Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1032/2020 24.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Qazax rayon şöbəsinə qarşı mərhum ərinin işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ailə başçısınıitirməyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Qazax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X2 1978-1997-ci illərdə “M.Hüseyn” adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X1 rayon Dövlət Arxivində mühafizə edilən 15 saylı fondun əmr kitablarında xx.xx.1978-ci il tarixli, 40 saylı əmri ilə “M.Hüseyn” adına sovxoza traktorist vəzifəsinə qəbul edilmiş, sovxozda islahat başa çatması ilə əlaqədar sovxozun xx.xx.1997-ci il tarixli, 47 saylı əmri ilə işdən azad edilmişdir. Mərhum ərinin işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Qazax rayon şöbəsinə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımı qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasındacavabdehin etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mərhum X2 18 il 1 ay sosial sığorta stajı təsdiq olunmasa pensiya hesablanmasına daxil edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - X3 məxsus hərbi biletin surəti; - Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2020ci il tarixli, 26 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Qazax rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubu; - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 89 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Qazax rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Qazax rayonu İİ Şıxlı kənd sakini İddiaçı ilk dəfə xx.xx.2020-ci il tarixdə mərhum həyat yoldaşı X2 24 il 3 ay 9 gün sığorta stajı ilə əmək pensiyası almaq üçün ərizə ilə müraciət etmişdir. Vətəndaşa ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün cəmi 11 il sığorta stajı tələb edilir. Mərhumun xx.xx.1971-ci ildən xx.xx.1978-ci il tarixə olan dövrdəki sığorta stajı 4 il 2 ayı əmək kitabçasında qeyd edilmişdir. xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixə olan 2 il sığorta stajı hərbi xidmət dövrünü əhatə edir. xx.xx.1978-xx.xx.1997-ci il tarixə olan 18 il 1 ay sığorta stajı xx.xx.2020-ci il tarixə Qazax rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 nömrəli arayışda göstərilmişdir.Yuxarda qeyd edilən 18 il 1 ay sosial sığorta stajı təsdiq olunmasa pensiya hesablanmasına daxil edilməsi mümkün deyildir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə qismən əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İşin faktiki hallarından görünür ki,İddiaçı mərhum əri X2 1978-1997-ci illərdə “M.Hüseyn” adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Qazax rayon şöbəsinə müraciət etsə də, cavabdeh inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina ilə bağlı hərəkətlərini iddiaçının hüüquqlarının pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin l hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan arvadın bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinin tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə, həmçinin məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 89 nömrəli arxiv arayışı ilə müəyyən edilir ki, iddiaçının mərhum əri X5Qazax rayon Dövlət Arxivində mühafizə edilən 15 saylı fondun əmr kitablarında xx.xx.1978-ci il tarixli, 40 saylı əmri ilə “M.Hüseyn” adına sovxoza traktorist vəzifəsinə qəbul edilmiş, sovxozda islahat başa çatması ilə əlaqədar sovxozun xx.xx.1997-ci il tarixli, 47 saylı əmri ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Qazax rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Qazax rayonu İİ Şıxlı kənd sakini İddiaçı ilk dəfə xx.xx.2020-ci il tarixdə mərhum həyat yoldaşı X2 24 il 3 ay 9 gün sığorta stajı ilə əmək pensiyası almaq üçün ərizə ilə müraciət etmişdir. Vətəndaşa ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün cəmi 11 il sığorta stajı tələb edilir. Mərhumun xx.xx.1971-ci ildən xx.xx.1978-ci il tarixə olan dövrdəki sığorta stajı 4 il 2 ayı əmək kitabçasında qeyd edilmişdir. xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixə olan 2 il sığorta stajı hərbi xidmət dövrünü əhatə edir. xx.xx.1978-xx.xx.1997-ci il tarixə olan 18 il 1 ay sığorta stajı xx.xx.2020-ci il tarixə Qazax rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 nömrəli arayışda göstərilmişdir.Yuxarda qeyd edilən 18 il 1 ay sosial sığorta stajı təsdiq olunmasa pensiya hesablanmasına daxil edilməsi mümkün deyildir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək mərhum X2 1978- 1997-ci illərdə “M.Hüseyn” adına sovxozda işlədiyi illər adam günü norması nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi və iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Qazax rayon şöbəsinin üzərinə qoyulmalıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, cavabdehin nümayəndəsinin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar əsaslı olduğundan, iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli,mərhum X2 1978-1997-ci illərdə “M.Hüseyn” adına sovxozda işlədiyi illərin adam günü norması nəzərə alınmaqla (18 il 1 ay sığorta stajı) sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Qazax rayon şöbəsinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Mərhum X2 1978-1997-ci illərdə “M.Hüseyn” adına sovxozda işlədiyi illərin adam günü norması nəzərə alınmaqla (18 il 1 ay sığorta stajı) sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Qazax rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1032/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1032/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver