Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1003/2021 04.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Şəmkir rayon şöbəsinə qarşı “sosial müavinətin verilməsi” barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq Müəyyən etdim: İddiaçı 20.04.2021-ci il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 25.09.2020-ci il tarixədək almalı olduğu 80(səksən) manat müavinətin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21 aprel 2021-ci il tarixli sərəncamı ilə iddiaçıya iddia ərizəsində hazırki mübahisə ilə əlaqədar cavabdeh inzibati orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun 19 saylı regional ərazi filialı) müraciət etməyi və həmin müraciətə imtina cavabı verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməsi, tələbinə cavab verməli orqana müraciət etməklə həmin orqandan müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət olunması izah edilməklə iddianın qanunun tələblərinə uyğunlaşdırması üçün 30 gün müddət təyin edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə müvafiq olaraq iddianın mümkün sayılmaması, həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. Təyin edilmiş müddətdə iddiaçı ərizəsini qanunvericiliyin tələbinə uyğunlaşdırmadığından məhkəmənin eyni məzmunlu 20.05.2021-ci il tarixli məktubu ilə iddiaçıya təkrar xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı göstərilən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara a l d ı m: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Şəmkir rayon şöbəsinə qarşı “sosial müavinətin verilməsi” tələbinə dair iddiası geri götürülümş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1003/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1003/2021
04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver