Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1036/2020 06.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X1rşı (üçüncü şəxs Zeynalova Könül Fazil qızı) şəhadətnamənin və çıxarışın ləğv edilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X1rşı (üçüncü şəxs Zeynalova Könül Fazil qızı) iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxsin adına verilmiş Ağdam rayonu, Paşabəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən “torpağın mülkiyyətə verilməsinə dair” JN-101A, KOD60921058 nömrəli şəhadətnamənin və Ağdam rayonu Paşabəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 134,4 kv.m olan fərdi yaşayış evinə dair verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X2 müraciət etməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda, hazırki iddia üzrə mümkünlük şərtləri mövcud olmadığına görə, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddialara) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X1rşı (üçüncü şəxs Zeynalova Könül Fazil qızı)üçüncü şəxsin adına verilmiş Ağdam rayonu, Paşabəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən “torpağın mülkiyyətə verilməsinə dair” JN-101A, KOD60921058 nömrəli şəhadətnamənin və Ağdam rayonu Paşabəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 134,4 kv.m olan fərdi yaşayış evinə dair verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı üçüncü şəxsin adına verilmiş Ağdam rayonu, Paşabəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən “torpağın mülkiyyətə verilməsinə dair” JN-101A, KOD60921058 nömrəli şəhadətnamənin və Ağdam rayonu Paşabəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 134,4 kv.m olan fərdi yaşayış evinə dair verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatür pr. 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1036/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1036/2020
06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver