Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-101/2025 14.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı reabilitasiya vasitəsi olan minik avtomobili ilə təmin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı reabilitasiya vasitəsi olan minik avtomobili ilə təmin edilməsi barədə qərar qəbul edilməklə, növbəlilik siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 339 nömrəli qərarı ilə İddiaçı “L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi və "İdiopatik dilatasion kardiomiopiya. Ürək çatışmazlığı, funksional sinif' diaqnozlu xəstəliyininin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)” X9 PHŞ xx.xx.2022-ci il tarixli X5 nəticəsi “Aorta divarı sklerotik. Sol mədəcik və sol qulaqcıq ciddi dilatasiya. Sol mədəcik restriktiv tip diastolik disfunksiyası. LV-qlobal sistolik funksiyası aşağı. LVEF-19%. LV-ciddi diffuz hipokinetik. PH-yox. İVC-N. MV-AV-fibrotik. MR-İ-İİ dərəcə TR-İ dərəcə. Müayinə nəzərə çarpan taxikardiya fonu. Puls-110 aritmiki. Müayinə zamanı tək-tək kstrasistolalar qeyd olundu” kimi müəyyənləşdirilmişdir.
3. “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 0236003AAJ4Z nömrəli göndərişdə əsas diaqnoz “M96.1 Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərəarası diskin sağ sinir kökcüyünü kompressiya edən posterolateral yırtığına görə edilmiş (2011;2017) L4 hissəvi sağdan laminektomiya. L4-L5 fəqərəarsı diskin residiv yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət”, ağırlaşma “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə Diskogen radiklopatiya, daim kökcük ağrı sindromu ilə. Th12-L-1, L1-L2, L4-L5, L5-S1 fəqərələrinin disklərin çox saylı protruziyalar”, “T88.8 Başqa rubrikalarda təsnif olunmayan cərrahi və terapevtik müdaxilələrin digər dəqiqləşdirilmiş ağırlaşmaları Laminektomiya defekti”, “G83.1 Aşağı ətrafların monoplegiyası Sağ pəncənin parezi”, R26.1 Paralitik yeriş Yeriş pozğunluğu”, Yanaşı xəstəliklər “İ42 Kardiomiopatiya İdiopatik genişlənmiş kardiomiopatiya (KMP), “İ50.0 Durğunluq ürək çatmamazlığı Xr. QDÇ-İV f/s. (LVEF-19%) kimi qeyd edilmişdir.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1279/2022 nömrəli qərarı ilə İddiaçı 06 fevral 2022-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.
5. İddiaçı xx.xx.2022-ci il tarixdən “Kardiomiopatiya, İdiopatik dilatasion kardiomiopatiya. Ürək çatmamazlılğı İİ dərəcə. L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozu üzrə “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.
6. İddiaçı minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə etdiyi müraciətə, həmin Agentliyin xx.xx.2022-ci il tarixli **********5 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi məqsədilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-4/2-3804/2023 nömrəli cavab məktubunda bidirilmişdir ki, İddiaçı minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi məqsədilə mobil nömrəsi (***-***-**-**) ilə saxlanılaraq xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət edilmişdir. Lakin cari tarixə kimi əyani müayinə olunması üçün Agentliyə müraciət etməmişdir.
8. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş və onun “Kardiomiopatiya, idiopatik dilatasion kardiomiopatiya. Ürək çatmamazlılğı İİ dərəcə. Durğunluq ürək çatmamazlığı, Xr. QDÇ-İV f/s. (LVEF-19%)” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi müəyyən olunaraq müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi, həmçinin minik avtomobilinə tibbi göstərişin olmaması barədə xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-2393/2023 nömrəli qərar qəbul edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3004/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-2393/2023 nömrəli qərarının qismən, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi hissəsində ləğv edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-201/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1884/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-4/2-3804/2023 nömrəli cavab məktubunda bidirilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(114)- 3004/2023 nömrəli qərarı tərəflərindən icra edilərək İddiaçı xx.xx.2022-ci il tarixindən Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Vətəndaş minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi məqsədilə etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırılır ki, fərdi reabilitasiya və abilitasiya proqramı əlilliyi olan şəxslərin qeydiyyatda olduqları ərazi üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyalarına etdikləri möraciət əsasında tərtib olunur. Fərdi reabilitasiya və abilitasiya proqramının tərtib edilməsi məqsədilə İddiaçı qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyasına yaxınlaşması tövsiyə olunur. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, avtomobilə tibbi göstərişin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2010-2017-ci illərdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə avtomobil manqa komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2011-ci ilin may ayının axırlarında hərbi hissənin döyüş təminatının həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə yük maşının sürətlər qutusunu dəyişərkən qutunun ağırlığının qəflətən onun üzərinə düşməsi nəticəsində onurğa nahiyyəsindən kəskin ağrı hiss etmiş, zədə almağı barədə komandanlığa məruzə etmişdir. İlk zaman hər hansı ağırlaşma özünü büruzə verməsə də sonradan səhhəti ağırlaşmışdır. Ağrılarla əlaqədar hadisədən bir ay sonra iyun 2011-ci il tarixdə müalicə üçün hərbi hospitala aparmış, müayinələr vaxtı L4-L5 fəqərəarası diskin sağ sinir kökünü kompressiya edən posterolateral yırtığı diaqnozu təyin edilmişdir. Müalicə nəticəsində uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək xidmətdən buraxılmışdır. Hazırda 2-ci qrup hərbi əlildir. O Müdafiə Nazirliyinin MHHK-na qərarın düzgün verilməməsi barədə müraciət edərək, ona hərbi hissə komandirinin axırıncı dəfə verildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərarın verilməsini xahiş etmişdir. MN MHHK ona “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarı verməkdən imtina edilmişdir, bu barədə məhkəməyə müraciət etmiş, məhkəmə onun iddiasını təmin etmişdir. Xəstəliyin diaqnozu 2011-ci ildən bugünədək eyni xəstəlikdir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-170/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
14. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-497/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-170/2023 nömrəli qərardadı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
16. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(114)-101/2025 nömrəli qərardadı ilə hazırki iddia tələbi “reabilitasiya vasitəsi olan minik avtomobili ilə təmin edilməsi barədə qərar qəbul edilməklə, növbəlilik siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
19. İPM-ə görə: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Hazırkı iddia tələbi ilə bağlı xüsusi mümkünlük şərti kimi tələb olunan şərt də ödənilmişdir. Belə ki, həmin tələb üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş və onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. Məhkəmə iclasına yalnız iddiaçı gəlmişdir.
25. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
28. Etiraz onunla əsaslandırılmışdır ki, Qazax rayon sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (FİN:OULPNRZ) əlillik vəziyyəti tibb müəssisəsinin 0236003AACF0 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Növbəti dəfə əlillik təyinatının səbəb-əlaqəsinin dəyişdirilməsi məqsədilə tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın əlillik təyinatının səbəb-əlaqəsinin dəyişdirilməsi ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 339 nömrəli Qərar verilmişdir. Həmin qərarda "L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi və "İdiopatik dilatasion kardiomiopiya. Ürək çatışmazlığı, funksional sinif" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belindəki və aşağı ağrılardan, aşağı ətraflardakı zəiflikdən və bununla əlaqədar hərəkətlərin məhdudlaşmasından şikayətlənmişdir. Anamnezə əsasən iki dəfə onurğa əməliyyatı keçirmişdir. Sağ aşağı ətrafda distal əzələ gücünün və tonusunun enməsi, pəncənin hərəki məhdudluğu müəyyən edilmişdir. Təqdim olunan İTS X10 "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" X9 PHŞ xx.xx.2022-ci il tarixli X5 nəticəsi "Aorta divarı sklerotik. Sol mədəcik və sol qulaqcıq ciddi dilatasiya. Sol mədəcik restriktiv tip diastolik disfunksiyası. LV-qlobal sistolik funksiyası aşağı. LVEF-19%. LV-ciddi diffuz hipokinetik. PH-yox. İVC-N. MV-AV-fibrotik. MR-İ-İl dərəcə TR-İ dərəcə. Müayinə nəzərə çarpan taxikardiya fonu. Puls-110 aritmiki Müayinə zamanı tək-tək kstrasistolalar qeyd olundu" kimi müəyyənləşdirilmişdir. Həmin diaqnoz müayinə zamanı təsdiq olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra- Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 25 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Qazax rayon sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (FİN: OULPNRZ) əlillik vəziyyəti tibb müəssisəsinin 0236003AAJ4Z nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə DTSERA-da ayani münomrəl qiymətləndirilmiş və "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. (ESDAS: **********5). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 339 nömrəli Qərar verilmişdir. Həmin qərarda "L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi və "İdiopatik dilatasion kardiomiopiya. Ürək çatışmazlığı, funksional sinif diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belindəki və aşağı ağrılardan, aşağı ətraflardakı zəiflikdən və bununla əlaqədar hərəkətlərin məhdudlaşmasından şikayətlənmişdir. Anamnezə əsasən iki dəfə onurğa əməliyyatı keçirmişdir. Sağ aşağı ətrafda distal əzələ gücünün və tonusunun enməsi, pəncənin hərəki məhdudluğu müəyyən edilmişdir. Təqdim olunan İTS X10 "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" X9 PHŞ xx.xx.2022-ci il tarixli X5 nəticəsi "Aorta divarı sklerotik. Sol mədəcik və sol qulaqcıq ciddi dilatasiya. Sol mədəcik restriktiv tip diastolik disfunksiyası LV-qlobal sistolik funksiyası aşağı. LVEF-19%. LV-ciddi diffuz hipokinetik. PH-yox. MC-N. MV-AV-fibrotik. MR-İ-İİ dərəcə TR-İ dərəcə. Müayinə nəzərə çarpan taxikardiya fonu. Puls-110 Müayinə zamanı tək-tək kstrasistolalar qeyd olundu" kimi müəyyənləşdirilmişdir. Həmin diaqnoz müayinə zamanı təsdiq olunmuşdur kimi qeyd olunmuş, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında komissiya otağına əsa ilə daxil olmuş, bel nahiyəsində və aşağı ətraflarda ağrılar, ürək çatışmazlığından şikayətlənmişdir. Anamnestik məlumatlarında qardaşının şəhid olduğunu bildirmiş, bir neçə ay bundan qabaq ürəyinə "aparat" qoyulduğunu qeyd etmişdir. Müayinə zamanı belində ~3-4 sm ölçüdə və sağ qalça nahiyəsində keçirilmiş əməliyyatlara (appendektomiya) müvafiq çapıq toxumalar izlənilmişdir. Aşağı ətraflarda əzələ gücü və tonus normal, hər iki diz refleksi canlı alınmış D=S, sağ aşağı ətrafda Axil refleksi nisbətən enmiş, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir. Qazax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-cü il tarixli Çıxarışda diaqnoz "L4-L5 fəqərəarası diskin sağ sinir kökcüyünü kompressiya edən posterolateral yırtığına görə edilmiş (xx.xx.2017) L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 fəqərəarası diskin residiv yırtığın çıxarılması əməliyyatından sonrakı vəziyyət. Sağ pəncənin parezi. Yeriş pozğunluğu. Diskogen radikulopatiya, daimi kökcük ağrı sindromu. Th3-L1, L1-L2, L4-L5. L5-S1 fəqərəarası çoxsaylı protruziyası. Laminektomiya defekti. Bel fəqərələri osteoxondrozu. İdiopatik genişlənmiş KMP. Xroniki QDC. İV funksional sinif" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X8 xx.xx.2022-ci il tarixli X5 müayinəsinin nəticəsi "Aorta divarı sklerotik. Sol mədəcik və sol qulaqcıq ciddi dilatasiya. Sol mədəcik restriktiv tip diastolik disfunksiyası. V-qlobal sistolik funksiyası aşağı. LVEF-19%. LV-ciddi diffuz hipokinetik. PH-yox. İVC-N. VİV-AV-fibrotik. VİR-İ-İİ dərəcə. TR-İ dərəcə. Müayinə nəzərəçarpan taxikardiya fonu. Puls-110 aritmiki. Müayinə zamanı tək-tək ekstrasistolalar qeyd olundu" kimi qeyd olunmuşdur. Akademik M.A. Topçubaşov adına Mərkəzinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz "İdiopatik dilatasion kardiomiopatiya. Kardioverter-defibrillyatorun (İCD) implantasiyası cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2022)" kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Akademik C.Abdullayev adına X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Dilatasiyaon kardiomiopatiya. Ürək çatışmazlığı. İV funksional sinif. AF=20 %. CRT implantasiyasından sonrakı vəziyyət (2022)" kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə müvafiq olaraq Hərbi Xidmət Dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 339 nömrəli qərarı (xəstəliik haqqında şəhadətnamə); - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)” X9 PHŞ xx.xx.2022-ci il tarixli X5 nəticəsi; - “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 0236003AAJ4Z nömrəli göndərişi; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1279/2022 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********5 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-4/2-3804/2023 nömrəli cavab məktubu; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat; - xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-2393/2023 nömrəli qərar; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3004/2023 nömrəli qərarı; - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-201/2024 nömrəli qərarı; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1884/2024 nömrəli qərarı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-4/2-3804/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
29. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 339 nömrəli qərarı ilə İddiaçı “L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi və "İdiopatik dilatasion kardiomiopiya. Ürək çatışmazlığı, funksional sinif' diaqnozlu xəstəliyininin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)” X9 PHŞ xx.xx.2022-ci il tarixli X5 nəticəsi “Aorta divarı sklerotik. Sol mədəcik və sol qulaqcıq ciddi dilatasiya. Sol mədəcik restriktiv tip diastolik disfunksiyası. LV-qlobal sistolik funksiyası aşağı. LVEF-19%. LV-ciddi diffuz hipokinetik. PH-yox. İVC-N. MV-AV-fibrotik. MR-İ-İİ dərəcə TR-İ dərəcə. Müayinə nəzərə çarpan taxikardiya fonu. Puls-110 aritmiki. Müayinə zamanı tək-tək kstrasistolalar qeyd olundu” kimi müəyyənləşdirilmişdir. Həmin diaqnoz müayinə zamanı təsdiq olunmuşdur. “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 0236003AAJ4Z nömrəli göndərişdə əsas diaqnoz “M96.1 Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərəarası diskin sağ sinir kökcüyünü kompressiya edən posterolateral yırtığına görə edilmiş (2011;2017) L4 hissəvi sağdan laminektomiya. L4-L5 fəqərəarsı diskin residiv yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət”, ağırlaşma “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə Diskogen radiklopatiya, daim kökcük ağrı sindromu ilə. Th12- L-1, L1-L2, L4-L5, L5-S1 fəqərələrinin disklərin çox saylı protruziyalar”, “T88.8 Başqa rubrikalarda təsnif olunmayan cərrahi və terapevtik müdaxilələrin digər dəqiqləşdirilmiş ağırlaşmaları Laminektomiya defekti”, “G83.1 Aşağı ətrafların monoplegiyası Sağ pəncənin parezi”, R26.1 Paralitik yeriş Yeriş pozğunluğu”, Yanaşı xəstəliklər “İ42 Kardiomiopatiya İdiopatik genişlənmiş kardiomiopatiya (KMP), “İ50.0 Durğunluq ürək çatmamazlığı Xr. QDÇ-İV f/s. (LVEF-19%) kimi qeyd edilmişdir.
30. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1279/2022 nömrəli qərarı ilə İddiaçı 06 fevral 2022-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Nəticədə İddiaçı xx.xx.2022-ci il tarixdən “Kardiomiopatiya, İdiopatik dilatasion kardiomiopatiya. Ürək çatmamazlılğı İİ dərəcə. L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozu üzrə “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.
31. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş və onun “kardiomiopatiya, idiopatik dilatasion kardiomiopatiya. Ürək çatmamazlılğı İİ dərəcə. Durğunluq ürək çatmamazlığı, Xr. QDÇ-İV f/s. (LVEF-19%) diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi müəyyən olunaraq müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi, həmçinin minik avtomobilinə tibbi göstərişin olmaması barədə xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-2393/2023 nömrəli qərar qəbul edilmişdir.
32. İddiaçı həmin qərarı qismən mübahisələndirmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3004/2023 nömrəli qərarı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-2393/2023 nömrəli qərarının qismən, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi hissəsində ləğv edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir:
23. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 27.0.1. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir. Maddə 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. Maddə 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli 213 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən, həmin Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir..
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın: 1.1-ci bəndinə əsasən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra - Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra - Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2-ci bəndinə əsasən Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4-cü bəndinə əsasən reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 (bundan sonra - Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1-ci bəndinə əsasən bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X6 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra - “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2-ci bəndinə əsasən şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X7 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.4-cü bəndinə əsasən bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
28. İstinad olunan normalardan görünür ki, şəxsin minik avtomobilli ilə təmin edilməsi üçün iki şərtin olması zəruridir:
29. 1. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxs olması;
30. 2. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilən tibbi göstəriş olması.
31. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçının hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxs olması tam təsdiq olunur. Deməli, iddiaçıya münasibətdə birinci şərt ödənilir.
32. İkinci şərtə gəldikdə, yuxarıda sadalanan göndərişlərdən aydın olur ki, iddiaçıya əlillik “Kardiomiopatiya, idiopatik dilatasion kardiomiopatiya. Ürək çatmamazlılğı İİ dərəcə. Durğunluq ürək çatmamazlığı, Xr. QDÇ-İV f/s. (LVEF-19%)” diaqnozuna görə təyin edilmişdir ki, həmin diaqnoz “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə nəzərdə tutulan tibbi göstərişlər arasında mövcuddur.
33. Belə ki, həmin əlavədən görünür ki, xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxsə minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:
1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
2. ağciyər çatışmazlığı, İİ dərəcəli;
3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
4. hemiplegiya, nəzərəçarpan hemiparez;
5. nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom;
6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
7. hər iki aşağı ətrafın fillik xəstəliyi;
8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
10. hər iki bud-çanaq oynağının ankilozu;
11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;
12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);
13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2 -dən böyük) olduqda;
14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda.
34. Göstərilən tibbi göstərişlərdən ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığının iddiaçıda olması müəyyən edildiyindən, aydın olur ki, iddiaçının əlilliyi olan şəxs kimi minik avtmobili ilə təmin edilməsi üçün qanunvericiliklə tələb olunan ikinci şərt də ödənilir.
35. Bundan başqa, cavabdeh orqan imtinasının digər əsası kimi göstərmişdir ki, fərdi reabilitasiya və abilitasiya proqramı əlilliyi olan şəxslərin qeydiyyatda olduqları ərazi üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyalarına etdikləri müraciət əsasında tərtib olunur.
36. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin fərdi reabilitasiya proqramını tərtib etmək və onun icrasına nəzarət etmək həmin qurumun fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir və həmin vəzifənin həyata keçirilməsi “X7 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi” Qaydası ilə tənzimlənir.
37. Belə ki, “X7 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın 2.1ci bəndinə əsasən əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) Fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əlilliyi olan şəxs Fərdi proqramın hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda Fərdi proqram onun yaşadığı yerdə hazırlanır.
38. Göründüyü kimi, iddiaçının mövcud əlillik vəziyyətinə əsasən onun minik avtomobili ilə təmin edilməsi hüququna malik olan şəxs kateqoriyasında olması istər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, 30 dekabr 2015-ci il tarixli Qərarında, istərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın müvafiq bəndləri ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin olunmalıdır.
34. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı reabilitasiya vasitəsi olan minik avtomobili ilə təmin edilməsi barədə qərar qəbul edilməklə, növbəlilik siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva