Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1024/2022 24.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı ölüm akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam rayon Qeydiyyat şöbəsinin 03 noyabr 2021-ci il tarixli, 126 nömrəli məktubda iddiaçının mərhumə anası X2 ölüm haqqında şəhadətnaməsində və ölüm haqqında akt qeydində ölüm səbəbi haqqında məlumat qrafasında düzəliş edilməsinin birbaşa səlahiyyətlərinə aid olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı anası X2 23 fevral 2016-cı il tarixdə erməni işğalçıları tərəfindən atılmış top mərmisinin yaxınlıqda partlaması nəticəsində almış olduğu qəlpə yaralarından ölməsinin qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X3 2016-cı ildə məlum aprel hadisələri zamanı, yəni 23.04.2016-cı ildə erməni işğalçıları tərəfindən atılmış atəş nəticəsində ölmüşdür. Belə ki, anası X2 ölümünə səbəb onun 23 aprel 2016-cı ildə həyətyanı sahənin yuxarı hissəsində əkdikləri göy-göyərti yığan zaman erməni işğalçıları tərəfdən atılmış top mərmisinin yaxınlığına düşməsi nəticəsində qəlpə yarası alması nəticəsində ölmşüdür. Onu Ağdam rayonu Çəmənli kənd qəbirstanlığında dəfn etmişlər. Ancaq, mərhum anası X2 Ağdam RİHB-nın Çəmənli kənd İƏD-də qeydə alınmış “Ölüm haqqında” şəhadətnaməsində ölümün səbəbi kimi Arterial Hipertoniya xəstəliyi yazılmışdır. Ölümün səbəbinin bu məzmunda yazılmasının səbəbi onlara məlum deyil. Anasının ölümünə səbəb 2016-cı ildə aprel hadisələri zamanı yanında mərmi partlaması nəticəsində almış olduğu qəlpə yarasından ölmüşdür. Qeyd edilənləri kənd camaatının hamısı təsdiq edə bilər. Hazırda problemlə bağlı Ağdam rayon Qeydiyyat şöbəsinə müraciət edərkən ölümün qəlpə yarasından alınmasına əsas verən zəruri sənədlər olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyisi tövsiyyə olunmuşdur. Ağdam Rayon Məhkəməsinə müraciətinə cavab olaraq aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməyi izah edilmiş və ərizəsi baxılmamış saxlanılmışdır. Ağdam rayon Qeydiyyat Şöbəsinin bu imtinasını əsassız hesab edir. Ona görə də hesab edir ki, anası X2 23 aprel 2016-cı ildə erməni işğalçıları tərəfindən atılmış top mərmisinin qəlpələri nəticəsində ölməsinin qeyd edilməsi vəzifəsinin cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan; -AZS-106 ******* nömrəli tibbi şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 23.04.2016-cı il tarixdə “işemik insult, arterial hipertoniya” xəstəliyi nəticəsində ölmüşdür. -13.05.2016-cı il tarixli, 09 nömrəli “Ölüm haqqında” akt qeydinin və 13.05.2016-cı il tarixli, AZ-İN 800306 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiqlənmiş surətlərindən məlum olur ki, X3 23.04.2016-cı il tarixdə ölmüş, ölümn səbəbi kimi “arterial hipertoniya” qeyd edilmişdir. -Ağdam rayon Çəmənli kənd həkim məntəqəsi publik hüquqi şəxsin məktubundan görünür ki, X1 rayon Çəmənli kənd həkim məntəqəsində 2012-ci il tarixdən arterial hipertoniya tez-tez təkrarlanan hipertonik krizlərdə dispanser qeydiyyatda olmuşdur. Aparılan qeydiyyatlara əsasən Ağdam rayon MRX-da və Bakı şəhər klinik xəstəxanalarında ambulator və stasionar müalicələr almışdır. 23.04.2016-cı il tarixdə “İşemik insult” arterial hipertoniya xəstəliyindən vəfat etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının; 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 8.1. maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə VVADQ orqanı, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.3. maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.5. maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. 8.14. maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. maddəsinə əsasən ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Qeyd olunan normalara əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyata alınmalı, bu barədə ölmüş şəxsin qohumlarının, qonşularının, müvafiq qurumların və başqa şəxslərin məlumatı olmalı, həmçinin ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan AZS-106 ******* nömrəli tibbi şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 23.04.2016-cı il tarixdə “işemik insult, arterial hipertoniya” xəstəliyi nəticəsində ölmüşdür. İlkin hüquqmüəyyənedici sənəd tibbi şəhhadətnamə olduğundan, X2 “Ölüm haqqında” akt qeydi və “Ölüm haqqında” şəhadətnaməsi tibbi şəhadətnaməyə uyğun olaraq tərtib edildiyindən, həmçinin tibbi şəhadətnamədə ölüm səbəbi kimi “işemik insult, arterial hipertoniya” qeyd olunduğundan məhkəmə hesab edir ki, iddiaçının ölüm haqqında akt qeydi və ölüm haqqında şəhadətnaməsi qanuni və əsaslı olaraq tərtib edilmişdir. Odur ki, iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur. Həmçinin, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Göründüyü kimi, adıçəkilən qaydalarda vətəndaşlıq vəziyyəti aktlarında düzəliş edilməsi üçün əsaslar dəqiq müəyyən olunmuş, hazırkı iddia tələbində və məhkəmə araşdırılması zamanı qeyd olunan əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Beləliklə, iddiaçının mərhum anası X2 23 fevral 2016-cı il tarixdə erməni işğalçıları tərəfindən atılmış top mərmisinin yaxınlıqda partlaması nəticəsində almış olduğu qəlpə yaralarından ölməsi və hazırki halda iddiaçıya məxsus ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı ölüm haqqında akt qeydində düzəliş edilməsinə dair iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı ölüm akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1024/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1024/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver