Məhkəmə qərarları › İş №2-1(114)-1024/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1024/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1024/2023 01.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialına qarşı pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və tutmaların dayandırılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialına qarşı xx.xx.2022ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “hərbi xidmət dövrü ilə əlaqədar” 3-cü dərəcə əlilliyə görə təyin edilmiş pul məbləğinin tam olaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, hərbi xidmətdə olarkan aldığı xəsarətdən sonra 20 may 2017-ci il tarixdən "hərbi xidmət dövrü ilə əlaqədar" İl dərəcə əlilliyə görə iddiaçıya pensiya təyin edilmişdir. Bundan sonra ona verilən pensiya 01 dekabr 2020-ci ildən dayandırılıb və iddiaçı yenidən müayinələrdən keçərək pensiya təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Müraciəti əsasında ona xx.xx.2021-ci il tarixdən hesablanmaqla "Hərbi xidmət dövrü ilə əlaqədar" İİİ dərəcəli əlillik təyin edilməklə pensiya müəyyən edilmişdir. Ancaq ona hesablanmış pensiya məbləği ödənilməmişdir. Bununla bağlı iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialına müraciət etmişdir. Cavabdeh əvvəlki pensiyanın etibarsız hesab edilməsi əsası ilə əvvəlki dövrdə onun aldığı 17.641 manat məbləğin Fonda qaytarılması məqsədilə tutulması bildirilməklə hazırda təyin edilmiş əlillik dərəcəsi ilə ona verilməli olan 3.381,71 manat Fondun hesabına tutulmuş və bu əsasla müraciətinin təmin edilməsindən 24 noyabr 2022-ci il tarixli məktubla imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, onun təkrar müayindən keçməklə İİİ dərəcəli əlil olmağı bir daha təsdiq edilmişdir. Bu da onunla əlaqədardır ki, 2017-ci ildə tibbi sənədlərdə göstərilən xəstəliyin qismən yaxşılaması nəticəsində yalnız səhhətində epilepsiya xəstəliyi qalmışdır. Hər bir halda iddiaçı qanunsuz olaraq pensiya almamışdır. İddiaçı faktiki olaraq əlil olmuşdur və dövlət buna görə hər bir halda ona pensiya təyin etməli idi. Odur ki, ona yenidən hesablanmış "Hərbi Xidmət dövrü ilə əlaqədar" İİİ dərəcə əlilliyə görə müəyyən edilmiş pulun tam olaraq ona ödənilməsini iddia edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının müvafiq ərizəsinə əsasən iddia “pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və tutmaların dayandırılması” barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı 20 may 2017-ci il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq "hərbi xidmət dövrü ilə əlaqədar" İl dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən ona təyin edilmiş "hərbi xidmət dövrü ilə əlaqədar" İİ dərəcə əlillik etibarsız hesab edilib. Bununla əlaqədar olaraq, əlilliyə görə ödənilən əmək pensiyası 1 dekabr 2020-ci il tarixindən dayandırılıb və xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə 17641,64 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Sözügedən agentlik tərəfindən İddiaçı 31 avqust 2021-ci il tarixindən "hərbi xidmət dövrü ilə əlaqədar" İİİ dərəcə əlillik təyin edilib. Bununla əlaqədar olaraq, ona cari ilin avqust ayında təminat xərcliyinin (875,80 manat) 35 faizi-306,53 manat məbləğində əmək pensiyası təyin edilib. Eyni zamanda xx.xx.2021-ci il tarixdən hesablanaraq ona ödənilməli olan 3381,71 manat pensiya məbləği müəyyən edilib. Qeyd olunanlara əsasən, İddiaçı artıq ödənilmiş 17641,64 manat pul vəsaitindən ödənilməli olan 3381,71 manat pul vəsaiti çıxılıb, qalan 14259,93 manat pul vəsaitinin onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığı mümkün qısa müddət ərzində Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir.İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını aşkar etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Odur ki, qeyd olunanlardan aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialın xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiya dayandırılmışdır. -surəti işə əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə 3-cü dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. -surəti əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 20 may 2017-ci il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq "hərbi xidmət dövrü ilə əlaqədar" İl dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən ona təyin edilmiş "hərbi xidmət dövrü ilə əlaqədar" İİ dərəcə əlillik etibarsız hesab edilmiş və bununla əlaqədar olaraq, əlilliyə görə ödənilən əmək pensiyası 1 dekabr 2020-ci il tarixindən dayandırılmış, həmçinin xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə 17641,64 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bundan sonra sözügedən agentlik tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixindən "hərbi xidmət dövrü ilə əlaqədar" İİİ dərəcə əlillik təyin edilmişdir. Bununla əlaqədar olaraq, ona cari ilin avqust ayında təminat xərcliyinin (875,80 manat) 35 faizi-306,53 manat məbləğində əmək pensiyası təyin edilmiş, eyni zamanda xx.xx.2021-ci il tarixdən hesablanaraq ona ödənilməli olan 3381,71 manat pensiya məbləği müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, ona artıq ödənilmiş 17641,64 manat pul vəsaitindən ödənilməli olan 3381,71 manat pul vəsaiti çıxılıb, qalan 14259,93 manat pul vəsaitinin onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığı mümkün qısa müddət ərzində Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. İddiaçı hazırki tələblə cavabdehin qeyd olunan hərəkətlərini mübahisələndirməklə pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və tutmaların dayandırılmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbul etmək sahəsində səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1: -1.1-ci maddəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -1.2-ci maddəsinə Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. -2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsinin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərindəndir. -3.1.2 və 3.1.3-cü maddələrinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. -3.2.4 və 3.2.5-ci maddələrinə əsasən tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüququdur. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya əlillik dərəcəsi cavabdeh orqanın bu sahədə səlahiyyətli qurumu tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək iddiaçıya pensiya təyin edilmiş və bundan sonra ona müvafiq ödəniş edilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Beləliklə işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli qurumun onun üçün müəyyən etdiyi statusa (ikinci dərəcə əlilliyə) görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə (səhhəti, sosial durumu və s.) görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Hazırki işin hallarından göründüyü kimi cavabdeh orqan isə qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədən iddiaçının pensiyasına müvafiq məbləğdə tutma yönəltmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçıya təyin edilmiş pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və onun pensiyasına yönəldilmiş tutmanın dayandırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və onun pensiyasına yönəldilmiş tutmanın dayandırılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar