Məhkəmə qərarları › İş №2-1(114)-105/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-105/2020

17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-105/2020 17.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, X1 iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi barədə iddia tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı **********139300 qeydiyyatın və həmin qeydiyyat əsasında əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyatın aparılmasına əsas olan **********400 saylı bildirişin, xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə **********330300 nömrəli, xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə **********330400 nömrəli, xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə **********405300 nömrəli, xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə **********410500 nömrəli, xx.xx.2019-cu il tarixli hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə **********385300 nömrəli qərarların, həmin bildiriş və qərarlar əsasında cavabdeh tərəfindən ona hesablanmış 6.021,08 manat məbləğində (vergilər üzrə 5.364,37 manat, faizlər üzrə 536,71 manat, maliyyə sanksiyası üzrə 120 manat) vergi borcunun və əlavə dəyər vergisi qeydiyyatının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi “iddia müddətinin tətbiqi barədə” ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən Müqavilə vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin elektron şəkildə göndərilməsini, həmçinin, vergi orqanına müraciətlərin və digər sənədlərin elektron şəkildə göndərilməsini tənzimləyir. Müqavilə hal-hazırda qüvvədədir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********706300 nömrəli qərar xx.xx.2019-cu il tarixdə saat 17:52:39-da göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 19:37:06-da, xx.xx.2019-cu il tarixli **********330400 nömrəli qərar xx.xx.2019-cu il tarixdə saat 17:52:35-də göndərilmiş və iddiaçı tərəfindən 15.02.019-cu il tarixdə saat 19:35:18də, xx.xx.2019-cu il tarixli **********410500 nömrəli qərar xx.xx.2019-cu il tarixdə saat 18:01-24-də göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə saat 12:55:32-də, xx.xx.2019-cu il tarixli **********405300 qərar xx.xx.2019-cu il tarixdə saat 18:01:24-də göndərilmiş, xx.xx.2019-cu il tarixdə saat 12:56:03-də və xx.xx.2019-cu il tarixli **********385300 nömrəli qərar xx.xx.2019-cu il tarixdə saat 17:51:55-də göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə saat 12:43:32-də qəbul edilmişdir. X2 elektron kabinetinə göndərilmiş qərarları qəbul etməklə, mübahisələndirilən qərarların təqdim olunma tarixi xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixləri olmuşdur. İddiaçı tərəfindən həmin qərarlardan Vergilər Nazirliyinə Apellyasiya şikayəti verilməmişdir. İddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürməklə xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə qərarlar mübahisələndirilmişdir. Qeyd olunanları nəzərə alaraq hazırkı iş üzrə iddia müddətini tətbiq edərək mübahisələndirmə haqqında iddia ərizəsinin təqdim edilməsi üçün müəyyən olunmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə: Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Lakin iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırılmamışdır. Belə ki, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2019cu il tarixli **********330400 nömrəli qərar xx.xx.2019-cu il tarixdə saat 19:37:06-da, xx.xx.2019-cu il tarixli **********706300 nömrəli qərar xx.xx.2019-cu il tarixdə saat 19:35:18-də, xx.xx.2019-cu il tarixli **********385300 nömrəli qərar xx.xx.2019-cu il tarixdə saat 12:43:32-də, xx.xx.2019-cu il tarixli **********410500 nömrəli qərar xx.xx.2019-cu il tarixdə saat 12:55:32-də, xx.xx.2019-cu il tarixli **********405300 nömrəli qərar xx.xx.2019cu il tarixdə saat 12:56:03-də iddiaçı tərəfindən oxunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.2. maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirmə haqqında iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia iddiası mümkün sayılmamalıdır. N ə t i c ə h i s s ə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar