Məhkəmə qərarları › İş №2-1(114)-102/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-102/2020

05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-102/2020 05.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X1, vəkili X3, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı X4rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx xxx 2018-ci il tarixli **********548600 saylı, xx xxx 2018-ci il tarixli **********214000 saylı, xx xxxx 2018-ci il tarixli **********426800 saylı, xx xxxxxxxx 2018-ci il tarixli **********813500 saylı və xx xxxxx 2019-cu il tarixli **********551200 saylı qərarlara əsasən 2017-ci il tarixdən 2018-ci il tarixədək olan dövr üçün MMC-yə hesablanmış 116854,52 manat məbləğində vergi məsuliyyətinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı X9 tərəfindən “xxxx” MMC barəsində kameral vergi yoxlaması həyata keçirilmiş, həmin kameral vergi yoxlamasının nəticəsi olaraq cavabdeh “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx xxx 2018-ci il tarixli **********548600 saylı, xx xxx 2018-ci il tarixli **********214000 saylı, xx xxxx 2018-ci il tarixli **********426800 saylı, xx xxxxxxxx 2018-ci il tarixli **********813500 saylı və xx xxxxx 2019-cu il tarixli **********551200 saylı qərarlar qəbul edilmiş, həmin qərarlara əsasən 2017-ci il tarixdən 2018-ci il tarixədək olan dövr üçün MMC-yə ümumilikdə 116854,52 manat hesablanmış vergilərin büdcəyə ödənilməsi tələb edilmişdir. Cavabdehin iş üzrə mübahisələndirilən qərarının əsası kimi 2017-ci il və 2018-ci ilədək idxal edilmiş malların təqdim edilmiş bəyənnamələrdə təhrif edilərək düzgün təqdim edilməməsi, nəticədə guya yekun araşdırmaya görə 2019-cu ilin may ayında müəssisənin anbarında olan 116854,52 manatlıq malın mədaxil edilməməsini göstərərək vergidən yayınma riski kimi dəyərləndirməklə həmin məbləğdə vergi məsuliyyəti hesablamışdır. İddiaçı hesab edir ki, göstərilən və istinad edilən qərarlar qanunsuz və əsassızdır. Məhkmənin xx.xx.2019-cu il tarixli 2-1(83)-1668/2019 nömrəli qərardadına əsasən iddiaçının cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı səyyar vergi yoxlaması aktı nəticəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********190445 nömrəli qərarın ləğv edilməsi barədə iddianın dəyişdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının vəkili X8ərizə təqdim edərək, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, məktubun elektron ünvana göndərilməsi və məktubun ünvan sahibi tərəfindən açılması heç bir halda sübuta yetirilməzdir, məktubun elektron ünvanda açılması məktub sahibi deyil, elektron cihaz və avadanlıqlara icazəli digər şəxslərin də müdaxiləsi nəticəsində baş verə bilər. Cavabdehin nümayəndəsi X5 iddiaçının prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə etiraz edərək bildirilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********190445 nömrəli qərar cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə saat 16:39-da göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə saat 12:17də qəbul edilmişdir. Cəmiyyət X6 elektron kabinetə göndərilmiş qərarları qəbul etməklə, mübahisələndirilən qərarların təqdim olunma (çatdırılma) tarixi xx.xx.2019-cu il tarixi olmuşdur. İddiaçının mübahisələndirilən qərardan şikayət verməsi üçün son tarix xx xxxxxxx 2019-cu il olmuşdur. İddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülməklə xx xxxxxx 2019-cu il tarixli iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixli **********157564 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı mübahisələndirmişdir. Vergi ödəyicisinə məxsus hər hansı məktubun açılması yalnız səlahiyyətli şəxs tərəfindən həyata keçirilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, vergi orqanı ilə vergi ödəyicisi arasında xx.xx.2017-ci il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır və həmin müqavilə onlar arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin elektron şəkildə göndərilməsini tənzimləyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. -70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun 28.2-ci maddəsinə əsasən tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən qərarı– inzibati aktı qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı mübahisələndirilən qərarın onun elektron ünvanına göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada ona çatdırılmış sayılacağını bilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi ərizədə və məhkəmə iclasında verdikləri izahatda da iddiaçının nümayəndələri prosessual müddətin ötürülməsi ilə bağlı əsaslı səbəb təqdim edə bilməməmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, “xxxx” MMC-nin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri iddia müddətinə dair normalara riayət edilməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar