Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-102/2022 19.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş “tələbin icraya yönəldilməsi haqqında” 09.03.2021-ci il tarixli qərarın və həmin qərarın aid olduğu 25.06.2020-ci il tarixli, **********4492500 nömrəli, 29.12.2019-cu il tarixli **********023100 nömrəli, 03.06.2019-cu il tarixli, **********884500 nömrəli qərarların ləğv edilməsi, mükəlləfiyyətini qanuna uyğun əvvəlki “sadələşdirilmiş vergi ödəyicisi” vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş “tələbin icraya yönəldilməsi haqqında” 09.03.2021-ci il tarixli qərarla vergi ödəyicisi olaraq onun tərəfindən 4.458,15 manat əsas, 2.172,55 manat faiz, 100 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 6.730,70 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.06.2020-ci il tarixli **********492500 nömrəli, 29.12.2019-cu il tarixli **********023100 nömrəli və 03.06.2019cu il tarixli **********884500 nömrəli qərarlarının 09.03.2021-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. Qərarın məzmunundan göründüyü kimi icraya yönəldilməsi qeyd olunan vergi, ona hesablanmış faizlər və maliyyə sanksiyası cavabdeh tərəfindən 03.06.2019-cu il, 29.12.2019-cu il və 25.06.2020-ci il tarixlərdə qəbul edilmiş, müvafiq olaraq **********884500, **********023100 və **********492500 nömrəli qərarlardan irəli gəlmişdir. Lakin adı çəkilən üç qərardan heç birindən xəbəri olmamışdır. Ona göndərilmiş icraya yönəltmə ilə bağlı 09.03.2021-ci il tarixli qərarı alandan sonra həmin qərarlar barəsində xəbər tutmuşdur. Həmçinin aydın olmuşdur ki, hazırda mübahisələndirilən 03.06.2019-cu il tarixli **********884500 nömrəli, 29.12.2019-cu il tarixli **********023100 nömrəli və 25.06.2020-ci il tarixli **********492500 nömrəli qərarlara əsasən üzərinə qanunsuz olaraq əlavə vergi öhdəlikləri, faizlər və maliyyə sanksiyalarının ödənilməsi qoyulmuşdur. Mübahisəli qərarların qəbul edilməsinə əsas cavabdeh tərəfindən “vergi ödəyicisi olaraq fəaliyyətimlə bağlı” düzgün olmayan bir sıra dəlilləri qəsdən qeyd etməklə, yanlış olaraq mükəlləfiyyətini dəyişməsi olmuşdur. Əslində isə cavabdehin fəaliyyəti barəsində qeyd etdiyi dəlillər yanlış olmaqla, nəticədə tərtib edilmiş mübahisələndirilən qərarların qəbul edilməsi qanunsuz həyata keçirilmişdir. Cavabdeh vergi ödəyicisinin gətirdiyi dəlillərdə haqlı olduğunu bildiyi təqdirdə, vəzifəsini yerinə yetirməmiş, hərəkətsizlikdə davam etmişdir. Bu səbəbdən də məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmənin 28.09.2021-ci il tarixli 2-1(114)-1670/2021 nömrəli qərardadı ilə iddiaçının cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “09.09.2021-ci il tarixli, **********019900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi”nə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən 09.09.2021-ci il tarixli, **********019900 nömrəli qərarla 2018-ci ilin İV rübü üçün sadələşdirilmiş vergi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2018-ci ilin İ və İİ rüblər üzrə cari ”Sadələşdirlimiş vergi bəyənnamə”ləri təqdim edilmiş, həmin bəyənnamələrlə 2018-ci ilin İ rübündə 128845.00 manat, İİ rübündə isə 101707.03 manat dövriyyə məbləği göstərmişdir. Qeyd edilən bəyənnamələrə əsasən vergitutulan dövriyyə 200.000 manatdan çox olduğu üçün 2019-cu ilin 1 yanvar tarixinə qüvvədə olmuş Vergi Məcəlləsinin 218.1.2 və 220.1-1.1-ci maddələrinin tələblərinə əsasən 6 faiz dərəcə ilə sadələşdirilmiş vergini ödəməklə həmin tədiyyə üzrə vergi ödəyicisi olmaq hüququna malik olmuşdur. Sözügedən hüquqdan istifadə etmək məqsədilə iddiaçının 23.07.2018-ci il tarixli **********726000 nömrəli müraciəti vergi orqanına daxil olmuşdur. 21.07.2018-ci il tarixli məktubda İddiaçı 200,000 manatdan artıq olan məbləğin 6 faizlə vergiyə cəlb olunmasını və gələcəkdə hər hansı onun tərəfindən əməliyyatlar aparılıdıqda bu faizlə vergi hesablanmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh inzibati orqan tərəfindən sözügedən məktub nəzərə alınmışdır. Vergi ödəyicisi tərəfindən 2018-ci ilin İV rübü üçün vergi tutulan dövriyyəsinin olmaması barədə cari bəyənnamə təqdim etmişdir. Qeyd edilən bəyənnamələr üzrə aparılmış kameral vergi yoxlaması zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində hesabat dövrü ərzində vergi ödəyicisinin cəmi xərclərinin 64249.01 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, təqdim etdiyi bəyənnaməyə əsasən vergi tutulan dövriyyəsi ilə çəkdiyi xərclərin arasında 64249.01 manat uyğunsuzluq yaranmışdır. Yaranmış uyğunsuzluqla bağlı vergi ödəyicisinə 02.08.2021-ci il tarixli ”Kameral vergi yoxlaması üçün zəruri sənədlərin tələb edilməsi haqqında məktub” göndərilmişdir. İddiaçı tərəfindən yaranmış uyğunsuzluğun aradan qaldırılması təmin edilməmişdir. Vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09.09.2021-ci il tarixli, **********019900 nömrəli qərarla 2018-ci ilin İV rübü üzrə 3854,94 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. İddiaçı ərizəsində fəaliyyət göstərməsi ilə bağlı hər hansı təsdiqedici sənədinin olmadığını qeyd etmişdir. Bununla bağlı qeyd olunur ki, 05.11.2018-ci il tarixdə EAAN seriyalı, 384607 nömrəli elektron qaimə-faktura əsasında "xxxx" MMC tərəfindən iddiaçıya 64249.01 manat məbləğində dizel yanacağı satılmışdır. Sonradan İddiaçı tərəfindən elektron qaimə-fakturanın aid olduğu dövrdə, yəni 2018-ci ilin 4-cü rübündə vergi tutulan dövriyyənin olmamaması ilə bağlı bəyənnamə təqdim edilmişdir. Eləcə də həmin bəyənnamənin 1 nömrəli əlavəsində də heç bir məlumat göstərilməmişdir. Məhz buna görə bəyənnamə məlumatlarında uyğunsuzluq yaranmışdır. Bu mənada qeyd edilməlidir ki, "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında 64249.01 manat məbləğində əmtəənin alınması onun həmin dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərir. Göründüyü kimi vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması vergi qanunvericiliyinin müddəaları gözlənilməklə həyata keçirilmişdir ki, həmin yoxlamanın nəticəsində qəbul edilmiş qərar əsaslıdır və ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -”Kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 02.08.2021-ci il tarixli **********791500 nömrəli məktubdan görünür ki, İddiaçı kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67, və 83-cü maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini yenidən hesablamaq hüququ olduğu izah edilmişdir. -surəti işə əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09.09.2021-ci il tarixli, **********019900 nömrəli qərardan görünür ki, İddiaçı barəsində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3854.94 manat müəyyən edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2022-ci il tarixli, 9/2023 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında mövcud sənədlər nəzərə alınmaqla 09.09.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 2018-ci ilin 4-cü rübü üzrə hesablanmış 3854,94 manat sadələşdirilmiş vergi borcunun düzgünlüyü müəyyən edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09.09.2021-ci il tarixli, **********019900 nömrəli qərarı ilə iddiaçıya 2018-ci ilin İV rübü üzrə 3854,94 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. İddiaçı isə fəaliyyət göstərməsi ilə bağlı hər hansı təsdiqedici sənədinin olmadığını əsas gətirərək vergi orqanının qeyd olunan qərarını mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. -16.3-cü maddəsinin 2-ci hissəsinə əssən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 2019-cu ilin 1 yanvar tarixinə qüvvədə olmuş 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq ticarət fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Vergi Məcəlləsinin 2019-cu ilin 1 yanvar tarixinə qüvvədə olmuş 220.1-1.1-ci maddəsinə əsasən Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiyməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) ticarət fəaliyyəti üzrə 6 faiz dərəcə ilə hesablanır. İşin faktiki halları ilə müəyyən olunur ki, vergi ödəyicisi tərəfindən 2018-ci ilin İ və İİ rüblər üzrə cari ”Sadələşdirlimiş vergi bəyənnamə”ləri təqdim edilmiş, həmin bəyənnamələrlə 2018-ci ilin İ rübündə 128845.00 manat, İİ rübündə isə 101707.03 manat dövriyyə məbləği göstərmişdir. Qeyd edilən bəyənnamələrə əsasən vergitutulan dövriyyəsi 200.000 manatdan çox olduğu üçün 2019-cu ilin 1 yanvar tarixinə qüvvədə olmuş Vergi Məcəlləsinin 218.1.2 və 220.1-1.1-ci maddələrinin tələblərinə əsasən 6 faiz dərəcə ilə sadələşdirilmiş vergini ödəməklə həmin tədiyyə üzrə vergi ödəyicisi olmaq hüququna malik olmuşdur. Sözügedən hüquqdan istifadə etmək məqsədilə iddiaçının 23.07.2018-ci il tarixli **********726000 nömrəli müraciəti vergi orqanına daxil olmuşdur. 21.07.2018-ci il tarixli məktubda İddiaçı 200,000 manatdan artıq olan məbləğin 6 faizlə vergiyə cəlb olunmasını və gələcəkdə hər hansı əməliyyatlar aparılıdıqda bu faizlə vergi hesablanmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra vergi ödəyicisi tərəfindən 2018-ci ilin İV rübü üçün vergi tutulan dövriyyəsinin olmaması barədə cari bəyənnamə təqdim etmişdir. Qeyd edilən bəyənnamələr üzrə aparılmış kameral vergi yoxlaması zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində hesabat dövrü ərzində vergi ödəyicisinin cəmi xərclərinin 64249.01 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, təqdim etdiyi bəyənnaməyə əsasən vergi tutulan dövriyyəsi ilə (0.00 manat) çəkdiyi xərclərin arasında 64249.01 manat uyğunsuzluq yaranmışdır. Yaranmış uyğunsuzluqla bağlı vergi ödəyicisinə müvafiq məktub göndərilməsinə baxmayaraq iddiaçı tərəfindən yaranmış uyğunsuzluğun aradan qaldırılması təmin edilməmişdir. Bu əsasla da cavabdeh orqan tərəfindən hazırda mübahisələndirilən qərarla iddiaçıya 2018-ci ilin İV rübü üzrə 3854,94 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Məhkəmə iddiaçının 2018-ci ilin İV rübündə fəaliyyət göstərməməsinə dair arqumenti ilə bağlı qeyd edir ki, işin faktiki hallarına əsasən 05.11.2018-ci il tarixdə EAAN seriyalı, 384607 nömrəli elektron qaimə-faktura əsasında "xxxx" MMC tərəfindən iddiaçıya 64249.01 manat məbləğində dizel yanacağı satıldığı müəyyən edilmişdir. Bu mənada qeyd edilməlidir ki, "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında 64249.01 manat məbləğində əmtəənin alınması onun həmin dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərir. Yuxarıda qeyd edilmiş normaların mənasından da göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyətini dayandırdıqdan sonra onun faktiki fəaliyyət göstərməsi müəyyən edilsə vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vergi öhdəliyinə malik olur və o, mövcud vergi öhdəliyini icra etməlidir. Bundan əlavə məhkəmə hazırki iş üzrə verilmiş 31.03.2022-ci il tarixli, 9/2023 nömrəli ekspert rəyinə münasibətdə qeyd edir ki, sözügedən ekspert rəyində 05.11.2018ci il tarixdə EAAN seriyalı, 384607 nömrəli elektron qaimə-faktura əsasında "xxxx" MMC tərəfindən iddiaçıya satılmış 64249.01 manat məbləğində dizel yanacağı ilə bağlı hər hansı münasibət bildirilməmiş, eyni zamanda rəydə hər bir sual üzrə ayrı-ayrılıqda tədqiqat aparılmamış, istifadə edilən metodlar göstərilməmiş, suallar üzrə nəticələr qeyd olunmamış, yalnız nəticə hissədə vergi borcunun düzgünlüyünün müəyyən edilmədiyi qeyd olunmuş, lakin bunun nədə ifadə olunması ilə bağlı əsaslandırma aparılmamışdır. Bu səbəbdən də məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut növü hesab etmir. Qanunvericilikdə istinad olunan normalara və işin faktiki hallarına əsasən iddiaçının mövcud tədiyyə üzrə öhdəliyinin düzgün müəyyən edilməməsi səbəbindən cavabdeh orqan Vergi Məcəlləsi ilə ona verilmiş hüquqi imkanlardan istifadə edərək əsaslı kameral vergi yoxlaması aparmışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamaları vergi qanunvericiliyinin müddəaları gözlənilməklə həyata keçirilmişdir ki, həmin yoxlamanın nəticəsində qəbul edilmiş qərar əsaslıdır və ləğv edilməsi üçün əsas yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09.09.2021-ci il tarixli, **********019900 nömrəli qərarı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-102/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-102/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver