Məhkəmə qərarları › İş №2-1(114)-1003/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1003/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1003/2025 20.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrlərin ləğvi və digər tələblərinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 0105əç nömrəli və xx.xx.N0NN-ci il tarixli 090əç nömrəli əmrlərinin ləğv edilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 1-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci il tarixli 0105əç nömrəli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq 703-cü motoatıcı briqada (N nömrəli hərbi hissə) komandirinin sərəncamında olan kiçik çavuş İddiaçı müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 155 nömrəli əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı N nömrəli hərbi hissənin 3-cü taborun 7-ci bölüyün N-ci taqımın 3-cü manqa komandiri N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 0105əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə xx.xx.N017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminalardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilmişdir. Əmrdə göstərilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı N017-ci ilin xidmət dövrünə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 5 iyun N00Nci il tarixli 0N0 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı, N017-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. N017-ci ilin növbəti məzuniyyət hesabından 17 gün istifadə edib. Məzuniyyət pulu ödənilib. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 0105əç nömrəli əmrindən çıxarış.

3. 1-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 090əç nömrəli əmrindən çıxarışa əsasən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsi rəisinin 16 avqust N0NN-ci il tarixli 1/01395 məktubunun icrasının təmin edilməsi məqsədilə 1-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci i l tarixli 0105əç nömrəli şəxsi heyət üzrə əmrinə əsasən ehtiyata buraxılmış (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən) 703-cü motoatıcı briqada (N nömrəli hərbi hissə) komandirinin sərəncamında olan kiçik çavuş İddiaçı göstərilıən bəndi ləğv edilmiş, xx.xx.N017-ci il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edildikdə) müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir.

4. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N5-ci il tarixli arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 0105əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N9 avqust N0NN-ci il tarixli 090əç nömrəli əmrinə əsasən xx.xx.N017-ci il tarixli 0105əç nömrəli şəxsi heyət üzrə əmrdə dəyişiklik olunaraq N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xx.xx.N017-ci il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edildikdə) ehtiyata buraxılmış hesab edilmişdir.

5. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 0105əç nömrəli və xx.xx.N0NN-ci il tarixli 090əç nömrəli əmrlərin ləğv edilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi ilə bağlı Müdafiə Nazirliyinə etidiyi müraciətə, həmin orqanın xx.xx.N0N4-cü il tarixli 3-N5-19/N-M-9N0-N0N4 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N017-ci il 19 oktyabr tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən Müdafiə Nazirliyi tərəfindən pul təminatı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara ödənilir. Məktubundan göründüyü kimi, o xx.xx.N017-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu səbəbdən bağladığı müqavilənin sonuna qədər olan müddət üçün ona pul təminatının ödənilməsi barədə müraciətinin yuxarıda göstərilən Əsasnamənin tələblərinə zidd olduğu üçün təmin edilməsi mümkün hesab edilmir. II. Məhkəmədə icraat

6. İddiaçı xx.xx.N0N4-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.N017-ci il tarixli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdə Bərdə rayonunda doğulmuşdur. İddiaçı N016-ci ilin iyul ayında etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamışdır. 07 may N017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki, "Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb. edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər". Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq "Tərtər işi" adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr N0N1-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir." Bununla da şərti olaraq "Tərtər işi" adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/N0N3 saylı xx.xx.N0N3-cü il tarixli hökmündən görünür ki, X3 xx.xx.N017-ci ildən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan N nömrəli hərbi hissənin komandiri vəzifəsində, polkovnik hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq X1, X4 və digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissənin düşmənlə təmas xəttində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, 5 may N017-ci il tarixdə səhər saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğusual edilməsi üçün N nömrəli hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək N-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 3-cü tabor, 7-ci bölük, 3-cü tağım, 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi ilə bağlı təhqiqatı qanunvericiliklə qadağan olunmayan qaydada aparmalı olduğu halda İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada hərbi geyimləri soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstənin üzvləri ilə birlikdə çoxsaylı zərbələr vurmuş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox "vətən xaini" ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək silah tətbiq olunmaqla onun hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.N017-ci il tarixdən xx.xx.N017-ci il tarixədək N nömrəli hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, xx.xx.N017-ci il tarixdən xx.xx.N017-ci il tarixədək Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin köhnə inzibati binasında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib, faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib N7 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun "düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu" kimi "vətən xaini" adı ilə "ləkələməklə" ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Qanuni qüvvəsini alaraq preyudisial xarakterə malik məhkəmə hökmünə əsasən qanunsuz sorğu-sual və işgəncələrə məruz qalmış iddiaçı həmin hadisələrin davam etdiyi dövrdə, özünün ağır işgəncələrə, məhdudiyyət və məhrumiyyətlərə məruz qaldığı vaxtda xx.xx.N017-ci il tarixli əmrlə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Beləliklə, çıxarılmış hökmlə yalnız iddiaçıya qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması da faktiki olaraq öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.N0N3-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) ərizə ilə müraciət edərək işgəncə nəticəsində səhhətində yaranan problemlərə və mənəvi-psixoloji durumuna görə hərbi xidmətə bərpa olunmaq istəmədiyin bildirmiş, həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə xx.xx.N017-ci il tarixli əmrin qanunsuz və əsassız olduğundan əmrin ləğv edilməsini, onun ehtiyata buraxılma əsasının dəyişdirilməsini və məcburi iş buraxma dövründə ona ödənilməli olan əmək haqqının hesablanaraq kompensasiya formasında ona ödənilməsini xahiş etmişdir. İddiaçının göndərdiyi ərizəyə heç bir cavab verilməmiş, bununla da cavabdeh faktiki olaraq iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişdir. İddiaçı N0N4-cü ilin may ayında təkrar ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.N0N4-cü il tarixdə poçt vasitəsilə çatdırılmış xx.xx.N0N4-cü il tarixli 3-N5-19 /N-M-9N0-N0N4 nömrəli cavab məktubu daxil olmuşdur. Cavab məktubundan da görünür ki, cavabdeh iddiaçının irəli sürdüyü tələbləri yerinə yetirməkdən imtina etmişdir. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair cavabdehin əmri qanunsuz və əsassız olduğundan əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanaraq pul kompensasiyası formasında iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

9. Məhkəmənin xx.xx.N0N4-cü il tarixli və xx.xx.N0N5-ci il tarixli qərardadları ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh N saylı hərbi hissə ilə əvəz edilmiş, iddia tələbi isə “N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 0105əç nömrəli və xx.xx.N0NN-ci il tarixli 090əç nömrəli əmrlərin ləğv edilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

10. İddiaçı iddia ərizəsi ilə yanaşı məhkəməyə müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş və ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir əsas olmadan, qanunsuz olaraq N017-ci ilin may ayında sorğu-suala, dindirməyə ve ağır işgəncələrə meruz qalmışdır. Ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N3-cii il tarixli hökmündə öz təsdiqini tapmışdır. İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı həmin qanunsuz prosesin nəticesi olaraq xidməti uygunsuzluga görə ehtiyata buraxılmışdır. Odur ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmr qanunsuz və əsassızdır, əmr ləğv edilməli, onun Silahlı Qüvvələrdən ehtiyata buraxılması əsası dəyişdirilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidməti illərə əlavə edilməsi, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb mənə ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişəm. İddia mübahisələndirmə haqqında iddiadır. Belə ki, İnzibati Prosessual Məcəllənin N.N.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edim ki, mən N017-ci ilin may ayında şərti olaraq "Tərtər işi" adlandırılan iş çərçivəsində qanunsuz sorğu-suala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin baş verdiyi dövrdə, işgəncə və dindirmənin gedişində heç bir əsas olmadan "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-c1 maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalmağı, ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 58/N0N3 saylı, N9 noyabr N0N3-cü il tarixli hökmündə (sədrlik edən hakim Zeynal Ağayev, hakimlər Camal Ramazanov və Rafiq Abbasov) də öz təsdiqini tapıb. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Çıxarılmış hökmlə yalnız ona qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı da öz təsdiqini tapıb. Ehtiyata buraxıldığı N017-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusu tanınmadığından həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi barədə Müdafiə Nazirliyinə müraciəti ünvanlaya, yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. N017-ci ilin may ayında cinayət əməllərinə məruz qalmağı Bakı Hərbi Məhkəməsinin N9 noyabr N0N3-cü il tarixli hökmü ilə təsdiq olunduğundan, hökm elan edildikdən dərhal sonra xx.xx.N0N3-cü il tarixdə həmin hökmə istinad edərək cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəyə heç bir cavab verilmədiyindən həmin hökm ona öz müraciəti əsasında N0N4-cü ilin may ayında verildiyindən təkrar ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmağının əsasının dəyişdirilməsini və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini istəmiş, müracəti təmin olunmayıb. Odur ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün müddət ötürüldüyü üçün hazırda müddətin bərpa edilməsi zərurəti yaranıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin N4.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısı alınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Yuxarıda qeyd olunan əsaslardan görünür ki, barəmdə ehtiyata buraxılmağı ilə bağlı qanunsuz və əsassız əmrdən şikayət vermək imkanı qarşısı alınmaz hal nəticəsində, yəni şərti olaraq "Tərtər işi" adlanan proses baş verdiyindən mümkün olmayıb. Həmin iş üzrə icraatın təzələnməsi qərarı yalnız N0N1-ci ilin dekabrında verilib və bu icraatın çərçivəsində onun həmin dövrdə hüquqlarının pozulması tanınaraq zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə istintaq aparıldıqdan sonra iş Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin məhkəmənin N9 noyabr N0N3- cü il tarixli hökmü ilə mənim zərərçəkmiş şəxs statusu, məhz N017-ci ilin may-iyun aylarında qanunsuzluğa məruz qalaraq hüquqlarımın pozulması dövlətin adından çıxarılmış məhkəmə aktı ilə təsdiq olunub. O da hökmü aldıqdan dərhal sonra həmin hökmə istinad edərək cavabdeh Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab verilmədiyi üçün məhkəməyə müraciət etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 73.3-cü maddəsinə əsasən, inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Qanunvericiliyin qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. N017-ci ilin may ayında cinayət əməllərinə məruz qalmağı Bakı Hərbi Məhkəməsinin hökmü ilə təsdiq olunduğundan, ona qarşı cinayət əməllərini törədən şəxslər barəsində yalnız indi ittiham hökmü çıxarıldığından həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. Həmin zaman mənəvi-psixoloji vəziyyəti də çökmüş halda olub. "Tərtər hadisələri" zamanı və ondan sonrakı müddət ərzində güclü stres keçirmişdir. Ona yaşadılanlarla yanaşı, ordunun digər hərbi qulluqçularının, ləyaqətli oğulların "vətən xaini" adı ilə ağır işgəncələrə məruz qalması, onların "sındırılmasını" görməyi ona olduqca ağır və bərpaolunmaz mənəzi iztirablar yaşadıb. Həmin vaxtlar onu da yaşadığı yerdə hər kəs "vətən xaini" hesab edib. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalmağı təkcə ona deyil, ailə üzvlərinə də mənəvi iztirab verib. Günlərlə, mütəmadi davam edən ağır və dözülməz işgəncələr nəticəsində səhhətində ciddi problemlər yaranıb. Səhhətinin bərpası üçün uzun müddət tələb olunub. Bütün bunları nəzərə alaraq, hesab edir ki, cavabdeh Müdafiə Nazirliyinə qarşı "xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağımla bağlı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb mənə ödənilməsi vəzifəsinin qoyulması" tələbinə dair mübahisələndirmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməyi və pozulmuş hüquqlarımın bərpası üçün müddətin ötürülməsi üzrlü sayılmalı və müddət bərpa edilməlidir. İİ. Prosessual məsələlər

11. Məhkəmənin şifahi məhkəmə baxışı iclası xx.xx.N0N5-ci il tarixə təyin edilmiş və bu barədə lazımi qaydada tərəflərə məlumat verilmişdir.

12. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir.

13. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

14. İddiaçı məhkəmə iclasında müddətin bərpasına dair ərizəsini müdafiə etdiyini bildirərək, müddətin bərpa olunmasını və iddiaya mahiyyəti üzrə baxılaraq tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, yenidən həqiqi hərbi xidmətə qətiyyən qayıtmaq istəmir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 0105əç nömrəli əmrini mübahisələndirməkdə məqsədi ehtiyata buraxılma əsasının, yəni “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) digər əsasa dəyişdirilməsindən ibarət olmuşdur. Onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 090əç nömrəli əmrindən məhkəmə icraatı gedişatında məlumatı olmuşdur. İtirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini ona görə tələb edir ki, ona qarşı olunmuş haqsızlıqlar səbəbi ilə həqiqi hərbi xidmətdən azad olunmuş və hazırkı vaxtadək işsiz qalmışdır.

16. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

17. Məhkəmə iddia ərizəsini, müddətin bərpası barədə ərizəni və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd N.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

19. İş materialları ilə müəyyən olunur ki, 1-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci il tarixli 0105əç nömrəli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq 703-cü motoatıcı briqada (N nömrəli hərbi hissə) komandirinin sərəncamında olan kiçik çavuş İddiaçı müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Daha sonra 1-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 090əç nömrəli əmrindən çıxarışa əsasən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsi rəisinin 16 avqust N0NN-ci il tarixli 1/01395 məktubunun icrasının təmin edilməsi məqsədilə 1-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci i l tarixli 0105əç nömrəli şəxsi heyət üzrə əmrinə əsasən ehtiyata buraxılmış (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən) 703-cü motoatıcı briqada (N nömrəli hərbi hissə) komandirinin sərəncamında olan kiçik çavuş İddiaçı göstərilıən bəndi ləğv edilmiş, xx.xx.N017-ci il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edildikdə) müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir.

20. Hazırda İddiaçı həmin əmrləri mübahisələndirir və bununla yanaşı həmin tələbdən doğan fakültativ tələb – itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərini irəli sürür.

21. Məhkəmə qeyd edir ki, həmin əmrlər “İnzibati icraat haqqında” Qanunun N.0.Nci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.

22. İddiaçının sözügedən əmrdən N017-ci ildən məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

23. İddiaçı da müddəti ötürdüyünü qəbul edərək, Müdafiə Nazirliyinə qanunsuz ehtiyata buraxılması ilə əlaqədar müraciətlər etdiyini, onların cavablarını gözlədiyini, ona görə də vaxtında məhkəməyə müraciət etmədiyini bildirmişdir.

24. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə görə: Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 6N.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

27. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. Hazırkı işdə də iddiaçının hərbi qulluqçu olaraq bildiyi (bilməli olduğu) normativ-hüquqi aktın tələblərinə müvafiq olaraq ehtiyata buraxılması barədə əmr ona elan edilmişdir.

28. Ən azından, həmin əmrlərin hüquqi nəticəsidir ki, o, əmrlərdən sonra bir daha hərbi xidmətə buraxılmamış (hərbi xidmətini dayandırmış) və mülki həyat tərzinə keçmişdir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə N4.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə N4.N. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə N4.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

30. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in N4-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Lakin N4.4-cü maddənin tələbinə əsasən müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

31. Göründüyü kimi, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür və müddətin buraxılmasından 1 il keçdiyi üçün müddətin bərpasına dair ərizə verə bilməz. Ona görə də, müddətin bərpasına dair ərizə təmin edilə bilməz.

32. Digər tərəfdən isə, məhkəmə qeyd edir ki, iddiaçının özünün iddiasına görə onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 0105əç nömrəli əmrini mübahisələndirməkdə məqsədi ehtiyata buraxılma əsasının, yəni “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) digər əsasa dəyişdirilməsindən ibarət olmuşdur. Hansı ki, onun tələbi N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 090əç nömrəli əmrinin qəbul edilməsilə aradan qalxmışdır. Belə ki, sonuncu əmrlə xx.xx.N017-ci il tarixli 0105əç nömrəli şəxsi heyət üzrə əmrdə dəyişiklik olunaraq N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xx.xx.N017-ci il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edildikdə) ehtiyata buraxılmış hesab edilmişdir.

33. İddiaçının həqiqi hərbi xidmətə qayıtmaq, yəni əvvəlki vəzifəsinə bərpa olunmaq istəmədiyi və belə bir tələbinin olmadığı nəzərə alınsa, onun mübahisələndirdiyi xx.xx.N0NN-ci il tarixli 090əç nömrəli əmrin onun hüququna müdaxilə edən inzibati akt olmadığı müəyyən edilir. Eyni zamanda, belə bir tələb mövcud olmadığından, iddiaçının əvvəlki vəzifəsinə bərpası mübahisə predmeti olmadığı halda, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsindən söhbət belə gedə bilməz.

34. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır.

35. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, N5N) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar