Məhkəmə qərarları › İş №2-1(114)-1044/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1044/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1044/2025 20.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı nümayəndəsi X9 və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Gədəbəy rayon Polis şöbəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı X2 ünvan 1i ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1i ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2024-cü il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı X1 Zülfiyyə Vaqif qızının ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Gədəbəy rayon Polis şöbəsinə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ünvan 1i ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Gədəbəy rayonu, İnəkboğan kəndində fərdi yaşayış evim vardır, ev hal-hazırda mənim xüsusi mülkiyyətində olmaqla yanaşı onun adına DƏDRX tərəfindən xx.xx.2024-cü il tarixdə RX seriyalı ********** nömrəli Çıxarış almışdır. Çıxarış alan zaman onun qızı X6 onun ev təəsərrüfatında qeydiyyatda qalmışdır. Qızı Zülfüyyə 20 ildən çoxdur ki, ailə qurub faktiki olaraq Bakı şəhəri Sabunçu rayonu, 26 Bakı Komissarı küçəsində ailəsi ilə birlikdə orada yaşayır. O, Z.Kazımovaya könüllü olaraq ona məxsus olan ev qeydiyyatdında çıxmasını bildirsə də, bu könüllü şəkildə mümkün olmamışdır. O, Gədəbəy rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqələrin qeydiyyata alınma bölməsində yoxlama aparan zaman məlum olmuşdur ki, qızı Z.Kazımova onun evində rəsmi qeydiyyatdadır. Cavabdehin onun mülküyyətində olan evdə formal qeydiyyatda qalmaları ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Odur ki, cavabdeh Z.Kazımovanı onun xüsusi mülküyyətində olan evdən adının çıxarılmasını istəyir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin şəxsin ona məxsus fərdi yaşayış evinə olan istifadə hüquqularının itirilməsini istəyir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Gədəbəy rayon Polis şöbəsinin üçüncü şəxs qismində X2 qəbul edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatın qəbul edilmişdir. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin cavab məktubu ilə müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X2 adına Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən ailə üzvləri ilə paylı mülkiyyətdə olan 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Gədəbəy rayonu, İnəkboğan kəndindəki **********43-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində ailə üzvləri ilə paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhəkəmənin sorğusuna Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının İnəkboğan kənd İƏD nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-44/2-46/2024 saylı məktubu ilə müəyyən edilir ki, İnəkboğan kənd sakini İddiaçı RİH başçısının İnəkboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 04 nömrəli ev təsərrüfatının uçotu kitabının 10-cu səhfəsində 248 nömrəli şəxsi hesabına əsasən qeyd edilmişdir və aşağıda adları göstərilən ailə tərkibi var. özü: İddiaçı,arvadı: X10, qızı: X7. RİH başçısının İnəkboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 08 nömrəli ev təsərrüfatının uçotu kitabının 58-ci səhfəsində 644 nömrəli şəxsi hesabında qeyd olunan oğlu ailə üzvləri ilə birlikdə İddiaçı məxsus fərdi yaşayış evində yaşayırlar. Oğlu X16, gəlini X15, nəvəsi: X11. Qeyd: Z.Kazımova atası İddiaçı təsərüfatında qeyd edilməsinə baxmayaraq uzun müddətdir ərazidə yaşamır. İddiaçı nümayəndəsi X9 və üçüncü şəxs X7 məhkəmə iclasına gəlmiş, cavabdeh məktubu ilə nümayəndəsinin iştirakı olmadan baxlılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X9 məhkəmə iclasında üçüncü şəxsin ailə quraraq həmin evdən çıxdığını və hazırda orada yaşamadığını bildirərək, iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasında həmin evdə doğulduğunu bildirərək iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat elektron məhkəmə sorğu sistemdən çıxarışlar, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının İnəkboğan kənd İƏD nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-44/2-46/2024 saylı məktubu, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının İnəkboğan kənd İƏD nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-44/2-46/2024 saylı məktubu və digər sənədlər təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının İnəkboğan kənd İƏD nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-44/2-46/2024 saylı məktubu ilədə müəyyən edildiyi kimi üçüncü şəxs X7 İddiaçı qızı olmaqla ailə tərkibindədir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin cavab məktubu ilə də müəyyən edilir ki, X2 adına Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən ailə üzvləri ilə paylı mülkiyyətdə olan 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Gədəbəy rayonu, İnəkboğan kəndindəki **********43-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində ailə üzvləri ilə paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Göründüyü kimi üçüncü şəxs X2 qeydiyyatda çıxarılmasının tələb edildiyi evin yerləşdiyi torpaq sahəsi iddiaçının ailə üzvləri ilə birgə paylı mülkiyyətdir və paylı mülkiyyətçilərdən biridə üçüncü şəxs X4r. Həmçinin üçüncü şəxs X7 İddiaçı qızı olmaqla ailə tərkibindədir. Məhkəmə onu da qeyd edir ki, hal hazırda inzibati məhkəmə icraatı çərçivəsində üçüncü şəxsin qeyd edilən ünvana istifadə hüququ məsələsini müəyyən etmək mümkün deyildir, üçüncü şəxsin qeyd edilən ünvana istifadə hüququnun mövcud olub-olmadığının müəyyən olunması məsələsi yalnız mülki məhkəmə icraatı qaydasında həll olunur. Belə ki, yuxarıda qeyd edilmiş hallar ilə də müəyyən edilir ki, iddiaçının tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Gədəbəy rayon Polis şöbəsinə qarşı X2 ünvan 1i ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar