tələbi təmin edilmiş, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “ünvan 6 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən 733.8 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 307 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin adına verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin qətnamədən "xxxx" MMC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. -iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-712/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 173/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5294/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-712/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. -iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3551/2022 qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə olunmuş sənədləri və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, 19 sentyabr 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışı mübahisələndirilir, lakin müəyyən edilmişdir ki, həmin arayış əsasında “ünvan 7 ünvanında yerləşən 0.07338 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən “ünvan 7 ünvanında yerləşən 0.07338 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3551/2022 qərarı ilə iddiaçının qeyd edilən çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilməmiş və qərar öz qüvvəsini almışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən 19 sentyabr 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış əsasında verilmiş çıxarış qüvvədə olduğundan iddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) qeyri-yaşayış binasına dair dövlət reyestrində hüquqların qabaqcadan qeydiyyatı hərəkətlərinin qanunsuz hesab edilməsi və 19 sentyabr 2017-ci il tarixdə, ********** nömrə ilə aparılmış hüquqların qabaqcadan qeydiyyatı hərəkətlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver