Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1045/2020 07.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, X1 Cavabdehnə qarşı üçüncü şəxs X5 ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Q ə r a r a a l d ı: X3 (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) (üçüncü X8) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X5 ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzilə dair onun hüququları dövlət qeydiyyatına alınmış və bu barədə qeydiyyat vəsiqəsi vardır. Qeyd olunan mənzil ona məxsusdur. Üçüncü şəxs X8 onun evində qeydiyyatdadır və iddiaçının mülkiyyət hüququnu pozur. O, üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə əlaqədar cavabdehə müraciət etsədə, sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzil onun mülkiyyətində olmuşdur. Lakin Məhkəmənin sorğusu əsasında alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10 cavab məktubundan məlum olmuşdur ki, X9 Kərim qızı mənzili X2 bu barədə Gəncə şəhəri 2 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli, 4Ə-234 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzil X1 mülkiyyətində olmadığında həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ yoxdur və iddiaçının Gəncə İnzibati Məhkəməsində Cavabdehnə qarşı X5 ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırmaq üçün subyektiv hüququ yaranmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 Cavabdehnə qarşı üçüncü şəxs X5 ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1045/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1045/2020
07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver