Məhkəmə qərarları › İş №2-1(114)-1041/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1041/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1041/2025 20.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı onun əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları X6 əlillik vəziyyəti 7P4EXCK0005 nömrəli göndərişə əsasən qiymətləndirilmiş orqanizmin funksiyalarının 80% pozulmasına görə, ümumi xəstəlik səbəbi ilə, “7.2.2 Psixi davranış pozuntularıƏqli gerilik.X15 gerilik .Orta dəəcə əqli gerilik İQ35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması” diaqnozu ilə müddətsiz əlillik təyin edilmişdir. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 86 nömrəli arayışına əsasən xx.xx.2003-ci il təvəllüdlü X10 xx.xx.2008-ci ildən dispanserdə qeydiyyatdadır. X4 mütamadi olaraq pulsuz dərmanlarla (Depakin xrono500 ,respilon) təmin olunur. Sonuncu dəfə X10 xx.xx.2023-cü ildə dispanserə müraciət edib. Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 169 nömrəli rəyinə əsasən yoxlanılan şəxs X7 hal-hazırda X15 gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntulamm beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 826 saylı xəstəlik tarixindən çıxanş, AR SN-nın Psixi Sağlamlıq Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli 86 saylı arayış, TSEK-dən verilmiş xx.xx.2023-cü il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını,ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=20% və s.) sübut edir. xx.xx.2003-cü il tarixdə anadan olmuş X5 Dərəcəli Əqli Gerilik, Davranış Pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 X15 Gerilik, Davranış Pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntulamm beynəlxalq təsnifatı 10cu baxış) F72.1 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. II. Məhkəmədə icraat İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 11 may 2023-cü il tarixli X8 ikinci dərəcə əlillik təyin edilməsi ilə bağlı qərarının dəyişdirilərək ona 19 noyabr 2021-ci il tarixdən birinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü il təvəllüdlü, hazırda qeyd edilən ünvanda yaşayan X10 anadangəlmə "imbesillik dərəcəsində olan oliqofriniya əqli gerilik" xəstəliyi olan övladdır. Onun xüsusi baxıma ehtiyacı vardır, o sərbəst özünü idarə edə bilmir, davrana bilmir, hazırda anası tərəfindən ona xüsusi qulluq göstərilir. Dövlət tərəfindən X8 18 yaşına çatanadək 2021-ci ilin noyabr ayına qədər müavinat, anası İddiaçı isə baxıcılığa görə müavinat verilmişdir. Həmin pul 18 yaş həddinə çatdığına görə dayandırılmış, yenidən komissyadan keçməklə pensiya təyinatı olması bildirilmişdir. Aidiyyatı üzrə (xx.xx.2021-ci il tarixdə) prosedur qaydalarına əməl edilməklə, bütün prosedurları keçmələrinə baxmayaraq pensiya təyin edilməmişdir. Belə ki, X6 18 yaşı 2021-ci ilin noyabr ayında tamam olmasına görə onlar uşağı 18 oktyabr 2021-ci il tarixdə göndəriş əsasında Gəncə Şəhər Psixiatiriya Xəstəxanasına yerləşdirmişlər. xx.xx.2021-ci il tarixdə həmin xəstəxanadan çıxmışdır. Bundan sonra pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, onlar isə bildirmişlər ki, sistem bağlıdır və çoxlu növbə vardır. Daha sonra müddət uzandığına görə tibbi sənədin altı ayı tamam olmuş və bildirmişlər ki, altı ayı keçdiyinə görə yenidən müayinəyə göndərilməlidir. X10 18 iyul 2022ci il tarixdə göndəriş əsasında yenidən Gəncə Şəhər Psixiatiriya Xəstəxanasına yerləşdirmişlər. xx.xx.2022-ci il tarixdə həmin xəstəxanadan çıxmışdır. Nəhayət cavabdeh orqan onların şifahi müraciətinə əsasən bildirmişlər ki, sistem açıqdır və yenidən müraciət edə bilərlər. Müraciətlər çox olduğuna görə onların müaricəti yubanırdı. Daha sonra onların müraciətinə əsasən inzibati orqan blankın natamam doldurulmasını və ruhi əsəb dispanserindən dərman almalarının sistemdən görünməməsini əsas gətirərək imtina etmişdir. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza v; Reabilitasiya Agentliyi 11 may 2023cü il tarixli qərar qəbul edərək X8 müddətsiz ikinci dərəcə əlillik təyin etmişdir. Həmin qərardan narazı olan İddiaçı dəfələrlə 142 qaynar xəttinə çoxsaylı zənglər etmiş, lakin ona bildirmişlər ki, artıq qərar qəbul edilmişdir. Ona bildirmişlər ki, yenidən müayinəyə aparsınlar, müayinə olunduqdan sonra həmin məsələyə baxılacaqdır. Bildirmək istəyirik ki, uşağı Bakı şəhərinə aparmaq mümkün deyil və artıq dəfələrlə həmin məsələyə baxılıb, uşaq müayinəolunub və özləri həmin qərarı qəbul edərək qərarda da X6 xəstəliyinin “X15 gerilik, qulluq və müqalicə tələb edən ciddi davranış pozuntuları (İQ20)” olduğunu qeyd etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “X15 gerilik.Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları.İQ20” diaqnozu əsasında xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 80% pozulmasına əsasən ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı iddiaçının qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, X10 evin tək uşağı olmaqla “X15 gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları (İQ20)” diaqnozu ilə xəstədir və anası qulluq edir. Atası isə həmin dövrdə Bakı şəhərində işləyirdi və məcburi qaydada valideynlərdən biri uşağa qulluq etməlidir. X3 xəstəliyi ilə bağlı evdə tək qoymaq mümkün deyildir. Ciddi davranış pozğunluqları vardır. Belə ki, kütlə arasında aqresiya yaranır və qeyri adekvat hərəkətlər etməyə başlayır. Ona görədir ki, həmin müddətdə uşaq qulağına tum salmış, valideynlərin bundan xəbəri olmamış, durmadan qulağının ağrımasını bildirmiş, başını divara vuraraq uşağın özü də bunun səbəbini izah etmək iqtidarında olmamışdır. Daha sonra evə həkim çağırılmış və evdə həkim müayinə etdikdən sonra uşağın qulağının pərdəsinə tum yapışdığını bildirmişdir. Bir aydan çox müalicə aparılmışdır. ətta ananın gəlib notariusda vəkilə etibarnamə verməsi üçün ata evdə qalmalı oldu. Qeyd olunan hallar isə iddiaçının cavabdehin yuxarıda qeyd olunan qərarını mübahisələndirməsini mümkün etmədiyini bildirərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.Məhkəmənin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş,səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin X10 barəsində xx.xx.2023-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməsini və X8 xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3-ci bəndində əsasən orqanizmin funksiyasının 85-90 faiz pozuntusuna görə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi X8 dair tibbi-sosial ekspertiza sənədləri və digər sənələr təşkil etmişdir. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, X6 əlillik vəziyyəti Müəssisəsinin 7P4EXCK0005 nömrəli göndərişinə əsasən qiymətləndirilmiş “X15 gerilik.Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları.İQ20” diaqnozu əsasında xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 80% pozulmasına əsasən ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu F 72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Gəncə Şəhər Psixiatrik Xəstəxanasında stasionar müalicə almışdır. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli həkim müayinəsinin nəticəsində F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. , Bələdliyi pozulub. Kontakt qurmaq mümkün deyil. Nitqi inkişaf etməyib. Söz tələffüz etmir. Anlaşılmaz qırıq-qırıq səslər çıxarır. Maraq dairəsi dardır. Küt və bədbindir. Özünə qapanır, tək qalmağı sevir, öz özünə oynayır. Əqli inkişafı həmyaşıdlarından kəskin geri qalır. Deyilənləri anlamır, məsləhətlərə əməl etmir. Verilən tapşırıqları yerinə yetirə bilmir. Hərəkətləri adekvat deyil. Qəflətən qışqırır, əsəbləşir, müqavimət göstərir. Əqli inkişafı kəskin geri qalır. Ətrafına qarşı laqeyiddir, baş verənləri anlamır, təhlükəni dərk etmir. Təfəkkürü primitivdir. Heç bir bilik və məlumatları yoxdur. Yeməyini sərbəst qəbul etməyi bacarmır. Anasının köməyi ilə edir. Gigiyenik qaydalara əməl etmir. Anası çimizdirir, paltarlarını anası geyindirir. Sərbəst özünü idarə etməyi bacarmır. Kənar şəxsin qulluq və qayğısına ehtiyacı var qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3–ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İş materialları ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3– cü bəndində qeyd edilən diaqnozdan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı ona birinci dərəcə müddətsiz əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə qeyd edir ki, Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 169 nömrəli rəyində xx.xx.2003-cü il tarixdə anadan olmuş X5 Dərəcəli Əqli Gerilik, Davranış Pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 X15 Gerilik, Davranış Pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntulamm beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmçinin məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli həkim müayinəsinin nəticəsində F72.1 F72.1 diaqnozunun olması, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusunun olması, bələdliyinin pozulması, kontakt qurmanın mümkün olmaması, nitqin inkişaf etməməsi, söz tələffüz etməməsi, anlaşılmaz qırıq-qırıq səslər çıxarması,maraq dairəsinin dar olması, küt və bədbin olması, özünə qapanması, tək qalmağı sevməsi, öz özünə oynaması, əqli inkişafı həmyaşıdlarından kəskin geri qalması, deyilənləri anlamaması, məsləhətlərə əməl etməməsi, verilən tapşırıqları yerinə yetirə bilməməsi, hərəkətləri adekvat olmaması, qəflətən qışqırması, əsəbləşməsi, müqavimət göstərməsi, əqli inkişafı kəskin geri qalıması, ətrafına qarşı laqeyid olması baş verənləri anlamaması, təhlükəni dərk etməməsi, təfəkkürü primitiv olması, heç bir bilik və məlumatları olmaması, yeməyini sərbəst qəbul etməyi bacarmaması, anasının köməyi ilə etməsi, gigiyenik qaydalara əməl etməməsi, anasının çimizdirməsi, paltarlarını anası geyindirməsi, sərbəst özünü idarə etməyi bacarmaması, kənar şəxsin qulluq və qayğısına ehtiyacı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3–ci bəndində X15 gerilik İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması qeyd edilmişdir. Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 169 nömrəli rəyi və xx.xx.2023-cü il tarixli həkim müayinəsinin nəticəsi ilə iddiaçının X15 gerilik İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması müəyyən olunur. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı ilə İQ35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması” diaqnozu ilə müddətsiz əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi iddiaçının səhhəti ilə bağlı mümkün olmasa da, iş materiallarına əlavə edilmiş Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 169 nömrəli rəyində iddiaçının İQ səviyyəsinin 20 olması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3. X15 gerilik İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçıda İQ dərəcəsinin İQ=20 olması eyni zamanda iddiaçının xx.xx.2023-cü il tarixli həkim müayinəsinin nəticəsində F72.1 diaqnozunun olması, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusunun olması, bələdliyinin pozulması, kontakt qurmanın mümkün olmaması, nitqin inkişaf etməməsi, söz tələffüz etməməsi, anlaşılmaz qırıq-qırıq səslər çıxarması,maraq dairəsinin dar olması, küt və bədbin olması, özünə qapanması, tək qalmağı sevməsi, öz özünə oynaması, əqli inkişafı həmyaşıdlarından kəskin geri qalması, deyilənləri anlamaması, məsləhətlərə əməl etməməsi, verilən tapşırıqları yerinə yetirə bilməməsi, hərəkətləri adekvat olmaması, qəflətən qışqırması, əsəbləşməsi, müqavimət göstərməsi, əqli inkişafı kəskin geri qalıması, ətrafına qarşı laqeyid olması baş verənləri anlamaması, təhlükəni dərk etməməsi, təfəkkürü primitiv olması, heç bir bilik və məlumatları olmaması, yeməyini sərbəst qəbul etməyi bacarmaması, anasının köməyi ilə etməsi, gigiyenik qaydalara əməl etməməsi, anasının çimizdirməsi, paltarlarının anası tərəfindən geyindirilməsi, sərbəst özünü idarə etməyi bacarmaması, kənar şəxsin qulluq və qayğısına ehtiyacının olması iddiaçının əlilliyinin Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3–cü bəndindədə qeyd edilmiş özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacının olmasına uyğun olmasını təsdiq edir. Beləliklə, qeyd olunanlarla iddiaçının sağlamlığ vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3–cü bəndinə uyğun olduğu müəyyən olunur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3-ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin X10 barəsində xx.xx.2023-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməli və X8 xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3-ci bəndində əsasən orqanizmin funksiyasının 85-90 faiz pozuntusuna görə müddətsiz əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin X10 barəsində xx.xx.2023-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilsin. X8 xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3-ci bəndində əsasən orqanizmin funksiyasının 85-90 faiz pozuntusuna görə müddətsiz əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar