Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-104/2024 17.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Samux rayonu Alıuşağı bələdiyyəsinə qarşı qərarların qismən ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs Əhmədova Məhəmməd qızının iştirakları ilə, İddiaçı cavabdeh Samux rayonu Alıuşağı kənd bələdiyyəsinə (üçüncü şəxs Əhmədova Hicran Məhəmməd qızı) qarşı Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokol-qərarının və Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol-qərarının qismən - 0.08 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə bələdiyyənin alğı-satqı predmeti olan torpağından 0.08 ha torpaq sahəsinin İddiaçı həyətyanı məqsədilə torpaq sahəsinin satılması qərara alınmış, həmin torpaq sahəsinin cizgi-planı tərtib edilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsinə görə xx.xx.2006-cı il tarixdə bələdiyyənin hesabına 300 (üç yüz) manat məbləğində ödəniş edilmişdir.
2. Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ilə Alıuşağı bələdiyyəsinin alqı-satqı predmeti olan ərazidən 0.12 ha torpaq sahəsinin Alıuşağı kənd sakini Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması məqsədilə təyinatı ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalzasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında sürüşmə zonasında yerləşmədiyindən fərdi yaşayış evinin tikilməsi, satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Samux rayonu Alıuşağı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımışdır.
4. Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 3 nömrəli protokolqərarı ilə Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 10-cu bəndinə əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərini qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmilləşdirilmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zolağında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin hərrac və müsabiqə keçirilmədən bu əsasnamənin 11-ci 14-cü 21-ci 23-cü 24-cü 25-ci 25-1 və 27-ci maddəsində müəyyən edilmiş qaydaya əsasən Əhmədova Hicran Məhəmməd qızına 5 ildən artıq ərazidə daima qeydiyyatda olması barədə Samux Aluşağı İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 7 saylı arayışına əsasən Bələdiyyənin Alıuşağı kənd ərazisində kənd altı torpaq sahəsi olmaqla 0.012 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsinin satılması qərara alınmışdır.
5. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Samux rayonu Alıuşağı bələdiyyəsi Samux rayonu, Alıuşağı kəndində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini Əhmədova Hicran Məhəmməd qızına satmışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Əhmədova Hicran Məhəmməd qızının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımış və A№698450 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.
7. Əhmədov İddiaçı Hicran Məhəmməd qızının adına daşınmaz əmlakın qeydiyyata alınıb-alınmamasına dair arxiv arayışının verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları xx.xx.2022-ci il tarixli **********56 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Əhmədova Hicran Məhəmməd qızının adınadır.
8. Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-39RA/2-Ə-184/8/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə bələdiyyənin alğı-satqı predmeti olan torpağından 0.08 ha torpaq sahəsinin İddiaçı həyətyanı məqsədilə torpaq sahəsi satılmışdır. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Samux rayonu Alıuşağı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu bələdiyyəsinin 2006-cı il tarixli alğı-satqı ilə bələdiyyədən aldığı 0.08 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxsə satılmasına dair bələdiyyə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə Samux rayonu, Alıuşağı bələdiyyəsindən həyətyanı torpaq sahəsi kimi 0.08 ha torpaq sahəsini satın almışdır. Samux rayonu Alıuşağı kənd bələdiyyəsinin 14 fevral 2006-cı il tarixli 02 saylı iclas protokolundan çıxarışa əsasən 0.08 ha torpaq sahəsini alğı-satqı yolu ilə almışdır. Torpaq sahəsi ölçülüb ona təhvil verilmişdir. Qeyd edir ki, o, həmin torpaq sahəsində ev tikmişdir. Bu yaxınlarda bilmişdir ki, yəni, xx.xx.2023-cü ildə 3 saylı Ərazi İdarəsindən arayış alarkən ona məlum olmuşdur ki, cavabdeh onun torpaq sahəsini nikahdan qabaqkı iş üzrə 3-cü şəxsə satmışdır. Ona görə də iddia qaldırıb ona satılmış torpaq sahəsinin iş üzrə 3-cü şəxsə satılmasına dair bələdiyyə qərarının ləğv edilməsini xahiş etmək məcburiyyətindədir. Ona görə də bələdiyyənin iş üzrə 3-cü şəxsə onun aldığı torpağın satılmasına dair qərarı ləğv edilməlidir.
11. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokol-qərarının və Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol-qərarının qismən - 0.08 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
14. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).
15. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.
17. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmə iclası zamanı mübahisələndirilən qərarların mövcudluğundan yalnız xx.xx.2023-cü il tarixdə 0.12 ha torpaq sahəsinə dair Əhmədova Hicran Məhəmməd qızının adına çıxarış olmasına dair DƏDKR-in 3 saylı Gəncə Ərazi İdarəsinin məktubu aldıqdan sonra məlumat tutduğunu və bir neçə dəfə bələdiyyəyə həmin qərarın təqdim edilməsi ilə bağlı şifahi müraciətlər etsə də, ona təqdim edilmədiyini və yalnız bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən qərarların iddiaçıya rəsmi təqdim edilməsinə dair işdə hər hansı məlumat yoxdur.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş emişdir.
24. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Üçüncü şəxs Əhmədova Hicran Məhəmməd qızı şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
26. Məhkəmə qərarının elan edilməsi xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-560/2023 nömrəli məktubu; - Samux rayonu Alıuşağı kənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli protokol-qərarı; - Samux rayonu Alıuşağı bələdiyyəsinin mülkiyyətindən İddiaçı satılması nəzərdə tutulan 0,08 ha torpaq sahəsinin cizgi planı; - Samux rayonu Alıuşağı bələdiyyəsinin yerquruluşu planından çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2554/2023 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 3 nömrəli protokolqərarı; - xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Məhkəmənin sorğusuna Samux Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsalıdır və təmin edilməlidir.
29. Hazırkı mübahisənin predmeti Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokol-qərarının və Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol-qərarının qismən - 0.08 ha torpaq sahəsinə dair hissədə mübahisələndirilməsidir.
30. Məhkəmə araşdırmaları nəticəsində iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə bələdiyyənin alğı-satqı predmeti olan torpağından 0.08 ha torpaq sahəsinin İddiaçı həyətyanı məqsədilə torpaq sahəsinin satılması qərara alınmış, həmin torpaq sahəsinin cizgi-planı tərtib edilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsinə görə xx.xx.2006-cı il tarixdə bələdiyyənin hesabına 300 (üç yüz) manat məbləğində ödəniş edilmişdir. Həmin torpaq sahəsi həmin tarixdən etibarən iddiaçının istifadəsinə verilmiş və onun tərəfindən fərdi yaşayış evi qismində tikili inşa edilərək, 2010-cu ildən ailəsi ilə birlikdə yaşamağa başlamışdır.
31. 2021-ci ilin oktyabr etibarən iddiaçı ilə üçüncü şəxsin ailə münasibətləri pozulduqdan sonra iddiaçı mübahisəli torpaq sahəsində yerləşən həmin evdən çıxmış, üçüncü şəxs isə uşaqları ilə yaşamağa davam etmiş, həmin evlə paralel digər tikilini də tikdirmişdir.
32. Bundan sonra 2021-ci ildə üçüncü şəxs cavabdeh bələdiyyəyə müraciət edərək, həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmiş, Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ilə Alıuşağı bələdiyyəsinin alqı-satqı predmeti olan ərazidən 0.12 ha torpaq sahəsinin Alıuşağı kənd sakini Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. həmin qərar əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Samux rayonu Alıuşağı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımışdır.
33. Daha sonra Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 3 nömrəli protokol-qərarı ilə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 10-cu bəndinə əsasən Əhmədova Hicran Məhəmməd qızına 5 ildən artıq ərazidə daima qeydiyyatda olması barədə Samux Aluşağı İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 7 saylı arayışına əsasən Bələdiyyənin Alıuşağı kənd ərazisində kənd altı torpaq sahəsi olmaqla 0.012 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsinin satılması qərara alınmış və xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Samux rayonu Alıuşağı bələdiyyəsi Samux rayonu, Alıuşağı kəndində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini Əhmədova Hicran Məhəmməd qızına satmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Əhmədova Hicran Məhəmməd qızının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımış və A№698450 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.
34. Məhkəmə tərəfindən Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə İddiaçı satılmış 0.08 ha torpaq sahəsinin Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 3 nömrəli qərarı ilə Əhmədova Hicran Məhəmməd qızına satılmış 0.12 ha torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsinin müəyyənləşdirilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınsa da, Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə İddiaçı satılmış 0.08 ha torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyi və koordinatları əks olunmuş plan-ölçü sənədi mövcud olmadığından rəy verilməsi mümkün olmamışdır.
35. Bununla yanaşı məhkəmə tərəfindən sözügedən torpaq sahəsi yerində müayinə edilmiş və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi dörd bir tərəfdən mişar daşı ilə hasara alınmışdır. Torpaq sahəsində iki ədəd tikili mövcuddur. Həyətin çöl qapısından daxil olan zaman sol tərəfdən 2 otaqdan ibarət tikili, onun qarşısında isə yerdən 1 metr hündürlüyündə digər tikili yerləşir.
36. Müayinə zamanı üçüncü şəxs sədrlik edən hakimin suallarına cavab olaraq bildirmişdir ki, birinci tikili İddiaçı tərəfindən tikilmişdir. Digər tikilini isə o və atası tikdirmişdir. Mübahisəli torpaq sahəsi o, İddiaçı ilə yeni evlənən vaxt sonuncuya verilmişdi, onlar xeyli müddət birinci tikilidə birlikdə yaşamışlar. İddiaçının torpaq sahəsinə dair sənədi olmamışdır. 2021-ci ilin sonlarında, təxminən payız-qış aylarında İddiaçı ilə ailə münasibətləri pozulan zaman iddiaçı evdən çıxıb getmiş, o və uşaqları qalıb yaşamağa davam etmişlər. Bundan sonra valideynlərinin köməkliyi ilə çətinliklə digər evi tikdirmişlər. O, torpaq sahəsində yerləşən evdə yaşayan şəxs olaraq Alıuşağı bələdiyyəsinə müraciət edərək, həmin torpağın onun adına sənədləşdirilməsini tələb etmiş və bələdiyyə tərəfindən rəsmi qaydada istifadəsində olan 0.12 ha torpaq sahəsi ona satılmışdır.
37. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan 0.08 ha torpaq sahəsinin İddiaçı satılmasına dair xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarının mövcudluğuna və qüvvədə olmasına baxmayaraq, Samux rayonu Alıuşağı bələdiyyəsi xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ilə sözügedən 0.08 ha da daxil olmaqla 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul etmiş və həmin qərar əsasında 0.12 ha torpaq sahəsi üzərində Samux rayonu Alıuşağı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alındıqdan sonra Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 3 nömrəli protokol-qərarı ilə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 10-cu bəndinə əsasən Əhmədova Hicran Məhəmməd qızına 5 ildən artıq ərazidə daima qeydiyyatda olması barədə Samux Aluşağı İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 7 saylı arayışına əsasən Bələdiyyənin Alıuşağı kənd ərazisində kənd altı torpaq sahəsi olmaqla 0.012 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsinin satılması qərara alınmışdır.
38. Məhkəmə bununla bağlı qeyd edir ki, 0.12 ha torpaq sahəsi üçüncü şəxsə satıldığı zaman artıq həmin torpaq sahəsinin 0.08 ha hissəsinin iddiaçıya satılmasına dair bələdiyyə qərarı mövcud idi. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə predmeti olan 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı mövcud olduğundan, sonradan həmin torpaq sahəsinin üçüncü şəxsə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı və bilavasitə üçüncü şəxsə satılması barədə xx.xx.2022-ci il tarixli qərarları 0.08 ha torpaq sahəsinə münasibətdə qanunsuz və əsassız olmuşdur.
27. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, həmin qərarlar qismən - 0.08 ha torpaq sahəsinə münasibətdə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər.
40. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokol-qərarı və Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol-qərarı qismən - 0.08 ha torpaq sahəsinə dair hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva