Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1022/2020 16.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı əmrdə düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı işə qəbul zamanı xx.xx.1983-cü il tarixli, 83 nömrəli əmrdə düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx xxx 1957-ci il tarixdə anadan almuşdur. 1983-cü il tarixdə Bərdə şəhər 3 saylı uşaq bağçasında “xadimə-dayə” kimi işə qəbul olunmuşdur. Ancaq işə qəbul olan zaman xx.xx.1983-cü il tarixli, 83 saylı əmrdə “İddiaçı" kimi deyil səhvən “X4” kimi qeyd olunmuşdur. Bir müddət əmək pensiyası alsa da, adındakı yanlışlıq səbəbindən Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi tərəfindən xx.xx.2019-cu ildən ona əmək pensiyasının verilməsi dayandırılmışdır. Bundan öncə doğum və nikah haqqında şəhadətnamələrində qeyd edilmiş X2 ad qrafasında “Nümayiş” adının “Nüşabə” kimi qeyd olunması üçün Bərdə Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir və Bərdə Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(021)- 3638/2019 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Bununla bağlı müvafiq düzəliş edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsinə müraciət etsə də, həmin qurumdan ona xx xxxxxxxx 2019-cu il tarixdə, **********5 nömrəli arayışla cavab verilmişdir ki, ona xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi 1983-2008-ci illərə dair Bərdə şəhər 3 saylı uşaq baxçasında işləməsi barədə iş stajı yerində yoxlanarkən qeyd edilən baxçanın əmr kitablarında onun işə girməsi barədə adına rast gəlinmədiyi aşkar olunmuşdur. Onun əmək kitabçasında işə girməsi haqqında qeyd edilən xx.xx.1983-cü il tarixli, 83 saylı əmrdə X2 işə qəbul edilməsi qeyd edilmişdir. Bu səbəbdən ona təyin edilmiş pensiyanın ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi 1983-2008-ci illərə dair Bərdə şəhər 3 saylı uşaq baxçasında işləməsi barədə iş stajı yerində yoxlanılarkən qeyd edilən baxçanın əmr kitablarında onun işə girməsi barədə adına rast gəlinmədiyi aşkar olunmuşdur. Onun əmək kitabçasında işə girməsi haqqında qeyd edilən xx.xx.1983-cü il tarixli, 83 nömrəli əmrdə X2 işə qəbul edilməsi qeyd edilmişdir. Bu səbəbdən ona təyin edilmiş pensiyanın ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmış və qeyd edilən ildə həmin uşaq baxçasında işə girməyi barədə faktın təsdiq olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan: -xx.xx.2019-cu il tarixli, 648 nömrəli nömrəli arayışın məzmunundan görünür ki, İddiaçı xx xxx 1957-ci il tarixdə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1957-ci il tarixdə Zərdab rayon İcra Hakimiyyəti başçısının Bıçaqçı kənd X8 üzrə Nümayəndəliyində 61 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. -Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər X8 üzrə Nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli, 7712 nömrəli arayışının məzmunundan görünür ki, İddiaçı Bərdə şəhəri, S.Vurğun küçəsi, 38 nömrəli evdə yaşayır. -İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin məzmunundan görünür ki, iddiaçının adı, soyadı və ata adı “İddiaçı” kimi qeyd edilmişdir. -Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər 3 saylı körpələr evi-uşaq baxçasının xx xxxxxx 2020-ci il tarixli, 6 nömrəli arayışının məzmunundan görünür ki, X4 xx.xx.1983-cü il tarixli, 83 nömrəli əmrə əsasən müvəqqəti olaraq baxçasına 066 akladda dayə, 025 akladda paltaryuyan köməkçisi təyin edilmişdir. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, ərizəçi İddiaçı maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 473328 saylı nikah haqqında şəhadətnamənin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının işə qəbul edilməsinə dair xx.xx.1983-cü il tarixli, 83 saylı əmrdə adı “İddiaçı" kimi deyil, səhvən “X4” kimi qeyd olunmuş, həmin ziddiyətin aradan qaldırılması mümkün olmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bununla bağlı iddiaçının nəzərinə çatdırır ki, qeyd olunan ziddiyyətin aradan qaldırılması üçün xx.xx.1983-cü il tarixli, 83 nömrəli əmrin ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə isə özəl hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 nömrəli qərarının 6.bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbi ilə müvafiq ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı əmrdə düzəliş edilməsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı əmrdə düzəliş edilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1022/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1022/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver