Məhkəmə qərarları › İş №2-1(114)-1038/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1038/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1038/2025 14.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2010-cu il xx.xx.2013-cü il tarixədək X5 ödənilməmiş əmək pensiyasına görə əmək pensiyasının hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İ-ИЕ №387316 nömrəli evlənmək haqqında şəhadətnaməyə əsasən X9 ilə X2 25 aprel 1963-cü ildə nikaha daxil olmuşlar. AZ-İ 024017 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2002-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bərdə şöbəsinin pensiyaçının uçot vərəqəsinə əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddələrin tələblərinə əsasən iddiaçının ərizsi əsasında ona X3 ölümü ilə əlaqədar xx.xx.2013-cü il tarixində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 337,12 manata çatdırılıb. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar xx.xx.2013-cü il tarixində iddiaçının müraciət etdiyi üçün ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2002-ci il tarixindən təyin edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (3 il geriyə) yeniden hesablanmış və məbləğində hər hansı dəyişiklik olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mərhum həyat yoldaşı X4 xx.xx.2002-ci il tarixdə vəfat etdiyi üçün həmin illərdə o sosial pensiya ala-ala həyat yoldaşının aldığı əmək pensiyasının onun pensiyasına hesablamadıqları üçün xx.xx.2002-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı xx.xx.2002-ci ildə vəfat etmiş, ona AZ-İ N 024017 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Həmçinin xx.xx.1963-cü ildə İ-İE N 387316 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Belə ki, o, xx.xx.2013 cü il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir və xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X4 aldığı pensiyanın onun pensiyasına hesablanıb ona ödəməli olduqları halda bunu etməmişdilər. Həmin taxirdə o, sosial pensiya almışdır. Mərhum həyat yoldaşının pensiyası hesablanıb ona verilməli olduğu halda bunları etməmişdirlər. O, xx.xx.2002-ci il tarixdən xx.xx.2013-cü il tarixədək arada itirilən əmək pensiyasının hesablanıb ona verilməsi zəruri olduğu üçün cavabdeh tərəf bunları etmədiyi üçün cavabdehin üzərinə öhdəliyin qoyulması zərurəti yaranmışdır. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırki işə dair münasibət bildirərək hesab edirik ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir: Belə ki, iddiaçı V.X12 ərizə ilə müraciət edərək, xx.xx.2002-ci il tarixdən xx.xx.2013-cü il tarixədək ödənilməyən ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanıb ödənilməsini xahiş etmişdir.İddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasının qanunvericiliyinin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı V.X1 ölümü ilə əlaqədar xx.xx.2013-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.İddiaçı xx.xx.2013-cü il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən onun mərhum həyat yoldaşı X4 xx.xx.1965-ci il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1991 -ci il tarixdən xx.xx.2000-ci il tarixədək 31 il 21 gün sığorta stajı nəzərə alınmışdır.Bildirilir ki, xx.xx.2006-cı il tarixədək 31 il 21 gün sığorta stajına əsasən həmin tarixə qeydə alınan pensiya kapitalının məbləği aşağıdakı qaydada müəyyən edilmişdir: (31+(21/30ay)/12) x170 manat=5279,92 manat xx.xx.2006-cı il tarixədək 31 il 21 gün sığorta stajına əsasən hesablanan 5279,92 manat pensiya kapitalının illər üzrə indeskləşdirilmiş məbləği cədvəldə təqdim olunur: 2006 5279,92 2007 8,30 5718,15 2008 16,70 6673,08 2009 20,80 8061,09 2010 1,50 8182 2011 5,70 8648,38 2012 7,90 9331,6 2013 1,10 9434,25 İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi xx.xx.2006-cı il tarixədək 31 il 21 gün sığorta stajına əsasən hesablanan 9434.25 manat pensiya kapitalına əsasən 65,60 manat təşkil edir: SH- 9434,25/144=65,60 manat 14.1.1.1. - 65,60 (sığorta hissə)+85 (baza hissə)=150,60 manat 14.1.2. - 65,60 (sığorta hissə)+100 (baza hissə)=165,60 manat xx.xx.2014- 65,60+65,60x 2.4%+100 (baza hissə)=167,17 manat 01.01.2015 - 67,17+67,17x1.4%+100 (baza hissə)=168,11 manat xx.xx.2016- 68,11+68,11x4%+100 (baza hissə)=170,83 manat 01.02.2016 - 70,83+110 (baza hissə)=180,83 manat 01.01.2017 - 70,83+70,83 x12,4%+110(baza hissə)=189,61 manat 01.01.2018 - 189,61+189,61 x5.7%=200,42 manat 14.1.1.2. - 200,42+200,42x3%=206,43 manat 14.1.1.3. - 206,43+206,43x16,670=240,70 manat 14.1.1.4. -240,70+240,70x11,4%=268,14 manat 14.1.1.5. - 268,14+268.4x3,47o=277,25 manat 14.1.3. 277,25+16,6(maddi yardım)+277,25x14,77o=337,11 manat 14.1.4. 318.01+318.01x11,2=374,88 manat Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.Bildirilir ki, iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 374,88 manata çatdırılıb.Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2002-ci il tarixindən təyin edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunması və xx.xx.2010-cü il xx.xx.2013-cü il tarixədək X5 ödənilməmiş əmək pensiyasına görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X14 məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndəsi X13 məhkəmə iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, etirazı, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır; İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə,ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşıhər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləriinzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla,yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hərhansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə; Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası,buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd olunmuş və qanunvericiliklə də müəyyən edildiyi kimi əmək pensiyasının müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni cavabdehin üzərinə xx.xx.2010-cü il xx.xx.2013-cü il tarixədək X5 ödənilməmiş əmək pensiyasına görə əmək pensiyasının hesablanması vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. xx.xx.2010-cü il xx.xx.2013-cü il tarixədək X5 ödənilməmiş əmək pensiyasına görə əmək pensiyasının hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar