Məhkəmə qərarları › İş №2-1(114)-1001/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1001/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1001/2021 08.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 20.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun «xxxx» Azərbaycan –X3 02.01.1999-cu il tarixdən 15 iyul 2005-ci il tarixədək laborant vəzifəsində 06 il 06 ay 13 gün və «xxxx» ATS-də 16 iyul 2005-ci il tarixdən 01.01.2006-cı il tarixədək material üzrə mühasib vəzifəsində 05 ay 14 gün işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək iddia ərizəsində qeyd etmiş olduğu illərin sığorta stajına hesablanmaqla ona pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, «xxxx» Azərbaycan –X3 02.01.1999-cu il tarixdən 15 iyul 2005-ci il tarixədək laborant vəzifəsində 06 il 06 ay 13 gün və «xxxx» ASCdə 16 iyul 2005-ci il tarixdən 01.01.2006-cı il tarixədək material üzrə mühasib vəzifəsində 05 ay 14 gün işləmişdir. Qeyd edilən müddət onun sığorta stajı hesab edilməmişdir. O, «xxxx» Azərbaycan–X3 02.01.1999-cu il tarixdən 15 iyul 2005-ci il tarixədək laborant vəzifəsində 06 il 06 ay 13 gün və «xxxx» ATS-də 16 iyul 2005-ci il tarixdən 01.01.2006-cı il tarixədək material üzrə mühasib vəzifəsində 05 ay 14 gün işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialına müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 08 iyun 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək «xxxx» Azərbaycan–X3 02.01.1999-cu il tarixdən 15 iyul 2005ci il tarixədək laborant vəzifəsində 06 il 06 ay 13 gün və «xxxx» ASC-də 16 iyul 2005-ci il tarixdən 01.01.2006-cı il tarixədək material üzrə mühasib vəzifəsində 05 ay 14 gün işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialının etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, 01.01.2006-cı il tarixədək iddiaçının 17 il 3 ay 26 gün sığorta stajı vardır və 01.01.2006-cı il tarixdən sonra sığorta fərdi hesabına sığorta hissəsində toplanmış sığorta kapitalı müəyyən olunmamışdır. Bu səbəbdən də filial tərəfindən onun müraciəti təmin edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 31.03.2021-ci il tarixli **********8 nömrəli məktubu; - iddiaçıya məxsus 15.02.1979-cu il tarixli əmək kitabçasının təsdiq edilmiş surəti; - iddiaçıya məxsus AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - Azərbaycan Respublikası X8 filialının 27.05.2021-ci il tarixli, k-3-80 nömrəli məktubu; - Azərbaycan Respublikası X8 filialının 27.05.2021-ci il tarixli, k-3-81 nömrəli məktubu; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 31 may 2021-ci il tarixli məktubu; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 19 may 2021-ci il tarixli məktubu; Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ bəndində qeyd olunmuşdur ki, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsin əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyn tələblərindən də müəyyən olunur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki əsas hal eyni anda mövcud olmalıdır: 1. Vətəndaşın yaşı bu qanunla göstərilən yaş həddinə çatmalıdır; 2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. Məhkəmə araşdırması nəticəsinə müəyyən edilmişdir ki, hazırda X4 yaş həddi ona pensiya təyin edilməsinə imkan yaradır, lakin digər tərəfdən iddiaçı tərəfindən iddia olunan sığorta stajlarının olması öz təsdiqini tapmır. Belə ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, o, «xxxx» Azərbaycan –X3 02.01.1999-cu il tarixdən 15 iyul 2005-ci il tarixədək laborant vəzifəsində 06 il 06 ay 13 gün və «xxxx» ATS-də 16 iyul 2005-ci il tarixdən 01.01.2006-cı il tarixədək material üzrə mühasib vəzifəsində 05 ay 14 gün işləmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası X8 filialının 27.05.2021ci il tarixli, k-3-80 nömrəli məktubdan görünür ki, «xxxx» Azərbaycan Türkyə Müştərək müəssisəsi və «xxxx» ASC-nin arxiv sənədləri X8 Filialına təhvil verilmədiyi üçün filialda saxlanılmır və bu səbəbəbdən də İddiaçı həmin təşkilatlarda işləməsi barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 31 may 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, uçot məlumat bazasına əsasən «xxxx» Azərbaycan Türkiyə Müştərək Müəssisəsi hüquqi şəxs kimi 30.12.2004-cü il tarixdə vergi uçotuna alıqmış və ********** VÖEN verilmiş, «xxxx» Açıq tipli Səhmdar Cəmiyyəti isə 30.03.2006-cı il tarixdə vergi ödəyicisi kimi Ərazi Vergilər İdarəsində vergi uçotına alınmış və ********** VÖEN verilmişdir. Məhkəmə araşdırması nəticəsində məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 19 may 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, şəxsi-hesab vərəqə göstəricilərinə əsasən «xxxx» ASC-ti tərəfindən 19.07.2006-cı il tarixdən 30.12.2007-ci il tarixədək 156,27 manat vergi ödənişi olmuşdur. «xxxx» Azərbaycan Türkiyə Müəssisəsi tərəfindən 2006-cı il tarixdən əvvəl ödənilmiş vergilər barədə məlumat verilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilmişdir ki, «xxxx» Azərbaycan Türkiyə Müəssisəsi 03.05.2004cü il tarixli ərizəsinə əsasən fəaliyyəti 01.05.2005-ci il tarixdən 01.07.2005-ci il tarixədək, «xxxx» ASC-ti 29.09.2010-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti 29.09.2010-cui il tarixdən 29.09.2015-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Həmçinin məhkəmə araşdırması nəticəsində məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun məktubundan müəyyən olunur ki, Nazirliyin «X1 Sistemi»nin Sığorta(Monitorinq) altsisteminin «Sığortaolunanların reyestri» bölümündən əldə edilən məlumatlara əsasən vətəndaş İddiaçı 01.01.2006-cı il tarixdən 01.05.2021-ci il tarixədək olan dövr ərzində hər hansı sığortaedən tərəfindən sığortaolunan kimi uçota alınmamış, həmçinin «X1 Sistemi»nin «Sığorta»(Hesabat) altsistemində zeyrinə məcburi dövlət sosial haqların hesablanması və ödənilməsi qeydə alınmamışdır. Həmçinin müəyyən edilmişdir ki, «X1 Sistemi»nin Sığorta(Monitorinq) altsistemində sığortaedən «xxxx» ASC-ti 2006-2007-ci illər üzrə təqdim etdiyi hesabatların «Sığortaolunmanların hesabları» bölümündə İddiaçı məlumatları öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərdən müəyyən olunur ki, iddiaçı 16.07.2005-ci il tarixdə «xxxx» ASC-də 36 nömrəli əmrlə mühasib vəzifəsinə təyin edilmiş və 30.12.2007-ci il tarixli 58 nömrəli əmrlə vəzifəsindən azad edilmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının adına heç bir məcburi dövlət sosial haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Plenumu «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair» 15 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcləyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Məhkəmə araşdırması nəticəsinə müəyyən edilmişdir ki, İddiaçı sığorta stajı 17 il 1 ay 28 gün təşkil edir. Göründüyü kimi iddiaçının tələb olunan pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına və 25 il sığorta stajı malik olmadığından iddiaçının yaşa görə pensiya almaq hüququ yaranmayacaqdır. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı X6 vəzifəsində «xxxx» Azərbaycan –X3 02.01.1999-cu il tarixdən 15 iyul 2005-ci il tarixədək laborant vəzifəsində 06 il 06 ay 13 gün və «xxxx» ATS-də 16 iyul 2005-ci il tarixdən 01.01.2006-cı il tarixədək material üzrə mühasib vəzifəsində 05 ay 14 gün işlədiyini iddia edərək həmin illərin sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialına müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına izahata, eləcə də inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar tam olmadığından iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar