Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1014/2023 20.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) X12, Üçüncü şəxs X14 və nümayəndəsi (vəkili) X13 iştirakları ilə, İddiaçı cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə (üçüncü şəxslər X6 və X14) qarşı qərar və protokolun ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas protokolunun, qərarının və həmin qərarın hüquqi nəticələrinun ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 219 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış və adına torpağın mülkiyyətə verilməsinə dair JN-231 saylı, kod 50600038 nömrəli şəhadətnamə verilmişdir. O, həmin vaxtdan mülkiyyətinə ayrılmış torpaq sahəsini və həmin torpaq sahəsinin önündə olan 110 kv.luq yüksək gərginlik elektrik xəttinin altındakı boş torpaq sahəsini istifadə etməyə başlamışdır. Təxminən 2006-cı ildə müvafiq İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə əsasında tərəfindən həmin torpaq sahəsində tikinti quraşdırma işləri apararaq “A” və “B” literli iki fərdi yaşayış evi və “B” literli hamam inşa etdirmişdir. O, dəfələrlə xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən əlavə istifadə etdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müraciətlər etmiş, lakin ona cavab olaraq bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qaraflarının tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi yol verilmir. Bundan sonra o, 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və ona xx.xx.2021-ci il tarixli, 14949 inventar nömrəli fərdi yaşayış evin texniki pasportu və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2010-cu ildə X6 onlara qarşı “ona məxsus 0.06 ha torpaq sahəsinin qonşusu (cavabdeh) tərəfindən özbaşına zəbt edilməsi nəticəsində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə Daşkəsən rayon Məhkəməsinə müraciət etmiş və ərizəsində göstərmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona xx.xx.2009-cu il tarixli MN ******* saylı çıxarış verilmişdir. O, dəfələrlə əlavə istifadə etdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müraciətlər etməsinə baxmayaraq ona verilməməsini və Ruzbəy Müqəddəmiyə həmin torpaq sahəsinin qanuni qaydada verilib-verilməməsini dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə müraciət etmişdir. Nazirlik tərəfindən xx.xx.2011-ci il tarixli 09/M-796 nömrəli məktubla ona cavab verilmişdir ki, “inzibati araşdırma və audit yoxlaması nəticəsində bələdiyyənin fəaliyyətində qanun pozuntuları aşkar olunduğundan toplanmış material hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ruzbəy Müqəddəmiyə verilmiş çıxarış qanun pozuntuları ilə verildiyi üçün həmin çıxarış və bu torpaq sahəsinə dair verilmiş digər hüquqverici sənədlər də ləğv edilmişdir. Ona bildirilmişdir ki, 110 kv.luq yüksək gərginlikli elektrik xəttinin yüksək gərginlik elektrik xəttinin altındakı boş torpaq sahəsi xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bunu bildikdən sonra nə onlar, nə də ki, Ruzbəy Müqəddəmi məhkəməyə getmədikləri üçün Daşkəsən rayon Məhkəməsi 2(030)-17/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərardadı ilə iddia ərizəsini baxılmamış saxlamışdır. X14 ona qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, X14 həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən Ruzbəy Müqəddəmidən almış və həmin müqaviləyə əsasən 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X9 xx.xx.2021-ci il tarixli, **********96 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin iş üzrə məhkəmə mühəndistexniki ekspertizası keçirilmiş və ekspertin rəyinə əsasən onun faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.06 ha hissəsi xüsusi mülkiyyətindədir, 0.072 һа hissəsi isə, mülkiyyətindən əlavə istifadə sahəsidir. X9 məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq 220 kv.m hissəsinin ərazidən yerləşən boş sahə ilə, 380 kv.m hissəsinin isə, onun mülkiyyətindən əlavə istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 3 Saylı Gəncə Ərazi İdarəsi saxta sənədə əsaslanaraq X9 qanunsuz olaraq 0.06 ha torpaq sahəsi vermişdir, həmin torpaq sahəsi 110 kv.luq yüksək gərginlik elektrik xəttinin altındakı torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi üst-üstə düşdüyündən həmin torpaq sahəsinə çıxarış verilə bilməz. Ona verilmiş çıxarışda da həmin 110 kv.luq elektrik xətti göstərilməmişdir, hətta ekspert rəy verərkən bunu nəzərə almamışdır. O, 1996-cı ildən, yəni 25 ildir ki, həmin torpaq sahəsini istifadə edir və o dəfələrlə müraciət edərək həmin istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmiş, lakin həmin torpaq sahəsi 110 kv.luq elektrik xətlərin altında yerləşdiyi üçün torpaq sahəsi ona verilməmişdir. O, şikayət etdikdən sonra Ədliyyə Nazirliyindən bildirmişlər ki, Ruzbəy Müqəddəmiyə verilmiş çıxarış qanun pozuntuları ilə verildiyi üçün həmin çıxarış və bu torpaq sahəsinə dair verilmiş digər hüquqverici sənədlər də ləğv edilmişdir. Lakin hazırda məlum olmuşdur ki, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolu və qərarı ilə Quşçu Bələdiyyəsi fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X4 0.06 ha torpaq sahəsinin satılmasına dair protokolu və qərarı qüvvədədir. Hesab edir ki, həmin torpaq sahəsi 110 kv.luq yüksək gərginlik elektrik xəttinin altında yerləşdiyindən Quşçu Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsini Ruzbəy Müqəddəmiyə satılması qanuna zidddir. Ona görə də X4 0.06 ha torpaq sahəsinin satılmasına dair Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolu və qərarı ləğv edilməlidir. Bununla bağlı, o Daşkəsən rayon Quşçu Bələdiyyəsinə müraciət edərək Bələdiyyənin xx.xx.2007-ci il tarixli iclasının 10 nömrəli protokolun və qərarın ləğv edilməsini xahiş etmiş, lakin Bələdiyyə həmin protokolun və qərarın ləğv edilməsindən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 və X14 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X5 cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə qarşı qərar və protokolun ləğvi tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və nümayəndəsi (vəkili) X16 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişlər. Üçüncü şəxs X14 və nümayəndəsi (vəkili) X17 iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxs X4 məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür, Daşkəsən rayon Quşçu kəndində yerləşən 0.06 ha torpaq sahəsi X3 adına qeydə alınmışdır. -işə əlavə edilmiş Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, Quşçu bələdiyyə fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X4 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. -işə əlavə edilmiş Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarının surətindən görünür ki, Quşçu bələdiyyə fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X4 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. -işə əlavə edilmiş Quşçu bələdiyyəsinin sədri T.Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, Quşçu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas protokoluna əsasən X4 0.06 ha torpaq sahəsinin satılması barədə onda heç bir əsaslı məlumat yoxdur. -işə əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- 13RA/1-2/2023 nömrəli məktubundan görünür ki, arxivdə X5 adına Quşçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərar aşkar edilməmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 31 yanvar 2023-cü il tarixli, 3-21-3-33/2-799/2023 nömrəli etirazında qeyd edilmişdir ki, ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair Daşkəsən rayonu, Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci ilfarixli, 10 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akt əsasında X4 verilmişdir. Qeyd olunan sənədlər əsasında xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli X3 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesirindən çıxarış verilmişdir. Həmin çıxarış əsasında vətəndaş X6 xx.xx.2012-ci il tarixli, ******* nömrəli alqısatqı müqaviləsi əsasında X1. xx.xx.2012-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X14 adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X9 ünvanın dəyişməsi ilə bağlı ünvan 3rləşən torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Aparılmış qeydiyyat tam əsaslıdır, hüquqların qeydiyyatı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. -işə əlavə edilmiş X10 xx.xx.2023-cü il tarixli, 3-16/2-09/3-61-10259/2023 nömrəli məktubundan görünür ki, Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərar X11 qeydiyyata alınmamışdır. -işə əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür, ünvan 3rləşən 0.06 ha torpaq sahəsi üzərində X7 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. -işə əlavə edilmiş xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Quşçu kəndində yerləşən mülkiyyətində olan 0.06 ha torpaq sahəsini X1. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 30 yanvar 2023-cü il tarixli, 3-21-3-33/2-M-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İş materiallarını araşdıran məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsininin üzərində əl damı inşa etməklə ləmin torpaq sahəsini hasara almışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının iddia qaldırmaq üçün hüququ yaranmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsassız hesab edir. Göründüyü kimi iddiaçı Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 219 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış və adına torpağın mülkiyyətə verilməsinə dair JN-231 saylı, kod 50600038 nömrəli şəhadətnamə verilmişdir. O, həmin vaxtdan mülkiyyətinə ayrılmış torpaq sahəsini və həmin torpaq sahəsinin önündə olan 110 kv.luq yüksək gərginlik elektrik xəttinin altındakı boş torpaq sahəsini istifadə etməyə başlamışdır. Təxminən 2006-cı ildə müvafiq İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə əsasında tərəfindən həmin torpaq sahəsində tikinti quraşdırma işləri apararaq “A” və “B” literli iki fərdi yaşayış evi və “B” literli hamam inşa etdirmişdir. O, dəfələrlə xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən əlavə istifadə etdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müraciətlər etmiş, lakin cavabdeh orqan torpaq sahəsinin ona ayrılmasından imtina edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı həmin torpaq sahəsinin üzərində qeyri-qanuni əl damı inşa etdirməklə torpaq sahəsini hasara almışdır, hansıki, torpaq sahəsi hazırda üçüncü şəxs X7 xüsusi mülkiyyətindədir. İddiaçı isə hazırda qeydin aparılması üçün əsas olmuş Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsinə dair iddia qaldırmış, lakin iddia tələbini heç bir əsasla əsaslandıra bilməmişdir. Yalnız tələbində torpaq sahəsinin nə səbəbdən ona yox, üçüncü şəxslərə satılmasını, həmin halın qanunsuz olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. “A.Şoşanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2015-ci il tarixli Qərarında da göstərilmişdir ki, "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Mülki Məcəllənın 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1- ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu mülki hüquq normalarının birgə təhlilindən göründüyü kimi, daşınmaz əmlaka, eləcə də torpağa mülkiyyət hüququ, o cümlədən bələdiyyələrə məxsus olan əmlak üzərində onların mülkiyyət hüququ qanuna müvafiq qaydada qeydə alındığı halda yaranmış hesab olunur. Hazırki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə torpağıdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyənin səlahiyyətidir. - 6.1-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməsi göstərilmişdir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafıq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. - 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. - 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. - 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. - 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi bələdiyyə qərarlarının qəbulu, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri, mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları dəqiq müəyyən müəyyən edilmiş, yalnız «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində torpaq sahəsinin satılması öhdəliyinin məcburiliyi halları sadalanmışdır. Hazırda iddiaçı cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etsə də məhkəmə iddianın təmin edilməsi üçün heç bir qanuni əsas görmür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə qarşı qərar və protokolun ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1014/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1014/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver