Məhkəmə qərarları › İş №2-1(114)-1006/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1006/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1006/2021 15.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və vəkili X15 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 27.03.1976-cı il tarixli 5 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 20.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 27.03.1976-cı il tarixli 5 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi vəzifəsinin Goranboy rayonu Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayında ona dövlət tərəfindən təyin edilmiş 233 manat pensiyanın dayndırılmasından sonra barəsində ölüm haqqında akt qeydi tərtib edildiyi barədə məlumatı olmuşdur. Sonradan həmin aktın ləğvi ilə bağlı Goranboy rayonu Qeydiyyat Şöbəsinə müraciətinə cavab olaraq, inzibati orqan tərəfindən 16.04.2021-ci il tarixli məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 15 noyabr 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili X16 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə məktub göndərərək məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin iddiaçıya ünvanladığı 16.04.2021-ci il tarixli, 116/2-Q-05/15 imtina məktubunun əsli; - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti; - X4 məxsus AZ-İ № 624186 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surəti; - X5 məxsus AZ-İ № 501697 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surəti; - 21.02.1959-cu il tarixli, İ-ИЕ 150923 nömrəli nikah şəhadətnamənin təsdiq olunmuş surəti; - İddiaçı məxsus 18.03.1960-cı il tarixli, İ-ИЕ 829590 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surəti; - Cavabdeh 03.11.2020-ci il tarixli 308740 nömrəli arayışın əsli; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin 08.05.2021-ci il tarixli, 95/2-3806/13 nömrəli məktubunun qoşmasına əlavə edilmiş 27.03.1976-cı il tarixli ölüm haqqında akt qeydi; - Goranboy Rayon Polis Şöbəsi 01.06.2021-ci il tarixli, 197-9591-1221 nömrəli və 18.10.2021-ci il tarixli, 197-19268-1221 nömrəli məktubları; - Goranboy rayon İcra Hakimiyyəti Başçısının 02.06.2021-ci il tarixli, 38 nömrəli məktubu; - Goranboy rayon Boluslu kənd tam orta məktəbinin 10.07.2021-ci il tarixli, 08 nömrəli məktubu; - ünvan 1 Nümayəndəliyinin 19.08.2021-ci il tarixli, 46 nömrəli və 10.11.2021-ci il tarixli, 57 nömrəli məktubları; - Goranboy rayon Boluslu Bələdiyyəsinin 05.11.2021-ci il tarixli, 56 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13.09.2021-ci il tarixli, **********4 nömrəli məktubu; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq barəsində tərtib edilmiş 27.03.1976-cı il tarixli 05 nömrəli ölüm haqqında akt qeydinin düzgün verilməməsini əsas gətirib onun ləğv olumasınıxahiş etmişdir. İddia ilə əlaqədar məhkəmə tərəfindən müxtəlif orqanlara sorğular göndərilmiş və nəticədə müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh 03.11.2020-ci il tarixli, 308740 nömrəli arayışından müəyyən olunur ki, Boluslu İcra Nümayəndəliyinin kitabında 27.03.1976-cı il tarixdə 05 nömrə ilə İddiaçı 07.03.1976-cı ildə ölmüşdür qeydi aparılmışdır. İş materiallanda olan iddiaçıya ünvanlanmış ünvan 1 Nümayəndəliyinin 03.11.2021-ci il tarixli, 658 nömrəli və Cavabdeh 03.11.2020-ci il tarixli, 279/1-Q-05/15 nömrəli məktublarla qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin 08.05.2021-ci il tarixli, 95/2-3806/13 nömrəli məktubunda İddiaçı ölümü haqqında Goranboy rayonunun Boluslu icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 27.03.1976-cı il tarixli, 5 saylı akt qeydi nəzərdən keçirilərkən 11-ci qrafada akt qeydinin tərtib edilməsinin əsası kimi Goranboy rayon mərkəzi xəstəxanasının 17.03.1976-cı il tarixli arayışının qeyd edildiyi müəyyən olunmuş, aktın tərtib edildiyi dövrdə qüvvədə olan VVAQ orqanlarının nümunəvi nomenklatur işinə əsasən ölüm haqqında tibb müəssisələrinin şəhadətnamələri və arayışları 1 il saxlandıqdan sonra məhv edildiyi qey edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Goranboy rayon X14 Hüquqi Şəxsin 27.05.20210-ci il tarixli, 1565 nömrəli məktubu təlimata əsasən xəstəlik tarixləri xəstəxananın arxivində 25 il müddətinə saxlanılır, sonra məhv olunur, İddiaçı tibbi sənədləri 1976-cı ilə aid olduğu üçün xəstəxananın arxivində mövcud olmadığı bildirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş Goranboy Rayon Polis Şöbəsinin 01.06.2021-ci il tarixli, 197-9591-1221 nömrəli məktubla göndərilmiş 31.08.2010-cu il tarixdə tərtib olunmuş fərdi uçot kartoçkasında İddiaçı xx.xx.1960-cı ildə tarixdə Goranboy rayonu Cinliboluslu kəndində anadan olduğu, ata adının X8, ana adının X7 olduğu qeyd olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş ünvan 1 Nümayəndəliyinin 02.06.2021-ci il tarixli, 38 nömrəli və 19.08.2021-ci il tarixli, 46 nömrəli məktublarında 15.03.1976-cı il tarixdə Goranboy rayon Cinliboluslu kəndində anadan olmuş İddiaçı 07.03.1976-cı ildə vəfat etməsi barədə nümayəndəlikdə rəsmi qeydlərin olmadığı və İddiaçı hal-hazırda həmin kənddə yaşadığı bildirilmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş Kirovabad şəhər 78 nömrəli texniki məktəbin 24.07.1980-ci il tarixli, 1831 nömrəli attestatın surətindən görünür ki, İddiaçı sənaye malları satıcısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13.09.2021-ci il tarixli, **********4 nömrəli məktubunda İddiaçı əlilliyə görə əmək pensiyası “vəfat servisi” əsasında X3 X18 tərəfindən dayandırıldığı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Goranboy rayon Boluslu Bələdiyyəsinin 05.11.2021-ci il tarixli, 56 nömrəli və ünvan 1 Nümayəndəliyinin 10.11.2021-ci il tarixli, 57 nömrəli məktubları ilə X1 qəbirstanlığında dəfn edildiyi bildirilmişdir. Məhkəmə sadalanmış sənədləri araşdırıb hesab edir ki, cavabdehin imtinası əsassızdır, bu səbəbdən də iddiaçının iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının»:- - Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. - Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. - Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliyindən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrinin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsasnamənin 1-ci bölməsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı 27.03.1976-cı il tarixli 5 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş 27.03.1976-cı il tarixli 5 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar