Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-10/2021 17.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X17 (üçüncü şəxslər X15, X16, X10, X11) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X20 – bundan sonra mətndə cavabdeh) xx.xx.2019-cu il tarixli **********88 nömrəli məktubu ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, X6 adına xx.xx.2017-ci il tarixdə, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi 11 saylı X14 səlahiyyətlərinə aid deyildir və çıxarışın ləğv edilməsi yalnız məhkəmənin qərarı əsasında aparılır. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi,xx.xx.2020-ci il tarixdə isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X6 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışda göstərilən ********** qeydiyyat nömrəli, **********64-10301 reyestr nömrəli qeydin qismən -102 kv.m hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunda 1998-ci ildə Torpaq İslahatları aparılarkən ona və ailə üzvlərinə Şəmkir rayon X4 xx xxxx 1998-ci il tarixli 52 nömrəli qərarı ilə Şəmkir rayonu, Barlı Bağ kəndi ərazisindən 0.25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-056A KOD 50414037 nömrəli xx xxxx 2002-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də almışdır. xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********764, qeydiyyat nömrəsi ********** olan qonşusu X8 da həmin ərazidən torpaq verilmiş, həmin vaxtdan da qonşudurlar. Ancaq xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınıb Hilal Əliyevə çıxarış verilərkən, bilə-bilə onun mülkiyyətində olan torpağın 0.04 hektarını sonunxunun çıxarışına salmışlar. Cavabdehə müraciət edərək qeyd olunan, ona məxsus olan, qonşusu X6 adına olan yuxarıda göstərilən dövlət qeydiyyatının və çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin inzibati orqan bunu etməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X16 məhkəmə iclasında iddiaçı ilə gəldikləri razılığın pozulduğunu qeyd edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE 0******* seriya nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14 xx.xx.2019-cu il tarixli **********88 nömrəli imtina məktubu; - İddiaçı və onun ailə üzvlərinin adına Şəmkir rayonu, Barlı Bağ kəndi ərazisində 0,25 hektar torpaq sahəsi verilməsi haqqında «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 056A, Kod 50414037 nömrəli şəhadətnamə; - X12 və onun ailə üzvlərinin adına Şəmkir rayonu, Barlı Bağ kəndi ərazisində 0,24 hektar torpaq sahəsi verilməsi haqqında «Torpağın mülkiyyətə verilməsinə dair» JN-001A, Kod 50414037 nömrəli şəhadətnamə; - X1 mülkiyyətinə 0.24 hektar torpaq sahəsinin verilməsinə dair xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********764, qeydiyyat nömrəsi ********** hüquqların dövlət qeydiyyatı barədə çıxarış; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin rəisi, sahə rəisi və mühəndisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il və xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyləri; Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəfin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - «Torpağın mülkiyyətə verilməsinə dair» JN-056A, Kod 50414037 nömrəli şəhadətnamədən görünür ki, Şəmkir rayonu, Barlı Bağ kəndi ərazisində 0,25 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin adına verilmişdir. - «Torpağın mülkiyyətə verilməsinə dair» JN-001A, Kod 50414037 nömrəli şəhadətnamədən görünür ki, X12 və onun ailə üzvlərinin adına Şəmkir rayonu, Barlı Bağ kəndi ərazisində 0,24 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin adına verilmiş torpaq sahəsi ilə qonşuluqda yerləşmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarış ilə Şəmkir rayonu, Barlı Bağ qəsəbəsi, Z.Tağıyev küçəsi ev 21-də olan 0,24 ha torpaq sahəsi üzərinə (reyestr nömrəsi **********764, qeydiyyat nömrəsi **********) xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Məhkəmə mübahisəli məsələnin həlli baxımından yaranmış sualların mütəxəssis tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini və ziddiyyətlərlə bağlı məsələlərin aydınlaşdırılması üçün mütəxəssis rəyinə zərurət yarandığını nəzərə alaraq iş üzrə mütəxəssis rəyinin alınması üçün zəruri tədbirlər görmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X6 adına verilmiş xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********764, qeydiyyat nömrəsi ********** hüquqların dövlət qeydiyyatı barədə çıxarışda qeyd edilən torpaq sahəsi ilə JN-056A, Kod 50414037 «Torpağın mülkiyyətə verilməsinə dair» nömrəli şəhadətnamə ilə İddiaçı verilmiş torpaq sahəsi 0.0102 kv.m. hissədə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-056A, Kod 50414037 nömrəli şəhadətnamədə qeyd edilən və İddiaçı verilmiş 0.25 hektar torpaq sahəsi ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-001A, Kod 50414037 nömrəli şəhadətnamədə qeyd edilən X8 verilmiş 0,24 hektar torpaq sahəsi kompleks yerquruluşu xəritəsinə əsasən (şəhadətnamələr üzrə) üstüstə düşmür. X8 verilmiş JN-001A, Kod 50414037 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə koordinatlar olmadığı üçün xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********764, qeydiyyat nömrəsi ********** hüquqların dövlət qeydiyyatı barədə çıxarışa düzgün qeyd edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı istifadəsində olan 0.25 hektar həyətyanı torpaq sahəsindən 102 kv.m. hissəsi X8 verilmiş çıxarışın plan ölçüsündə qeyd olunan koordinatlar ilə üst-üstə düşür. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Şəmkir rayon X9 tərəfindən İddiaçı (ailə üzvlərinə) və X8 (ailə üzvlərinə) müvafiq olaraq 0.25 və 0.24 hektar torpaq sahəsi verilərkən həmin torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşmiş və şəhadətnamələr üzrə koordinatlar üst-üstə düşməmişdir. X2 ona verilən 0.24 hektar torpaq sahəsi üzrə xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********764, qeydiyyat nömrəsi ********** hüquqların dövlət qeydiyyatı barədə çıxarış verilərkən İddiaçı istifadəsində olan 0.25 hektar həyətyanı torpaq sahəsindən 102 kv.m. hissəsi X8 verilmiş çıxarışın plan ölçüsündə qeyd olunan koordinatlar ilə üst-üstə işlənmişdir. Cavabdeh inzibati orqan iddia predmeti olan torpaq sahəsinin koordinatlarını müəyyənləşdirmədən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın ləğv edilməsinin onların səlahiyyətində olmadığını bildirib iddiaçının müraciətindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. - 1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. - 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi cavabdeh inzibati orqanın öhdəliyidir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 329,24 manat (üç yüz iyirmi doqquz manat iyirmi dörd qəpik) xərc cavabdehdən alınaraq Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X6 adına olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, reyestr nömrəsi **********764, qeydiyyat nömrəsi ********** çıxarış üzrə 0.24 ha torpaq sahəsinə dair aparılmış qeydiyyat İddiaçı «Torpağın mülkiyyətə verilməsinə dair» JN-056A, Kod 50414037 nömrəli şəhadətnamə əsasında mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü 0.0102 hektar hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14 üzərinə qoyulsun. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 329,24 manat (üç yüz iyirmi doqquz manat iyirmi dörd qəpik) xərc cavabdehdən alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X xxxx MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-10/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-10/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver