Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-100/2020 10.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Orucova Zöhrə Məmməd qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.20N9-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakını nəzərə alaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixə kimi erməni işğalçılarına qarşı gedən döyüşlərdə könüllü iştirak etmiş, həmin vaxt ekipaj komandiri olmuş, döyüş zamanı başından qəlpə yarası almışdır. Onun döyüşdə olması hərbi biletində qeyd edilmiş, lakin çıxması barədə qeydiyyat aparılmamışdır. Həmçinin döyüşlərdə iştirak etməsi faktı Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxx 20N7-ci il tarixli 2(043)-2977/20N7 nömrəli qətnaməsi ilə təsdiq edilmişdir. Bundan sonra iddiaçı onamüharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Tərtər rayonunun döyüş bölgəsində, Marquşavanda, Göygölün sərhəd kəndlərində döyüşmüş və heç vaxt hərbi hissəni özbaşına tərk etməmişdir. N99N-ci ilin oktyabr ayından N992-ci ilin mart ayınadək N saylı hərbi hissədə xidmət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində işə baxılarkən cavabdeh orqan iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini etiraf etmiş, indi isə heç bir əsas olmadan iddiaçının hərbi hissəni özbaşına tərk etməsi barədə uydurma məlumat vermişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.20N9-cu il tarixli, NN/5N80 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı döyüş əməliyyatları aparıldığı dövrdə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəmüvafiq deyildir.Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N7-ci il tarixli, 9/2-N275 nömrəli məktubunun məzmunundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N (GƏÖMB) nömrəli hərbi hissə komandirinin mart iyun N992-ci il tarixli dövrü əhatə edən əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamamış, eləcə də N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.N992-ci il tarixdə 26 nömrəli və xx.xx.N992-ci il tarixdə 44 nömrəli əmr verilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9cu il tarixli, N/O-9975 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxx 20N7-ci il tarixli 2(043)-2977/20N7 nömrəli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. -Gəncə şəhər Nizami rayon hərbi komissarlığının xx.xx.N992-ci il tarixli N/62 nömrəli arayışından görünür ki, İddiaçı fevral N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Milli Ordunun tərkibində döyüşlərdə iştirak etmişdir. -İddiaçı məxsus xx.xx.N982-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətində olan qeydlərdən görünür ki, sonuncu xx.xx.N992-ci il tarixli əmrlə N saylı hərbi hissəyə daxil olmuş, xx.xx.N992-ci il tarixli əmrlə ehtiyata buraxılmışdır. - Kəpəz Rayon Məhkəməsinin xx xxx 20N7-ci il tarixli 2(043)-2977/20N7 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. -Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli, N9HP4555 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və cinayət işi olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N7-ci il tarixli NN/N476 nömrəli mülahizəsindən görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinin kifayət qədər sübutlarla təsdiq edildiyi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. XN Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İddiaçıya məxsus hərbi biletdə onun hərbi hissənin tərkibinə daxil olması və ehtiyata buraxılması ilə bağlı əmrlərin tarixi və nömrəsi barədə qeydlər mövcuddur. Həmçinin onun qeyd etdiyi dövrdə hərbi xidmətdə olması Gəncə şəhər Nizami rayon hərbi komissarlığının xx.xx.N992-ci il tarixli N/62 nömrəli arayışı ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı hərbi xidmətdə olmaqla yanaşı, həm də qanuni əsaslarla ehtiyata buraxılmışdır. Məhkəmə xüsusilə qeyd edir ki, keçmiş hərbiçinin ordu sıralarına qəbulu və ya tərxis olunması ilə bağlı rəsmi sənədlərdə (hərbi bilet, qeydiyyat kartası) müvafiq qeydlər olduğu halda arxiv məlumatlarının natamam olması sonuncunun ziyanına şərh edilməməlidir. Bununla yanaşı cavabdeh orqan imtinanın əsası kimi iddiaçının hərbi hissəni özbaşına tərk etməsini qeyd etsə də, bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh orqanın imtinası əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3 maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.N maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.N maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.N, 75 və 8N-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-100/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-100/2020
10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver