Məhkəmə qərarları › İş №2-1(114)-100/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-100/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-100/2021 24.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, üçüncü şəxslər X6 və X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X16 (üçüncü şəxs X11 və X15) qarşı dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: «Torpağa mülkiyyət hüququna dair» JN-567, Kod 50415038 nömrəli Dövlət aktından görünür ki, Şəmkir rayon X5 xx.xx.1998-ci il tarixli 56 nömrəli qərarı əsasında Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində 0,20 hektar torpaq sahəsi İddiaçı verilmişdir. Həmin Dövlət aktına əlavə edilən “Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi)” ilə 567C nömrəli mülkün sahəsinin 1456.87 kv.m olması və torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,1456 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2016-cı il tarixdə **********07 reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2016-cı il tarixli 190-21572-1216 nömrəli arayışına əsasən üçüncü şəxs X6 adına olan JN-534 nömrəli, 50415038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı naməlum şəraitdə itmişdir. “Dünya meridianları” jurnalında verilmiş elana əsasən Şəmkir rayonu, Əliyaqublu kənd sakini X7 məxsus JN-534 nömrəli, 50415038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı itdiyi üçün etibarsız sayılmışdır. «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,1454 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına xx.xx.2016-cı il tarixdə **********17 reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Şəmkir rayon 1 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ümumi sahəsi 0,1454 ha olan torpaq sahəsi X11 tərəfindən X1. «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,1454 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 adına xx.xx.2017-ci il tarixdə **********17 reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14 (bundan sonra mətndə cavabdeh) xx.xx.2019-cu il tarixli **********51 nömrəli məktubu ilə İddiaçı üçüncü şəxslərin adlarına verilmiş çıxarışların ləğv olunmasına dair müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, X6 və X8 adına verilmiş çıxarışların ləğv edilməsi 11 saylı X14 səlahiyyətlərinə aid deyildir və çıxarışın ləğv edilməsi yalnız məhkəmənin qərarı əsasında aparılır. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1249/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X16 (üçüncü şəxs X11 və X15) qarşı çıxarışların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(104)-59/2020 nömrəli qərardadına əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)- 1249/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X16 və üçüncü şəxslər X11 və X12 qarşı çıxarışların ləğv edilməsinə dair iddia tələbi ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamış, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən» çıxarışın ləğv edilməsi hissəsində təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şəmkir rayonu, Əliyaqublu kəndində 0,1454 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli aparılmış qeydin ləğv olunması tələbinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış əsasında Şəmkir rayonu, Əliyaqublu kəndində 0.1454 ha torpaq sahəsi onun adına qeydə alınmışdır. Eyni torpaq sahəsinə dair X6 adına ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış verilmiş, Habil Hüseynov da həmin torpaq sahəsini X3, Arzu Həbibov da öz adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsi Şəmkir AİK-nın xx.xx.1998-ci il tarixli 56 nömrəli qərarı əsasında ona verilmiş, sonradan cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsinə dair üçüncü şəxslərin adına çıxarış vermişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Şəmkir rayon X5 xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarı ilə ona 0,20 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatına alınmışdır. Lakin üçüncü şəxs X6 adına verilən çıxarışda torpaq sahəsinin koordinatları onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə işlənilmiş, sonuncu torpaq sahəsini Arzu Həbibova satmışdır. Neçə illərdir torpaq sahəsindən məhrum olub və istifadə edə bilmir. Üçüncü şəxslər həmin torpaq sahəsində istixana inşa etdirib istifadə edirlər. Bununla yanaşı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və üçüncü şəxs X6 ona məxsus torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində qurulmuş istixananın sökülməsinə dair qərar qəbul edilmişdir. Üçüncü şəxs X11 məhkəmə iclasında iddia tələbinin rədd olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, Şəmkir rayon X5 qərarı ilə ona torpaq sahəsi verilmiş, lakin ona məxsus Dövlət aktı itdiyindən etibarsız sayılmışdır. Həmin sənədlər əsasında onun 0,1454 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmış və o, alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini A.Həbibova satmışdır. Hazırda həmin torpaq sahəsindən A.Həbibov istifadə edir. Üçüncü şəxs X15 məhkəmə iclasında iddia tələbinin rədd olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən H.Hüseynovdan almış və hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin sahədən illərdir istifadə edir. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəfin və üçüncü şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,1454 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına xx.xx.2016-cı il tarixdə **********17 reyestrdə ********** nömrə ilə aparılmış qeydiyyatdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Şəmkir rayon X5 xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarı ilə 0,20 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi İddiaçı verilmiş və həmin sahəyə dair JN-567, Kod 50415038 «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı tərtib edilmişdir. Daha sonra «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,1456 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2016-cı il tarixdə **********07 reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək onun mülkiyyət hüquq qeydə alınmış torpaq sahəsi ilə üçüncü şəxs «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,1454 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına xx.xx.2016-cı il tarixdə **********17 reyestrdə ********** nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edərək sonuncunun adına aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən üçüncü şəxs X6 adına xx.xx.2016-cı il tarixdə **********17 reyestrdə ********** nömrə ilə aparılmış qeyd ləğv edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan məlum olur ki, arxivdə aparılan araşdırma nəticəsində JN-5xx xxx 50415038 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı aşkar edilməmişdir. Şəmkir rayon X5 xx.xx.1998-ci il tarixli 56 nömrəli iclas protokolundan çıxarışa və ona əlavə edilmiş həyətyanı torpaq payı alacaq subyektlərin siyahısında X6 adı 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair subyektlərin siyahısında qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14 xx.xx.2021-ci il tarixli **********68 nömrəli məktubuna əsasən İddiaçı və X6 adına olan torpaq sahələrinə sadəcə çıxarışların verilməsi, idarəyə təqdim edilmiş dövlət aktları baza məlumatları ilə uyğun gəlmədiyi üçün plan ölçü sənədinin tərtib edilməsinin mümkün olmamışdır; Cavabdeh inzibati orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, Şəmkir rayon Polis şöbəsinin 21572-1216 saylı, xx.xx.2016-cı il tarixli JN-534 saylı Dövlət aktının itməsinə dair arayışı və mətbu orqanında itmiş JN-534 saylı Dövlət aktının etibarsız sayılması barəsində nüsxəsi (həmin materiallara nüsxə əlavə olunmamışdır) əsasında üçüncü şəxs X6 adına **********0 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli reyestrdən çıxarış verilmiş, idarəyə təqdim edilmiş Dövlət aktları baza məlumatları ilə uyğun gəlmədiyi üçün plan-ölçü sənədi tərtib olunmamış və torpaq sahəsinin koordinatları müəyyənləşdirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: - 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; - 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; - 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; - 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında əsasnamənin (qeydiyyat aparılan zaman qüvvədə olan) 2.0-cı maddəsinə əsasən xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: - 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir; - 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; - 2.0.3. daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»nin: - 1-ci bəndinə əsasən bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; - 2-ci bəndinə əsasən nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Komitənin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. - Plan və ölçüdə torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü, torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla), plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı, plan və ölçünün Dövlət X10 uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla) (4.2, 4.4, 4.5, 4.6, 4.7, 4.8, 4.9, 4.11, 4.13, 4.14, 4.15, 4.16, 4.17, 4.18, 4.19) - 7-ci bəndinə əsasən nümunəsi plan və ölçü itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda plan və ölçünün yuxarı sağ tərəfində iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Dublikat müvafiq vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq olunur. - 8-ci bəndinə əsasən nümunəsi plan və ölçü itirildikdə, dublikatın alınması ilə bağlı ərizəyə plan və ölçünün itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi, daxili işlər orqanlarının müvafiq arayışı əlavə edilməlidir. Qeyd olunan normalardan məlum olur ki, hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və həmin qanunda qeydiyyat hüquq əldə edənin ərizəsi əsasında aparılmaqla, ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməli, verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Hazırki iş üzrə qeydiyyat orqanı mübahisələndirlən torpaq sahəsinin koordinatlarını müəyyənləşdirmədən, həmin sahə üzrə plan və ölçü sənədi tərtib edilmədən, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri və s. müəyyən edilmədən Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2016-cı il tarixli 21572-1216 nömrəli arayışı və “Dünya meridianları” jurnalında itmiş JN-534 saylı dövlət aktının etibarsız sayılması barədə nüsxəsini əsas götürməklə qeydiyyat aparmış və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-985/2017 nömrəli qətnaməsi ilə cavabdeh X6 JN-567 (Kod: 50415038) saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Şəmkir rayon X5 xx.xx.1998-ci il tarixli 56 nömrəli qərarı əsasında Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisində İddiaçı mülkiyyətinə verilmiş 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1456.87 kv.m. hissəsindən çıxarılması qət edilmişdir. 2(076)-985/2017 nömrəli mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14 xx.xx.2016-cı il tarixli, **********85 saylı məktubundan məlum olur ki, JN-567 saylı Dövlət aktı ilə verilmiş torpaq sahəsi digər, yəni JN-534 saylı Dövlət Aktı ilə X6 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. 2(076)-985/2017 nömrəli mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14 xx.xx.2017-ci il tarixli, **********43 saylı mütəxəssis rəyindən məlum olur ki, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən iddia edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilərkən müəyyən edildi ki, Ləğv edilmiş DT və XK-nin tərtib etdiyi elektron baza xəritəsinə əsasən JN-567C saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” və JN-534C saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” üst-üstə işlənmişdir, ona görə də qərardada göstərilən suallara tərəfimizdən cavab verilməsi mümkün deyil. Göründüyü kimi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)- 985/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən 0.1456 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh X2 Rəsul Əbdülbarı oğlunun mülkiyyətində olan torpaq sahəsini bütövlükdə zəbt edərək istifadə edir və həmin torpaq sahəsində istilikxana inşa etdirmişdir. İddiaçı cavabdehdən mübahisəli torpaq sahəsindən çıxmasını və həmin torpaq sahəsində inşa etdirdiyi istilikxananı sökməsini tələb etsə də, cavabdeh həmin tələbə əməl etməmişdir. Bundan başqa torpaq sahəsi qanuni əsaslarla iddiaçının mülkiyyətində olmuşdur. Sonradan cavabdeh iddiaçının qardaşına məxsus mübahisəli torpaq sahəsi ilə qonşu sahədə yerləşən torpaq sahəsini satın almış və iddiaçıya məxsus torpaq sahəsini zəbt etdərək orada istilikxana inşa etmişdir. Cavabdeh X11 iddianı etiraf etməyərək, verdiyi izahatında İddiaçı ilə həmkəndli olduğunu, iddiaçıya Şəmkir rayon X5 xx xxxxxxx 1998-ci il tarixli 56 saylı qərarı ilə JN-5xx xxx 50415038 saylı «Torpağa Mülkiyyət Hüququna dair» Dövlət Aktı əsasında Şəmkir rayonu Əliyaqublu kəndi ərazisindən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyini, iddiaçıya məxus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin qonşu ərazilərdə yerləşdiyini, JN-566 (kod 50415038) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında iddiaçının qardaşı X4 mülkiyyətində olan 0.17 ha torpaq sahəsini 2010-cu ildə satın aldığını, həmin torpaq sahəsində istilikxana qurduğunu və istifadə etdiyini və hazırda həmin torpaq sahəsini başqa şəxsə satdığını bildirsə də, qeyd edilən faktları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir Beləliklə mübahisə olunan torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, həmin torpaq sahəsindən üçüncü şəxsin qanunsuz istifadə etməsi və torpaq sahələrinin üst-üstə düşməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən və üçüncü şəxsin torpaq sahəsindən çıxarılması barədə məhkəmə qətnaməsi mövcud olduğundan həmin hallar hazırkı məhkəmə prosesində mübahisələndirilə bilməz. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi cavabdeh inzibati orqanın öhdəliyidir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Şəmkir rayonu, Əliyaqublu kəndində 0,1454 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli aparılmış qeydin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar