Məhkəmə qərarları › İş №2-1(114)-1017/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1017/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1017/2021 23.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X16, vəkili X8, cavabdeh Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin nümayəndəsi X22, üçüncü şəxs X3, nümayəndəsi və vəkili X19 iştirakları ilə, “30 dekabr 2019-cu il tarixli, 18 saylı protokol-qərarının ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi) 24.06.2021-ci il tarixli, **********99 nömrəli məktubundan görünür ki, Ərazi İdarəsinin arxivində Gəncə şəhəri, S.Kəsəmənli küçəsi, ev 97 B ünvanında yerləşən əmlaklara dair iki qovluq mövcuddur. Qovluğun birində X9 (iddiaçının arvadı) məxsus əmlaka yalnız inventarlaşdırma işləri aparılmasına dair texniki pasport işlənilmiş, lakin həmin əmlaka dair heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. İkinci qovluqda olan əmlak ilk öncə X10 adına qeydiyyata alınmış, sonradan vərəsəlik yolu ilə X2 adına qeydiyyata alınmış, ünvanı ünvan 1əhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi, 103 ünvanında yerləşən və X3 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə dair qovluqda olan materiallardan görünür ki, ilk öncə həmin torpaq sahəsi Gəncə şəhər, Kəpəz rayon, Kəpəz Bələdiyyəsinin qərarı ilə bələdiyyənin adına sənədləşdirilmişdir. Qərarda ünvan ünvan 3ıxarış verilən zaman təkrarlama etməmək üçün ünvanı ünvan 4iyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi, 103 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli, 18 saylı iclas protokolu-qərarı ilə Gəncə şəhəri, Kəpəz rayonunda 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Gəncə şəhəri, S.Kəsəmənli küçəsi, ev 97B-də qeydiyyatda olan X6 Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi, 103 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 5-ci zonaya aid ərazidən fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə alqı-satqı yolu ilə 500 kv.m və ya 0,05 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsi ilə üçüncü şəxs X11 arasında Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi, 103 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə dair 27.01.2020-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi, 103 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı cavabdeh Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinə (üçüncü şəxslər X11) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə üçüncü şəxs X11 arasında ünvan 6 ünvanda yerləşən evin 0,05 ha torpaq sahəsinə dair bağladığı 27.01.2020-ci il tarixli 4ə-110 reyestrli alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən evi iddiaçı 1970-ci illərdə alqı-satqı müqaviləsi əsasında almış, lakin evin hüquqverici sənədləri olmadığından müqaviləni şifahi bağlamağa məcbur olub, ailəsini həmin evə köçürmüşdür. 1984-cü ildə həmin küçədə inventarlaşdırma aparılan zaman evi 24.07.1959-cu il tarixdən rəsmi nikahda olduğu mərhum həyat yoldaşı X7 adına yazdırmışdır. Gəncə şəhərində ev əldə etməyə ona görə məcbur olmuşdur ki, doğma yeri olan Daşkəsən rayonunun əhalisinin azı 90 faizinin normal dolanışıq üçün şərait olmadığından, xüsusən kolxoz və sovxozların ləğvindən sonra rayon əhalisi sərt qış aylarını bir qayda olaraq Gəncə şəhərində, yaxud onun ətrafında keçirib dolanışığını təmin edə bilir. Ailəsinin pulu həmin evin qeydiyyatsız alınmasına ancaq çatmış, ona görə də çıxılmaz vəziyyətdə qalıb, evin sənədsiz olmasına əhəmiyyət verməmişdir. Bir neçə il bundan əvvəl evini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün təşəbbüs göstərmiş, lakin heç nəyə nail olmamışdır. Ona bildirmişlər ki, evi dövlət reyestrində qeydiyyata aldırmaq üçün həyətyanı torpaq sahəsi özəlləşdirilməlidir. Göstərilən qayda daimi olaraq Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan qızı Ülviyyə Allahverdiyevaya da məlum olmuşdur. O, evi ələ keçirmək üçün xüsusi məqsədlə evində formal qeydiyyatda qalmaqdan və bu faktdan bəhrələnərək Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin rəhbərliyi ilə sövdələşib 27.01.2020-ci il tarixdə 4Ə-110 reyestrli alqı-satqı müqaviləsi ilə evinin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Onun sonrakı hərəkəti evə mülkiyyət hüququ əldə etmək, evi rəsmən ələ keçirməkdir, çünki Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Bu müqavilənin bağlanmasını mümkün etmək üçün Kəpəz Bələdiyyəsi ondan xəbərsiz, özü də tələsik olaraq Daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət edib, evin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış alıb, evi 103 nömrə altında Ülviyyəyə satmışdır. Notarius isə işə Ülviyyənin Kəsəmənli küçəsi, 97 B nömrəli ünvanda yaşamasına dair arayış qoymuşdur. Halbuki bu arayış faktiki yaşayışa görə yox, şəxsiyyət vəsiqəsindəki yalan qeydiyyata görə verilmişdir. Ülviyyə 06.03.1993-cü ildə, yəni 28 ildir ki, ər evinə köçmüş, evi tərk etmiş, evində bir çöpü də qalmamışdır. Evə ildə, iki ildə bir neçə dəfə qohum kimi gəlir, ya gəlmir. Torpaq alqı-satqısında qanunsuzluq ondadır ki, evin faktiki sahibi özü olduğu halda həyətyanı torpaq sahəsi daimi olaraq ailəsi ilə başqa rayonda yaşayan başqa şəxsə satılmışdır. Belə hərəkət onun sahiblik hüququnu pozduğundan ikiqat qanunsuzdur. Həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Beləliklə, Kəpəz Bələdiyyəsi həmin evin faktiki olaraq ona məxsus olmasını bildiyi halda maddi və sair şəxsi mənafeyi naminə sahiblik hüququnu, yəni mülki qanunvericiliyi pozmuşdur. İddiaçının nümayəndəsi və vəkili həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin 21.05.2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, hazırda mübahisələndirilən mülk tərəfindən alınmış və ailəsi ilə birlikdə orada yaşamışdır. Üçüncü şəxs olan qızı Ülviyyə Allahverdiyeva 1993-cü ildən həmin evdən gəlin köçmüş və hərdən-bir ailəsinə, ata-anasına baş çəkmək üçün gəlmişdir. Lakin daimi olaraq Qızılca kəndində olan ər evində yaşamışdır. X24 öldükdən sonra bir müddət qızının Qızılca kəndində yerləşən evində yaşamış və sonuncu bundan istifadə edərək evi, torpaq sahəsini öz adına sənədləşdirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X25 iddiaçı ilə eyniməzmunlu izahat vermiş əlavə olaraq bildirmişdir ki, illərdir mübahisəli mənzildə ata-anası tək yaşamışdır. Üçüncü şəxs olan bacısı Ü.Allahverdiyeva 1993-cü ildə ailə qurub daimi olaraq Göygöl rayonu Yeni Qızılca kəndinə köçmüşdür və illərdir orada ailəsi ilə birlikdə yaşayır. X28 vəfat etdikdən sonra atası bir müddət bacısının daimi yaşadığı Qızılca kəndində qalmış, lakin sonradan aralarında münasibətlər gərginləşdiyindən atası gələrək hazırda mübahisələdirilən torpaq sahəsinin yerləşdiyi evdə yaşamışdır. İllərdir həmin evdə ata-anası tək yaşamış, üçüncü şəxs sadəcə övladları kimi gəlib onları ziyarət etmişdir. Üçüncü şəxs heç vaxt daimi olaraq orada yaşamamışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçının vəkili X14 məhkəmə iclasında iddia ərizəsini müdafiə etdiyini bildirmiş və tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin nümayəndəsi X32 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, qərar qəbul edilməmişdən öncə torpaq sahəsinə baxış keçirilmiş, ölçmə işləri aparılmışdır. Bu proseslərin hər birində iddiaçı da iştirak etmiş və torpaq sahəsinin qızına satılması barədə məlumatı olmuşdur. İddiaçı Daşkəsən rayonunda, oğlu Sahil İbrahimov Bakı şəhərində qeydiyyatdadır. Ailədən qeydiyyatı Kəpəz rayonuna olan tək şəxs Ülviyyə Allahverdiyevadır. Bu səbəbdən mübahisəli torpaq sahəsinin Ülviyyə Allahverdiyevaya satılması qanunamüvafiqdir. Qərar qəbul edilən zaman heç bir prosessual pozuntuya yol verilməmiş, qanuni əsaslarla qəbul edilmişdir. Üçüncü şəxs X11 məhkəmə iclasında iddia ərizəsinə etiraz etmiş və əlavə olaraq bildirmişdir ki, 1993-cü ildən ailə qurub faktiki olaraq Göygöl rayonun Qızılca kəndində yaşasa da, daim hazırki mübahisələndirilən evə gəlib-getmiş, hətta öz şəxsi vəsaiti hesabına həmin evi təmir etdirmişdir. Bununla yanaşı X28 həmin evi ona vermək istəmiş, atası da buna razı olmuşdur. Lakin hazırda qardaşı Sahil İbrahimovun təkidi ilə atası fikrini dəyişərək hazırki iddia ərizəsini vermişdir. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş edir. Üçüncü şəxsin nümayəndəsi və vəkili X29 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, əmlaka dair bütün sənədləşmə işləri iddiaçının razılığı ilə aparılmışdır. Bələdiyyə tərəfindən qərar qəbul edilən və alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçı bunlardan məlumatlı olmuşdur. Təqdim etdiyi diskdə isə iddiaçının qaynı ilə danışarkən evi qızı Ülviyyəyə öz razılığı ilə verməsi barədə səs yazısı vardır. Odur ki, prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş edir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilk növbədə ünvan 8 ünvanlarının eyni olub-olmamasına dair məsələyə aydınlıq gətirilməsi üçün araşdırma aparmış 05 iyul 2021-ci il tarixli yerli müayinə protokolu ilə müəyyən edilmişdir ki, ünvanın birində X2 ailə üzvləri yaşayır. Digər 97 B ünvanı təkrarlanmamaq üçün hazırda 103 kimi qeyd edilmişdir. Başqa sözlə sözügedən ünvanlar, yəni X7 adına qovluq olan S.Kəsəmənli küçəsi 97B ünvanı ilə hazırki 103 ünvanı eynidir və faktiki olaraq S.Kəsəmənli küçəsi 97B ünvanında (hazırki 103 ünvanında) mərhum X7 ailə üzvləri yaşayır. Həmin ünvanda yerləşən torpaq sahəsi X5 Allahverdiyevaya satılmışdır və sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, hazırkı mübahisələndirilən inzibati akt - “30 dekabr 2019-cu il tarixli, 18 saylı protokol-qərarda qeyd edilən ünvan 9 ünvanı ilə ünvan 10 hal proses iştirakçıları tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə predmeti olan qərar-inzibati akt “İnzibati icraat” və “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası qanunlarının normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası qanununun: - 1-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. - 4.0-cı maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi, qanunvericilik açıq torpaq hərracları və ya müsabiqələrindən kənar bələdiyyə torpağının vətəndaşın mülkiyyətinə verilməsi qaydasını müəyyən edərkən iki –

1. bələdiyyənin ərazisində daimi yaşayan və 2. ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olmaq şərtinin eyni anda müəyyən edilməsini imperativ qaydada nəzərdə tutmuşdur. Hazırki iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, iş üzrə ikinci şərt yəni, üçüncü şəxsin 5 ildən artıq daimi qeydiyyatının olması iş materialları ilə təsdiqlənsə də, onun həmin ərazidə daimi yaşaması halı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan Yeni Qızılca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.04.2021-ci il tarixli 158 nömrəli arayışında məlum olur ki, üçüncü şəxs X1 şəhərində qeydiyyatda olmasına baxmayaraq ailə üzvləri ilə birlikdə uzun müddətdir Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayır. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 31.03.2021-ci il tarixli 463 nömrəli arayışında məlum olur ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi, ev 97B ünvanında tək yaşayır. «Nigahın bağlanması haqqında» 23.04.1993-cü il tarixli, V-JQ 480420 nömrəli şəhadətnamənin surətindən məlum olur ki, X4 ilə X17 arasında 06.03.1993-cü ildə nikah qeydə alınmış, qadına Allahverdiyeva soyadı verilmişdir. ünvan 12 ünvanının yaxın qonşuluğunda yaşayan sakinlər tərəfindən tərtib edilmiş 05.06.2021-ci il tarixli aktdan məlum olur ki, İddiaçı göstərilən ünvanda uzun müddətdir yaşayır. 1990-cı illərin ortalarından, yəni övladları ailə qurub ayrıldıqdan sonra İddiaçı həmin ünvanda heç bir övladı ilə deyil, 2019-cu ilin yanvarın 24-ə qədər mərhum həyat yoldaşı X12 ilə birgə yaşamışdır. 2019-cu ilin yanvarın 24-də həyat yoldaşı rəhmətə getdikdən hazırkı tarixədək tək yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati akt qəbul edilən zaman «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, X3 bələdiyyənin ərazisində daimi yaşaması işdə olan sübutlarla təkzib edilməsinə baxmayaraq ünvan 9 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Qanunla müəyyən edilir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə adıçəkilən qanunun tələbləri çərçivəsində hərəkət etməlidirlər. Lakin iddiaçının mübahisələndirdiyi inzibati akt-qərar cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanun ilə müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamışdır. İlkin olaraq qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Göründüyü kimi «İnzibati icraat haqqında» qanunda icraatın aparılması, maraqlı şəxsə rəsmi məlumatın verilməsi müəyyən edilmiş, lakin hazırkı qərar qəbul edilən zaman torpaq sahəsinin illərdir faktiki istifadəsində olan iddiaçıya məlumat verilməmiş, onun iştirakı inzibati icraatda təmin edilməmişdir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır: Qeyd edilən tələblərin inzibati aktda qeyd edilməsi qanunda imperativ qaydada nəzərdə tutulmaqla məcburi olsa da, hazırda mübahisələndirilən bələdiyyə qərarında inzibati aktın rekvizit tələblərinə riayət olunmamış, qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli, 18 saylı iclas protokolu-qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar