Məhkəmə qərarları › İş №2-1(114)-1014/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1014/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1014/2025 10.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, həmin tarixdən ona “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının imtinası qanunsuz hesab olunmaqla, ona “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez baş verən vestibulo-vegetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş gicəllənməsi və dayaq funksiyasının pozulması.” diaqnozlu xəstəliklərlə əlilliyin bərpa edilməsi, əlilliyə görə ödənilməli olan pensiyanın verilməsinin bərpa edilməsi, dayandırılmış müddət ərzində ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixində Gədəbəy rayonunda anadan olmuşdur. 1993-cü ildə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda Gədəbəy rayonun hərbi müdafiəsində (171 nömrəli hərbi hissə) iştirak edərək N dəfə yaralanmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə təsdiq edilir ki, (xx.xx.2018-ci il tarixli arayış) 1993-cü ildə hərbi xidmətdə olduğu zaman 1994-cü ilin aprel ayında aldığı və 2018-ci ildə Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmaların nəticələri - diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra çənəaltı nahiyədə bir ədəd, alt dodağın qırmızı haşiyəsində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin iç səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd, sağ ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar diaqnozu ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” təsdiq edilir. O cümlədən hərbi bilet və digər tibbi sənədlərdə təsdiq edilir ki, o, hərbi xidmət zamanı (cəbhədə gedən ağır döyüşlər zamanı) qapalı kəllə beyin travması almışdır. DSMF tərəfindən İddiaçı əlilliyin bərpa mərkəzinə avtomobil qeydiyyatına görə dəvət edilərək heç bir tibbi müayinə aparılmadan ona 15 gündən sonra məlumat veriləcəyi bildirilmişdir. Bundan (2023-cü ilin aprel ayından) sonra isə ona təyin edilmiş əlillik qeyri-qanuni olaraq tamamilə ləğv edilmiş və təyin edilmiş aylıq pensiyanın verilməsi dayandırılmışdır. Cavabdeh qanunsuz olaraq iddiaçının yeganə gəlir mənbəyi olan əlilliyə görə aldığı pensiyanın verilməsini dayandırmışdır və ona görə cavabdehin qanunsuz və əsassız imtinası onun hüquqlarını pozur. Qeyd olunan xəstəliklərin hər biri əlilliyə əsas verən xəstəliklər olmaqla, o, daimi qulluq və müalicə tələb edən ciddi xəstəliklərdən əziyyət çəkir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1014/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, həmin tarixdən ona “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Birinci Qarabağ müharibəsi dövründə almış olduğu travmadan mütəmadi olaraq əziyət çəkmiş, 1994-cü ildə travma almışdır. Lakin, sonraki Əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. “Diaqnozun mətni: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => 506.0- Baş beynin silkələnməsi X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi. diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2001-ci il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2002-ci il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2003-cü il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2004-cü il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik xx.xx.2005-ci il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2006-cı il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1153 nömrəli qərarına əsasən, Gəncə şəhəri, Kəpəz RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələridiaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra çənəaltı nahiyədə bir ədəd, alt dodağın qırmızı haşiyəsində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin iç səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd, sağ ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 792 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 747 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 440 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkimmütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma Xəstə hər iki aşağı ətrafların varikoz xəstəliyi. Postromboflebetik sindrom. Flebektomiya əməliyyatından sonrakı vəziyyət. Aşağı ətraflarda venoz QDÇ İİ-İİİ dərəcə diaqnozu ilə İİ qrup müddətsiz əlildir. Ümumi xəstəlik ilə alır. Əlilliyin səbəbi dəyişmək üçün təkrar TSEKə göndərilir. Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ. Tez-tez baş verən vestibolu-veqetativ krizlərləkəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması ilə” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travma. Hər iki aşağı ətrafların varikoz xəstəliyi. Postromboflebetik sindrom. Flebektomiya əməliyyatından sonrakı vəziyyət. Aşağı ətraflarda venoz QDC İİ-İİİ dərəcə. Keçirilmiş qapalı kalla beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İl mərhələ. Teztez baş verən vestibulo-vegetativ krizlərlə kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması” diaqnozu ilə tam reabilitasiya olması (tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə əyani müayinə keçirilmiş İddiaçı barəsində tam reabilitasiya olunması və minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “baldırın çoxsaylı açıq yaraları. Odlu silah qəlpə yaralanmasından sonrakı çənəaltı nahiyyədə bir ədəd, sağ baldırın yuxarı 1/3-nin iç səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində 1 ədəd, arxa səthində 1 ədəd, sağ ayaq pəncəsinin üst səthində 1 ədəd yaralanmasından sonrakı köhnə çapıq toxumaları. Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kalla beyin travmasının (1994) davamlı qalıq əlamətləri” diaqnozu ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez baş verən vestibulo-veqetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması.” diaqnozu ilə Diaqnoz öz təsdiqini tapmaması (ətraflı diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması. Sistemə daxil edilmə tarixi: xx.xx.2024. İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubdan görünür ki, o, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar əlillik təyininə əsas vermədiyindən hər iki halda onun barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə şəhər Birləşmiş Xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - S06 Kəllədaxili travma Stasionar müalicə aldığı müəssisələr: Gəncə şəhəri Abbas Səhhət adına Birləşmiş xəstəxana - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-T90.5 Kəllədaxili travmaların nəticələri Gəncə şəhəri Abbas Səhhət adına Birləşmiş xəstəxana - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz-T90.5 Kəllədaxili travmaların nəticələri Həkim müayinəsinin nəticəsi: T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez baş verən vestibulo-vegetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması. TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz T90.5, Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ teztez baş verən vestibulo-vegetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması. - Ağırlaşma G93.4, Dəqiqləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya İİ mərhələ. - Ağırlaşma G40.5, Xüsusi epileptik sindromlar, Qıcolma tutmaları ilə (ayda 9 dəfə). Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na 2 nömrəli əlavə Təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri Son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti Sinir sistemi xəstəlikləri – T90, G40 stasionar - 10 gün ambulator – 3 dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə

6. Sinir sistemi xəstəlikləri 6.1. Başın travmalarının nəticələri - T90 Qiymətləndirmə 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası - 65-80% - 2 il 6.7. Epilepsiya – G40 Qiymətləndirmə 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) - 65-80% - 2 il

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı əlillik verilməsindən imtina edilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Məhkəmə tərəfindən cavabdeh orqana bir neçə dəfə sorğu verilməsinə baxmayaraq, qeyd olunan qərar barədə iddiaçıya hansı tarixdə məlumat verilməsini təsdiq edən sənəd məhkəməyə göndərilməmişdir. Yalnız iddiaçının yazılı müraciətinə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cavab məktubu ünvanlamışdır. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Təkrar əlillik üçün başın travmalarının nəticələri - T90 meyarı üzrə son 1 (bir) ildə tələb olunan minimal stasionar müalicə müddəti - 10 gün, ambulator müalicə müddəti isə - 3 dəfədir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı bəndində sinir sistemi xəstəlikləri, 6.1-ci yarımbəndində başın travmalarının nəticələri - T90 meyarı nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (6.1.4-cü yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2001-ci il, xx.xx.2002-ci il, xx.xx.2003-cü il, xx.xx.2004-cü il, xx.xx.2005-ci il, xx.xx.2006-cı il tarixlərdə 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma Xəstə hər iki aşağı ətrafların varikoz xəstəliyi. Postromboflebetik sindrom. Flebektomiya əməliyyatından sonrakı vəziyyət. Aşağı ətraflarda venoz QDÇ İİ-İİİ dərəcə diaqnozu ilə İİ qrup müddətsiz əlildir. Ümumi xəstəlik ilə alır. Əlilliyin səbəbi dəyişmək üçün təkrar TSEK-ə göndərilir. Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ. Tez-tez baş verən vestibolu-veqetativ krizlərlə-kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması ilə” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Həmin əlillik xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində iddiaçının tam reabilitasiya olunmasına görə ləğv edilmişdir. (İddiaçıya xx.xx.2019-cu il tarixdə təyin edilmiş əlilliyin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. İddiaçının iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Təyin edilmiş əlilliyin müddətinin bitməsi ilə əlaqədar məhkəmə həmin əlilliyin ləğv edilməsi barədə qərarı mübahisələndirməklə bağlı iddiaçıya hüquqi yardım göstərməyi məqsədəuyğun hesab etməmişdir.) Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1153 nömrəli qərarına əsasən, İddiaçı yaralanmasının nəticələri - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat üzrə həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez baş verən vestibulo-vegetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya sonuncu dəfə 2019-cu ildə eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı başın travmalarının nəticələri - T90 meyarı üzrə təkrar əlilliyə görə nəzərdə tutulan stasionar və ambulator müalicələri almışdır. Lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1153 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçıya 2019-cu ildə təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-cü bəndində uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-cü bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Nəriman Həsən oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-cü bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar