Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1025/2020 30.07.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, iddiaçı Federal Gömrük xidməti, Şimali Qafqaz Gömrük idarəsi, Dağıstan Gömrüyünün Cavabdeh qarşı gömrük ödənişlərinin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirib, M ü ə y y ə n e t d i: İddiaçı Federal Gömrük xidməti, Şimali Qafqaz Gömrük idarəsi, Dağıstan Gömrüyü iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası vətəndaşı Cavabdeh 3 383 883 rubl gömrük ödənişləri və 22 582,72 rubl dəbbə pulu olmaqla, cəmi 3 406 465,72 rubl məbləğində pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2019-cu ildə Dağıstan Gömrükxanasının Məhərrəmkənd gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən, Azərbaycan Respublikası vətəndaşı Cavabdeh (xx.xx.1991 il təvəllüdlü, xarici pasport: PC AZE №C00906607, Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2015 ildə verilib, Azərbaycan Respublikası, ünvan 2 ünvanında yaşayır) idarə etdiyi Y278PM197 qeydiyyat nişanlı, “Wolksvagen Krafter” markalı nəqliyyat vasitəsinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi aparılarkən, göstərilən nəqliyyat vasitəsinin aparılmış gömrük baxışı və sonrakı gömrük yoxlaması (gömrük yoxlaması aktı № 10801060/ 130519/ 0000266) zamanı baqaj bölməsində gömrük bəyanetmə olmadan X1 (bundan sonra AAİB) gömrük sərhədindən keçirilmiş mal - bu nəqliyyat vasitəsinin arxa bölməsində olan 1627 blok miqdarında, ümumi brutto çəkisi 998,4 kq çəkməli qarışıqlar aşkarlanmışdır. Bu mal lazımi gömrük bəyanetmə olmadan AAİB gömrük sərhədindən keçirilmişdir. Azərbaycan Respublikası vətəndaşı Cavabdeh izahatından görünür ki, mal çəkməli qarışıqlar ona məxsusdur və Moskva şəhərində satış üçün nəzərdə tutulmuşdur. AAİB Gömrük Məcəlləsinin (bundan sonra - AAİB GM) 2 m. 1 bəndi 25 yarım bəndinə uyğun olaraq malların Birliyin gömrük sərhədindən qanunsuz keçirilməsi - AAİB GM-in 10 maddəsinə əsasən malların Birliyin gömrük sərhədindən keçirilməli olduğu və ya həyata keçirildiyi yerlərdən kənarda və ya bu yerlərdə olan gömrük orqanlarının iş vaxtından kənarda, yaxud gömrük nəzarətindən gizlənməklə, yaxud da malların etibarsız bəyanetməsi və ya bəyan edilməməsi ilə, yaxud da mallar haqqında etibarsız məlumatlar olan sənədlərdən istifadə etməklə, və (və ya) saxta yaxud da başqa mallara aid identifıkasiya vasitələrindən istifadə etməklə keçirilməlidir. xx.xx.2019-cu il tarixli 12405020/0018323 saylı ekspert rəyinə əsasən, qanunsuz keçirilmiş tütün məmulatlarının dəyəri 1 469 035,35 rubl təşkil etmişdir, bu da Rusiya Federasiyasının CM-nin 200.2-ci maddəsinə əsasən xeyli miqdarda sayılır. Bununla da Azərbaycan Respublikası vətəndaşı Cavabdeh 1469035,35 dəyərində tütün məmulatlarının qaçaqmalçılıq cinayəti törətmişdir və ona görə Rusiya Federasiyasının CM-nin 200.2-ci maddəsinin 1-ci hissəsi ilə məsuliyyət nəzərdə tutulmuşdur. xx.xx.2019-cu ildə Dağıstan Gömrükxanası tərəfindən Azərbaycan Respublikası vətəndaşı Cavabdeh barəsində bu xüsusatla Rusiya Federasiyasının CM-nin 200.2-ci maddəsinin 1-ci hissəsi üzrə **********2000005 saylı cinayət işi başlanmışdır. Dağıstan Gömrükxanası tərəfindən cavabdehin ünvanına xx.xx.2019-cu il tarixli məktubla ödənilməyən gömrük ödənişləri haqqında bildiriş göndərilmiş, poçt bildirişindəki qeydlərə əsasən göstərilən məktub ona təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Dağıstan Gömrüyü Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh 3 383 883 rubl gömrük ödənişləri və 22 582,72 rubl dəbbə pulu olmaqla, cəmi 3 406 465,72 rubl məbləğində pulun tutularaq ödənilməsinə dair tələb irəli sürmüş və «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 20. maddəsinə istinad olunaraq iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hazırkı iş üzrə iddia tələbinin mümkünlük şərtlərini yoxlayaraq bir sıra məsələlərə aydınlıq gətirilməsini zəruri hesab edir. Müstəqil Dövlətlər Birliyi çərçivəsində hüquqi yardım sahəsində əməkdaşlığın həyata keçirilməsinə yönələn mexanizmlərdən biri xx xxxxxx 1993-cü il tarixli Minsk Konvensiyasıdır. Azərbaycan Respublikası Konstitusiyanın 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir (Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir (Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsi). “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 15 və 16-cı maddələrinə əsasən, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir. Azərbaycan Respublikası beynəlxalq müqavilələrə vicdanla əməl edilməsi prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının iştirak etdiyi ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin digər iştirakçılarının da bu müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün səylər göstərir. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir. Bununla yanaşı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 23.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir. Minsk Konvensiyası Azərbaycan Respublikasına münasibətdə xx xxxx 1996-cı il, Rusiya Federasiyasına münasibətdə isə xx xxxxxx 1994-cü il tarixində qüvvəyə minmişdir. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın «Hüquqi yardım» adlanan İİ hissəsinin 4.1-ci maddəsinə əsasən Razılaşdırılmış Tərəflərin ədliyyə orqanları mülki, ailə və cinayət işləri üzrə bu Konvensiyanın müddəalarına uyğun olaraq hüquqi yardım göstərirlər. 6-cı maddəsinə əsasən Razılaşmış Tərəflər sorğu edilən Razılaşmış Tərəflərin qanunvericiliyində nəzərdə tutulmuş prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusən sənədlərin tərtibi və göndərilməsi, axtarışların aparılması, maddi sübutların götürülməsi, göndərilməsi və verilməsi, ekspertizaların keçirilməsi, tərəflərin, müqəssirlərin, şahidlərin, ekspertlərin dindirilməsi, cinayət təqibinə başlanması, cinayət törədən şəxslərin axtarılması və keçirilməsi, mülki işlər üzrə məhkəmə qərarlarının, hökmlərin mülki iddia hissəsinin, icra qeydlərinin tanınması və icrası, həmçinin sənədlərin verilməsi yolu ilə bir-birinə hüquqi yardım göstərirlər. 20-ci maddəsinə əsasən bu bölmənin İİ-V (şəxsi status, ailə işləri, əmlak hüquq münasibətləri, vərəsəlik) hissələrində başqa hal müəyyən edilməmişdirsə, yaşayış yeri Razılaşdırılmış Tərəflərdən birinin ərazisində olan şəxslərə qarşı iddia, onların vətəndaşlarından asılı olmayaraq, həmin Razılaşmış Tərəfin məhkəmələrinə verilir; hüquqi şəxslərə qarşı iddia isə, ərazisində hüquqi şəxsin idarəetmə orqanının, nümayəndəliyinin və yaxud filialının yerləşdiyi Razılaşmış Tərəfin məhkəmələrinə verilir. Sadalanan normaları diqqətdə saxlamaqla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1. maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1. maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1. maddəsinə əsasən Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Göründüyü kimi inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyəti zamanı səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktları, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətləri olmalıdır. Hazırkı iddia tələbində iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqan olmadığından, mübahisə də «İnzibati icraat haqqında» Qanununla tənzimlənən inzibati məhkəmə icraatının predmeti ola bilməz. Bundan başqa, iddia ərizəsində Cavabdeh qismində göstərilmişdir. Bununla bağlı qeyd olunur ki, inzibati akt qəbul etmək səlahiyyəti olmayan fiziki şəxsin inzibati məhkəmə icraatında cavabdeh qismində cəlb edilməsi nəzərdə tutulmamışdır. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçının və cavabdehin dinlənilməsindən imtina edilmişdir. Belə ki, tərəflərin dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması və inzibati məhkəmə icraatı qaydasında baxılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən icraatda qənaət prinsipi və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı: İddiaçı Federal Gömrük xidməti, Şimali Qafqaz Gömrük idarəsi, Dağıstan Gömrüyünün Cavabdeh qarşı gömrük ödənişlərinin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1025/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1025/2020
30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver