Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1002/2020 07.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7rşı (üçüncü şəxs Bərdə rayon Əmirli bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 7 saylı X7rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, faktiki istifadəsində olan 0,40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasıöhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvlərinə Bərdə rayon X3 xx.xx.1998-ci il tarixli qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş torpaq sahəsinin ölçüsü yanlış olaraq 0,09 ha qeyd edilmişdir. Bərdə “ASAN xidmət” mərkəzinin xx.xx.2019-cu il tarixli, 22 saylı arayışında qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi müxtəlif illərdə müxtəlif cür qeyd edilsə də, 2001-ci il tarixdə təsərrüfatbaşına kitabda 0.39 ha göstərilmişdir. xx.xx.2020-ci il tarixdə Bərdə RİH-nin Əmirli kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 83 saylı arayışa əsasən 1998-ci il tarixdən iddiaçının istifadəsində 0,40 ha torpaq sahəsi olduğu bildirilmişdir. Sözügedən torpaq sahəsi faktiki olaraq onun və ailə üzvlərinin mülkiyyətindədir, üzərində heç bir mübahisə yoxdur. İddiaçı həmin torpaqsahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı iləBərdə rayon Əmirli bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda istifadəsində 0.39 ha həyətyanı torpaq sahəsi var, ona islahat zamanı 0.09 ha həyətyanı, 1.25 ha isə pay torpaq sahəsi verilmişdir, lakin sonradan, yəni 2005-ci ildə verilməyən sahə pay torpağı ilə əvəzləşdirilərək ona 1.59 ha pay torpağı verilmiş, həmçinin o, 1999-cu ildən Bakı şəhərinə köçmüş, sahədən qardaşı istifadə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-414C KOD 61000108 nömrəli şəhadətnamədən görünür ki, Bərdə rayon X3 xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X6 və onun ailə üzvlərinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. -“Torpağa mülkiyyət hüququna dair” JN-0018, KOD 61000108 nömrəli, xx.xx.1999cu il tarixli Dövlət aktından görünür ki, Bərdə rayon X3 xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X6 və onun ailə üzvlərinə 1.25 ha torpaq sahəsi verilmişdir. -“Torpağa mülkiyyət hüququna dair” JN-157, KOD 61000108 nömrəli, xx.xx.2005-ci il tarixli Dövlət aktından görünür ki, Bərdə rayon X3 xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarı ilə X6 və onun ailə üzvlərinə 1.59 ha torpaq sahəsi verilmişdir. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3248/2019 nömrəli qətnaməsindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0157, KOD 61000108 nömrəli Dövlət aktının İddiaçı məxsus olması faktı təsdiq edilmişdir. -Bərdə RİH-nin Əmirli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 83 nömrəli arayışından görünür ki, həqiqətən 1998-ci ildən 0.40 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. -Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 22 nömrəli arxiv arayışında fondda mühafizə edilən Bərdə rayon X11 Vahidi üzrə 04 saylı təsərrüfatbaşına kitabın 274 saylı şəxsi hesabına əsasən İddiaçı istifadəsində olan torpağın 1995-1996-cı illərdə 0.08 ha olduğu, 1998-ci ildə 0.40 ha yazıldığı, 2001-2005-ci illər üzrə 2 saylı təsərrüfatbaşına kitabın 122 saylı şəxsi hesabında 2001-ci ildə təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində, icarəsində olan torpağın 0.39 ha olduğu və vətəndaşın Sumqayıt şəhərinə köçdüyü qeyd olunmuşdur. -Bərdə rayonun Əmirli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X4 və onun ailə üzvləri X1, X2, Cəfərova Könül Abuzər qızının adına 0.08 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********04 nömrəli məktubundan görünür ki, aparılan araşdırma nəticəsində Bərdə rayonu Əmirli kəndi üzrə İddiaçı verilmiş həyətyanı torpaq sahəsinin pay torpaq sahəsi ilə əvəz edilməsinə dair məlumat aşkar edilməmişdir. -AR ƏMDK yanında DƏDRX-nin 7 saylı X9 xx.xx.2020-ci il tarixli, **********40 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X5 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-414C KOD 61000108 nömrəli şəhadətnamədə Bərdə rayon X3 xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X6 və onun ailə üzvlərinə 0.09 ha həyətyanı torpaq sahəsi verildiyi qeyd olunsa da, iddiaçı Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 22 nömrəli arxiv arayışına istinad edərək faktiki istifadəsində olduğunu iddia etdiyi 0,40 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda istinad olunan arxiv arayışında İddiaçı istifadəsində olan torpağın 1995- 1996-cı illərdə 0.08 ha olduğu, 1998-ci ildə 0.40 ha yazıldığı, 2001-2005-ci illər üzrə 2 saylı təsərrüfatbaşına kitabın 122 saylı şəxsi hesabında 2001-ci ildə təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində, icarəsində olan torpağın 0.39 ha olduğu qeyd edilsə də, müvafiq dövlət orqanlarından əldə olunmuş məlumatlarda iddiaçıya 0,39 ha (və yaxud 0,40 ha) torpaq sahəsi verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, Bərdə rayonun Əmirli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə həmin torpaq sahəsinin ölçüsü 0.08 ha göstərilmişdir. Bundan əlavə islahat aparılan zaman iddiaçının istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinin onun payı kimi ayrılmamasını bilsə də bu halı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri,torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, şəxsə qanuni əsaslarla verilməyən torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunvericiliyin tələbinə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7rşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1002/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1002/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver