Məhkəmə qərarları › İş №2-1(114)-1043/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1043/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1043/2025 08.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi olan vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl Mənzil Kommunal X3 və Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Komunal X3) qarşı “mənzilin dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: xx.xx.1977-ci il tarixli 38 nömrəli orderi əsasən İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə Xanlar şəhəri,16-cı məhəllə, ev 12 ünvanında yerləşən ümumi sahəsi 31,1 kv.m olan yaşayış evinə köçmək hüququna malikdir.Order Xanlar şəhər Zəmətkeş deputatlar Soveti İcariyyə Komitəsiinin 20 yanvar 1977-ci il tarixli 1 saylı protokuluna əsasən verilmişdir. X16 filialının xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən Xanlar şəhər Zəmətkeş deputatlar Soveti İcariyyə Komitəsiinin 20 yanvar 1977-ci il tarixli protokolundan çıxarışa əsasən Xanlar şəhərində yerləşən ümumi 31.1 kv.m, yaşayış sahəsi 16 kv.m olan, 1-ci blok 1-ci mərtəbədə 12 nömrəli 2 otaqlı evin Veliev Saləddinə ayrılması qərara alınmışdır. Göygöl Mənzil Kommunal X1 xx.xx.2024-cü il tarixli 680 nömrəli arayışına əsasən İddiaçı Göygöl şəhəri,R.Nəsibov məhəlləsinin ev 7, 12 nömrəli mənzil yerləşən, 2 otaqlı 16 kv.m yaşayış sahəsi, 31.1 ümumi sahəsi olan mənzildə qeyiyyatdadır.Evin mülkiyyət forması dövlət mülkiyyətidir, ev sahibi yaşayışcı İddiaçıdur. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək Göygöl şəhəri, R.Nəsibov küçəsi, ev 7 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-ci il tarixli, 3-21-3-33/2-3017/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş sənədlərdə hüquq sahibinin soyad və ata adında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş orderdə çoxmərtəbəli yaşayış binasının nömrəsinin qeyd edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda mənzilin İddiaçı adına dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, imtina məktubunda qeyd olunan qüsurlar onun təqsirindən baş verməmişdir. Ona təqdim edilmiş orderdə onun adı soyadı düzgün qeyd edilmişdir. Xanlar (indiki Göygöl) rayon X10 1977-ci il tarixli 01 nömrəli protokolunə əsasən İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün iki otaqlı, ümumi sahəsi 31.1 kv.m olan Göygöl şəhəri Rövşən Nəsibov məhəlləsi, bina 7, 12 nömrəli mənzil müddətsiz istifadəsinə verilmişdir. XDS-in 1 nömrəli protokolunda texniki səhvə yol verilərək rus dilində onun soyadı "Verdiyev" olduğu halda "Vəliyev" kimi qeyd edilmiş və ata adı "Qurban" olduğu halda onun adı qeyd edilməmişdir. XDS-in protokolu əsasında 1977-ci ildə Xanlar rayon Mənzil Kommunal İdarəsi tərəfindən 38 nömrəli Order verilmiş və həmin orderdə soyadı və adı göstərilsə də, mərhum atası Qurbanın adı qeyd edilməyib. O,1945ci ildə anadan olmuş və 3 yaşı olanda atası vəfat edib. Onun anası X9 atasından sonra vəfat edib və məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamədə rus dilində yazılıb ki, İddiaçı xx xxxx 1945-ci ildə anadan olmuşdur. Həmin şəhadətnamənin ata qrafasında X18 qrafasında isə X9 yazıları qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis Şöbəsindən ona verilən ******* nömrəli xx.xx.2024-cü il tarixl Arayışından məlum olur ki, 12 nömrəli mənzil Göygöl şəhəri Rövşən Nəsibov məhəlləsi, 7 saylı binada yerləşir. Təqdim etdiyi Order və arxiv arayışından Çıxarış 1977-ci ilə aid sənədlərdir və həmin dövrdə idarə və təşkilatlar arasında yazışmalar rus və Azərbaycan dillərində aparılıb. İddiaçı həmin ünavanda 1977-ci il tarixdən hazırki vaxtadək ailə üzvüləri ilə yaşayır və həmin ünvanda qeydiyyatdadırlar. İddiaçı tərəfindən qeyd olunan mənzilin İddiaçı adına rəsmiləşdirilməsi üçün notariat ofisinə müraciət etmiş, notarius isə İddiaçı qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün müvafiq məktubla cavabdehə müraciət edərək notariat hərəkətlərinin aparılması məqsədilə ünvan 2 ünvanında yerləşən mənzilə İddiaçı mülkiyyət hüququnun tanınaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-ci il tarixində X6 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 07-də yerləşən 12 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. xx.xx.2024-ci il tarixində X7 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 07-də yerləşən 12 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. xx.xx.2024-ci il tarixində X8 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 07-də yerləşən 12 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. xx.xx.2025-ci il tarixində X4 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 07-də yerləşən 12 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. İddiaçı, onun nümayəndəsi olan vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X5 məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş,səbəbləri barədə məlumat təqdim etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.1977-ci il tarixli 38 nömrəli orderinə əsasən Xanlar şəhərində 16-cı məhəllədə yerləşən ümumi sahəsi 31.1 kv.m, yaşayış sahəsi 16 kv.m olan yaşayış mənzili İddiaçı və onun ailə üzlərinə yaşamaq üçün verilmişdir. İddiaçı həmin sənədi cavabdeh orqana təqdim etməklə, Göygöl şəhəri, R.Nəsibov küçəsi, ev 7 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etmiş, cavabdeh orqan sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, təqdim edilən orderin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı əsası ilə ərizənin icrasından imtina edilmişdir. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X10 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur. Hazırkı işdə də iddiaçıya mənzil verilən dövrdə qüvvədə olan qanunvericiliyə əsasən xx.xx.1977-ci il tarixli orderlə ünvan 3 ünvanında olan ümumi sahəsi 31.1 kv.m, yaşayış sahəsi 16 kv.m olan yaşayış mənzili İddiaçı yaşamaq üçün verilmişdir. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda mənzilin İddiaçı adına dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar