Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1026/2020 18.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə1, iddiaçının vəkili Vəkil2, üçüncü şəxsin nümayəndəsi Qanuni nümayəndə2, üçüncü şəxsin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı2 X2 Cavabdehnə (üçüncü şəxs “xxxxxxxxx” X1) qarşı xx.xx.1996-cı il tarixli sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı2 X3 (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının “Gilavar-Xəzri” istehsal-ticarət müəssisəsinə (hazırda “xxxxxxxxx” MMC) verilmiş xx.xx.1996-cı il tarixli sərəncamının ləğv edilməsini dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı “buraxılmış müddətin bərpa edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin qaldırılması üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili izahatında bildirmişdir ki, üçüncü şəxs “xxxxxxxxx” MMC tərəfindən onlara qarşı “maneənin aradan qaldırılması” tələbinə dair qaldırılmış iddia üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-131/2020 saylı qətnaməsini aldıqdan sonra tərəflərindən aparılan araşdırma nəticəsində hazırda mübahisələndirilən sərəncam barəsində məlumatlı olmuşlar və dərhal hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunan məhkəmə qətnaməsini əldə etdikdən sonra müvafiq orqanlara sorğu göndərmiş, sorğuya cavab gəldikdən sonra hazırkı iddianı qaldırmışdır. Odur ki, qanunla nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxılmışdır. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin vəkili ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı hazırda Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsini əldə etdikdən sonra sərəncamdan məlumatlı olduğunu bildirsə də, xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsində iddia qaldıran zaman iddia ərizəsinin surəti iddiaçı tərəfə təqdim edilmişdir. Həmin iddia ərizəsində hazırda mübahisələndirilən Cavabdeh xx.xx.1996-cı il tarixli sərəncamı da qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəf həmin sərəncamdan, qətnamə qəbul edilməzdən əvvəl də məlumatlı olmuş, həmin sərəncamı mübahisələndirmək imkanı olmuş, lakin heç bir hərəkət etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Lakin iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırılmamışdır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, üçüncü şəxs xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfə qarşı “maneənin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. Üçüncü şəxs Nizami Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində torpaq sahəsinin Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli sərəncamı əsasında ayrıldığını bildirmişdir. Həmin iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-131/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Göründüyü kimi, iddiaçı tərəf xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Gəncə şəhər Nizami Rayon Məhkəməsində işə baxılan zaman hazırda mübahisələndirilən Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli sərəncamın mövcudluğundan məlumatlı olsa da, qeyd olunan inzibati aktı həmin zaman mübahisələndirməmişdir. İddiaçı bildirmişdir ki, Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli sərəncamı məhkəmə qətnaməsi ona təqdim edildikdən sonra məlumatlı olmuş, həmin sərəncamın əldə edilməsi üçün sorğular göndərmiş, sorğularla bağlı xx.xx.2020-ci il tarixdə həmin sərəncamı mübahisələndirmişdir. Məhkəmə iddiaçının bu arqumenti ilə bağlı qeyd edir ki, sözügedən məhkəmə qətnaməsində Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli sərəncamına dəyişiklik edilməsi barədə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 338 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı qeyd edilməklə, mübahisələndirilən sərəncam barəsində dolayısı yolla da olsa məlumat verilmişdir. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamdan xx.xx.2020-ci il tarixdə məlumatlı olsa belə, xx.xx.2020-ci il tarixədək iddia qaldırmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” xx.xx.2018-ci il tarixli 2-411 saylı icmal məktubunda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin, vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquqi münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi hallarda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati orqanların x xxxxxx 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərəm alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. xx.xx.2011-ci il tarixədək qüvvədək olmuş Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən Ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirmə haqqında iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı2 X3İddiaçı2 X2 buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. İddiaçı2 X2 Cavabdehnə (üçüncü şəxs “xxxxxxxxx” X1) qarşı xx.xx.1996-cı il tarixli sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1026/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1026/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver