Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1033/2025 21.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi və pensiyanın bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 və həm cavabdehin, həm üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın və Sosial müavinət təyinatı üzrə xx.xx.2024-cü il tarixli 3-17-1/1-S-105425/2024 saylı qərarın ləğv edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli 25 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 2007-ci ildə 12 ay, 2008-ci ildə aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə, 2009-cu il ildə yanvar, fevral, mart, aprel aylarında əmək haqqı almışdır.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən ümumi əsaslarla əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin “Fərdi şəxsi hesab haqqında” 3-17-1/3-9- 8601/2023 nömrəli xidməti məktubunda bildirilmişdir ki, Nazirliyin X1 sistemindən əldə edilən məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN: **********4) tərəfindən 2007- 2009-cu illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosiaı sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda İddiaçı (SSN: **********132) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli İnventar qərarı ilə İddiaçı təyin edilmiş pensiya ləğv edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2009-cu il tarixində pensiya təyin olunarkən nəzərə alınmış "xxxx" MMC-nin 2007-2009-cu illər üzrə əmək haqqı cədvəli öz təsdiqini tapmadı. Dövlət Sosial Müdafiə Fondunun 3-17-1/3-9-8601/2023 nömrəli məktubuna əsasən müəyyən edildi ki, müəssisənin həmin dövrə aid sosial sığorta hesablarında vətəndaşın adına rast gəlinmədi. xx.xx.2009-xx.xx.2023-cü il tarixləri üzrə artıq ödənilmiş 26988,97 manat vəsait nəzərə alınsın.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətlər üzrə” xx.xx.2024-cü il tarixli 3-17-1/1-S- 105425/2024 nömrəli qərarının qeyd hissəsində göstərilmişdir ki, əmək pensiyası ləğv edildiyi üçün xx.xx.2023-cü il tarixli inventar qərarı üzrə artıqvermə nəzərə alınsın. xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək İİ dərəcə əlilliyə görə müavinət ödənilsin.
6. İddiaçının müraciətinə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-9-119861/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq ona həmin tarixdən ümumi əsaslarla əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı "xxxx" MMC-nin 2007-2009-cu illərə aid sosial sığorta hesabatlarında adının qeyd edilmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən (qanunvericiliklə tələb olunan sığorta stajı yoxdur) əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2009-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilən məbləğ əsassız ödənilən vəsait hesab olunur. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, ona İl dərəcə əlilliyə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 180 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 220 manat, xx.xx.2024-cü il tarixindən isə İİl dərəcə əlilliyə görə (orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə) 150 manat məbləğində əlilliyə görə sosial müavinət təyin edilib.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 75365/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı əsasında İddiaçı əlilliyə görə əmək pensiyası yenidən hesablanaraq qanunvericiliklə tələb olunan sığorta stajının olmaması səbəbindən əmək pensiyasının ödənişi dayandırılmış və ona xx.xx.2024-cü il tarixli qərar əsasında əlilliyə görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlar barədə iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2- S-119861/2024 nömrəli məktubla məlumat verilmişdir.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 75894/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin X1 sistemində (bundan sonra – MEİS) qeydə alınmış İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, ona nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqına dair məlumat aşkar edilməmişdir. Qeyd etmək istəyirlər ki, MEİS-in “Sığorta” (Hesabat) altsistemində sığortaedən "xxxx" MMC-nin (SUN: **********4; VÖEN: **********; Fəaliyyət statusu - Dondurulmuş) 2006-2009-cu illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, icraatda olan İddiaçı “2007-2009-cu il tarixlərdə "xxxx" MMC-də işlədiyi illərin sığorta stajına əlavə edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(114)-3324/2024 nömrəli inzibati iş ilə bağlı sözügedən hesabatlarda İddiaçı barədə məlumatın olmaması məsələsinin araşdırılması üçün Filial tərəfindən sığortaedənə xx.xx.2024-cü il tarixində 3-17-1/2-203425/2024 nömrəli məktubla müraciət olunmasına baxmayaraq cari tarixədək müvafiq sənədlər təqdim olunmamışdır.
9. Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-20/2-62936/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, uçot məlumat bazasında "xxxx" MMC hüquqi şəxs kimi xx.xx.2006-cı il tarixində Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, ona ********** VÖEN verilmiş və xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2068-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən müəyyən edilmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2007-ci il tarixdən 2009-cu il tariədək olan "xxxx" MMC-də əmək fəaliyyəti müddətinin pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanmasının və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək əmək pensiyası ilə cavabdeh tərəfindən təmin edilmişdir. xx.xx.2023-cü il tarixdə onun əmək pensiyası dayandırılmaqla ona 2-ci dərəcəli əlilliyə və 3-cü dərəcəli əlilliyə görə təqaüd təyin edilmişdir. Tərəflərindən əmək pensiyasının təyin edilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də sonda cavadeh tərəfindən 04 iyun 2024-cü il tarixdə mənə cavab verilmişdir ki, onun "xxxx" MMC-də 2007-2009-cu illərə aid sosial sığorta hesabatlarında adı qeyd edilmədiyindən ona əmək pesnsiyasının verilməsi dayanadırılmışdır. Hazırda iddia ərizəsinə əlavə etdiyi əmək pensiyasının təyin edilməsi barədə "xxxx" MMC-nin tərəfindən verilmiş arayışa əsasən aldığı əmək haqqı barədə məlumat mövcuddur. O, cümlədən işdən azad olunmağı ilə bağlı əmrdən çıxarışıda iddia ərizəsinə əlavə edərək bildirir ki, o, Yunisli MMC-də işləmişdir və bununla bağlı əmək haqqı alaraq sonradan öz ərizəsi ilə işdən azad olunmuşdur. "xxxx" MMC tərəfindən yəni işə götürən tərəfindən məlumatların və hesabatların cavabdeh orqana ötürülməsi onun səlahiyyətinə və vəzifəsinə aid deyil, bu halda müəssisəsnin mühasibinin, rəhbərinin tərəfindən edilən hərəkətlərin məsuliyyəti onun üzərinə öhdəlik olaraq həvalə edilməli olmadığından cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Bu baxımdan hesab edir ki, cavabdeh tərəfindən ona təyin edilmiş əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, cavabdehin hərəkətsizlik edilərək imtinasını əsassız hesab edir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın və Sosial müavinət təyinatı üzrə xx.xx.2024-cü il tarixli 3-17-1/1-S-105425/2024 saylı qərarın ləğv edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
16. Belə ki, İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);
17. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətinə riayət edilmişdir.
19. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarların iddiaçıya rəsmi qaydada göndərilməsini təsdiq edən sübut növü cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. İddiaçıya qəbul edilmiş qərarlar barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarla məlumat verilmiş, iddiaçı isə xx.xx.2024-cü il tarixdə müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də müddətin ötürülmədiyi müəyyən edilir.
20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
23. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
25. İddiaçının nümayəndəsi və həm cavabdehin, həm üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 10-cu bəndi).
27. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
28. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmi olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Həm cavabdehin, həm üçüncü şəxsin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli 25 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin “Fərdi şəxsi hesab haqqında” 3-17-1/3-9- 8601/2023 nömrəli xidməti məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli İnventar qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətlər üzrə” xx.xx.2024-cü il tarixli 3-17-1/1-S- 105425/2024 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-9-119861/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 75365/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 75894/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-20/2-62936/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı pensiya işləri üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
32. Belə ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra xidməti araşdırma zamanı "xxxx" MMC-nin 2007-2009-cu illərə aid sosial sığorta hesabatlarında adının qeyd edilmədiyi müəyyən olunmuş və bu səbəbdən (qanunvericiliklə tələb olunan sığorta stajının olmaması səbəbilə) əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır.
33. Cavabdeh orqanın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli İnventar qərarı ilə İddiaçı təyin edilmiş pensiya ləğv edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2009-cu il tarixində pensiya təyin olunarkən nəzərə alınmış "xxxx" MMC-nin 2007-2009-cu illər üzrə əmək haqqı cədvəli öz təsdiqini tapmadı. Dövlət Sosial Müdafiə Fondunun 3-17-1/3-9-8601/2023 nömrəli məktubuna əsasən müəyyən edildi ki, müəssisənin həmin dövrə aid sosial sığorta hesablarında vətəndaşın adına rast gəlinmədi. xx.xx.2009-xx.xx.2023-cü il tarixləri üzrə artıq ödənilmiş 26988,97 manat vəsait nəzərə alınsın. Eyni zamanda, xx.xx.2024-cü il tarixli 3-17-1/1-S-105425/2024 nömrəli qərarla sosial müavinət təyin edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, əmək pensiyası ləğv edildiyi üçün xx.xx.2023-cü il tarixli inventar qərarı üzrə artıqvermə nəzərə alınsın. xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək İİ dərəcə əlilliyə görə müavinət ödənilsin
34. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini və imtinasını əsaslı hesab edir.
35. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
37. Hər iki normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir.
38. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial siğorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur.
39. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
40. Göründüyü kimi, 2007-2009-cu il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur.
41. Hazırki işdə, iddiaçının 2007-2009-cu il tarixdən əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosiai sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də "X1 Sistemi'nin Sığorta Alt Sisteminin X4 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən iddiaçı sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil.
42. Cavabdeh orqan da xidməti araşdırma zamanı həmin halı aşkar edərək, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərarı ləğv edərək, ona sosial müavinət təyin etmişdir.
43. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur.
44. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.
45. Ona görə də, məhkəmənin qənaətinə görə, cavabdeh orqan Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli və Sosial müavinət təyinatı üzrə xx.xx.2024-cü il tarixli 3-17-1/1-S-105425/2024 saylı qərarları ilə iddiaçının əlilliyə görə əmək pensiyasının ləğv edilməklə, ona əlilliyə görə sosial müavinətin təyin edilməsində haqlı olmuşdur.
46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Beləliklə, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva