Məhkəmə qərarları › İş №2-1(114)-1009/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1009/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1009/2025 12.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kırimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X10 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.1984-cü il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən X10 xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir.

2. 23.07.1986-cı il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən X10 xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il Alunitdağ müəssisəsində fəhlə və elektrik montyoru vəzifəsində işləmiş, xx.xx.1996-cı il tarixdən X13 idarəsində 4-cü dərəcəli elektrik montyoru işinə qəbul edilmiş (xx.xx.2000-ci il tarixdə "xxxx" ATSC-nin nizamnaməsinə uyğun olaraq X13 idarəsi Daşkəsən “Alunit” İstehsalat sahəsi adlandırılmış), xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci il tarixdən X11 Şəbəkəsi MMC X3 PŞEX-nin 35/6 kv-luq “Alunit” y/st-na 3-cü dərəcə ilə növbətçi elektrik montyoru qəbul edilmiş, xx.xx.2012-ci il tarixdən əmək haqqı 4cü dərəcə ilə hesablanmış, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015-ci il tarixdə "xxxx" ASC Qərb RETSİ-nin X3 YƏ Yarımstansiyalar üzrə növbətçi elektrik montyoru təyin edilmişdir.

3. X10 hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-222243/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pənsiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə kəçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və maik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməyə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəftar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 No-li Siyahısı"nın dağ-mədən işləri bölməsinin (İ) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolinin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, merkelin, magnezitin, çöl və plavik şpatının, kipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2 sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların, tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri bölməsinin (********) açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin (********) fəhlələr yarımbəndində (a) 2010100a-11709 kodu üzrəə istehsalat sahələrində, həmçinin nümunələr seçilməsi və partladıcı materialların çatdırılması üzrə markşeyder və geoloji işlərdə məşğul olan bütün adlarda dağ-mədən fəhlələri, 2010100a- 19855 kodu üzrə kəsmələrdə, karxanalarda və laylarda məşğul olan elektrik ötürücü hava yollarının təmiri üzrə elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin ona dair xx.xx.2024-cü il tarixli arayışında xx.xx.1986xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Daşkəsən “Alunit” İstehsalat sahəsində fəhlə, xx.xx.1986-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində elektrik montyoru vəzifələrində işlədiyi qeyd olunub. Lakin, sözügedən arayışda işlədiyi müəssisənin fəaliyyət sahəsinin yuxarıda qeyd olunan bölmədə (********) nəzərdə tutulan hansı ilərə aid olması, eyni zamanda fəhlə vəzifəsində işlədiyi müddətdə istehsalat sahələrində, həmçinin nümunələr seçilmiş və partladıcı materialların çatdırılması üzrə markşeyder və geoloji işlərdə məşğul olub-olmaması ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Eyni zamanda, sözügedən arayışda qeyd olunan məlumatlara əsasən işlədiyi elektrik montyoru vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan kəsmələrdə, karxanalarda və laylarda məşğul olan elektrik ötürücü hava yollarının təmiri üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Gödtərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

4. "xxxx" ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli 01 nömrəli arayışında göstərilmişdir ki, X5 işlədyi dövr xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək Dağ-mədən işləri –fəhlə, elektrik montyoru peşələrindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə dağ-mədən fəhlələri peşəsi (2010100a-11709) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə elektrik montyoru peşəsi (2010100a-19855) peşə koduna uyğundur.

5. "xxxx" ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli 01 nömrəli və xx.xx.2024-cü il tarixli 02 nömrəli arayışlarında göstərilmişdir ki, X5 işlədiyi dövr xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək Dağ-mədən işləri –fəhlə, elektrik montyoru peşələrindən ibarət olmaqla, Azərbyacan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə dağ-mədən fəhlələri peşəsi (2010100a-11709) peşə koduna uyğundur. Azərbyacan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə elektrik montyoru peşəsi (2010100a-19855) peşə koduna uyğundur. Azərbaycan Respublkası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarıilə təsdiq edilmiş Siyahının Bölmə1, yarımbölmə 1.2a bəndinə elektrik montyoru peşəsi – peşəə koduna uyğundur.

6. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.20025-ci il tarixli 13-5-3/2-28/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" ASC-nin balansında olan istehsalat sahələri 1960-cı illərdə fəaliyyətə başlamış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra həmin sahələr müxtəlif qaydada fəaliyyətini davam etdirmiş və Azərbaycan Respublikasının Prezidentinin 398 saylı Sərəncamına əsasən 2000-ci ildə "xxxx" ASC yaradılmış və istehsalat sahələri müəssisənin balansına verilmişdir. Daha sonra 2008- 2009-cu illərdə dünya maliyyə-iqtisadi sistemində və alüminium sənayesində yaranmış böhran nəticəsində "xxxx" ASCdə iş həcminin kəskin azalması, istehsal olunan məhsulun satış qiymətinin bir neçə dəfə aşağı düşməsi istehsalın və işin tam dayanması ilə nəticələnmişdir. Səhmdar Cəmiyyətinin hal-hazırkı vaxtadək hər-hansı istehsalat fəaliyyəti yoxdur, istehsalat sahələri konservasiya rejimində saxlanılır. - Həmin məktuba əlavə edilmiş "xxxx" ASC Daşkəsən “Alunit” İstehsalat Sahəsi üzrə xx.xx.2011-ci il tarixli 19-k nömrəli əmrdən çıxarışdan görünür ki, X2 “Alunit” İS-nin Yarımalçaldıcı stansiyasının elektrik montyoru xx.xx.2011-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış hesab edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş hesab edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Müahsələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-48669/2025 nömrəli xidməti məktubunda bildirilmişdir ki, X6 Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən 1 may 2024-cü il tarixədək ümumi iş stajı 38 il 2 ay 20 gün (xx.xx.2006-cıil tarixədək 20 il 20 gün (2605.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1995ci il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra isə 18 il 2 ay) təşkil edir. Eyni zamanda bildirilir ki, Şir Həsənovun 1 may 2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 57022,40 manat təşkil edirdi. II. Məhkəmədə icraat

8. İddiaçı X5 cavabdeh Azərbaycan X1rşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədən Daşkəsən « Alunit » İstehsalat Sahəsində fəhlə, xx.xx.1996-cı il tarixdən 31.005.2011-ci il tarixədək isəsözügedən sahədə elektrik montyoru işləmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı sorğusuna mənfi cavab vermişdir. Azərbaycsan Alüminium ASC-nin arayışı və əmək kitabçasındakı qeydlər onun əmək şəraiti zərərli sahədə çalışmasını təsdiq edir. Sözügeən sahədə fəaliyyət sahəsini əmək kitabçasında qeyd etməmişlər. İndiki müdiriyyət isə işlədiyi fəaliyyət sahəsinin hansı xarakterdə olduğuna münasibət bildirməmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı X10 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

22. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir.

23. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1984-cü il tarixli НЗ ******* nömrəli hərbi bilet; - 23.07.1986-cı il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-17- 1/2-Ə-222243/2024 nömrəli imtina məktubu; - "xxxx" ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli 01 nömrəli arayışı; - "xxxx" ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli 01 nömrəli və xx.xx.2024-cü il tarixli 02 nömrəli arayışları; - Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.20025-ci il tarixli 13-5-3/2- 28/2025 nömrəli cavab məktubu; - "xxxx" ASC Daşkəsən “Alunit” İstehsalat Sahəsi üzrə xx.xx.2011-ci il tarixli 19-k nömrəli əmrdən çıxarış; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Müahsələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-48669/2025 nömrəli xidməti məktubu. - Məhkəmənin sorğusu əsasında əldə edilmş X5 pensiya işi üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

27. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı (Qərara 2 №-li əlavə): 20101000 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər 2010100a a) fəhlələr 2010100a—11709 istehsalat sahələrində, həmçinin nümunələr seçilməsi və partladıcı materialların çatdırılması üzrə markşeyder və geoloji işlərdə məşğul olan bütün adlarda dağ-mədən fəhlələri. 2010100a— kəsmələrdə, karxanalarda və laylarda məşğul olan elektrik ötürücü 19855 hava yollarının təmiri üzrə elektrik montyorları

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə: 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr istehsalat sahələrində, həmçinin nümunələr seçilməsi və partladıcı materialların çatdırılması üzrə markşeyder və geoloji işlərdə məşğul olan bütün adlarda dağ-mədən fəhlələri gips bişiriciləri kəsmələrdə, karxanalarda və laylarda məşğul olan elektrik ötürücü hava yollarının təmiri üzrə elektrik montyorları

30. İddiaçı iddia tələbində güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.

32. İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, 60 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur.

33. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələb mövcud olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir) və bununla da kapitalla bağlı həmin tələb ləğv edilmişdir.

34. İddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması - 38 il 2 ay 20 gün (xx.xx.2006-cıil tarixədək 20 il 20 gün (2605.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1995-ci il, xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra isə 18 il 2 ay) müəyyən edilir. Cavabdeh orqan nə imtina məktubunda, nə də iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır.

35. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi elektrik montyoru vəzifəsinin güzəştli iş stajına aid olmaması barədədir.

36. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının "xxxx"ASC-nin Daşkəsən “Alunit” İstehsalat Sahəsində zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək; - xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək.

37. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.

38. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

39. "xxxx" ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli 01 nömrəli və xx.xx.2024-cü il tarixli 02 nömrəli arayışlarında göstərilmişdir ki, X5 işlədiyi dövr xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək Dağ-mədən işləri –fəhlə, elektrik montyoru peşələrəindən ibarət olmaqla, Azərbyacan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə dağ-mədən fəhlələri peşəsi (2010100a-11709) peşə koduna uyğundur. Azərbyacan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə elektrik montyoru peşəsi (2010100a-19855) peşə koduna uyğundur. Azərbaycan Respublkası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarıilə təsdiq edilmiş Siyahının Bölmə1, yarımbölmə 1.2a bəndinə elektrik montyoru peşəsi – peşə koduna uyğundur.

40. Eyni zamanda, məhkəmə də müəyyən etmişdir ki, iddiaçının işlədiyi peşələr – fəhlə, elektrik montyoru peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 1) nəzərdə tutulmuşdur.

41. İddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

42. Göründüyü kimi, iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilir.

43. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

44. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

45. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

46. Məhkəmə hesab edir ki, iddiaçı hüququ yarandığı xx.xx.2024-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

47. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X7 oğluna hüququ yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı X7 hüququ yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar