Məhkəmə qərarları › İş №2-1(114)-1026/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1026/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1026/2025 18.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa, itirilmiş illərin əmək stajına hesablanması və məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun “gizir” hərbi rütbəsindən məhrum edilməklə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı 24 sentyabr 2022-ci il tarixli, 0172 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 29 avqust 2016-cı ildən 2020-ci ilədək N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. 2020-ci ildən xx.xx.2022-ci ilədək isə “gizir” rütbəsində həmin hərbi hissənin məxfi hissə rəisi olmuşdur. Xidmət etdiyi dövrdə nizam-intizamlı hərbi qulluqçu olmuş, barəsində hər-hansı intizam tədbiri olmamış və müxtəlif vaxtlarda fəxri fərmanlarla təltif edilmişdir. Xidmətdə olan zaman ona hərbi qulluqçuların maaşlarının artımı ilə bağlı əmr gəlmişdir. O da həmin əmrin şəkilini çəkərək öz sahəsi üzrə çalışan digər hərbi qulluqçulara, yəni Nurlan Cəfərova, Saqif Qaracayevə və Elnur Cavadova göndərmişdir. Nurlan Cavadov nizami hissə rəisi vəzifəsində, Saqif Qaracayev və Elnur Cavadov isə məxfi hissə rəisi vəzifəsində çalışmışlar. Daha sonra ona məlum olmuşdur ki, 24 sentyabr 2022-ci il tarixli, 0172 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 41.0.7-ci maddəsinə və İntizam nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Həmçinin iddiaçının xidməti qaydaları pozması xüsusatı üzrə Kəlbəcər Hərbi Prokurorluğuna araşdırma aparılması üçün müraciət edilmişdir. Uzun müddət araşdırma aparılmış və nəticədə onun barəsində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının AR CPM-in 39.1.2-ci maddəsinə əsasən, rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçının əməllərində cinayət tərkibi olmamış, yəni, qeyd olunan əmrlə əsaslandırılmış xüsusatlar əsassız olmuşdur. Belə ki, əmrdə göstərilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 10 dekabr 2019-cu il tarixli, 010 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə Təlimat”ın 587.7-ci yarımbəndini, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 088 nömrəli 09 aprel 2020-ci il tarixli “Azərbaycan Ordusunda mobil telefonların istifadəsi zamanı informasiya təhlükəsizliyinin təmin olunması” barədə əmrinin və X5 18 avqust 2021-ci il tarixli 03 nömrəli əmrinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikası müdafiə nazirinin 12 sentyabr 2022-ci il tarixli, 0126 nömrəli əmrinin 47-ci nüsxəsini “WhatsApp” mobil tətbiqi üzərindən və sosial şəbəkələrdə paylaşmaqla informasiya təhlükəsizliyinin pozmaları faktı üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə 194-cü əlahiddə rabitə taborunun məxfi hissə rəisi gizir İddiaçı smartfon tipli mobil telefondan istifadə etməklə həmin gün hərbi hissəyə daxil olan Azərbaycan Respublikası müdafiə nazirinin 12 sentyabr 2022-ci il tarixli, 0126 nömrəli əmrinin foto şəkilini çəkərək “WhatsApp” mobil tətbiqi vasitəsi ilə yuxarıda adları göstərilən hərbi qulluqçulara göndərmiş, nəticədə məxfi qrifli əmr sosial şəbəkələrdə paylaşılmışdır. Qeyd olunan Azərbaycan Respublikası müdafiə nazirinin 12 sentyabr 2022-ci il tarixli, 0126 nömrəli əmri hərbi qulluqçuların müavinətlərinin artırılması ilə bağlı olmuşdur. Göründüyü kimi müavinətlərinin artırılması ilə bağlı əmr dövlət sirrinə və yaxud hərbi sirrə aid edilən məlumatlardan deyildir. Cavabdeh tərəfindən zəruri inzibati icraat aparılmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, İddiaçı hərbi rütbəsindən məhrum edilməklə xidmətdən ehtiyata buraxılmazdan əvvəl onunla söhbətləşmə aparılmamış və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilməmiş, prosedurlara əməl edilməmişdir. Həmçinin cinayət işinin rədd olunması barədə qərardan da görünür ki, İddiaçı hərəkətlərində hər hansı cinayət tərkibi olmamış və barəsində aparılan araşdırmaya bəratverici əsaslarla xitam verilmişdir. Nəzərə almaq lazımdır ki, şəxsin əməlində əgər qanun pozuntusu yoxdur və qeyd olunan məsələ nə dövlət sirri, nə də hərbi sirr hesab edilmir. Qeyd olunan sənəd maaş artımı ilə bağlı olmuş və bunun digər hərbi qulluqçuya göndərilməsinin hərbi sirrin yayılması kimi qiymətləndirməsi absurddur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3316/2024 nörməli qərardadı ilə cavabdeh əsl cavabdeh Müdafiə Nazirliyi N saylı hərbi hissə ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə məhkəməyə ötürülmüş iddia müddətinin bərpası ilə bağlı ərizə təqdim etmiş, iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı barəsində Kəlbəcər Hərbi prokrorluğunda araşdırma aparılmış və daha sonra cinayət işi rədd edilmişdir. Qeyd olunan qərarı rəsmi qaydada əldə edə bilməmiş, rəsmi qaydada bir neçə dəfə qərarın surətinin verilməsinə dair müraciət ünvanlamışdır. Daha sonra İddiaçı işə bərpa olunması ilə bağlı aidiyyəti qurumlara və Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona müsbət cavab verilməmişdir. Ona görə də müddət bərpa edilməlidir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, mübahisələndirilən inzibati akt - X5 0172 nömrəli əmridir. Əmr 24 sentyabr 2022-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni 24 oktyabr 2022-ci il tarixdə bitmiş və iddiaçı isə X5 24 sentyabr 2022-ci il tarixli, 0172 nömrəli əmrinin mübahisələndirilməsi barədə ərizəni 2024-cü ilin iyul ayında məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Odur ki, iddia tələbinin mümün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmiş, özü iştirak etməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti müdafiə edərək, iddia müddətinin bərpa edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddiaya etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etdi. İşin halları Müdafiə nazirinin müavini - X5 xx.xx.2022-ci il tarixli, 0172 nömrəli əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41.0.7-ci maddəsinə və Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq 194-cü əlahiddə rabitə taborunun məxfi hissə rəisi gizir İddiaçı “gizir” hərbi rütbəsindən məhrum edilərək ehtiyata buraxılmışdır. İddiaçı məxsus 08 aprel 2013-cü il tarixli SX ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.2022-ci ildə Müdafiə nazirinin müavini - X5 xx.xx.2022-ci il tarixli, 0159 nömrəli əmri əsasında ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, Müdafiə nazirinin müavini - X5 xx.xx.2022ci il tarixli müvafiq əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə və İntizam Nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ərizə komanda üzrə məruzə edilmiş və onun yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. Kəlbəcər hərbi prokrorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, rədd edilməsi haqqında qərar qəbul edilmiş və bu barədə ona xx.xx.2023-cü il tarixli, 3-3-26/2-3323 nömrəli məktubla rəsmi məlumat verilmişdir. N saylı hərbi hissə tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o, informasiya təhlükəsizliyinin təmin edilməsi haqqında əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli müvafiq əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə (intizam qaydasında hərbi rütbədən məhrum edilməklə) və İntizam Nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq, ehtiyata buraxılmışdır. Göstərilən əmrin ləğv edilməsi N saylı hərbi hissənin səlahiyyətində deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa, itirilmiş illərin əmək stajına hesablanması və məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qeyd olunan iddia tələbi mübahisələndirmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı Qasımov X6 nazirinin müavini - X5 xx.xx.2022-ci il tarixli, 0172 nömrəli əmri ilə ehtiyata buraxılmış, məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçının nümayəndəsi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə vermiş, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, İddiaçı barəsində Kəlbəcər Hərbi prokrorluğunda araşdırma aparılmış və daha sonra cinayət işi rədd edilmişdir. Qeyd olunan qərarı rəsmi qaydada əldə edə bilməmiş, rəsmi qaydada bir neçə dəfə qərarın surətinin verilməsinə dair müraciət ünvanlamışdır. Daha sonra İddiaçı işə bərpa olunması ilə bağlı aidiyyəti qurumlara və Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona müsbət cavab verilməmişdir. Ona görə də iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. Lakin hazırkı iş üzrə iddia müddətinin ötürülməsinin səbəbi məhkəmə tərəfindən üzrlü səbəb hesab edilmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Qasımov X6 nazirinin müavini - X5 xx.xx.2022-ci il tarixli, 0172 nömrəli əmri ilə, “gizir” hərbi rütbəsindən məhrum edilərək ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun ərizəsinə baxılmış və yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. Kəlbəcər hərbi prokrorluğunun xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, rədd edilməsi haqqında qərar qəbul edilmiş və bu barədə ona xx.xx.2023-cü il tarixli, 3-3-26/2-3323 nömrəli məktubla rəsmi məlumat verilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı xidmətdən ehtiyata buraxılması barədə məlumatlı olmuş, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Yenidən xidmətə daxil olması üçün Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə ona barəsində müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Həmçinin iddiaçının barəsində aparılan araşdırma üzrə Kəlbəcər hərbi prokrorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə ona xx.xx.2023-cü il tarixli məktubla rəsmi məlumat verilmişdir. Göründüyü kimi iddiaçı nəinki ehtiyata buraxılması barədə əmrdən məlumatlı olduqdan sonra iddia müddətini ötürmüş, həmçinin iddia müddətinin ötürməsinin əsası kimi qeyd etdiyi Kəlbəcər hərbi prokrorluğunda aparılan araşdırmanın nəticəsi və yenidən xidmətə daxil olmaq üçün etdiyi müraciətə müsbət cavab verilməməsi barədə məlumatı aldıqdan sonra da qanunvericilikdə göstərilən 30 (otuz) gün müddətdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, İddiaçı Cavabdeh qarşı “əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa, itirilmiş illərin əmək stajına hesablanması və məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa, itirilmiş illərin əmək stajına hesablanması və məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar