Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1028/2025 03.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçılar İddiaçı və cavabdehin nümayəndəsi X34 iştirakı ilə, iddiaçılar İddiaçı, X8,X25,X12,X13,X26,X1,X14,X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X40) qarşı “çıxarışda düzəlişin aparılaraq X7 adının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması və ********** nömrəli çıxarışda müvafiq düzəliş edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 3,.5101 ha torpaq sahəsi üzərində X8 (1/12),X25(1/12),X40(1/12),X12(1/12), X10(1/12), X3(1/12), X14(1/12), X28(1/12), X20(1/12), X7(1/12) və İddiaçı (2/12) ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərtər Rayon İcra Hakimiyyəti başçısının Seyidimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 84 nöməli arayışında göstərilir ki, aşağıdakı ailə üzvüləri göstərilən İddiaçı ,X25,X40,X12,X15,X28,X20,X6,X16,X21 onlara məxsus torpağa mülkiyyət hüququna dair **********35 reyestr nömrəli və qeydiyyat nömrəsi ********* olan çıxarışda göstərilən X22 yuxarıda adları qeyd olunan vətəndaşların ailə üzvü deyil. X22 adlı şəxs Seydimli kənd İƏD üzrə nümayəndəliyin ərazisində yaşamır və qeydiyyatda deyil. Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-43 RA/2-16/2025 saylı arxiv arayışına əsasən Seydimli kənd İ.Ə.V-nin 1996-2000-ci illər üzrə tərtib etdiyi 2 №-li Təsərrüfatbaşına kitabın 309-cu səhifəsinin 152-ci şəxsi hesabında iddiaçının mərhumə anası X29 ailə başçısı kimi yazılmışdır. Ailə üzvləri aşağıdakı kimi yazılmışdır. Ailə üzvlərinin siyahısı. 1.X29-Ailə başçısı 2.X40-oğlu 3.X28-oğlu 4.X25-oğlu 5.X15-qızı 6.İddiaçı-oğlu 7.X11-gəlini 8.X30-Nəvəsi Qeyd: Təsərrüfabaşına kitabın 309-cu səhifəsinin 152-ci şəxsi hesabında mərhumə ailə başçısının adı Familə kimi yazılmışdır. (Əsas: Fond -103, siyahı -2). Ölüm haqqında xx.xx.2021-ci il tarixli AZ-İİ 197042 nömrəli şəhadətnaməyə əsasən X20 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixli, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubunda göstərmişdir ki, Tərtər rayonu Seydimli kəndində yerləşən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla 3.5101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onların paylı mülkiyyət hüququ qeydə alınmışdır. Bildirilir ki, sözügedən çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən hazırlanmış torpağ mülkiyyət hüququna dair JN-1278 saylı dövlət aktı əsasında verilmişdir. Həmin dövlət aktında mülkiyyətçilərin adlı siyahısında X7 da adı qeyd olunmuşdur. Bu səbəbdən ərizə əsasında X7 adının dövlət reyestrindən verilmiş çıxarışdan mülkiyyətçilər sırasından çıxarılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X7 adının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması və bu əsasla elektron baza məlumatlarında müvafiq düzəliş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tərtər rayon Aqrar İslahat komissiyasının 08 avqust 2001-ci il tarixli, 11 saylı qərarına əsasən Tərtər rayonun Seydimli kəndində onların ailəsinin (X27, X15, X26, X2, X23, X17) mülkiyyətinə 3.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmış və buna dair «Torpağa mülkiyyət hüququna dair JN-128, kod 61100058 saylı Dövlət Aktı » tərtib edilmişdir. Bundan sonra həmin Dövlət Aktı əsasında Daşınmaz Əmlaka dair Dövlət Reyestrindən Çıxarış alınmışdır. Lakin Daşınmaz Əmlaka dair Dövlət Reyestrindən Çıxarış tərtib edilərkən məlum olmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair JN-128, kod 61100058 saylı Dövlət Aktı » nda olduğu kimi bizim ailənin üzvü olmayan şəxsin - X7 adı həmin Çıxarışda da qeyd edilmiş və bu bu əsasla da elektron baza məlumatında müvafiq qeydlər edilmişdir. Ona görə də hesab edirəm ki, Tərtər rayon Aqrar İslahat komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı Qərarına əsasən Tərtər rayonun Seydimli kəndində onların ailənin (X27, X15, X26, X2, X23, X17) mülkiyyətinə verilmiş 3.51 ha kənd təsərrüfatı təyinatlı toıpaq sahəsi ilə bağlı tərtib edilmiş «Torpağa mülkiyyət hüququna dair JN-128, kod 61100058 saylı Dövlət Aktı » əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X7 adı torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılmalı və bu əsasla elektron baza məlumatında müvafiq düzəlişlər edilməlidir. Çünki, X22 nəinki onların ailəin üzvü deyil, hətta həmin şəxs yaşadıqlarığımız Seydimli kəndində ümumiyyətlə qeydiyyatı olmamış və yaşamamışlar Onlar həmin pay torpaq sahəsini satmaq istəyirik, lakin X7 adının Çıxarışda göstərilməsi onlara maneçilik törədir. Ona görə də hesab edirəm ki, X7 adı torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılmalı və bu əsasla elektron baza məlumatında müvafiq düzəlişlər edilməlidir. İddiaçı, X8,X25,X12,X13,X26,X1,X14,X28 məhkəməyə iddia tələbininin dəqiləşdirilməsi barədə ərizə təqdim edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X7 adının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması və bu əsasla elektron baza məlumatlarında müvafiq düzəliş edilməsi barədə iddia ərizəsində mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən X8,X25,X40,X12,X13,X26,X1,X14,X28 da birgə iddiaçı qismində prosessual həmiştirakçı kimi çıxış etmələrini xahiş etmişlər,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı və cavabdehin nümayəndəsi X34 məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı, X8, X25, X12, X13, X26, X1, X14, X28 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X7 adının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması və ********** nömrəli çıxarışda müvafiq düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, X8 (1/12),X25(1/12),X40(1/12),X12(1/12), X10(1/12), X3(1/12), X14(1/12), X28(1/12), X20(1/12), X7(1/12) və İddiaçı (2/12) ümumi birgə mülkiyyət hüquqları bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırkı mübahisə xx.xx.2023-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X7 adının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması və ********** nömrəli çıxarışda müvafiq düzəliş edilməsi ilə bağlıdır. Belə ki, iddiaçılar X7 adlı şəxslərin adlarının Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qanunsuz və əsassız göstərildiyini, həmin şəxsin onun ailə üzvləri olmadığını və onların Tərtər rayonu, Seyidimli kəndində ümumiyyətlə qeydiyyatda olmadığını və yaşamadığını əsas gətirərək, hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu isə ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən hazırlanmış torpağ mülkiyyət hüququna dair JN-1278 saylı dövlət aktı əsasında verilmişdir. Həmin dövlət aktında mülkiyyətçilərin adlı siyahısında X7 da adı qeyd olunmasına istinad edərək iddiaçının müraciətinə imtina cavabı vermişdir. Məhkəmə mübahisə ilə bağlı sorğular nəticəsində əldə etdiyi sənədlərlə müəyyən etmişdir ki, Tərtər rayonunun Seyidimli kəndində vətəndaşların xüsusi mülkiyyətlərinə verilən həyətyanı torpaq sahələrinə aid subyekt siyahısında X18 təsərrüfatında X22 adda şəxs ailə üzvü kimi qeydə alınmamış, həmin adda şəxs Tərtər rayonu, Seyidimli kəndində qeydiyyatda olmamış və yaşamamışdır. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Göründüyü kimi, Tərtər rayonu, Seyidimli kəndində aqrar islahat aparılan zaman X22 adlı şəxslər həmin kənddə yaşamamış, qeydiyyatda olmamış, habelə iddiaçının ailə üzvləri (övladları) olmamışdır. Məhkəmə araşdırmaları ilə müəyyən edilir ki, islahat zamanı həmin şəxsin adı texniki səhv olaraq X18 təsərrüfatında qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda mülkiyyətçi siyahısında X7 adının qeyd edilməsi qanunsuz və əsassız olmuşdur və bu əsasla həmin ********** nömrəli çıxarışda müvafiq düzəliş edilməsində iddiaçı haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X7 adının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması və ********** nömrəli çıxarışda müvafiq düzəliş edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1028/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1028/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver