Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-104/2023 24.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1965-ci ildə Goranboy rayonunda anadan olmuş, hazırda Samux rayonun İnstitut qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1986-xx.xx.1987-ci il tarixlərdə təhsil almış, xx.xx.1982-xx.xx.1987-ci illərdə Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında, xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək Kirovabad Alüminium zavodunda, xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək “Azərkitab”ın Gəncə idarəsinin 94 saylı kitab mağazasında, xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində xx.xx.1987-ci il tarixli 912 saylı sərəncamla xx.xx.1987-ci il tarixdən Xammal sexində transportorçu, xx.xx.1997-ci il tarixli 12 saylı sərəncamla xx.xx.1997-ci il tarixdən Xammal sexində bunkerçi vəzifəsində işləmiş, xx.xx.1998-ci il tarixli, 208k nömrəli əmrlə xx.xx.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2006-cı il tarixli, 108 saylı sərəncamla xx.xx.2006-cı il tarixdən Texniki Nəzarət və Prosesin planlaşdırılması departamentində laborant işləmiş, xx.xx.2021-ci il tarixli, 27 k nömrəli əmrlə həmin tarixdən işdən azad olunmuşdur. Bu barədə iddiaçıya Sumqayıt “Alüminium İstehsalat Sahəsi”nin xx.xx.2021-ci il tarixli 001-005 nömrəli arayışı verilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 22 nömrəli arayışına əsasən iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi transportyorçu (2090100a-19213 kodlu) və xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi bunkerçi (2090100a- 11289 kodlu) peşəsi 2 saylı Siyahıda mövcud olmuşdur. İddiaçı 1987-ci ilin avqust-dekabr, 1988-ci ilin aprel-iyul, sentyabr, noyabr-dekabr, 1989-cu ilin yanvar-sentyabr, noyabr-dekabr ayları, 1991-ci ilin yanvar, may-iyul, oktyabrdekabr aylarında, 1993-cü ilin iyul-dekabr aylarında, 1994-cü ilin yanvar-mart aylarında, 1996-cı ilin yanvar-aprel, oktyabr-dekabr aylarında, 1997-ci ilin yanvar və aprel aylarında əmək haqqı almışdır. İddiaçının övladları X3 xx.xx.1988-ci ildə, X2 xx.xx.1990-cı ildə, X4 xx.xx.1993-cü ildə anadan olmuşdur. İddiaçı əvvəl xx.xx.2021-ci il tarixdə, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - cavabdeh) müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubla pensiya təminatından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 26 nömrəli arayışında xx.xx.1987-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçı Gəncə Giltorpaq İstehsalat Sahəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən transportyorçular və bunkerçilər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd edilən dövr üzrə iş stajına aid sənədlərdə göstərilən məlumatların yerində dəqiqləşdirilməsi zamanı Gəncə Giltorpaq İstehsalat Sahəsinə aid əmr kitabları və mühasibatlıq sənədlərinin "Sumqayıt Aliminium İstehsalat sahəsi"nə verilmədiyi aşkarlanmışdır. Mərkəzi Filiala təqdim edilən xx.xx.2017-ci il tarixli 26 nömrəli arayış "Sumqayıt Aliminium İstehsalat sahəsi"nin arxivində olan iddiaçının adına təzə açılmış T-2 şəxsi işi əsasında yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən də sözügedən arayışda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Qeyd edilən faktlar xx.xx.2021-ci il tarixli aktla təsdiqlənmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçı xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdə poçt orqanına təqdim etmişdir) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7238/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1965-ci ildə anadan olmuş, hazırda 57 yaşı var. "xxxx" ASC-nin Gəncə "Gil torpaq" İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi xammalın hazırlanması sexində transportçu (bölmə kodu 2090100a-19213), xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi isə xammalın və xəlitənin hazırlamması sexində bunkerçi (bölmə kodu 2090100a11289) işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatına dair müraciət etmişdir. 17 fevral 2022-ci il tarixdə cavabdeh onun ərizəsi ilə əlaqədar imtinaedici inzibati akt qəbul edərək həmin aktı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu müraciətinizlə təqdim edilən "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 26 nömrəli arayışında xx.xx.1987-xx.xx.1998- ci il tarixləri arasındakı dövr ərzində Gəncə Giltorpaq İstehsalat Sahəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən transportyorçular və bunkerçilər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd edilən dövr üzrə iş stajına aid sənədlərdə göstərilən məlumatların yerində dəqiqləşdirilməsi zamanı Gəncə Giltorpaq İstehsalat Sahəsinə aid əmr kitabları və mühasibatlıq sənədlərinin "Sumqayıt Aliminium İstehsalat sahəsi"nə verilmədiyi aşkarlanmışdır. Mərkəzi Filiala təqdim edilən xx.xx.2017-ci il tarixli 26 nömrəli arayış "Sumqayıt Aliminium İstehsalat sahəsi"nin arxivində olan iddaçının adına təzə açılmış T-2 şəxsi işi əsasında yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən də sözügedən arayışda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilən faktlar xx.xx.2021-ci il tarixli aktla təsdiqlənmişdir. Bu səbəbdən də iddiaçının gözəştli stajı olmadığı göstərilməklə imtina verilir. İddiaçı bildirir ki, arxiv işinin təşkili və sənədlərin saxlanılması işə götürən təşkilatın vəzifəsidir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********703 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17519,00 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 4012,00 manat olmaqla cəmi pensiya kapitalı 21531,00 manat təşkil edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq iddiaçının 1 yanvar 2006-cı il tarixinədək olan 21 il 6 ay 17 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 17519,00 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 4012,00 manat pensiya kapitalı qeydə alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli etirazında bildirmişdir ki, iddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə iddiaçıya güzəştli iş stajı olmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 26 nömrəli arayışında iddiaçının xx.xx.1987-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Gəncə Giltorpaq İstehsalat Sahəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən transportyorçular və bunkerçilər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Cavabdeh orqan tərəfindən iş stajına aid sənədlərdə göstərilən məlumatların yerində dəqiqləşdirilməsi zamanı Gəncə Giltorpaq İstehsalat Sahəsində aid əmr kitabları və mühasibatlıq sənədlərinin "Sumqayıt Aliminium İstehsalat Sahəsi"nə verilmədiyi aşkarlanmışdır. Həmçinin, xx.xx.2017-ci il tarixli 26 nömrəli arayışın "Sumqayıt Aliminium İstehsalat Sahəsi"nin arxivində olan iddiaçının adına təzə aşılmış T-2 şəxsi işi əsasında yazıldığı müəyyən edilmişdir. Bu faktlar xx.xx.2021-ci il tarixli aktla təsdiqlənmişdir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa qörə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın rədd edilməsi barədə qərar olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini Sumqayıt “Alüminium” İstehsalat Sahəsinin xx.xx.2021-ci il tarixli, 001-005 nömrəli arayışının notariat qaydada təsdiq edilmiş surəti, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 22 nömrəli arayışın notariat qaydada təsdiq edilmiş surəti, əmək haqqı cədvəllərinin təsdiqlənmiş surəti, cavabdehin imtinası, iddiaçıya məxsus əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, pensiya işinin təsdiqlənmiş surəti, cavabdehin etirazı və münasibəti təşkil etmişdir. həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndində qeyd olunur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, xx.xx.2017-ci ildə 52 yaşı tamam olmuşdur. İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün mövcud olmalıdır: 1) xx.xx.2006-cı il tarixədək iddiaçının 20 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı il tarixədək 10 il güzəştli iş stajının mövcud olması. İşdəki əmək kitabçalarının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1982xx.xx.1987-ci illərdə, xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmaqla 21 il 06 ay 20 gün ümumi sosial sığorta stajı toplamışdır. İddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi transportyorçu və xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi bunkerçi peşəsi yuxarıda qeyd olunan 2 saylı Siyahıda müvafiq olaraq 2090100a-19213 və 2090100a-11289 kodlarla mövcud olmuşdur. Həmin dövr 10 il 08 ay 29 gün təşkil edir. Həmin dövrə dair məhkəməyə təqdim edilmiş əmək haqqı cədvəllərinə əsasən iddiaçı 1987-ci ildə 5 ay, 1988-ci ildə 7 ay, 1989-cu ildə 11 ay, 1991-ci ildə 10 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 3 ay, 1996-cı ildə 7 ay, 1997-ci ildə 2 ay əmək haqqı almışdır. Göründüyü kimi, əmək kitabçası ilə əmək haqqı cədvəllərinin uyğunsuzluq mövcuddur. Bu cür uyğunsuzluğun olması ilə bağlı məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən, əmək stajını təsdiqedici sənəd kimi arayışlara, əmrlərdən çıxarışlara, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllərinə, vəsiqələrə, xasiyyətnamələrə, yazılı əmək müqavilələrinə, icrası barədə qeydlər edilməklə razılaşmalara, əmək xidmət siyahılarına, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Digər tərəfdən, iddiaçının 1987-1998-ci illərdə məzuniyyətdə olduğu dövr üzrə arayış – çıxarış təqdim edilsə də, həmin sənəd anlaşılıqlı şəkildə tərtib edilməmiş, iddiaçının konkret hansı dövrlərdə məzuniyyətdə olmasını, məzuniyyətinin növünü aydınlaşdırmaq mümkün olmamışdır. Ümumiyyətlə, iddiaçı əmək haqqı almadığı dövrlərdə məzuniyyətdə olsa belə, Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Başqa sözlə, məzuniyyət dövrünün sosial sığorta stajına daxil edilməsinin qadağan olunması barədə hər hansı müddəa müvafiq qanunuveriliklə nəzərdə tutulmamışdır. Cavabdehin etirazının və imtinasının əsası ondan ibarətdir ki, iddiaçıya yeni şəxsi iş açılmışdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya yenidən işlədiyi müəssisədə yeni nömrə ilə şəxsi işinin açılması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni, başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında iddiaçıya ancaq yeni işin açılması ilə imtina hazırlandığı üçün digər halların araşdırılmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh qurum inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Digər tərəfdən, iddiaçının hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, o, pensiya təyini üçün xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı ilk dəfə xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etdiyindən ona məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1997ci il tarixədək transportyorçu və xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək bunkerçi işlədiyi dövrün güzəştli iş stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Pensiyanın ödənilməsinin əvvəli 03 mart 2018-ci il tarixdən hesablansın Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-104/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-104/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver