Məhkəmə qərarları › İş №2-1(114)-1013/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1013/2020

22.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1013/2020 22.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin 17 sentyabr 20N-cu il tarixli, 1/M-12608 nömrəli məktubu ilə N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidməti və başqa hərbi hissəyə verilməsi arxiv sənədlərində, N nömrəli hərbi hissə komandirinin əmrlərində öz təsdiqini tapmadığından İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina edilmişdir. Bununla razılaşmayan İddiaçı iddia ərizəsi ilə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdeh orqanın hərəkətsizliyini qanunsuz hesab edərək 04.Nxx-xx.N93-cü illərdə N saylı (N saylı korpus) hərbi hissədə hərbi xidmətdə olmağını nəzərə alıb “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-509/2020 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi biletində qeyd edildiyi kimi N78-ci il tarixdən xx xxxxx 2006-cı il tarixə kimi müxtəlif vəzifələrdə hərbi xidmətdə olmuşdur. Bu müddət ərzində N №-li hərbi hissə komandirinin xx xxxxx N93-cü il tarixli, 71 №-li əmrinə əsasən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməklə-"OBS" rabitə qovşağının qarnizon rəisi vəzifəsinə təyin edilmiş, həmin dövrlərdə o, birbaşa döyüşlərdə iştirak etmişdir. Onun N nömrəli hərbi hissəyə daxil olmağı barədə Müdafiə Nazirliyi X1 xx.xx.20N-cu il tarixli, ***-**** nömrəli arxiv arayışı verilmişdir. Lakin buna baxmayaraq Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş imtinada qeyd edilmişdir ki, N nömrəli hərbi hissəyə daxil olmağı, hərbi xidməti və başqa hərbi hissəyə keçirilməyi arxiv sənədlərində, N saylı hərbi hissə komandirinin əmrlərində öz təsdiqini tapmadığına görə ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. O, 04.Nxx-xx.N93-cü illər tarixində N saylı hərbi hissədə (N saylı korpus) hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında iştirak etməyinə baxmayaraq, onun hərbi hissədən çıxma əmrinin olmadığı bildirilmişdir. Onun bundan sonra hərbi xidməti bitməmiş, digər hərbi hissələrdə hərbi xidmətini davam etdirmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxa və iş üzrə qərar qəbul edə bilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N-cu il tarixli, 1/M- 12608 nömrəli imtina məktubu, xx.xx.2008-ci il tarixli, ZE ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli, 9/2-6283 nömrəli arxiv arayışı, xx.xx.20N-cu il tarixli, 9/2- 10139 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 9/2-7323 nömrəli, xx.xx.2020-ci il tarixli, 9/2-10832 nömrəli və xx.xx.2020-ci il tarixli, 9/2-10571 nömrəli məktubları, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, HP17/2622 nömrəli məktubu, xidmət dəftərçəsinin təsdiqlənmiş surəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli, 11/6344 nömrəli məktubunun surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx xxxx 2008-ci il tarixli, ZE ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.N93-cü il tarixdən xx.xx.N93cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Ağcabədi rayonu, Ergi istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2006-cı il tarixli, 0213 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxx 2020-ci il tarixli, 9/2-7323 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 72 nömrəli əmrilə baş gizir İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “OBS” rabitə qovşağının qarnizon rəisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin avqust-sentyabr N93-cü il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. Sorğuda İddiaçı N93-2006-cı il tarixlərdə xidmət etdiyi hərbi hissənin nömrəsi və xidmət dövrü dəqiq (aylarla) göstərilmədiyindən bu barədə əlavə araşdırma aparılması mümkün deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 9/2-10571 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 72 №-li əmrilə baş gizir İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “OBS” rabitə qovşağının qarnizon rəisi vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 116 №-li əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) baş gizir İddiaçı may, iyun, iyul N93-cü il tarixləri üçün ərzaq əvəzi pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin avqust-sentyabr N93-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, N №-li əmrilə N №-li hərbi hissənin rabitə qovşağı rəisi leytenant İddiaçı N №-li hərbi hissənin rabitə qovşağının rəisi vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 154 №-li əmrilə (əmrdə atasının adı Fəzail yazılmışdır) N №-li hərbi hissədən gəlmiş leytenant İddiaçı Fəzail oğlu N №-li hərbi hissənin rabitə qovşağının rəisi vəzifəsinə təyin edilərək N №-li hərbi hissədə bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 159 №-li əmrilə leytenant İddiaçı N №-li hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilərək, N №-li hərbi hissənin bütün növ təminatlarından çıxarılaraq N №-li hərbi hissənin bütün növ təminatlarına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 20 №-li əmrilə telefon-teleqraf şöbəsinin rəisi leytenant İddiaçı müvəqqəti olaraq N №-li hərbi hissənin komandiri vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 39 №-li əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) TFO-TQO rəisi leytenant İddiaçı müvəqqəti olaraq N №-li hərbi hissənin komandiri vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 50 №-li əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) TFO-TQO rəisi leytenant İddiaçı müvəqqəti olaraq N №-li hərbi hissənin komandiri vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli, 116 №-ii əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) baş leytenant İddiaçı avqust N95-ci il tarixi üçün ərzaq əvəzi pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N93xx.xx.N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin sentyabr-oktyabr N93-cü il, dekabr N95-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə nazirinin xx.xx.N95-ci il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissədən gəlmiş baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli, 216 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “Reflektor” rabitə qovşağının rəisi vəzifəsinə təyin edilmişdir. “Reflektor” rabitə qovşağının rəisi baş leytenant İddiaçı Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissədə rabitə vasitələri üzrə baş mühəndis vəzifəsinə təyin edildiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli, 91 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş baş leytenant İddiaçı Müdafiə nazirinin 08.06 N97-ci il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissədə rabitə vasitələri üzrə baş mühəndis vəzifəsinə təyin edildiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli, 183 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 2006cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı tərxis olunması barədə araşdırma aparılması mümkün deyildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə göndərilmiş İddiaçı şəxsi işinin təsdiqlənmiş surətindən məlum olur ki, iddiaçı xx.xx.N93xx.xx.N93-cü il tarixlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci X5 taboru (024 №-li hərbi hissədə) xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 9/2-10832 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı”na əsasən N nömrəli hərbi hissə xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının N nömrəli hərbi hissəyə daxil olmasının, hərbi xidmətinin və başqa hərbi hissəyə keçirilməsinin arxiv sənədlərində, N nömrəli hərbi hissə komandirinin əmrlərində öz təsdiqini tapmadığını əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etsə də, bunun hüquqi nəticəsini əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə arxiv arayışlarında iddiaçının xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək döyüşən hərbi hissə olan N nömrəli hərbi hissənin tərkibində xidmət etməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı iddia tələbinin hüquqi əsasını təşkil edən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanununun 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Adı çəkilən Əsasnamənin 1-ci maddəsinin qeydində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İş materiallarına əlavə olunmuş Gəncə Hərbi Prokurorluğunun xx xxxx 2020-ci il tarixli, HP17/2622 nömrəli məktubundan görünür ki, Gəncə şəhər sakini vətəndaş İddiaçı barəsində Gəncə Hərbi Prokurorluğunda hər hansı cinayət işi və ya təqsirləndirici material olmamışdır. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 316-6504- 1220 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı barəsində Nizami RPİ-yə təqsirləndirici material daxil olmamışdır. Göründüyü kimi iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş şərtlər mövcuddur. Lakin cavabdeh iddiaçıya «Müharibə veteranı» adının verilməsindən imtina etmiş və imtinasını yuxarıda açıqlanan məzmunda əsaslandırmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İşin bu vəziyyətində, İPM-in 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyyata buraxılmasını, hgrbi xidmətini təkzib edən hər hansı bir sübut yoxdur, əksinə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması iş materiallarında öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bunun əksi şəxsin hüquqlarının inzibati və məhkəmə təminatının nəzərdə tutulduğu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin pozulmasına səbəb olardı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar