Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1004/2020 23.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Gəncə şəhəri, Kəpəz rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Dövlət X5 Gəncə şəhər Kəpəz rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək X1, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Dövlət X9 İdarəsi Müəsissəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək, Samux-Kür futbol komandasında və xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək X4 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək X1, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Dövlət X9 İdarəsi Müəsissəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək, Samux-Kür futbol komandasında və xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək X4 işləmişdir. Bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək iş stajının müəyyən edilərək ona pensiya təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1990cı il tarixədək X1, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Dövlət X9 İdarəsi Müəsissəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək, Samux-Kür futbol komandasında və xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək X4 işlədiyi illərə dair məlumatların düzgünlüyünü yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin dövrlərin onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının təqdim etdiyi əmək stajını təsdiq edən sənədlərə əsasən ümumilikdə qəbul edilən 15 il 4 ay sosial sığorta stajı var. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.1973-cü il tarixli, xx.xx.1983-cü il tarixli əmək kitabçaları, xx.xx.2020-ci il tarixli 440 nömrəli arxiv arayışı və cavabdehin xx.xx.2020-ci il tarixli **********1 nömrəli bildirişi təşkil etmişlər. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1971-xx.xx.1973-cü illərdə (01 il 07 ay 18 gün), xx.xx.1973-xx.xx.1975-ci illərdə (2 il), xx.xx.1975-xx.xx.1975-ci illərdə (02 ay 16 gün), xx.xx.1977-xx.xx.1979-ci illərdə (01 il 11 ay 06 gün), xx.xx.1979-xx.xx.1981-ci illərdə (02 il 02 ay 27 gün), xx.xx.1982-xx.xx.1982-ci illərdə (06 ay 15 gün), xx.xx.1983xx.xx.1987-ci illərdə (04 il 10 ay 08 gün), xx.xx.1988-xx.xx.1989-cu illərdə (01 il 02 ay 21 gün), xx.xx.1989-xx.xx.1989-cu illərdə (05 ay 19 gün), xx.xx.1990-xx.xx.1992-cı illərdə (02 il 04 ay 28 gün), xx.xx.1992-xx.xx.1993-cü illərdə (01 il 01 ay 25 gün) və xx.xx.1993xx.xx.2008-ci illərdə (14 il 06 ay 11 gün) müxtəlif yerlərdə işləməsi göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1971-xx.xx.1973-cü illərdə (01 il 07 ay 18 gün), xx.xx.1973-xx.xx.1975-ci illərdə (2 il), xx.xx.1975-xx.xx.1975-ci illərdə (02 ay 16 gün), xx.xx.1977-xx.xx.1979-ci illərdə (01 il 11 ay 06 gün), xx.xx.1979-xx.xx.1981-ci illərdə (02 il 02 ay 27 gün), xx.xx.1982-xx.xx.1982-ci illərdə (06 ay 15 gün), xx.xx.1983xx.xx.1987-ci illərdə (04 il 10 ay 08 gün), xx.xx.1988-xx.xx.1989-cu illərdə işlədiyi müddəti və xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olduğu müddəti qəbul edərək 15 il 04 ay sığorta stajı toplamasını etiraf edir. Halbuki, məhkəmə tərəfindən həmin müddətlər hesablanaraq cəmi 16 il 02 ay 21 gün təşkil etmişdir. Hazırda, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək X1, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Dövlət X9 İdarəsi Müəsissəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək, Samux-Kür futbol komandasında və xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək X4 işlədiyi müddət mübahisələndirilir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir:. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək X1, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Dövlət X9 İdarəsi Müəsissəsində işləməsini müəyyən etmək mümkün olmamışdır. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasına məhkəmə tərəfindən baxış keçirilmiş, təqdim edilən sənədlər əsasında iddiaçının əmək kitabçasında qeyd edildiyi kimi həqiqətən xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək X1, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Dövlət X9 İdarəsi Müəsissəsində işləməsi faktı məhkəmədə şübhə doğurmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək Samux-Kür futbol klubunda və xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək X4 işlədiyi işləməsi adıçəkilən müəssisə və arxiv idarəsi tərəfindən verilən arayışları ilə təsdiqlənmişdir. Belə ki, Samux Rayon Dövlət Arxivinin 44 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından məlum olur ki, iddiaçı xx.xx.1992-ci il tarixli 09 saylı əmrlə “Kür” futbol klubuna inzibatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixli 63 saylı əmrlə klub fəaliyyətini dayandırdığı üçün işdən azad edilmişdir (01 il 01 ay 26 gün). X6 MMC-nin xx.xx.2018-ci il tarixli 31 nömrəli arayışı ilə iddiaçının 1993-cü ildə 04 ay, 1994-cü ildə 10 ay, 1995-ci ildə 08 ay, 1996-cı ildə 06 ay, 1997-ci 12 ay, 1998-ci ildə 12 ay, 1999-cu ildə 08 ay, 2000-ci ildə 12 ay ərzində əmək haqqı alması öz təsdiqini tapmışdır (72 ay = 06 il). Beləliklə, iddiaçı cavabdeh tərəfindən qəbul edilən 16 il 02 ay 21 gün sığorta stajı ilə yanaşı arxiv sənədləri ilə öz təsdiqini tapmış 07 il 01 ay 26 gün əmək stajı toplamaqla, cəmi 23 il 04 ay sosial sığorta stajı toplamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun:- - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi iddiaçı qanunvericiliyin tələblərinə əsasən pensiya təyin olunması üçün əsas şərtlərdən olan 25 il sosial sığorta stajına malik olmadığından cavabdehin iddiaçıya pensiya təyin olunmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Gəncə şəhəri, Kəpəz rayon filialına qarşı xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək X1, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Dövlət X9 İdarəsi Müəsissəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək, Samux- Kür futbol komandasında və xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək X4 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1004/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1004/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver