Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1/2025 14.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X24, üçüncü şəxs X29 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X25 və X44) qarşı X9 adına daşınmaz əmlakın dövlət reyestrindəki ********** nömrəli xx.xx.2019-cu il tarixli qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçıya dair sənədlər: 1) Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 60 saylı qərarı ilə Maraqlı şəxs İbo oğluna və X7 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN- 951E nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin “Həyətyanı sahənin qaiməsi/sertifikatı/ndan görünür ki, torpağın ümumi sahəsi 1547,4 kv.m-dir (dəmyə 1547,4 kv.m bonitet balı 100). Şəhadətnamənin sertifikatı xx.xx.2006-cı il tarixdə DTXK-nin Şəmkir rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutu əməkdaşı tərəfindən imzalanmış və möhürlənmişdir. 2) Həmin şəhadətnamə DWJ və DBF siyahısında əks olunmuşdur (cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-3707/2024 nömrəli məktubuna əsasən). 3) Aprel 2002-ci il tarixdə Şəmkir rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Şəmkir rayonun Çinarlı qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 951 nömrəli sırada X45 və X8 adı qeyd edilmiş, xəritə nömrəsi 951 və 951a, ailə tərkibi 2, qanuni istifadəsində olan həyətyanı sahə 0,19 ha torpaq sahəsi göstərilmişdir. 4) X5 xx.xx.2000-ci il tarixdə 61 yaşında ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 23 nömrə ilə qeyd aparılmışdır. 5) Maraqlı şəxs xx.xx.2011-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 26 nömrə ilə qeyd aparılmışdır 6) 17.07.2012-ci il tarixli, 2V-03-957 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında xx.xx.2011-ci il tarixdə vəfat etmiş Maraqlı şəxs vərəsəsi iddiaçıdır. Şəhadətnamə verilən miras əmlak keçmiş SSRİ Əmanət Bankının 3429/02 nömrəli filialının 0417 saylı 4252 saylı və 3429/03 nömrəli filialının 25507 saylı hesablarında saxlanılan mərhuma aid pul vəsaitlərindən ibarətdir. 7) 17.07.2012-ci il tarixli, 2V-03-958 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında xx.xx.2000-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi iddiaçıdır. Şəhadətnamə verilən miras əmlak keçmiş SSRİ Əmanət Bankının 3429/02 nömrəli filialının 25906 saylı hesabında saxlanılan mərhuma aid pul vəsaitlərindən ibarətdir. 8) xx.xx.2018-ci il tarixli, 2V-1656 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında Əlavə şəhadətnaməyə əsasən X3 nömrəsi JN:988 KOD: 50402016 olan dövlət aktı əsasən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsindən ona düşən hissəsindən ibarət miras əmlakdan iddiaçı 1/2 hissədə pay almalıdır. 9) 20.12.2018-ci il tarixli, 2V-1759 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında Əlavə şəhadətnaməyə əsasən Maraqlı şəxs Rövşən oğluna verilmiş seriya nömrəsi JN:988 KOD: 50402016 olan dövlət aktı əsasən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsindən ona düşən hissəsindən ibarət miras əmlakdan iddiaçı 1/1 pay almalıdır. 10) 20.12.2018-ci il tarixli, 2V-1760 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında Əlavə şəhadətnaməyə əsasən X4 verilmiş seriya nömrəsi JN:988 KOD: 50402016 olan dövlət aktı əsasən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsindən ona düşən hissəsindən ibarət miras əmlakdan iddiaçı 1/1 pay almalıdır Üçüncü şəxslərə dair sənədlər: 11)X48 filialında mühafizə olunan H.Aslanov adına sovxozun xx.xx.1995-ci il tarixli, 52 nömrəli əmri ilə Qarabağ döyüşlərində şəhid olmuş və itkin düşən şəxslərin ailə üzvlərinə və ailələrinin hər birinə 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin siyahının 5ci sırasında X9 adı qeyd edilmişdir. 12)Şəmkir rayonu “Həzi Aslanov” adına sovxozun arxiv sənədləri X48 Filialına xx.xx.1998-ci il tarixdə təhvil verilmişdir. 13) xx.xx.2015-ci il tarixli, Çinarlı Bələdiyyəsinin və Şəmkir rayon baş memarının möhür və imzaları ilə təsdiq edilmiş Çinarlı qəsəbəsinin kompleks yerquruluşu planından çıxarışına əsasən X9 qanuni istifadəsində olan torpaq sahəsinin koordinatı aşağıdakı kimi təsdiq edilmişdir (cavabdehin xx.xx.2020-ci il tarixli, **********76 nömrəli məktubunda tarixi qeyd edilmişdir): Döngə Döngə nöqtələrinin nöqtələrinin koordinatları koordinatları (Y) (X) 594370.8266 4515293.4779 594378.1795 4515317.9800 594425.9709 4515305.1128 594418.3091 4515282.9538 594394.4604 4515288.2327 14) xx.xx.2018-ci il tarixli, 2V-1655 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında Əlavə şəhadətnaməyə əsasən X3 nömrəsi JN:988 KOD: 50402016 olan dövlət aktı əsasən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsindən ona düşən hissəsindən ibarət miras əmlakdan X25 1/2 hissədə pay almalıdır. 15) Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0,4673 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi – **********93 reyestr nömrəli daşınmaz əmlak üzərində X9 3/10 hissədə, iddiaçının 5/10 hissədə, X10 1/10 hissədə, X18 1/10 hissədə payı üzrə xüsusi mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 16) xx.xx.2019-cu il tarixdə cavabdehin baş mühəndisi X46, kadastr üzrə baş mütəxəssisi X30, Çinarlı Bələdiyyəsinin sədri Arzu Qafarov və X25 tərəfindən tərtib edilmiş akta əsasən Şəmkir rayonu Çinarlı qəsəbəsində həyətyanı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi ilə əlaqədar olaraq aparılan çöl- ölçmə işləri zamanı X9 qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinə texniki səhv olaraq Maraqlı şəxs İbo oğlunun adına JN-951E nömrəli mülkiyyətə dair şəhadətnamə işlənmişdir. Odur ki, bu texniki səhvi aradan qaldırmaq məqsədi ilə torpaq sahəsində tərəflərindən GPS aləti ilə real vaxt rejimində ölçü işləri apararaq döngə nöqtələrinin koordinatları yenidən təyin edildi.Təyin edilmiş yeni koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planından çıxarış hazırlanaraq yerli bələdiyyə tərəfindən təsdiqlənib akta əlavə edildi. Yuxarıdakıları nəzərə alaraq hüquqların dövlət qeydiyyatı zamanı 01 oktyabr 2015-ci il tarixli 1440 nömrəli arxiv arayışına əsasən naturadakı vəziyyətə uyğun olaraq X9 adına mülkiyyət sənədinin verilməsi məqsədə uyğundur. 17) Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpağı – **********27 reyestr nömrəli daşınmaz əmlak üzərində X9 xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18) xx.xx.2019-cu il tarixdə A-403041 nömrəli X57 və ölçüsü sənədi tərtib edilmişdir. 19) xx.xx.2020-ci il tarixli, 4Ə-1783 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X25 tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəs X1. 20) Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpağı – **********27 reyestr nömrəli daşınmaz əmlak üzərində X29 xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 21) Məhkəmə sorğusuna cavab olaraq Şəmkir rayonu Çinarlı Bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 135 nömrəli məktubunda bildirmişdir ki, Çinarlı qəsəbə sakinlərindən X12, X31 və İddiaçı Çinarlı bələdiyyəsi adından rəsmi iclas protokolu ilə heç bir nə əkin nə sahibkarlıq nə də həyətyani torpaq sahəsi verilmiyib. Çinarlı bələdiyyəsi 1999 cu ildə yaradılmışdır. Sözügedən vətəndaşlara torpaq sahələri 1989-1997-ci illərdə Həzi Aslanov adına sovxozun qərarları ilə verilmişdir. Elə vətəndaşlarda olmuşdur ki, torpaq verilmişdi, ancaq adını Arxiv Arayışına salmamışdılar. Çinarlı bələdiyyəsində olan məlumata əsasən X12 Həzi Aslanov adına sovxozun xx.xx.1995ci il tarixli Əmr nömrə 52 olmaqla adına 0,12 ha həyətyanı torpaq sahəsi şəhidlərə verilən ərazidən verilmişdir. Məlumat üçün, qardaşı X39 Qarabag döyüşlərində şəhid olmuşdur. Rövşən Mehbalıyev də veteran olduğuna görə qardaşı Şəhid olandan sonra Rövşən Mehbaliyevin adına şəhidlərə verilən ərazidən (Səməd Vurgun küçəsindən 0.12 ha həyətyani torpaq sahəsi verilmişdir, istifadəsində olmuş, çıxarış almışdır. Çıxarış şəxsi mülkiyyətdə olduğu üçün vətəndaşın özündədir. Çinarlı bələdiyyəsində yoxdur. Bundan başqa məhkəmənin işinə kömək məqsədi ilə qeyd edilir ki, 2004-2006-cı illərdə Çinarlı qəsəbəsində bir çox vətəndaşların xəbəri olmadan belə öz torpaq sahələrinə şəhadətnamə vurulmuşdur. Qeyd edir ki, vurulan şəhadətnamələrdə səhvlər buraxılmışdır. Belə ki, şərti adı Əlinin sahəsinə vurulmuş şəhadətnamə səhvən 50 metr kənarda yaşayan qonşusunun torpagına sürüşərək orda qeyd olunmuşdur. Bundan başqa verilən şəhadətnamələr araşdırılmadan ailənin hansısa bir üzvünə yazılıb qeyd edilmışdir. Sözügedən vətəndaşların faktiki istifadəsində olan torpaq sahələrinin ölçüsü və koordinatları Bələdiyyədə yoxdur. Digər məhkəmə mübahisələri: 22) Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-5532/2016 nömrəli qətnaməsi ilə iddiaçının Maraqlı şəxs İbo oğlunun miras əmlakı olan JN 951E (kod ********) saylı, xx.xx.2006-c1 il tarixli «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 60 saylı qərarı ilə Maraqlı şəxs İbo oğlunun və X6 mülkiyyətinə verilmiş Şəmkir rayonunun Çinarlı qəsəbəsinin ərazisində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin Maraqlı şəxs İbo oğluna aid hissəsini qəbul etməsi faktı müəyyən edilmişdir. 23) Həmin qətnamədən X9 nümayəndəsi X26 tərəfindən apellyasiya şikayəti verilmişdir. İş hələ də dayandırılmışdır. 24) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1995/2021 nömrəli qərarında qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Həzi Aslanov adına sovxoza məxsus binalardan iki order- 1) 55 kv.m sahəsi olan 3 otaqdan ibarət mənzilə Maraqlı şəxs İbo oğlunun adına; 2) 50 kv.m sahəsi olan 2 otaqdan ibarət mənzilə X13 adına order mövcud olmuşdur. Hər iki orderdə yalnız özləri qeyd edilmiş, başqa şəxslərin adları göstərilməmişdir. Sonradan həmin mənzillər adları qeyd olunan şəxslər tərəfindən özəlləşdirilməmiş və ya xüsusi mülkiyyətə verilməmişdir. Məhkəmə mübahisəsi: 25) İddiaçı X9 adına daşınmaz əmlakın dövlət reyestrindəki ********** nömrəli xx.xx.2019-cu il tarixli qeydin ləğv edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. 26) Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********25 nömrəli məktubunda bildirmişdir ki, Şəmkir rayonu, Çinarli qəsəbəsində yerləşən 0.12 ha həyətyanı torpaq sahesine dair X52 oglunun adina verilmis xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi İdarənin səlahiyyətlərinə aid deyil. Hər hansı bir əmlaka dair verilmiş çıxarşın ləğvi yalnız məhkəmə qərarı əsasında mümkündür. 27) İmtina ilə razılaşmayan İddiaçı xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə, daha sonra sonuncu dəfə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X9 adına daşınmaz əmlakın dövlət reyestrindəki ********** nömrəli xx.xx.2019-cu il tarixli qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 28) İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X25 iddiaçının qardaşıdır. Onların qardaşı X32 birinci Qarabağ müharibəsində şəhid olduğu üçün ataları X27 və anaları X6 adına Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli qərarı ilə Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində 0.15 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçının valideynləri vəfat etmişlər. İddiaçı valideynlərindən qalmış mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmişdir. Rövşən Mehbalıyev iddiaçıya həmin torpaq sahəsindən istifadə etməyə maneçilik törətmişdir. İddiaçı 2020-ci ilin noyabr ayında torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq üçün cavabdehə müraciət etdikdə arxiv arayışı əsasında həmin torpaq sahəsinə dair A 403041 saylı X57 və Ölçüsü işləndiyini və torpaq sahəsinin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarış əsasında qardaşı X9 mülkiyyətinə verildiyini bildirdilər. Əsas kimi "H.Aslanov" adına sovxozun xx.xx.1995-ci il tarixli, 52 nömrəli əmri ilə Qarabağ döyüşlərində şəhid olan və itkin düşənlərin ailə üzvlərinə o cümlədən şəhidin qardaşı X19 0.12 ha həyətyanı torpaq sahəsi verilməsini göstərmişlər. Halbuki, həmin vaxt onların valideynləri sağ olmuş və torpaq sahəsi də şəhid ata-anası olaraq onlara verilmişdi. Valideynləri xəstə olduğundan iddiaçının qardaşı Rövşən Mehbalıyevi sənədi qəbul etmək üçüb göndərmişlər. Hətta, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli qərarı ilə Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində 0.15 ha həyətyanı torpaq sahəsi JN-951E (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onların mülkiyyətinə verilmişdir. İddiaçı hesab edir ki, hazırda həmin Şəhadətnamə qüvvədə oduğu halda üçüncü şəxs Rövşən Mehbalıyeva həmin torpaq sahəsinə dair Çıxarış və X57 və Ölçüsü qeyri leqal əsaslarla verilmişdir. Ona görə də X9 adına işlənmiş A 403041 saylı X57 və Ölçüsü və onun adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış spublikası etibarsız hesab edilməlidir. Belə ki, iddiaçının da həmin torpaq sahəsində payı vardır. 29) Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-5/2023 nömrəli qərardadı əsasında verilmiş mütəxəssis rəyində qeyd edilmişdir: 1) İddiaçı iddia etdiyi torpaq sahəsi ilə JN- 951E (kod ********) nömrəli, xx.xx.2006-cı il tarixli "torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə 0.14 ha hissədə, **********27 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindəki çıxarışında göstərilən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. 2) X29 faktiki istifadə etdiyi torpaq sahəsi ilə JN-951E (kod ********) nömrəli, xx.xx.2006-ci il tarixli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.14 ha hissədə, **********27 reyestr nömrəli dasınmaz əmlakın Dövlət reyestrindəki çıxarışda 0.12 ha torpaq sahəsi ilə üstüstə düşür. JN-951E saylı şəhadətnamə üzrə **********27 reyestr nömrəli çıxarış Döngə Döngə Döngə Döngə nöqtələrinin nöqtələrinin nöqtələrinin nöqtələrinin koordinatları koordinatları (Y) koordinatları koordinatları (Y) (X) (X) 594369.0966 4515293.6466 594370.8160 4515293.4425 594377.6833 4515321.3681 594378.1795 4515317.9797 594429.4317 4515310.5433 594425.9709 4515305.1125 594420.0462 4515282.4516 594418.3091 4515282.9535 594378.2702 4515291.0380 594394.4596 4515288.2306 30) İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 10/6004 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir. 31) Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-76-2/2-27/2024 nömrəli məktubu ilə təqdim edilmiş 1990-2010-cu illərə dair təsərrüfatbaşına kitablarından çıxarışlara əsasən 1931-ci il təvəllüdlü Maraqlı şəxs (sonradan vəfat etmişdir) 4 nömrəli ev üzrə təsərrüfatında 1939cu il təvəllüdlü X5 – xx.xx.2000-ci il tarixdə vəfat etmişdir, 1959-cu il təvəllüdlü X20, 1961ci il təvəllüdlü X32 – xx.xx.1988-ci il tarixdən ayrı təsərrüfatı (təsərrüfatdan ayrılmış) , 1964-cü il təvəllüdlü X21, 1966-cı il təvəllüdlü X22 – xx.xx.1991-ci il tarixdə Mingəçevirə ərə getmiş, 1968-ci il təvəllüdlü X33 – xx.xx.1989-cu il tarixdə ayrı təsərrüfatı olmuşdur. Daha sonra həmin təsərrüfat üzrə 1971-ci il təvəllüdlü X25 (Rusiya qeydiyyatlı), 1995-ci il təvəllüdlü X28 (Mingəçevirdə yaşayır), 1983-cü il təvəllüdlü X26, 2007-ci il təvəllüdlü X23, 2009-cu il təvəllüdlü X14 göstərilmişdir. 32) Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-656/2025 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən 1) xx.xx.2019-cu ildə döngə nöqtələrinin koordinatları yenidən təyin olunanadək JN-951E (kod ********) nömrəli ,xx.xx.2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə əks olunmuş 0.15 ha torpaq sahəsi ilə X9 istifadəsində olan 0.12 ha torpaq sahəsinin koordinatları 0.12 ha hissədə üstüstə düşürdü. 2) xx.xx.2019-cu ildə döngə nöqtələrinin koordinatları yenidən təyin olunanadək JN-951E (kod ********) nömrəli ,xx.xx.2006-cı il tarixii "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə əks olunmuş 0.15 ha torpaq sahəsi ilə AN 403041,xx.xx.2019 -cu ildə tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsü sənədində əks olunmuş torpaq sahəsinin koordinatları 0.12 ha hissədə üst-üstə düşürdü. 3) xx.xx.2019cu ildə döngə nöqtələrinin koordinatları yenidən təyin olunanadək JN-951E (kod ********) nömrəli ,xx.xx.2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə əks olunmuş 0.15 ha torpaq sahəsi Çinarlı qəsəbəsində ,Şəmkir-Gəncə yolunun sol tərəfində şimal istiqaətində yerləşir və həmin torpaq sahəsi hər hansı digər şəxslərin hüquqlarına toxunmur.( X29 adına xx.xx.2020-ci ildə tərtib olunmuş plan və ölçü sənədində əks olunmuş torpaq sahəsi ilə üst-üstə düşmə halı istisna olmaqla). 4) X29 faktiki istifadə etdiyi 0.1740 ha-dək torpaq sahəsi ilə AN 403041,xx.xx.2019 -cu ildə tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsü sənədində əks olunmuş torpaq sahəsinin koordinatları 0.12 ha hissədə üst-üstə düşür. 5) X29 adına xx.xx.2020-ci ildə tərtib olunmuş plan və ölçü sənədində əks olunmuş torpaq sahəsi AN 403041,xx.xx.2019 -cu ildə tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsü sənədində əks olunmuş torpaq sahəsinin koordinatları ilə 0.12 ha hissədə üst-üstə düşür. 6) X29 faktiki istifadə etdiyi 0.1740 ha-dək torpaq sahəsi ilə X29 adına xx.xx.2020-ci ildə tərtib olunmuş plan və ölçü sənədində əks olunmuş torpaq sahəsinin koordinatları 0.12 ha hissədə üst-üstə düşür. 7) Rəy elektron məlumat bazasının Kompleks yerquruluşu xəritəsi və yeni elektron uçot xəritəsi (TEKUİS) materialları əsasında hazırlanmışdır. 33) xx.xx.2025-ci il tarixdə mübahisəli əraziyə məhkəmə heyəti ilə birgə baxış keçirilmişdir. Baxış zamanı proses iştirakçıları tərəfindən boş torpaq sahəsi təqdim edilmiş, üçüncü şəxs Samir İslamlı ev tikintisi üçün daş tökdüyü müşahidə edilmişdir. Baxış zamanı iştirak edən mühəndis DWG məlumatlarındakı şəhadətnamə ilə üçüncü şəxsin çıxarışında olan koordinatların cüzi fərqlər olsa da, üst-üstə düşdüyünü bildirmişdir. 34) Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi xx.xx.2025-ci il tarixli, 5-76-2/2-63/2025 nömrəli məktubunda bildirmişdir ki, Maraqlı şəxs İbo oğlunun yaşamış olduğu ev Nizami küçəsində yerləşir. Təsərrüfatbaşına kitabda təsərrüfata oğlu X25 başçılıq edir. Evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,12 ha-dır. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əsas niyyəti Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 60 saylı qərarı ilə Maraqlı şəxs İbo oğluna və X7 verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi üzərində mərhumların vərəsəsi kimi hüquqlarının qeydə alınmasıdır. Lakin elektron kadastr məlumatlarına (eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş mütəxəssis rəylərinə) əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Ona görə də hazırki iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə nail olmağa yönəlmişdir. 2019-cu ildə X9 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının hüquqi və faktiki əsasını H.Aslanov adına sovxozun xx.xx.1995-ci il tarixli, 52 nömrəli əmri, xx.xx.2015-ci il tarixli, Çinarlı Bələdiyyəsinin və Şəmkir rayon baş memarının möhür və imzaları ilə təsdiq edilmiş Çinarlı qəsəbəsinin kompleks yerquruluşu planından çıxarış və xx.xx.2019-cu il tarixdə cavabdehin baş mühəndisi X46, kadastr üzrə baş mütəxəssisi X30, Çinarlı Bələdiyyəsinin sədri Arzu Qafarov və X25 tərəfindən tərtib edilmiş akt təşkil etmişdir. Mübahisələndirilən xx.xx.2019-cu il tarixdə ********** nömrəli qeydin aparılmasının hüquqi əsası olan H.Aslanov adına sovxozun qeyd edilən əmri hazırda X48 filialında saxlanılır, həmin sənəd ləğv edilməmiş, dəyişdirilməmişdir. İddiaçı tərəfin istinad etdiyi JN-951E nömrəli mülkiyyətə dair şəhadətnaməyə əsasən Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 60 saylı qərarı ilə Maraqlı şəxs İbo oğluna və X7 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmış, şəhadətnamənin ikinci nüsxəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ərazi İdarəsinin arxivinə təhvil verilmişdir. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərdəndir. Göründüyü kimi, hazırda qüvvədə olan, dəyişdirilməmiş, ləğv edilməmiş iki sənəd mövcuddur: 1) iddiaçı tərəfin istinad etdiyi JN-951E nömrəli mülkiyyətə dair şəhadətnamə; 2) üçüncü şəxsin istinad etdiyi H.Aslanov adına sovxozun xx.xx.1995-ci il tarixli, 52 nömrəli əmri. Məhkəmə hər iki sənədi tədqiq edərkən müəyyən etmişdir ki, JN-951E nömrəli mülkiyyətə dair şəhadətnamə elektron baza məlumatlarında əks olunduğu halda, xx.xx.2019-cu il tarixdə ********** nömrəli qeydin aparılmasının hüquqi əsası olmuş H.Aslanov adına sovxozun xx.xx.1995-ci il tarixli, 52 nömrəli əmrlə ayrılmış torpaq sahələrinin koordinatları əks olunmuş sənəd tərtib edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, X9 adına qeydiyyat aparılarkən xx.xx.2019-cu il tarixdə cavabdeh qurumun baş mühəndisi X46, kadastr üzrə baş mütəxəssisi X30, Çinarlı Bələdiyyəsinin sədri Arzu Qafarov və X25 tərəfindən akt tərtib edilmişdir. Həmin akta əsasən çöl-ölçmə işləri zamanı X9 qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinə texniki səhv olaraq Maraqlı şəxs İbo oğlunun adına JN-951E nömrəli mülkiyyətə dair şəhadətnamə işlənildiyi müəyyən edilmiş, buna görə, texniki səhvi aradan qaldırmaq məqsədi ilə torpaq sahəsində tərəflərindən GPS aləti ilə real vaxt rejimində ölçü işləri apararaq döngə nöqtələrinin koordinatları yenidən təyin edilmişdir. Başqa sözlə, X9 iddia etdiyi torpaq sahəsi ilə JN-951E nömrəli mülkiyyətə dair şəhadətnamənin üst-üstə düşdüyü müəyyən edilmiş, bu səbəbdən ölçü işləri apararaq döngə nöqtələrinin koordinatları yenidən təyin edilmişdir. Yəni, xx.xx.2019-cu il tarixdən sonra X9 iddia etdiyi torpaq sahəsi ilə JN-951E nömrəli mülkiyyətə dair şəhadətnamə üstüstə düşməli deyildi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 810/2024 saylı iş üzrə qəbul etdiyi 03 iyul 2024-cü il tarixli qərarında qeyd edilmişdir: Hazırkı mübahisəyə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Qeydiyyat orqanı maraqlı şəxsin adına müvafiq reyestr kitabında olan qeydiyyatın qanunsuz və ya əsassız aparıldığını sonradan aşkar etdikdə, prinsipcə, həmin qeydiyyatın ləğvi və ya onun düzəlişlər etmək hüququna malikdir. Lakin bu zaman inzibati orqan həm də, qanunvericilikdə nəzərdə tutulmuş tələbələrə və təminatlara riayət etməlidir. Həmin məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun normaları nəzərə alınmaqla həll edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar inzibati orqanların faktiki xarakterli hərəkətlərini təşkil edirlər. Odur ki, inzibati aktların ləğvi və ya dəyişdirilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş müddəalar müvafiq olaraq inzibati orqanların faktiki xarakterli hərəkətlərinə münasibətdə də eyni qaydada şamil olunmaqla tətbiq edilməlidir. İnzibati orqan, reyestrdə aparılmış qeydiyyatı ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində aparılmış qeydiyyatın ləğvi əsaslarının və şərtlərinin, eləcə də ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qeydiyyatı ləğv edərək həmin qeydiyyatın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsləri icraata cəlb etməyə və onların dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qeydiyyat aparmağa borcludur. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğvi və dəyişdirilməsi məsələsi qeydin əsasını təşkil edən hüquq müəyyənedici sənədlərin mübahisələndirilib-mübahisələndirilmədiyi də nəzərə alınmaqla “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada həll olunmalıdır. Qeydin ləğvi və ya dəyişdirilməsi ilə bağlı məsələyə baxarkən həm də “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələrinin normaları da nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən üst-üstə düşmə halı qeyd edilən JN-951E nömrəli şəhadətnamə üzrə torpağın mülkiyyətçiləri Maraqlı şəxs İbo oğlu və X6 vərəsələri dəvət edilməmiş, onların razılığı alınmamış, qeyd edilən şəhadətnamənin ləğv edilməsi, dəyişdirilməsi ilə bağlı inzibati icraat aparmamışdır. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Qeyd olunmalıdır ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən və aqrar islahat zamanı Maraqlı şəxs İbo oğlu və onun ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mərhumun vərəsələri və üçüncü şəxsin payları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə X15 RX seriyalı, ******* nömrəli Çıxarış da verilmişdir (iş İ cild, səh 115). Yəni, cavabdeh qurum Maraqlı şəxs və X6 vəfat etməsi barədə və onların qanun üzrə vərəsələrinin kim olması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq, hazırkı iş üzrə cavabdeh qurum inzibati icraatı yalnız X9 iştirakı ilə aparılmış, inzibati icraat barədə digər maraqlı tərəfin (Maraqlı şəxs İbo oğlu və X6 vərəsələri) məlumatlandırılması, inzibati icraatda maraqlı şəxslərin (vərəsələrin) iştirakının, həmçinin onların dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilməsini, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılmasını təmin etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 100 (bir yüz) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində X9 adına **********27 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli, xx.xx.2019-cu il tarixli qeydiyyatın ləğv olunması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X11, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1/2025
14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver