Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-105/2021 31.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “X7 Kompleksi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 20.05.2020-ci il tarixli, **********200001 nömrəli qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X7 Kompleksi” MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 10.06.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 20.05.2020-ci il tarixli, **********200001 nömrəli qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli. 2-1(114)-1350/2020 nömrəli qərardadı ilə iş ürə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli. 2-1(114)-1350/2020 nömrəli qərardadından iddiaçı Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(104)-573/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(104)-573/2020 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(102)- 2059/20 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(104)-573/2020 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(104)-142/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(104)-142/2021 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2-1(102)- 778/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(104)-142/2021 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş Gəncə Apelyasiya Məhkəməsinə qaytarıldıqdan sonra iddiaçı Gəncə Apelyasiya Məhkəməsinə ərizə göndərərk, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədən imtina etdiyini bildirmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 25.06.2021-ci il tarixli, 2-1(104)-545/2021 nömrəli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə imtinası qəbul edilmiş, Gəncə İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli. 2-1(114)-1350/2020 nömrəli qərardadı ləğv edilmiş və iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə icraata xitam verilmişdir. İş materialları 11.08.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İş üzrə hazırlıq icraatı iclası 31 avqust 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndsi X3 məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçının nümayəndsi X1 ərizəsi təmin edilsin. İddiaçı X7 Kompleksi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 20.05.2020-ci il tarixli, **********200001 nömrəli qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-105/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-105/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver