Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1006/2023 01.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (“AR DSMF”) Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair” məcburetmə haqqında iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1897/2015 saylı 25 may 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh AR DSMF-nin Suraxanı rayon şöbəsinin imtinası qanunsuz hesab edilmiş, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.2003-cü il tarixədək işlədiyi illər sosial sığorta stajına daxil edilərək, iddiaçıya xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh AR DSMFnin Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərar icra edilməsi üçün məhkəmənin 01 iyul 2015-ci il tarixli məktubu ilə cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixində cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1897/2015 saylı 25 may 2015-ci il tarixli qərarından apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1221/2020 saylı 11 iyun 2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1897/2015 saylı 25 may 2015-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müddətin ötürülməsinə görə mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1868/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, iş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Cavabdeh (ƏƏSMN tabeliyində DSMF PHŞ-in Məhkəmə Mübahisələri ilə iş üzrə xx.xx.2021-ci il tarixli Mərkəzi Filialı iş qayıtdıqdan sonra buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya məhkəməsinin 2- 1(103)-496/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1897/2015 saylı 25 may 2015-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya icraatı mümkün sayılaraq icraata qəbul edilmişdir. Daha sonra, 30 mart 2021-ci il tarixində keçirilən məhkəmə iclasında DSMF-nin Suraxanı rayon şöbəsi, əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2665/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasları xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş, bu barədə iddiaçıya məhkəmə bildirişləri göndərilmiş və məhkəmə iclasında iştirakı tələb olunmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən
1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zəfər Quliyev