Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1041/2020 07.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X16 publik hüquqi şəxsin Goranboy rayon filialının nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X16 publik hüquqi şəxsin Goranboy rayon filialına qarşı iş və təhsil illərinin sosial sığorta stajına daxil edilərək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Goranboy rayon şöbəsininxx xxxxxx 2020-ci il tarixli məktubu ilə mərhum həyat yoldaşı X7 1976- 1982-ci illərdə «Qızılhacılı» kolxozunda işlədiyi illər əmək kitabçasına yazılmadığına görə və 1985-1990-cı illərdə X1 oxuduğu illər sosial sığorta stajına qəbul edilmədiyindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən İddiaçı cavabdeh Dövlət X13 Goranboy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ərinin 1976-1983-cü illərdə Goranboy rayonunun Qızılhacılı kolxozunda işlədiyi və 1985-1990-cı illlərdə X1 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X12 xx xxxxxxxx 2002-ci il tarixdə X6- Peterburq şəhərində vəfat etmişdir. Sağlığında əri 1976-1983-cü illərdə Goranboy rayon Qızılhacılı kolxozunda işləmiş, 1985-1990-ci illərdə isə X3 oxumuşdur. Hazırda uşaqları ali təhsil alırlar. Onları oxutmaq çətinliklər yaradir. Ona görə istəyir ki, mərhum ərinin 1976- 1983-cü illərdə Goranboy rayon Qızılhacılı kolxozunda işləməsi və eyni zamanda 1985- 1990-cı illərdə X4 oxuması ona sosial staj hesab edilsin ki, onlar təqaüd ala bilsinlər. Lakin, həmin illərə dair Goranboy rayon Dövlət Arxivinin arxiv arayışını və X2 oxumasına dair №12732 saylı diplomu cavabdeh orqana təqdim etsə də qəbul etmirlər. Ona bildirilmişdir ki, həmin illər əmək kitabçasında yazılmadığına görə əmək pensiyası təyin etmək mümkün deyildir və bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İndi tələbi ondan ibarətdir ki, ərinin 1976-1983-cü illərdə Goranboy rayon Qızılhacılı kolxozunda işləməsi, əmək haqqı alması və eyni zamanda 1985-1990-ci illərdə X4 oxuması ona sosial staj hesab edilməsi məhkəmə qaydasında müəyyən edilsin. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi X8 xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının mərhum əri X7 1976-1982-ci illərdə Qızılhacılı kolxozunda işlədiyi illər əmək kitabçasına yazılmadığına görə və 1985-1990-cı illərdə X2 oxuduğu illər sosial sığorta stajına qəbul olunmadığı üçün iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Bildiririk ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılıması qaydalarının 3.1.1 maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış olduğu iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən iddiaçının ərizəsi təmin edilməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Göründüyü kimi ilkin olaraq inzibati orqana müraciət olunan zaman və məhkəməyə verilmiş iddia ərizəsində İddiaçı mərhum ərinin işlədiyi və təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:
4. maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası əmək pensiyalarının növlərindən biridir. 14.1.2. maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 14.1.1. və 14.1.1.3. maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalıəmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmişşəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il təvəllüdlüdür və xx.xx.2020-ci il tarixdə 45 yaşı tamam olmuşdur. Göründüyü kimi, İddiaçı, ona ailə başçını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmamış, həmçinin onun İ və ya İİ qrup əlil olması iş materialları ilə öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə olunmuş pensiya işindən məlum olur ki, iddiaçının qızı X14 xx.xx.2016-cı il tarixli, 3/878 nömrəli əmr ilə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tarix ixtisası, əyani təhsilalma forması üzrə İ kursa qəbul olunmuşdur və xx.xx.2019-cu il tarixdə İV kurs tələbəsidir. İş materiallarında olan X11 məxsus AZE seriyalı 15943876 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci və 28.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 26.1.1-ci maddəsinə əsasən mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna malikdirlər. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında X9 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1. və 14.1.1.3. maddələrinə əsasən ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı ilkin olaraq inzibati orqana müraciəti olmamış və qeyd olunan tələblə məhkəmədə iddia irəli sürməmişdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X16 publik hüquqi şəxsin Goranboy rayon filialına qarşı iş və təhsil illərinin sosial sığorta stajına daxil edilərək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1.maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35. və 80-ci maddələrini rəhbər tutaraq,
Q ə r a r a a l d ı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X16 publik hüquqi şəxsin Goranboy rayon filialına qarşı iş və təhsil illərinin sosial sığorta stajına daxil edilərək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aygül İsgəndərova